9 Nisan 2011 Cumartesi

Dilçilik saatı

Çevirən: Güntay Gencalp
Dilçilik saatı

Dil rəmzlərdən, işarələrdən ibarət olan bir sistemdir. Bu sistem vasitəsi ilə biz dunyanı yenidən qururub taniyiriq. Ancaq dilin saat olmasını önə sürmüşlər. Yəni sözlərin, qavramların dəyişim sürəti ilə zamanın təyin edilişi, tarixi dönəmlərin bəlirlənməsi mumkundur.
***
XVIII əsrə qədər avropalıların dünya tarixi haqqındakı təsəvvürləri Homərin qələmə aldığı hadisələrdən və Tövratın rəvayət etdiyi “Əhdi- ətiq”dən o üzə getmirdi. Əsasən XIX əsrdən başlayaraq humanitar elm sahəsində (dilçilik, sosioloji, arkeoloji, kulturoloji, psikoloji, ədəbi tənqid və s.) olduğu kimi dəqiq elmlərdə də böyük inkişaflar məydana çıxar. Bütün elmi nailiyətlər tarixin yaşını təsəvvürlərə sığmayacaq dərəcədə gerilərə, uzaqlara aparır. Elmi nailiyətlər sübüt edir ki, insan bir milyon il öncədən yer kürəsində mövcud imiş. Ingilis sosioloq Leaky´nin araşdırmalarına görə məlum olmuşdur ki, insanın yaşam tarixi bundan da daha gerilərə getməkdə və bir milyon yarımla iki milyon ili ehtiva etməkdədir.
Lakin “insan ömrü qədimliyinin artması”, yalniz XIX əsrdəki elmi inkişafların nəticəsi deyil. Bu devrdə dillərin, qövmlərin, mədəniyyətlərin, tarixi hadisələrin şərhi nağılvarilikdən, rəvayətçilikdən çıxarılıb   elmi gerçəkliklər zəminində oturduldu.
XX əsrdə humanitar elm sahələri dəqiq elmlərin qətiyyətini mənimsəməyə başladi.
Dilçilik, tarix, psikoloji, sosioloji, ədəbi tənqid, kulturoloji kimi humanitar elmlər fizika, kosmoloji, riyaziyat və digər dəqiq elmlər kimi araşdırmaçıların “şəxsi və zehni etiqad, münasibət və təəssübkəşliyindən” qurtarmaq təlaşına girmişdir. Bu üzdən araşdırmaçılıqda humanitar və dəqiq elmlərin məntiqi vəhdəti sağlanılmışdır. Bu gün riyaziyat psikolojinin və dilçiliyin, fizika və kimya arkeolojinin, kosmoloji isə tarixin yardımına girişmişdir.
Humanitar elmlərin ən böyük probləmi “zaman” məsələsidir. Bu və ya digər hadisələrin baş verdiyi “zaman”ı müəyyən etmə, o hadisənin məkanını və başvermə səbəbini bəlirləmə qədər önəmlidir. XX əsrdə çox incə və elmi metodlar kəşf etmişlər. Bu metodların yardımı ilə ən əski hadisələrin “zaman”ını dəqiqliyi ilə müəyyən etmək mümkündür. “Bu hadisə 1781 il miladdan öncə baş vermiş”, “Bu hadisənin tarixi beş yüz il miladdan öncəyə dayanır” kimi ifdadələr çox eşitmişik. Ancaq necə sübut etmək olar ki, filan hadisənin ən dəqiq tarixi 1781 il miladdan öncəyə dayanmaqdadır?
Şübhəsiz ki, bu hadisənin canlı şahidi yoxdur, ancaq cansız şahidlər çoxdur. Əski əlyazmalar (Misir mə´bədlərinin divarlarına həkk olunmuş hiroqliflər, Sumərlərin kətibeləri “fələklərin əlamətləri”ndən söhbət açırlar. Xüsuf (ayın tutulması), küsuf (günəşin tutulması) və quyruqlu ulduzların zühuru hadisəsini qeyd edirlər.
Kosmoloqlar (göy bilimcilər) minillər sonranı (gələcəyi) görə bildikləri kimi, minillər öncəki “fələklərin hadisəsi”ni də asanlıqla müəyyən edə bilirlər. Bu üzdən “fələklərin əlamətləri” kosmoloqlar üçün “saat” rolunu oynayır. Kosmoloqlar bu elm vasitəsi ilə minillər öncə baş vermiş hadisənin dəqiq tarixini bir il əksik və ya artıq fərqlə müəyyən edə bilirlər.
Ancaq heç bir yazı, xətt, işarə əldə edilməzsə, hadisələrin baş vermə tarixini necə müəyyən edə bilərik?
Unutmayaq ki, insanın yer kürəsindəki mövcudluğu, yaşam tarixi xəttlərin ixtirasından minillər öncələrə gedir. Digər tərfdən bəzi millətlər son yüzilliklərdə, bir xeyliləri isə, XX əsrdə yazmağa, əlifba səçiminə başlamişlar. Afrikanın, Avstralyanın, Cənubi Amerika sakinlərinin bir qisim qövmləri isə hələ yazi şüuruna qovuşmamışlar.
Hadisənin başvermə zamanı içində yaşadığımız əsrdən çox uzaq olmazsa, bir alimin istifadə etdiyi metoddan yararlanaraq hansısa bir etnosun bəlli coğrafiyaya gəlişini və ya hansısa bir coğrafi məkandan gedişini bəlli edə bilərik. Bu alim bəlli bir qövmə mənsub olan və oz qövmünün nağıllarını, əfsanələrini əzbər bilən insanlardan müxtəlif suallar soruşmuş. Bu sual soruşma nəticəsində bəlli olur ki, onlar bütün qəbilə başçılarının adlarını nağıllaşdırmış, əfsanələşdirmişlər. Bu alim hər bir qəbilə başçısının başçılıq müddətini ortalama 25 il nəzərə alaraq, bu müddəti başçıların sayına çarpar və o qövmün o ərazidə məskunlaşma tarixini müəyyən edər.
Ancaq bu metod dəqiq olsa belə, onu üç əsrdən artıq bir zamana tətbiq etmək mümkün deyildir. Son illər alimlər əfsanəlrin və nağılların xaricində daha tutarlı və elmi bir metod kəşf etmişlər. Bu elmi metod vasitəsi ilə tarixdən öncəki hadisələrin zamanını müəyyən etmək mümkünə çevrilibdir. Bu metodun inandırıcılığını və elmiliyini təsdiqləmək üçün radioaktiv karbondan (C14) istifadə etmişlər.
Bütün canlılar, heyvanlar və bitkilər bəlli miqdarda radioaktiv karbonları daşıyırlar ki, hər zaman və hər yerdə o miqdar sabitdir. Canlı öldükdən sonra davamiyyəti olmayan bu ünsür sabit bir sürətlə yox olmağa başlar. Bu üzdən sümüklər, ağaclar və ya hər türlü özündə radioaktiv barındıran maddə bir növ “saat” sayıla bilər ki, bu saat zamanın keçişini təsbit etmək üçün çox önəmlidir.
Arkeoloqlar, paleontoloqlar (fosilşünaslar) bəlli təbii hadisələrlə bağlı olaraq yer altında bastırılmışcasına qalmış canlıların qalıqlarındakı radioaktiv karbonu incələyərək hadisənin baş verdiyi zamanı müəyyən edə bilirlər. Misal üçün alimlər bu metoddan istifadə edərək, sübüt etmişlər ki, Amerika sakinləri 30 min il öncə atəşlə tanışmışlar (öncə bu müddəti təqribən 5 və ya 6 min il təsəvvür edirdilər). Göründüyü kimi inkişaf etmiş elm, böyük tarixi bir yanlışlığa aydınlıq gətirmişdir. Bu üzdən də arkeoloqlar, paleontoloqlar və tarixçilər dəyərli bir “saat”a sahib olmuşlar. Bu “saat”ın  aracılığı ilə ən uzaq hadisələrin tarixini müəyyən etmək mümkündür.

Dil ilsayarliğı
Ancaq “tarix tapma” karbon 14 aracılığı ilə mümkün olmazsa, o zaman nə etməli? Çünkü canlıların qalıntılarını əldə edə bilməmək də olar. Məsələn dildəki dəyişikliyi karbon 14 vasitəsi ilə necə müəyyən etmək olar?
Burada arkeoloji, kosmoloji (xüsuf, küsuf, quyruqlu ulduzların seyri) kimi digər saat türlərindən yararlanmaq mümkündürmü?
Son zamnalr belə bir “saat” bilim adamları tərəfindən kəşf edilmişdir. Bəlkə də burada “kəşf” sözünü yazmaq düzgün olmaz. Çünkü bizim hər an istifadə etdiyimiz saat “kəşf” sayıla bilməz. Bu “saat” əslində dildəki qavramlardır. Hər kəs dilin bir dəyişim sürəci içərisində olduğunu bilməkdədir. Lakin bu dəyişim saatın saatsayar əqrəbəsinin hərəkəti kimi zahirən duyulmaz və görünməzdir. “Dilçilik saatı” saatın saatsayar əqrəbəsi əsasında düzəldilmişdir. Dildəki dəyişikliklərə əsasən keçmişdəki hadisələrin baş vermə zamanını və tarixini tapma metoduna “dil ilsayımı” (glosschronoloqie) və ya “qavram statistikası” (lexicostatistique) deyilməkdədir. Çünkü statistik metoda dayalıdır. Dilin, zaman keçdikcə dəyişikliklərə uğramasına qarşın, bu dəyişiklik bütün zamanlarda və sahələrdə eyni sürətlə olmaqdadır. Bir qisim sözlər bütünü ilə dəyişilirlər.
Köklü terminlər
Dilin dəyişimlərə məruz qalmasına rəğmən, atalar və oğullar, babalar və nəvələr bir-birləri ilə danışa bilir, anlaşa bilirlər. Bu anlaşa bilmənin səbəbi odur ki, dili təşkil edən bir çox yığcam sözlərdən sadəcə bir qismini bilmək yetərlidir. Dilin ilkin yatırımı (sərmayəsi) adlanan ifadə bu kimi sözlərdən oluşmaqdadır. Dilin “ilkin yatırımı” çox fəal, canlıdır və onun dəyişməsi ağır və hədsiz dərəcədə yavaş olaraq gerçəkləşər. Məsələn Rus dilinin bugünkü “ilkin yatırımı” ilə Böyuk Pyotr zamanındakı “ilkin yatırım”ı eynidir və dəyişməmişdir. Bu arada belə bir sual ortaya çixir: nədən bəzi sözlər sürətlə, bəziləri çox yavaş bir dəyişimə uğrayır?
Bu haqda dilçi alimlər belə düşünürlər: “Biz çox güclü bir motorun təzyiqi ilə qarşı-qarşıyayıq ki, onun sürətini ilətişim (qarşılıqlı dəyişim) və ilişkilərin zəruriliyi müəyyən edir.”
Bir az öncə dili saata bənzətdik və dedik ki, onun saatsayar əqrəbəsinin hərəkəti gözlə görünmür. Bu bənzətməni davam etdirib deyirik ki, dilin də saat kimi iki əqrəbəsi vardir. Böyuk əqrəbə və ya “dəqiqəsayar” ki, sürətlə hərəkət edir və cəmiyyətin mədəni həyatinda baş verən hər tür dəyişikliklərə təpki göstərir. Bu hərəkəti gözlə görmək mümkündür. Ancaq kiçik əqrəbə və ya “saatsayar” (yani təməl sözlərin əqrəbəsi) asta, çox asta bir sürətlə irəliləyir, dəyişir.
“Kültürəl” terminləri sürətlə etkiləyən sosial dəyişimlər; savaşlar, elmi kəşflər və gündəlik həyatın hadisələri dilin ilkin yatırımını dəyişdirə bilmirlər. Dilin dəyişimini hər kəsin görməsi mümkündür. Ancaq “dilçilik saatı” anlayışı 1940-50-ci illərdə bilim dünyasına təqdim edilmişdir.
Qeyd edildi ki, “dilin ilkin yatırımı” karbon radioaktiv kimi tədricən, uzun müddətli bir zaman içərisində zavala uğrayır. Bu zaman belə bir sual məydana çixdi: “Bir növ saata bənzeyen “dilin ilkin yatırımı”nın dəyişim sürəti vasitəsi ilə keçmiş zamanların, uzaq tarixi hadisələrin vaxtını müəyyən etmək mümkündürmü? Bu suallar bir gün Amerikalı alim Muris Svediş´in ağlında “təsadüfən” (özü demişkən) yarandı.
Muris Svadeş deyir: “Ümumiyyətlə bu kəşfə səbəb olan axtarışlarımın hərəkət verici ünsürü karbon on dörd (C14) vasitəsi ilə “tarixbilmə” metodu idi. Bu zəmində əldə edilmiş irəliləyişlər məni terminlərin dəyişmə sürətini araşdırmağa sövq etdi.”

Davamiyyət çarpısı 
“Dilçilik saatı”nın “radioaktiv saatı” kimi dəqiq olması gözlənilməməlidir. Çünkü dil toplumun, radioaktiv isə təbiətin məhsuludur. Digər tərfdən dildəki dəyişimlərin çox asta və cüzi olmasına rəğmən, biz daha uzaq tarixi hadisələri, minillikləri araşdırmaq məcburiyyətindəyik. Ancaq “dilin ilkin yatırımı” bəzən iki üç min il müddətində dəyişilməz olaraq qalır. Dilin “saat sayar” əqrəbəsinin hərəkətini müəyyən etmək üçün belə bir metoddan yararlanmağa çalışdılar: minillik bir zaman müddətini nəzərə alaraq statistik metodlarla ingilis dilində 950-ci ildən bu günə qədər sabit və dəyişməz qalan bir qisim “təməl sözlər”i müəyyən etdilər.
Dilin ilkin yatırımına mənsub olan 215 termini qeydə aldıqdan sonra bəlli oldu ki, bu sözlərin yüz doxsanı (85 faizi) min il zaman müddətində sabit və dəyişməz qalmışdır.
Bu arada digər bir sual ortaya çıxdı: bu elmi tətbiqat bütün dillər üçün  keçərli ola bilər, yoxsa yalnız ingilis dili üçün keçərlidir?
Ardıcıl inkişaf edən elmi araşdırmalar bu sualı cavablandırdı. Alimlər əski daş yazılarını bu yazının yazıldığı tarixlə bərabər araşdırdılar. Bu kətibelər alimlər üçün bir növ “tarix saat”ı kimi hadisələrin və araşdırmaların dəqiqliyini sübut etmək üçün ipucu verirdi. Bu tarix saatı vasitəsi ilə alimlər “dilçilik saatı”nı tənzim etməyə çalışdılar. Fransız, Portuqaliya, Ispaniya, Rumuniya dilləri Latın dilindən qopmuşdu. Indi bu dillərin təməl sözləri (215 söz) min il müddətində nə qədər dəyişilmişlər?
Dəqiq statistik araşdırmaların verdiyi məlumata görə adı çəkilən dillər “təməl sözlər”ini aşağıdaki miqdarda sabit və dəyişilməz olaraq qoruyub saxlamışlar. Rus dili 77%, Fransizca 79%, Portuqalca82%, Italiyan və Ispaniyolca 85%!
Bu rəqəmlər heyrət doğuracaq dərəcədə bir-birinə yaxındır. Əski Alman dili ilə bu günkü Almancanın müqayisəsi də göstərdi ki, bu dil də 78% təməl sözlərini saxlamışdır. Bu arada digər bir sual ortaya çıxdı ki, bəlkə bu hadisə, yalnız Avropa dillərinə aiddir və digər dillər bu araşdırma metoduna tabe deyillər.
Bu üzdən Şərq dillərinə də bu araşdırma metodunu tətbiq etməyə çalışdılar.
950-ci ildən istifadə edilən Çin dilinin “təməl sözlər”i ilə bu günkü təməl sözləri arasındakı müqayisə göstərdi ki, bu dilin 79% “ilkin yatırım”ı dəyişməzliyini, sabitliyini saxlamışdır. Bütün bu araşdırmalar sübut etmişdir ki, dilin dinamizmi, hərəkət və dəyişim sürəti bəlli bir ahəngə və intizama tabedir.
“Dilçilik saatı”nın hərəkəti sabit bir ahəng üzrədir və buna şəkk etmək olmaz. Bütün bu örnəklər göstərir ki, “təməl sözlər”in davamiyyət çarpısı min il müddətində 76 ilə 85 faiz arasında mövcuddur. Aradaki 9 faiz fərqi isə belə izah etmək mümkündür ki, bəzi şahid məktubların, kətibelərin dəqiq tarixi bəlli deyildir. Məsələn Qebti dilinin ölçüsü sayılan əski Misir dilinin tarixini 2100 ilə 1700 il miladdan öncəyə qədər bir zaman müddəti kimi sanırdılar. Bu üzdən də bu dilin sözlərinin davamiyyət çarpısının aşaği səviyyədə(76%) olması qayət normaldır. Deməli, davamiyyət çarpısındakı fərqliliyi “dilçilik saatı”nın qüsuru kimi saymamalıyıq. Bu qüsur “tarix saatı”ndan qaynaqlanmaqdadır.
Qeyd edildiyi kimi dilçilik saatını tarix saatı əsasında “tənzim”ləyirlər. Müxtəlif dillərdə statistik araşdırmalar göstərmişdir ki, dillərin ortalama davamiyyət çarpısı 1000 ildə 81 faizdir (bəzən 2 faiz əksik və ya artıq fərqlə). Bu, dilçilik saatı əqrəbəsinin sürəti olaraq hesab edilir. Saatın saat sayar əqrəbəsinin hərəkəti kimi.
Dilçilik saatının tənzimi
Hansısa bir quramın (teorinin) doğru olub olmamasını təsbit etmənin yolu onu məchul gerçəklər üzərinə tətbiq etməkdir. Xatırlayaq ki, ümumi cazibə nəzəriyyəsi Nepton gəzəgəninin (planətinin) kəşf edilməsinə səbəb oldu və öz otaqlarındaca otran alimlər Quzey qütbdə bir adanın mövcud olduğunu söylədilər.
“Dilçilik saatı”nın “tarix saatı” əsasında tənzimləndiyini söylədik. Ancaq dilçilik saatının tək başına, tarixin yardımı olmadan tənzimlənməsi və dəqiq “zaman” göstəricisi olması mümkündürmü?
Dilçilik saatını kəşf etməkdən məqsəd də bu suala cavab verməyə çalışmaqdan ibarət olmuşdur. Əgər hansısa bir dilin bəlli matəriallarını əldə etməklə bərabər onun davamiyyət çarpısnı bilsək, hadisələrin başvermə tarixini təqribən fərqsiz təxminlərlə müəyyən edə bilərik. Bunun üçün yetər ki, nənə ilə nəvənin söz dağarcıqlarını müqayisə edərək “təməl sözlərin” dildəqalma faizini əldə edək.
Min il müddətində sabit və dəyişilməz qalan sözlərin miqdarını 81 faiz olaraq təsbit etdikdən sonra riyazi formulların yardımı ilə faizlərlə tənasüb təşkil edən zamanları da bəlli etmək mümkündür.
Dilçilik saatı öncəliklə dilçilərin özünə yararlı olur. Məsələn bir neçə dilin bir kökdən (Fransızcanın, Ispaniyolcanın, Romuncanın Latın dilindən ayrılıb müstəqil dil olmaları kimi) ayrılış tarixini (glottochronology) müəyyən etmək üçün dilçilik saatından faydalanmaq mümkündür.
Əlbəttə bu gün latın dili ailəsinə (Fransızca, Ispaniyolca, Rumunca) və Rus dili ailəsinə (Bəlarusca, Ukrayinca, Rusca) mənsub dillərin difəransiasion tarixi bilim dünyasına bəllidir. Çünkü bu dillərin bölünmə və şəkillənmə müddəti ilə ilgili alimlər yetərincə elmi, tarixi bəlgələr əldə etmişlər. Ancaq hansısa bir dilin və ya dillərin difəransiasion və biçimlənmə müddəti ilə bağli olan bu tarixi bəlgələr əldə edilməyə də bilər. Məsələn Şərqi Slavyan (Rusca, Ukrayinca, Bəlarusca) dillərinin Qərbi Slavyan (Çexcə, Slavakca, Polonca) dillərindən və Günəy Slavyan (Bulqarca, Sərbcə, Xırvatca) dillərindən ayrılış tarixixini müəyyən etmək çətindir. Alimlər bəzi tarixi bəlgələrə istinadən, bu ayrılışın VI əsrdə baş verdiyini hesab edirlər. Bu ayrılışın dəqiq tarixini bəlli etmək ona görə çətindir ki, Slavyan qövmlər o devrdə əlifba və yazıya sahib deyildilər.
Şübhələrin, qeyri-müəyyənliklərin ortada olduğu bu anlarda “dilçilik saatı” yardımımıza gəlir. Qeyd edək ki, bu saatdan yararlanmaq, yalnız dilçilik elminə məxsus deyildir. Dilçilik saatı bir xeyli tarixdən öncəki hadisələrin, tarixin yaddaşında qalmayan olayların zamanını müəyyən edə bilir. Dilçilik saatının veriləri ilə “arkeoloji saatı”nın, kosmoloji və radioaktiv verilərini müqayisə edərək heç bir izi, əsər-əlaməti qalmayan hadisələrin dəqiq tarixini bəlli etmək mümkündür. Məsələn alimlər bu metoddan istifadə edərək, eləcə də tarixi tanıqlardan və dil coğrafiyasından (dilin dünyanın müxtəlif yerlərində danışılması) yararlanaraq, tarixdən çox öncələr olmuş bəzi qövmlərin mühacirət istiqamətini müəyyən etmişlər. Dilçilik saatı kəşf edildiyi gündən tarixin qaranlıqlarında barınıb qalan bir çox hadisələr işıq üzü görmüşlər.
Bəzi alimlərə görə Amerikada məskunlaşmış olan qövmlərin tarixi tanınmamışdır. Əksər alimlər Amerika sakinlərini Asiyadan getmiş qövmlər kimi sanırlar. Bilim admalarına görə Asiya qövmlərinin Amerika qitəsinə köçüşü minillər boyunca davam etmişdir. Asiyadan Amerikaya mühacirət edən son qrup Skimuların ataları və bugünkü Aleotlar olmuşlar. Skimular Amerikanın quzeyinin intihasina, Alaskadan Qroenləndə qədər bir ərazidə yerləşdilər. Aleotlar da bu adada yerləşdilər, bir qismi də Alaskada köçəri həyata qatıldılar.
Alaskalı Skimular minlərcə kilometr uzaqda olan Qroenləndli Skimuların da dilini bilir. Ancaq öz qonşusu Aleotun dilini anlaya bilmir.
Bütün bunlara rəğmən, sosioloqlar sübut etmişlər ki, Skimular və Aleotlar keçmişdə eyni qövmə mənsub olmuşlar. Dilçilər isə belə bir qənaətdədirlər ki, Skimuların və Aleotların dili bu günkü bütün fərqliliklərə rəğmən, keçmişdə müştərək bir dilmişlər. Bu dilin adını “Skimu-Aleot” qoymuşlar. Bu iki dil nə zaman bir-birindən ayrılmış? Min il müddətində 81 faiz “təməl sözlər”in dəyişilməsi məntiqinə vardıq. Dolayısı ilə həm Skimu, həm də Aleot dilinin bəlli zaman içərisində ayrılması, dəyişimə məruz qalması bəllidir.
Bu üzdən bu dillərin bir-birinə bənzəməsi min ildən sonra 81 faiz və 81 faizdən isə, 66 faizə doğru bir dəyişim müddəti içində olmalıdır. Bu elmi verilərə dayanaraq alimlər hesab etmişlər ki, iki dilin fərqlənmə zamanı 2900 il bundan öncəyə dayanmaqdadır. Dilçilik saatının verdiyi bu verinin radioaktiv karbonun verdiyi verilərlə müqayisə etdilər. Aleot qövmlərinin sakin olduqları məkanlardan əldə edilən radoaktiv qalıqlarını analiz edərək bu qövmlərin təqribən 3 min il bundan öncə bu ərazilərdə yerləşmələrini təsbit etdilər. Beləliklə dilçilik saatının veriləri ilə radioaktiv saatın verdiyi məlumatlar bir-birini bütövləşdirdi. Alimlər dilçilik ilsayarlığının verdiyi verilərlə digər elmlərin (sosioloji, tarix, arkeoloji) verdiyi veriləri qiyaslayaraq Asiyalı qövmlərin Amerikaya köç istiqaməti ilə bağli maraqlı nəzəriyyələr ortaya atdılar.
Skimular və Aleotlar Amerikaya köç edən son qövmlər olduqları üçün bu qövmlərin dilinə yaxın olan digər qövmləri və onların dilini də araşdırma zərurəti məydana çıxdı. Bu qövmlərin mühacirət tarixlərini (3.000 il bundan öncə) bildiyimiz üçün bu qövmlərlə qohum olan və Asiyada, Avropada yerləşən digər qövmləri kəşf etmək mümkündür.
Bəzi alimlər Finlərin, Macarların, hətta Slavyan, Jermənlər, Hindlər kimi Hind-Avropalı millətlərin belə, bu qövmlərlə münasibətdə və bağlantıda olduqlarını qeyd edirlər.
Qlobal terminlər axtarışında
Söylənənlərdən belə nəticə almaq olar ki, dilçilik saatının saatsayar əqrəbəsi çox yavaş, ancaq daima hərəkətdədir. O zaman belə bir sual ortaya çıxır: Hansı terminlər bu dəyişim müddətində müqavimət göstərə bilmirlər?
Əksər terminlər çox ağır və asta bir dəyişim müddəti içərisində dəyişilirlər. Örnəyin şəxs əvəzlikləri “mən”, “sən”, birdən ona qədər (1-10) əsas rəqəmlər, bədən üzvləri “qulaq”, “burun”, “göz”, “dil”, “ayaq” və “su”, “günəş”, “ay”, “ölüm”, “ad” kimi digər sözlərin dəyişməsi çox ağır və uzun müddətdə baş verir.
Rus dilçi alim A. Dalkopalski hesab edibdir ki, 150 Avropa və Asiya dilləri içərisində “mən” və “iki” sözləri dəyişilməyib, ancaq bu 150 dil içində “sən” zəmiri bir dildə və “qulaq” sözü 10 dildə dəyişibdir. Bəzi sözlər isə davamiyyətsiz olmuş və bir çox dillərdə dəyişik şəkildə tələffüz edilmişdir. “Çay” (axar su-ırmaq) 33 dildə, “ayaq” 35 dildə dəyişilmişdir. “Oğlan” sözu isə, hər dildə bir neçə dəfə dəyişilmişdir. Məsələn qədim Rus dilində “oğlan” sözu “otrok” ikən, indiki Rus dilində “malçik” olaraq səslənir. Həmin söz Ukrayınca və Bəlarusca “xlopçik” olaraq tələffüz edilir. Göründüyü kimi davamiyyətin miqdarı sözlərə görə dəyişir. Bu dəyişimlə haralara gedirik?
Təsəvvür ediniz ki, bir ana dil (əsas dil) 6.000 il öncə altı dil “doğurmuş”dur. Min, iki min il keçdikdən sonra bu dillərdən ən davamiyyətsiz “nəzarət cədvəlli” sözlər kənarlaşacaqdır və yalnız ən davamiyyətli sözlər qalacaqdır. Lakin ən davamiyyətli sözlərin də bir dəyişim prosesi, faizi vardır. Onlar da çox uzun sürən bir zaman içərisində astaca da olsa dəyişirlər.
Belə nəzərə gəlir ki, bir sonraki 6.000 illik zamandan sonra kök və ana dildən əsər-əlamət qalmayacaq və davamiyyət çarpısı batil ediləcəkdir.
Ancaq probləm, yalnız bu deyil. 215 sözdən ibarət olan “nəzarət cədvəli”ndəki təməl sözlərin dəyişməsi, sabitliyi və yaxud itirilməsi bir tərəfdən də mədəni hadisələrlə, inqilablarla və itibahlarla bağlıdır. “Sap”, “süngü” və “duz” kimi.
Əgər öncəki bənzətməmizə davam edərsək, belə söyləmək mümkündür ki, saatsayar əqrəbənin “obyektiv” hərəkəti, dəqiqəsayar əqrəbənin “subyektiv” hərəkətinin təsiri altındadır. Yəni mədəni hadisələrlə bağli olan sözlərin dəyişim sürəti mədəniyyətlərin dəyişim və gəlişim sürətindən asılıdır.
                                                     1999-cu ildə  “Kiyan” dərgisindən alınaraq tərcümə edilmişdir.