16 Ağustos 2012 Perşembe

Dəprəm və ulusal kimliyimiz

Dəprəm və ulusal kimliyimiz

Səfəvi dövləti qurulduğu gündən bəri İran coğrafiyasında yaşayan türklər fars kimliyi yolunda yem edilmişlər. Fars milliyətçiliyinin siyasi planı olan qızılbaşlıq Səfəvi dövlətini təsis etdiyi gündən bəri İranda türk farsın qullandığı araca dönüşmüşdür. Qullanıldıqca da farsa və irani kimliyə yararlı oluşundan məmnun qalmışdır. 500 illik zaman axışı içində fars irqçiliyinin ideolojisi olan qızılbaşlıq yazısı-oxuması olmayan türkün bilincaltını anlamsız nifrətlə doldurmuşdur. Türk, Səfəvi-qızılbaş camilərində Əbubəkirə, Ömərə, Osmana, Müaviyəyə, Ayişəyə, Yəzidə lənət göndərməkdən başqa heç bir duyqu və düşüncə ürətməmişdir. Dili və başqa kimlik ünsürləri bu, içini nifrətlə doldurma sürəcində silinib yox edilmişdir. Qızılbaşlıq bəlası Azərbaycan və İran coğrafiyasında ilk mənəvi dəprəm olmuşdur. Şah İsmayıl dəprəmi türkün tarixi xatirələrinin böyük bir bölümünü təxrib etmiş, sonra da yurdlarını Anadolunun bozqırlarında buraxıb Azərbaycana soxulan qızılbaşları Azərbaycanın və İranın susuz çöllərinə yerləşdirmişdir. İranda və Azərbaycanda yaşayan türklərin tarixində faciə törədən ilk dəprəm qızılbaşlığın iqtidara gəlişi olmuşdur. Bu dəprəm daha sonrakı dəpərəmlərin altyapısını hazırlamışdır. İkinci dəprəm Səfəvi-qızılbaş gətirisi üzərində qurulan Pəhləvi rejimi olmuşdur. İlk dəprəmdə Şah İsmayıl onminlərcə türk qətl etdisə, ikinci dəprəmdə də Şah İsmayılın soyundan və mənəvi mirasının varisi olan Pəhləvi rejimi tam olaraq türklüyü İrandan, özəlliklə də Azərbaycandan silmək istədi. 20-ci yüzildə dünya ölkələri hızla gəlişərkən türklərin fəqir və yoxsul qalmaları, ilkəl imkankarla yaşamaları üçün hər işi etdilər. Türk ya fəqir qaldı, ya da farslaşdı. Səfəvi-qızılbaşlıq üçüncü yol buraxmamışdı. Səfəviliyin törətdiyi üçüncü dəprəm Xomeynizm oldu. Xomeyni tam anlamı ilə səfəviliyin və qızılbaşlığın modern şəkli kimi qorxunc bir dəprəmlə ortaya çıxdı. Qızılbaşlıq sistemi tərəfindən şəxsiyətsizləşdirilərək mollaların əlində təqlid edən canlı araclara dönüşdürülən türklər könüllü olaraq Xomeyninin əmri üzərinə İraq savaşında öldülər. Yüzminlərcə türk, həm də yoxsul və fəqir türklər öldü. Ancaq türkün yaşamında heç bir irəliləmə oluşmadı. Kəndlərinə yol çəkilmədi, evləri dəprəmə dayanıqlı biçimdə yapılmadı. Sel gəldiyində türkün varlığını söküb apardı, kiçik bir dəprəm gəldiyində türk torpaq altında qaldı. Türkün mənəviyatında gerçəkləşmiş olan ilk qızlıbaş dəprəmi bu dəprəmlər üçün meydan açmışdır.  
Keçən günlərdə Vərziqan və Qaradağda kiçik bir dəprəm oldu. Kəndlərin mərkəzində yapılmış olan camilər zərər bilə görmədi. Bu camilər türkləri cahillikdə və yoxsulluqda saxlayan qaranlıq məkanlardır. Haram paralarla yapıldığından Hz. Məhəmmədin Zirar məscidini yıxdığı kimi bu camilərdə çirkin niyətlər üçün yapıldığından yıxılmalıdır əslində. Səfəvi-qızlbaş mirası olan bu qaranlıq saçan yuvalar dəprəmlərin nədənlərindən biri. Bilinci qapatılmış olan türk bu yolla daha da kiçik bəlalər qarşısında yox olacaqdır. Uçmağa hazır olan daxmalar isə, uçub türk yavrularının başına töküldü. Torpaq altında qalan türkün qurtuluşu üçün dövləti işğal etmiş olan qızılbaşlıq ideolojisi heç bir iş etmədi. Qızılbaş-Xomeyni görüşünə görə türk tarixdən silinməlidir. Bu dəprəm minlərcə insanımızı öldürdü. Qorxunc bir tablovu da gözlər önünə sərdi. Uçan evlərin görüntüsü göstərdi ki, bir kənd ailəsinin maddi imkanları 100 dolar dəyərində bilə deyilmiş. Yoxsulluğun və bədbəxtliyin içində can çəkişən türk yavrularımızı kiçik bir dəprəm məhv etdi. Bunlar isə, işin zahiri tərəfidir. Biz Azərbaycan və İranda yaşayan türklər olaraq ilk, Şah İsmayıl adlı sapıq dəyyusun törətdiyi dəprəmin altında qalmışıq. Biz səfəvi-qızılbaş dəprəmi altında qalmış və can çəkişməkdəyik. Kimliyimiz səfəvi-qızılbaş vəhşiliyinin törətdiyi dəprəmin altında qalmışdır. Pəhləvi, Xomeyni və Vərziqan dəprəmləri Səfəvi dəprəmlərinin uzantısı...
16.08.2012