2 Eylül 2013 Pazartesi

Yeni tərcümə kitabım

Güntay Gəncalpın yeni tərcümə etdiyi Məhəmməd Müctəhid Şəbüstərinin "Varlığın Peyğəmbəranə oxunuşu nəzəriyyəsi" adlı kitabı Bakıda Qanun nəşriyyatı tərəfindən çap edilmişdir. Kitabın tanıtım bölümündə belə yazılmışdır:
Kitab Qurani-Kərim üzərinə modern hermenevtik imkanlarından yararlanaraq açıqlamalar vermişdir. Dünya fəlsəfəsinin, ariflərin, teoloqların təcrübi nailiyyətlərindən yola çıxaraq Quran mətnini incələmiş və bunların yetərli olmadığı qənaətinə vararaq yeni yanaşma metodu gətirmişdir. Qurani-Kərim mətininin anlaşılması üçün daha modern yöntəmlərdən yararlanan yazar dini mətnin daha rahat idrak edilməsinə imkan yaratmağa çalışmışdır. Quranın anlaşılması üçün bu kitab oxucunun gözləri önündə yeni üfüq açmaqdadır.
http://www.qanun.az/?p=2437