19 Kasım 2017 Pazar

Nadir Şahın düzənlədiyi Nəcəf elmi konfransı

Nadir Şah fürsət bulduğunda dinlər və məzhəblər arası diyaloq və anlaşma toplantıları təşkil edir və özü də bu toplantılara qatılırdı. “Turanı fəth etmək üzrə ikən Nadir məzhəb alimlərinin elmi dartışmaları üçün təşkil etdiyi toplantılara da arada qatılırdı. Alimlər Fəth (48) surəsinin 29-cu ayəti üzərində dartışırdılar. Ayət böylədir: “Tanrının elçisi Muhəmmed və Onunla bərabər olanlar, kafirlərə qarşı çox şiddətli ikən öz aralarında çox mərhəmətlidirlər. Onları rüku və səcdə edərkən və Tanrıdan fəzl və rza istərkən görərsən. Onların əlamətləri üzlərindəki səcdə izləridir. İştə bunlar, onların Tövratdakı və İncildəki vəsfləridir.” Nadir baş molladan bu ayətin tərcüməsini sordu. Mollabaşı “şiələr və yaxud Əli ardılları öz pişvaları Əlini bu sifətə məzhər bilərlər, lakin sünnilər dörd xəlifəni bu özəlliyə uyğun görərlər” dedi. Nadir Şah “Tövrat və İncil olduğu kimi, qalmaqdadırlarmı?” deyə sordu. Müsbət cavab aldıqdan sonra yəhudilərdən və xristianlardan Tövrat və İncilin farscaya tərcüməsini əldə edib toplantıya gətirmələri üçün Mirzə Mehdi İsfahaniyə əmr verdi. Kitab gətirildi, ancaq Şah Dağıstan səfərinə çxdığı üçün dartışma sonraya ertələndi.”[1]
Nadir Şah, yalnızca Avşar ölkəsinin sünni-şiə bilgələrini bu elmi dartışma və diyaloqa dəvət etmirdi. Osmanlı da müsəlman ölkələrinin böyük qismini kontrol etməkdə idi. Bu üzdən Osmanlıdan da bu elmi dartışmalara qatılacaq alimlər dəvət edirdi. “Nadirin təşkil etdiyi teoloji dartışmalar Osmanlı şeyxi Suveydi ilə Molla Başı arasında keçirdi. Bəzi şiə mollaları bunu gülünc olaraq görürdülər.”[2] Nadir Şah, Osmanlı alimi Suveydini dəvət edərək ona böyük hörmətlər göstərir. Şiə mollası Mollabaşı ilə dini-tarixi mövzularda dartışmasını tələb edir. Bu dartışmaların əksiksiz olaraq protokollaşıb kəndisinə çatdırılmasını da əmr edir. Çünkü bu protokol bilgilərə və dartışmaların mətninə dayanaraq Nadir Şah daha ədalətli qərar vermək niyyətində idi. “1743-cü ildə Nadir Şah Nəcəfdə teolojik elmi diskusiya təşkil etdi. Bu elmi mübahisənin protokolunu Mehdi Xan Estərabadi yazmışdır. Muğan Qurultayında qeydə alınan prinsiplər bu dartışmanın sonuc bildirgəsinə də yansımışdır. Yəni şiəliyin ləğvi və Səfəvi kültüründən və söyüşlərindən arınmış cəfəri məzhəbi beşinci sünni məzhəbi olaraq qəbul edilirdi.”[3] Nadir Şaha görə hürufilik şiəliyə qarışaraq onu öz mehvərindən çıxarmışdır. Hürufilikdən arınmış cəfəri məzhəbi İslam dünyasında çoxluğu təşkil edən sünnilərlə sorun yaşamaz. Bu elmi konfransda bu soruna çözüm bulunmasını istəmişdi. Elmi konfransa qatılan alimlər üçün hər növ rahatlıq, güvənlik və orada bulunduqları sürəcə maddi dəstək də sağlamışdı. Bu elmi konfrasın protokolu “Hücəci-qətiyyə” (qəti dəlillər) adı ilə kitablaşaraq günümüzə qədər gəlib çatmışdır. Bu konfrasda Suveydi sünni, Mollabaşı da şiə tərəfi təmsil edərək dartışırlar. Başqa yardımcı şeyxlər və mollalar da vardır. Sünni və şiə bilgələrin ağızlarından çıxan hər söz orada bulunan katiblər tərəfindən qələmə alınır. Çünkü Nadir buna görə qərar verməli idi. Bu toplantıya qatılan Suveydinin xatirələri və toplantının protokolu mövcuddur. Öncə “Hücəci-qətiyyə” kitabı haqqında özət bilgi:
Avşar dövlət rəisi Nadir Şahın şiə alimləri ilə sünni alimlərini qonuşduraraq, şiəliyə hürufiliyin qarışdığı, ölkəsinin dini baxımdan Səfəvi öncəsinə dönülməsi gərəkdiyinə qərar verdiyi bildirilməkdədir. “Hücəci qətiyyə” kitabı, eynı ismi daşıyan ərəbcə kitabın tərcüməsidir. Hücəci-qətiyyə kitabı bağdadlı Abdullah Süveydi tərəfındən ərəbcə yazılmışdır. 1905-ci ildə Misirdə basılmış, 1980-də İstanbulda da nəşr edilmişdir. Abdullah Süveydi tərəfindən türkçə tərcüməsi 1908-də Misirdə Kürdistan mətbəəsində basılmışdır. Süveydi Abdullah 1692-ci ildə Bağdadda dünyaya gəlmişdi. Bağdadda illərcə dərs verdi. Bir çox kitab yazdı. Nadir Şah, Avşar dövlətini qurduqdan sonra İran və Buxara alimlərini toplayaraq, sünni və şiə firqələrindən hansının doğru olduğunun anlaşılmasını əmr edər. Süveydini o elmi mübahisə gedən məclisə rəis təyin etmişdi. Bu məclisdə qonuşulanları bildirən “Hücəci-qətiyyə” kitabı bu baxımdan çox qiymətlidir. Bu məclisdə kəndisi, şiə alimləri ilə uzun qonuşma sonunda bütün mübahisələri protokol gərəyi qələmə alar. Şahın xoşuna gedərək kəndisini təbrik edər. Suveydi 1760-cı ildə ölmüşdür. İrandakı Səfəvi hökümdarlarının doqquzuncusu və sonuncusu olan şah Hüseyn Səfəvi 1729-da əfqanlar tərəfındən öldürülüncə, ölkə qarışdı. Şahın oğlu İkinci Təhmasib aciz və əyləncəyə düşgün olduğundan, Nadir adındakı vəziri idarəyə əl qoyaraq əfqanları ölkədən çıxardı. Başkənd İsfahanı əfqanlardan geri aldı. Bağdad valisi Əhməd paşa zamanında Bağdadı mühasirə etdi. Səkkiz ay sonra, İstanbuldan gələn topal Osman paşanın ordusu Nadir əsgərini uzaqlaşdırdı. Nadir 1736-da Avşar imperatorluğnun şahı oldu. Delhini işğal etdi. Əfqanistanı, Buxaranı aldıqdan sonra Şahənşah (şahlar şahı) ləqəbini aldı. Osmanlı dövlətinə səfirlər göndərərək sünni firqə ilə imamiyyə firqəsindən hansının doğru olduğunun elm yolu ilə anlaşılmasını istədi. Böyük bir ordu ilə Bağdad və Musul üzərinə yürüdü. Ala bilməyib Nəcəfə çəkildi. Şiələrlə sünnilər arasında bir-birinə uymayan inanışları ortadan qaldıraraq iki firqəni birləşdirmək üçün əmr verdi. İki tərəfin də alimləri toplandı. Hamısının qarşısında Abdullah Süveydi elm, ağıl və sənədlərlə uzun qonuşmalar sonunda, şiələri cavabsız buraxdı. İki tərəfin sual və cavabları “Hücəci-qətiyyə” adı ilə bir kitab halında nəşr edildi.[4]
Abdullah Süveydi deyir ki: Bağdad valisi Əhməd paşa, məni istəmiş. Gedincə, Paşanın ağalarından Əhməd ağa məni qarşılayaraq “Paşa səni Nadir Şaha göndərmək istəyir dedi. Səbəbini sordum. Şah sünnilərdən bir alim istəmiş. Şiə firqəsinin doğru olub olmadığını anlamaq üçün şiə alimləri ilə elmi mübahisə edəcəksən. Şiəlik doğru isə, beşinci məzhəb olaraq elan ediləcək” dedi. Mən də ona “ey Əhməd ağa, sən bilməzsənmi ki, əcəmlər inadçı olar. Dediyindən dönməzlər? Hələ şahları bu qədər zalim və məğrurkən mənim sözümü qəbul edərlərmi? Onların firqəsində pozuq olduğunu göstərən vəsiqələri necə söyləyə bilərəm? Onlarla necə danışa bilərəm? Dəlil olaraq söyləyəcəyim hədislərə zatən inanmırlar. Din kitablarını qəbul etmirlər. İştə bunun üçün paşa həzrətlərindən məni əfv etmələrini rica edirəm” dedim. O da “buna imkan yox. Bu iş üçün paşa səni seçdi. Əmrinə itaət lazımdır. Saqın qarşı gəlmə” söylədi. Ertəsi sabah Əhməd paşa ilə uzun-uzun qonuşduq. Sonunda “saqın məğlub olma! İndi Nadir Şah Nəcəfdədir” dedi. Bir neçə kişi ilə yola çıxdıq. Yollarda, verəcəyim cavabları, göstərəcəyim dəlilləri düşünürdüm. Yolda rastladığım kimsələr, Şahın yetmişə yaxın şiə müfti və alim topladığını söylədilər. Öz-özümə düşündüm. Onların qarşısında söyləməkdən çəkinmək doğru olmaz. Fəqət sözlərimi, şaha dəyişdirərək bildirəcəklərindən qorxurdum. Ən yaxşısı məclisdə Şahın bulunmasını istərəm. Nəcəfə iki saatlıq yol qalmışdı. Biri gəlib mənə “nə durarsan burada, Şah sizi gözləyir” dedi. “Şah, hər müsafirini, böylə yoldamı çağırar?” dedim. O da “xeyir, səndən başqa kimsəni böylə tələsik istəməmişdir” dedi. Bu söz üzərinə öz-özümə “Şahın məqsədi imamiyyə firqəsini zorla mənə qəbul etdirməkdir. Məni sıxışdıracaq, bəlkə də zorlayacaq. Fəqət mən, nə aldanaram, nə də qorxaram. Öldürüləcəyimi bilsəm də doğrunu söyləməkdən çəkinməm” dedim. Qarşıdan Avşar dövlətinin iki bayrağı göründü. Yaxınlaşınca səltənət çadırlarını gördüm. Şahın çadırı böyük, yeddi dirək üzərinə qurulmuşdu. Minlərcə növbətçi əsgər vardı. Birisi bizi qarşıladı. Əhməd paşanı və bəyləri ismləri ilə sordu. Böylə tanıdıq kimi sormasından saşırdım. O “Avşar dövlətinin Osmanlı dövlətində elçisi idim. Əhməd paşa həzrətlərinə də xidmət etmişdim. Adım, Abdülkərim bəydir” dedi. Doqquz kişi daha gəldi. Bunlar gəlincə, Abdülkərim bəy sayqı ilə qalxdı. Böyüklərdən olduqlarını anladım. Salamlaşdıq. “Şahın hüzuruna buyurun!” deyərək, böyük çadırın pərdəsini qaldırdılar. Bir aralıqdan kəçib, şahın odasına girdik. Nadir şah, məni görüncə, yüksək səslə “Abdullah əfəndi, mərhəba! İrəli gəl!” dedi. On addım qədər irəlilədik, təkrar Şah “irəli gəl!” söylədi. Daha da getdim. Aramızda iki-üç metr uzaqlıq qaldı. Otururdu. Uzun boylu olduğu anlaşılırdı. Başında, boynunda, qolunda çox süslü şahanə bəzəklər vardı. Qürurlu idi. Yorğun, ixtiyar görünürdü. Saqqalı qara boyanmış, ön dişlərindən düşmüş olanlar vardı. Açıq yay kimi qaşları ilə gözləri çox gözəldi. Həybətli və sevimli bir görüntüsü vardı. Onu görüncə, könlümdə qorxu qalmadı. Yenə türkçə olaraq “Əhməd xan nə halda, necədir?” deyə sordu. “Yaxşıdır, sağ-salamtdır” dedim. O zaman, Osmanlı taxtında, 24-cü padşah olan sultan Birinci Mahmud Xan vardı. Fəqət, bundan öncəki sultan üçüncü Əhməd Xan həyatda idi.
-         Səni nə üçün istədiyimi bilirsənmi?,- deyə şah sordu.
-         Xeyir, bilmirəm,- dedim.
-         Mənim məmləkətlərim iki qimsdir. Biri Türkistan ilə Əfqandır. Bir də əski Səfəvi ölkəsi. Birincisi perslərə kafir deyirlər. Əmrimdəki insanların bir-birlərinə kafir deməsi uyğun deyildir. Səni kəndimə vəkil təyin edirəm. Onlarla mənim yerimə görüşəcəksən. Hansı tərəfin doğru olduğunu isbat edəcəksən. Bu ayrılığı ortadan qaldıracaqsan. Toplantı yerində hər gördüyünü, eşitdiyini mənə xəbər ver! Əhməd xana da bildir,- dedi.
Hüzurundan çıxmamıza izn verdi. E’timadüddövlə, yə´ni baş vəzirin yanında müsafir olmamı və günorta namazından sonra Mollabaşı yə´ni din işləri rəisi ilə buluşmamı əmr etdi. Oradan, sevinərək çıxdım. Yemək üçün, baş vəzirin yanına apardılar. Vəzir, oturduğu yerdə salamımı aldı. Qalxmadı, sayqı göstərmədi. Mən oturunca, o qalxaraq “səfa gəldiniz!” dedi. Onların gələnəyinə görə ev sahibi, müsafir oturduqdan sonra qalxarmış. Bunu bilmədiyim üçün öncə sıxılmışdım. Hətta Şahın əmri ilə qaldırılması lazım olan küfrlərin birincisi olaraq, din aliminə sayqısızlıq etdi deyərək baş vəzirin cəzalandırılmasını istəyəcəkdim. Ancaq adətlərini öyrənincə, sayqı göstərdiyini anladım. Yeməkdən sonra Mollabaşını görmək üzərə, heyvanlara minib yola çıxdıq. Yolda qarşıma, bir əfqanlı gəldi. Salam verdi.
-         Sən kimsən?,- dedim.
-         Mən əfqan müftisi molla Həmzəyəm,- dedi.
-         Ərəbcə bilirsənmi?- deyə sordum.
-         Bilirəm,- söylədi.
-         Şah əmr etdi ki, əcəmlərin küfr olan inanışlarını, pozuq işlərini düzəldəcəyəm. Ancaq küfr olan bir şeydə inad edərlər, bə’zi inanışlarını gizlədərlərsə, nə etməliyəm? Bunların iç üzlərini bilmirəm. Sən bilirsənsə söylə! Söylə də ona görə davranım,- dedim.
-         Şahın sözünə güvənmə! Səni, yalnız danışmaq üçün, Mollabaşına göndərdi. Qonuşmalarda diqqətli davran!,- dedi.
-         Onların insafsızlığından qorxuram,- dedim.
-         Yox. Ondan qorxma! Şah qonuşmaların, kəndisinə dəyişdirilmədən bildirilməsi üçün hər addım başına, güvəndiyi adamları düzdürdü. Şaha yanlış bir şey bildirilməsinə imkan yoxdur,- dedi.
Mollabaşının çadırına yaxınlaşdım. Çıxıb, yürüyərək qarşıladı. Qısa boylu idi. Məni üst yanına oturtdu. Söz arasında “bu gün əfqan müftisi Hadi xocanı gördüm. Bir elm dəryasıdır” dedi. Hadi xoca Buxara qadısı idi. Çox alim idi. Kəndisinə elm dəryası deyilərdi. Məndən dört gün öncə gəlmiş. Yanında, Buxara alimlərindən altı kişi varmış.
-         Kəndisinə, elm dəryası adını necə yaraşdırmış? Elmdən heç xəbəri yoxdur. Ona, imam Əlinin birinci xəlifə olacağını göstərən iki vəsiqə versəm, cavabını bulamaz. Yalnız o deyil, əhli-sünnət alimlərinin hamısı bir araya gəlsə, bir şey söyləyəməzlər,- dedi Mollabaşı.
-         Öylə cavab veriləməyəcək dəlilləriniz nədir?,- dedim.
-         Öncə, sizdən soruşuram. Hz. Peyğəmbər Əli ibni Əbutalib üçün “Musanın yanında Harun necə idisə, sən də mənim yanımda öyləsən. Yalnız bu fərq var ki, məndən sonra peyğəmbər gəlməyəcəkdir” buyurdu. Bu hədisi siz də bilirsiniz,- dedi.
-         Doğru, bilirəm,- dedim.
-         İştə bu hədis Hz. Peyğəmbərdən sonra, imam Əlinin xəlifə olacağını göstərir,- dedi.
-         Necə göstərir?,- dedim.
-         İmam Əlinin Peyğəmbər yanındakı yeri, Harunun Musa yanındakı yeri kimi göstərilir. Yalnız “ancaq məndən sonra Peyğəmbər gəlməz” deyərək, burada ayrıldığı bildirilir. Bunun üçün Əlinin birinci xəlifə olması lazımdır. Harunun əcəli gəlməsəydi, Musadan sonra, xəlifəsi olurdu,- dedi.
-         Sözünüzdən açıqca anlaşıldığına görə, məntiq bilgisində, bu sözlərdən ümumi hökm çıxarmış. Ümumi olduğunu haradan çıxarırsınız?,- dedim.
-         İstisnalarda izafət ümumi mə´na bildirər,- dedi.
-         Harun Musa  kimi Peyğəmbər idi. Hal bu ki, Əlinin, öncə də, sonra da Peyğəmbər olmadığını siz də bilirsiniz. Bundan başqa, Harun, Musanın doğma qardaşı idi. Hal bu ki, Əli Rəsulun doğma qardaşı deyildi. Ümumi olan şeyin isə, istisna ilə ayrılması, məntiq elmində, zənni göstərər. Onun üçün, sözün hökmünü, mə´nasını, bir mənzələt, bir yer üçün aramaq lazım olar. Bunun üçün də, hədisdəki mənzələt kəlməsinin sonundakı (t) hərfi, bir tək mə´nasını bildirər. (Harunun yerində) izafəti, izafətlərin çoxunda olduğu kimi, izafəti-əhdiyyədir. Yə´ni ümumi mə´na bildirməz. (Ancaq) kəlməsi də (Fəqət) deməkdir. O halda, sözün mə´nası, qət’i deyil zənni oldu. Şübhə və güman ehtiva edər. Böylə sözlərdə, bəlli olmayan bir şey, başqa bilgilər yardımı ilə anlaşılar. Yə´ni (mənzələt) ilə (Harun) arasındakı Bağlantı, Harunun yalnız, bəniisrail üçün xəlifə olduğunu göstərdiyi kimi, Əlinin də sadəcə Təbuk qəzasında Mədinədə xəlifə buraxıldığını göstərər,- dedim.
-         Xəlifə buraxmaq, onun üstün olduğunu bildirir. Birinci xəlifə olması lazım gələr,- dedi.
-         Öylə isə, səhabi Abdullah ibni ümmi- Məktumun da xəlifə olması lazım gələr. Çünkü Peyğəmbər onu və başqalarını da Mədinədə xəlifə, yə´ni kəndi yerinə vəkil buraxmışdı. Bu durumda xəlifəlikdə birinciliyi buna və başqalarına verməyib də Əliyə ayırmanızın səbəbi nədir? Bundan başqa, yerinə vəkil buraxılmaq, üstünlüyə səbəb olsaydı, Əli Peyğəmbərə “məni qadınlarla, çocuqlarla, zavallılarla birlikdəmi buraxırsan?” deyərək üzülməzdi. Peyğəmbər də, Əlinin könlünü almaq üçün “sən mənim yanımda Harunun Musa yanındakı yeri kimi olmağı bəyənmirsənmi?” buyurmazdı,- dedim.
-         Əhli-sünnətin üsul bilgisinə görə, səbəbin ayrı olmasına deyil, sözün ümumi olmasına baxılar,- dedi.
-         Vəsiqə olaraq səbəbin ayrı olmasını incələmirəm. Ancaq, hədisdə bəlli olmayan bir şeyin, yalnız, (xüsusi) olduğunu göstərən bir işarət olduğunu söyləyirəm,- dedim. Susdu.
-         Bundan başqa, bu hədisə zatən sənəd göstərilməz. Çünkü söz birliyi ilə bildirilmış deyildir. Kimi səhih, kimi də zəif hədisdir söylər,- dedi.
-         İbni-Cəvzi isə, mövzu olduğunu bildirməkdədir. Bununla Əlinin birinci xəlifə olması, necə anlaşılır ki, dəlilin məşhur nəs olması lazımdır,- dedim.
-         Doğru, öylədir. Dəlilimiz, yalnız bu deyildir. Əliyə, mö´minlərin əmiri olaraq salam veriniz” hədisi dəlildir. Bundan Əlinin Peyğəmbər olduğu anlaşılmasa belə, birinci xəlifə olmasına deyəcək yoxdur,- dedi.
-         Bu hədis bizcə mövzudur, yəni şübhəlidir. Əhli-sünnət alimlərinin kitablarında, böylə səhih bir hədis yoxdur,- dedim. Düşündü. Birdən-birə:
-         Başqa bir dəlil söyləyəcəyəm ki, mə´nasını çevirməyə imkan yoxdur. “Gəliniz! Çocuqlarınızı və çocuqlarımızı çağıralim!” ayəti dəlilimdir,- dedi.
-         Ali-İmran surəsinin 61-ci ayəti olan bu ayət necə dəlil olar bilər?- dedim.
-         Nəcrandan, xıristiyanlar Mədinəyə gəlib inanmayınca, Rəsulullah bunlara, “Gəlin, içimizdən yalançı olana, Tanrıdan lə’nət istəyəlim” buyurdu. Və Əli, Fatimə, Həsən və Hüseyni alıb meydana çıxdı. Duaya çıxan, çıxmayanlardan əlbəttə daha üstündür,- dedi.
-         Bu dediyiniz, mənqibədir. Üstünlüyü göstərməz. Çünkü əshabın hər birinin bir mənqibəsi vardır ki, başqalarında bulunmaz. Tarix oxuyanlar, bunu yaxşı bilər. Bundan başqa, Qur´an ərəbcə endi. Məsəla, iki əşirət arasında hərb başlamaq üzərə ikən, biri “mən əşirətimdəki igitləri alıb çıxacağam. Sən də seçilmış, qəhrəmanlarını alıb çıxmalısan” desə, bu söz, ikisinin də əşirətində meydana çıxanlardan başqa, igit adam bulunmadığına dəlil olamaz. Duada, əqrəba və yaxınları ilə birlikdə bulunmaq qəlbin qırıqlığı və duanın tez qəbul olması üçündür,- dedim.
-         Bu, sevgisinin çoxluğunu göstərir,- dedi.
-         Bu təbii, yaradılışda bulunan bir sevgidir. İnsanın kəndi-kəndini, çocuqlarını sevməsi kimidir. Bunda üstünlük aranmaz,- dedim.
-         Başqa bir şey daha var. Peyğəmbər Əlini kəndisi ilə bərabər saymışdır,- dedi.
-         Sən daha, üsul elmini və bəlkə də ərəbcəni bilmirsən! Dəlil sandığın (ənfus) kəlməsi, cəm’i-qillətdir (azlıq bildirən çoxluqdur). Cəm’ olan (na)ya Bağlanmışdır. Cəm’in cəm’ qarşısında bulunması isə, birlərin minlərə bölünməsinə səbəb olar. Məsəla bölük mindi demək, bölükdəki əsgərlərin hamısı atlarına mindi deməkdir. Birdən çox olana cəm’ deyilər. Nur surəsinin 26-cı ayəti olan “bunlar onların dedikləri kimi deyildir” kəlamında, Hz. Ayşə ilə Səfvan bildirilməkdədir. Bunun kimi, Təhrim surəsinin 4-cü ayətindəki (qəlbləri), cəm’ olduğu halda, məntiq elminə görə, ikini göstərən zəmirə bağlanınca iki qəlb olmuşdur. Bunlar kimi Həsən və Hüseyn üçün cəm’ olaraq (çocuqlarımız) və Fatimə yalnız bulunduğu halda, cəm’ halında (qadınlar) deyilməsi, məcazdır. Bu ayət Əlinin birinci xəlifə olacağını göstərsəydi, Həsən, Hüseyn və Fatimənin də, sıra ilə xəlifə olmaları lazım olardı. Hal bu ki, Fatimə xəlifə olamaz,- dedim.*
-         Mənim bir dəlilim daha var. Maidə surəsinin 58-ci ayətində “əlbət, sizin vəliniz, sahibiniz, Tanrı və Onun elçisi və iman edənlərdir” buyuruldu. Təfsir alimləri söz birliyi ilə bildirirlər ki, Əli namazda ikən, bir fəqirə üzüyünü sədəqə verincə, bu ayət nazil oldu. Ayətdəki (innə-ma) yalnız o deməkdir. Yə´ni, ona məxsusdur. Vəli kəlməsi də, təsərrüfə, idarəyə ən əlvərişli deməkdir,-dedi. Və, siz səhabəni necə bilərsiniz?- deyə də sordu.
-         Ədalətli, özü və sözü doğru bilərik,- dedim.
-         Qur´andakı bir çox ayətlər əshabı azarlamaqdadır. Münafıq olduqlarını, Rəsulullaha, dərd, acı verdiklərini bildirən ayətlər çoxdur. Məsəla, Tövbə surəsinin 59-cu ayəti və Mücadələ surəsinin 8-ci ayəti və Münafiqun surəsinin birinci ayəti və Muhəmməd surəsinin 16-cı, 20-ci, 29-cu və 30-cu ayətləri bunlardandır. Bundan başqa, Tövbə surəsinin 100-cü, Fəth surəsinin 11-ci, 12-ci, 15-ci, Hücurat surəsinin 4-cü ayətləri göstərir ki, Mədinədə bə’zi münafiqlər o qədər gizli çalışırdılar ki, əhaliyə deyil, Peyğəmbərə belə sezdirmirdilər. Ənfal surəsində, “Peyğəmbərə qarşı gələnlər, məşhur Bədr qəzasından cayaraq, düşməni görmədən öncə geri dönənlər, mö´minlərin, canlarına minnət bildikləri o günün şərəfindən qaçanlar, onlardır” buyuruluyor. Bunun üçündir ki, gizli şeyləri bilən Tanrı, Ənfal surəsinin 6-cı ayətində münafiqlərin pis niyyətlərini ifşa etməkdədir. Huneyn qəzasında qaçanlar və çox sayıda olmalarına güvənərək, Ali-İmran surəsinin 10-cu və 116-cı ayətlərinin enməsinə səbəb olanlar, yenə bu münafiqlərdəndir. Bunlar, Uhud faciəsində, Peyğəmbəri düşmənlərin əlinə buraxıb dağa qaçdılar. Mübarək üzünün yaralanmasına, iki dişinin zərər görməsinə və atdan düşməsinə səbəb oldular. Hətta yardım istədiyində, duymazlıqdan gəldikləri üçün, Ali-İmran surəsinin 153-cü ayəti ilə, Tanrı tərəfindən azarlandılar. Təbukdakı məşhur hərəkətlərindən dolayı da, Tövbə surəsinin 39-cu ayəti ilə tənqid və təhdid edildilər. Bütün bunlardan anlaşılır ki, Hz. Peyğəmbərin əshabı üsyan edərlər. Ona qarşı gəlirlərdi. Fərar etdiklərini bildirən ayət, bir neçəsinin deyil, hamısının qaçdığını göstərməkdədir. Çünkü Tövbə surəsinin 43-cü ayəti, əzablarını və azarlandıklarını açıqca bildirməkdədir. Peyğəmbər, onların geri dönmələrinə izn verdiyi üçün, Tövbə surəsinin 44-cü ayəti ilə, Peyğəmbərin də azarlanmasına səbəb oldular. Bunlardan başqa, hicrətin 5-ci ilinin 11-ci ayındakı Əhzab yə´ni Xəndək qəzasında, Əhzab surəsinin 13-cü və 15-ci ayətləri ilə və daha neçə ayətlərlə tənqid edildilər və kötüləndilər. Böylə kimsələrə necə olar da ədalətli deyilir? Onların işləri və sözləri, din işlərində necə sənəd ola bilər? Onlara inanmaq, güvənmək, ağla da, elmə də uyğun deyildir,- dedi.
-         Əshabı pisləmək üçün, vəsiqə olaraq bildirdiyin ayətlərin hamısı münafiqlər üçün gəlmışdir. Bunda kimsənin şübhəsi yoxdur. Hətta, şiələr də, böylə olduğunu söz birliyi ilə söyləməkdələr. Münafiqlər üçün gəldikləri bilinən bu ayətləri, ayətlər ilə təqdir edilən əshaba bulaşdırmağa qalxışmaq, böyləcə onları ləkələmək, ədalətə və insafa sığmaz. Öncələri, münafiqlərin sayısı çoxdu. Sonra, azalmağa başladı. Peyğəmbərin ömrünün sonuna doğru, münafiqlər mö´minlərdən ayırd edildi. Tanrı Ali-İmran surəsinin 179-cu ayəti ilə təyyibləri xəbislərdən ayırd eylədi. Yalvac (peyğəmbər) “ocaqdakı atəş dəmiri pislikdən ayırdığı kimi, Mədinə də, insanların yaxşısını pisindən ayırdı” buyurdu. Bunun üçün münafiqləri bildirən ayətləri əshaba yükləmək necə doğru ola bilər? Ali-İmran surəsinin 110-cu ayətində “siz ümmətlərin ən xeyirlisi, ən yaxşısı oldunuz” buyuruldu. Bu ayət ilə Tanrının öydüyü kimsələr, necə olar da münafiqlərlə bir tutular? Tanrı, əshabı bir çox ayətlə öydü. Tövbə surəsinin 59-cu ayətinin (xəvaric) qəbiləsinin rəisi (İbni-zil Huvaysıra bin Zuhəyr) üçün gəldiyini bütün təfsirlər yazır. Bu ayəti səhabəyə yükləmək, elm adamına yaraşmaz. Buxari kitabında bunu açıqlanan yazıları burada söyləmək yerində olar. Əbu Sə’idi-Xudri deyir ki, yalvacın (peyğəmbərin) yanında idim. Kəndisi, Huneyn qəzasında kafirlərdən alınan qəniymət mallarını dağıdırdı. Bəni Təmim əşirətindən Huvaysıra qapıdan içəri girdi. “Ey yalvac, ədalətə diqqət et” dedi. Yalvac (peyğəmbər) “sənə yazıqlar olsun! Ədaləti mən qorumayacam da kim qoruyacaq? Ədalət üzərə olmasaydım, çox zərər edərdin!” buyurdu. O sırada, əshabdan Ömər Faruq ayağa qalxıb “bu cahili öldürməmə izn ver!” dedi. Mücadilə surəsinin 8-ci ayəti də, yəhudilər və münafiqlər üçün enmışdir. Çünkü bunlar, mö´minlərdən gizli olaraq, aralarında toplanar və qaş-göz işarətləri ilə əshabı aldatmağa çalışırlardı. Mö´minlər, bunların başlarına ağır bir fəlakət gəldiyini, acılarını kimsəyə duyurmamaq üçün gizli qonuşduqlarını sanaraq bunlara acırlardı. Fəqət, böylə gizli qonuşmaların uzun zaman sürməsi, bunların içlərini ortaya çıxardı. Əshab pis niyyət ilə edilən bu gizli toplantılara son verilməsi üçün yalvaca şikayət etdilər. Böylə toplantılara son verilməsini əmr buyurdu. Ancaq münafiqlər dinləmədi, xiyanətlərinə davam etdilər. Bunun üzərinə, Mücadilə surəsinin 8-ci ayətində “gizli toplantı keçirmələri yasaq edilənləri görmədin mi? Bunlar, yasaq edildiyi halda yenə gizli toplandılar. Günah, düşmənlik və peyğəmbərə qarşılıq üçün toplanırlar” buyuruldu. Bunların yasaq əmrini dinləməyib, yenə toplanmaları, Peyğəmbərə qarşı gəlməkdir. Mücadələ surəsinin 8-ci ayətində “sənə salam verdikləri zaman, Tanrının səni salamladığı kimi vermirlər” buyuruldu. Bu ayətdə yəhudilər azarlanmaqdadır. Yəhudilər yalvacın (peyğəmbərin) yanına gəldikləri zaman “sizə salam olsun” yerinə, “sizə sam olsun” deyərlərdi. Peyğəmbər “sizə də olsun!” buyururdu. Əmin olmaq, qorxusuz olmaq demək olan salam yerinə, ölüm demək olan sam deyərlərdi. Böyləcə yalvacı aldadacaqlarını sanırlardı. Bunun üçündür ki, bu ayətin sonunda “hesablarının sonu cəhənnəm əzabıdır” buyuruldu. Yəhudilər yalvacın hüzuruna gəldiklərində kötü adətlərinə görə, şübhəli, pozuq salamlarını söylərlərdi. Hz. Ayşə bunu anlayıb öfkələndi. Rəsulullah öfkələnmənin yeri olmadığını, “sizə də olsun!” dediyini, duasının qəbul buyurulduğunu söylədi. Münafiqun surəsinin birinci ayətində, “münafiqlər, sənə gəldiyi zaman” kəlamı, Abdullah bin Səlul və arxadaşlarını göstərməkdədir. Əshab ilə heç bir əlaqəsi yoxdur. Muhamməd surəsinin 6-cı ayətində “onlardan, səni dinləyənlər, yanından çıxdıqları zaman...” buyuruldu. Bu ayət də münafiqlər üçün gəlmışdir. Münafiqlər, yalvacın yanında bulunub, sözlərini eşidərlərsə də, anlamaq istəməzlərdi,- dedim.
-         Xilafətinin qəbulunda anlaşmazlıq olan kimsənin xəlifə olması doğru olarmı? Bənihaşim, əshabın böyüklərindən idi. Xəlifəni uzun zaman sonra zor ilə qəbul etmişlərdi. Böylə xəlifə qəbul edilər mi?,- dedi Mollabaşı.
-         Əbubəkirin xəlifəliyini bütün səhabə söz birliyi ilə qəbul etdi. İnad etməyən hər kəs bunu böylə bilər. Əli ilə yanında bulunan bir neçə səhabinin sonra bi’ət etmələri, qəbul etmədiklərindən deyildi. Kəndiləri çağrılmadığı, seçimdə bulunmadıqları üçündü. Zatən bir neçə kişinin ayrı qalması, çoxluğun seçməsini dəyişdirəməzdi. Dəyişdirsəydi, Əlinin xəlifə olduğu, xəlifə seçildiyi zaman dəyişdirərdi və onun xəlifəliyi doğru olmazdı,- dedim.
-         Əbubəkir, Fatimənin haqqını zorla əlindən aldı. “Biz yalvaclar (peyğəmbərlər) miras buraxmarıq. Bizim buraxdıqlarımız, sədəqə olar” hədisni irəli sürərək, onun haqqını vermədi. Xeybər müharəbəsində Cəbrail, İsra surəsinin 26-cı ayətinin “sənə yaxın olana, haqqını ver!” əmri gətirincə, yalvac “yaxın olan kimdir?” buyurdu. Yaxın olan, Fatimədir deyilmişdi. Bunun üzərinə, Fatiməyə “Fədək” deyilən xurma Baxçasının verildiyini Ümmi-Əymən, Əsma binti-Uməys və Əli ibni Əbutalib xəbər vermışdir. Bu şahidlər varkən, özünün xəbər verdiyi bir hədis ilə əlindən alması zülm deyil də nədir? Halları, işləri böylə olan bir xəlifəni qəbul etmək islamiyyətə uyğun olarmı?,- dedi Mollabaşı.
-         Fatimənin Fədək xurmalığını istəməsi iki səbəblə ola bilər: Xurmalıq mənə miras qaldı deyə bilər. Ya da öncədən mənə verilmişdi. Mənim mülküm idi söyləyə bilər. Sizin bu sözünüzdən mülkü olduğu üçün istədiyi anlaşılır. Fədək baxçasının Fatiməyə öncədən verilmış olduğunu, Onun mülkü olduğunu, əhli-sünnət alimlərindən heç biri bildirməmişdir. Heç bir kitabda da yazılı deyildir. Bütün kitablar bu xurmalığı atasından qaldığı üçün istədiyini yazmaqdadır. Çünkü Fədək xurmalığı, Peyğəmbərin əlində idi. Vəfat edincə xəlifəsi olan Əbubəkirin idarəsinə keçdi. Fatimə miras olaraq istədi. O da hədisə uyğun cavab verdi. Yalvacın (peyğəmbərin)  əqrəbasını öz əqrəbasından daha üstün tutduğunu and içərək bildirdi. Bunlar kitablarda yazılıdır. Bu hədisi, yalnız Əbubəkir xəbər verməmişdi. Bu hədisi Ömər, Osman, Əli, Təlhə, Zübəyr, Abdürrahman, Abbas və Peyğəmbərin xanımı da xəbər vermışdir,- dedim.
-         Rəsulullahın əmrini rədd etməyə qalxışan kimsənin xəlifə olması doğru olarmı?,- deyə sordu.
-         Olamaz,- dedim.
-         Rəsulullahın göndərdiyi Əbuhüreyrəni döyən və aldığı əmri etməsinə mane olan Ömərin xilafəti necə səhih oldu? Peyğəmbər Əbuhüreyrəyə ayaqqabılarını bağışlamışdı. Ömər ayaqqabıları çıxarmasını istər, - dedi.
-         Ömərin böylə davranması Rəsulullahın əmrini rədd etmək deyildir. İtaətsiz olmağı göstərməz. Rəsulullaha düşüncəsini, görüşünü bildirmışdi. Düşüncəsi, ya qəbul edilər, ya da edilməz. Peyğəmbər Ömərə bu işindən dolayı qarşı çıxmamış, müsəlmanlar üçün yaxşı olduğunu görərək qəbul buyurmuş, Əbuhüreyrəyə “ayaqqabıları burax və öylə söyləmə!” deyə əmr eyləmışdi. Böylə işləri yalnız Ömər etmiş deyildir. Əshabın çoxu etmişdi. Peyğəmbər də çoxunu qəbul buyurmuşdu. Əli də böylə sayqısızlıq sanılan sözləri çox söyləmışdi. Hətta Nəvasib firqəsi Əlinin bu kimi sözlərini alaraq ona dil uzatmaqdadırlar. Abdülhamid Naci bu sözləri vəsiqələri ilə kitabında yazaraq, Əlini təhqir etməyə qalxısmışdı,- dedim.
-         Kəndisinə Əmirül mö´minin adını verən bir kimsənin, Tanrının və Onun elçisinin halal etdiyi bir şeyi haram etməsi doğrudurmu?,- deyə sordu.
-         Necə şeydir o?,- dedim.
-         Ömər, Tanrının və elçisinin halal etdiyi, hətta kitab və sünnət ilə bildirilmış olan “müt’ə nikahı”nı haram və yasaq etdi. Bu isə, Tanrının əmrinə qarşı gəlməkdən başqa nə ola bilər? Böylə edən kimsəyə müsəlman demək olarmı? Bu, əmirül mö´minin ola bilər mi?,- deyə sordu.
-         Hədis alimlərindən ibni Macənin məşhur olan “Müsnəd” kitabında bildirildiyinə görə, Ömər xəlifə ikən, Peyğəmbər müt’ə nikahını bizə, üç kərə halal, üç kərə də haram etdi. “Evli bulunan kimsənin, müt’ə nikahı ilə bir qadını kapatdığını eşidərsəm, onu daş-qalaq edərək öldürərəm” demişdir. Bu söz, müt`ə nikahını, sadəcə Ömərin yasaq etdiyini göstərmir. Çünkü bu sözü, müt`ə nikahını, Yalvacın (Peyğəmbərin) yasaq etdiyini, Onun yasaqladığı şeyi yapdırmayacağını göstərir. Abdullah ibni Abbasdan başqa, əshabın hamısı, xəlifənin bu sözünü dəstəklədi. Ondan başqa heç kimsə buna qarşı bir şey söyləmədi. Abdullah ibni Abbas da sonra sözündən dönərək haram olduğu, əshabın söz birliyi ilə anlaşılmış oldu. Buxari kitabı, Əbutalib oğlu Əlidən gələn xəbəri bildirərkən deyir ki, Əli, Abdullah ibni Abbasa “sən yanılırsan. Peyğəmbərimiz, müt`ə nikahını yasaq etdi” dedi. Əlinin bu sözü üzərinə, Abdullah da, sözündən dönmüs, müt`ə nikahının sonradan haram buyurulduğunu söyləmışdir. “Müt`ə” nikah və izdivac kəlmələrini qullanmadan para qarşılığı bir qadın ilə bəlli bir zaman birlikdə olmaqdır. Mollabaşına dedim ki, müt`ə nikahı ilə alınan qadın bir kişiyə varis olarmı? Bu qadının bu kişidən olan çocuğu da, bu adama varis olarmı?,- deyə Mollabaşından sordum.
-         Yox varis olamazlar,- dedi.
-         Öylə isə, bu qadın zövcə deyildir. Cariyə də deyildir. Tanrının “mö´minlər, zövcələrindən və cariyələrindən başqa olan qadınlardan saqınırlar” ayətinə nə buyurursunuz? Yə´ni, bu ayət, yalnız zövcə ilə cariyəni halal edir. Bu ikisindən başqa heç bir qadınla bir araya gəlinəməyəcəyini açıqca bildirir. Kəndisinə zövcə də, cariyə də deyiləməyən, müt`ə nikahı yapılmış bir qadınla buluşmanın halal olduğunu iddia etmək, Qur´anın bu açıq olan əmrinə qarşı durmaq anlamında olmazmı? Bu isə, zəlillik, doğru yoldan ayrılmaq üçün inad, bilə-bilə boşuna uğraşmaq deyilmidir? Düşündü, düşündü. Yaxasını qurtaracağını sanaraq, başqa bir soruya keçdi.
-         İmama, yə´ni xəlifəyə tabe olmaq, hər sözünə uymaq, hər kəsə vacibdir. Uyulması vacib olan kimsənin də, günahsız, xətasız olması lazımdır. Zatən, imamın mə’sum olduğu iki tərəfin söz birliyi ilə söylənməkdədir. Ağlı olan hər kəs də böylə söylər. Çünkü imam demək “kəndisinə uyulan kimsə” deməkdir. Geyilən köynəyə rida deyildiyi kimi, kəndisinə uyulan kimsəyə də imam deyilər. İmamın yanlış bir şey söyləyəcəyi və ya edəcəyi düşünülərsə, o zaman, buna güvəniləməz. Hər kəsi fəlakətə, uçuruma sürükləyəcək və ya Tanrının əmrlərinə uymayacaq bir şey söyləməsi, etməsi umular. İmama uymağı Tanrı əmr etdiyi üçün imam şaşmaz. Tanrı, yanlış ola biləcək şeyə uymağı əmr etmiş olmaz. Bu ağla da, dinə də sığmayan bir şeydir,- dedi.
-         İmamın mə’sum, şaşmaz olması söz birliyi ilə lazımdır, deməniz və bu da, islamiyyətin əmri demək olduğunu iddia etməniz büsbütün yanlış, pozuq bir davranışdır. Çünkü şiələr icma’ya, söz birliyinə zatən qiymət verməzlər. İcma’, dəlil olamaz, islamiyyətin əmrini bildirəməz deyirsiniz. İnandığınıza görə, icma’, şər’i dəlil deyil imiş. Bunun üçün, yuxarıdakı icma’ya dayanan iddianız, e’tiqadınıza, imanınızın əsasına uymamaqdadır. Yox, söz birliyi deməniz, şiələrin də bu sözə qatıldığını anlatmaq isə, imamiyyə firqəsinin ortaya çıxmasından öncə olan bütün icma’ların çürük, pozuq olması lazım gələr. Hətta Əbutalib oğlu Əlinin xəlifə seçildiyi zaman, şiəlik bulunmadığı üçün, bu seçimdəki söz birliyinin batil, pozuq olması, haqsız xəlifə olması lazım gələr. Hətta daha incə düşünərsək, Muaviyənin haq üzərə, doğru xəlifə olduğu anlaşılar. Çünkü Muaviyənin xəlifəliyi şiə firqəsi də içində bulunmaq üzərə, Əli oğlu Həsən və bütün müsəlmanlar tərəfindən tanınmışdı. Əvət imam kəndisinə uyulan kimsə deməkdir. Ancaq bunun mə´sum, şaşmaz olacağını göstərən heç bir dəlil yoxdur. Buna dəlil göstərilmək istənirsə, asağıdakı beş yol ilə asanca rədd olunar: 1- Əmirin və hakimin yalnız sözlərinə uymaq vacibdir. Sözünə uyulan kimsənin, işlərində şaşmaz olduğuna inanmaq lazım gəlməz. 2- Şiə firqəsina görə, müfti mə´sum, yə´ni şaşmaz deyildir. Hal bu ki, müftinin sözlərini dinləmək hər kəsə vacibdir. 3- Ədalət üzərə olduğu görülən hər kəsin şahid olmasını hakim qəbul edər. Şahidlərin sözü ilə hakim qərar verdiyi üçün şahidlərin mə´sum olması lazım gəlməz. 4- Səhabinin, haram olan şeylərdən başqa olan hər əmrinə, köləsinin itaət etməsi lazımdır. Böylə olduğu üçün, əfəndisinin mə´sum olması lazım gəlməz. 5- Namazın hər yerində, cəmaətin imama uyması vacibdir. İmam bu namazını bir dünya mənfəəti üçün və ya rüku’ və səcdələri Tanrıdan başqası üçün etmiş isə də, cəmaətin, buna uyması lazımdır. Bu beş yerdə, uyulan kimsənin mə´sum olması lazım deyildir,- dedim Mollabaşına.
-         Tabe olmaq, uymaq deməklə, biz bunları düşünmədik. Ən qüvvətlisi, Peyğəmbərimiz “Qədiri-Xum” deyilən yerdə, yanında bulunanlara “mən sizə, kəndi canınızdan daha yaxın deyiləmmi?” buyurdu. Əvət, ey Tanrı elçisi dedilər. “Öylə isə, mən kimin mövlası isəm, Əli də onun mövlası olmalıdır!” buyurdu. Tabe olmaq demək, iştə böylə mövlası olmaqdır. Sizin yuxarıda saydığınız beş örnəkdə bildirdiyiniz kimi, tabe olmaq, ümumi mə´naya alınarsa, yenə sizin dediyiniz kimi olmaz. Çünkü amirlərə və hakimlərə uymaq vacib isə də, yalnız mə´sum olan imamın yə´ni xəlifənin təyin etdiyinə uymaq vacibdir. Böylə olmayanlara uymaq vacib olmaz. Şiələrin müftilərə uymaq lazımdır deməsi, bunların şəxsinə uymaq demək deyildir. Kəndiləri, mə´sum olan imam tərəfindən təyin edilmış olduğu üçündür. Onun vəkili olduqlarından, onların əmri, imamın əmri deməkdir. Yoxsa, müftinin kəndi sözlərinə uymaq lazım gəlməz. Başqalarına uymaq isə, yalnız edilməsi caiz olan sözlərinə uymaq, Tanrı tərəfindən əmr edildiyi üçün lazımdır. Hal bu ki, imama, yə´ni xəlifəyə uymaq, yuxarda bildirilənlərdən daha ümumidir. Bunun üçün bunlara bənzədiləməz,- dedi.
-         Tabe olmaq, uymaq deyincə, sübhəli şeylər anlaşılmaz. Bu kəlmə, anlaşılan  sözlərdəndir. Çünkü uymaq demək, tabe olanın, uyduğu kimsənin arxasında getməsi deməkdir. Bir kimsə, bir böyüyə uyarsa, o kimsəyə “tabe” və o böyük uyulana “mətbu’” deyilər. Tabenin mətbu’una uymasının az-çox olması və uyduğu zamanın da qısa və uzun olması, uymağı dəyişdirərsə də, bu dəyişənlər “uymaq” işinin özünü dəyişdirməz. Bunun anlaşılan olmasını pozmaz. Çünkü üsul alimləri də, başqaları da söz birliyi ilə deyirlər ki, təşkiki hasil edən başqalıq, ancaq, işin cövhərində olan başqalıqdır. Zaman və azlıq-çoxluq başqalığı deyildir. Uymaq sözündən, “iqtida” mə´nasını anlayırsanız, bu da anlaşılandır. Çünkü iqtida, hər işdə uymaqdır. Öz-özünə bir şeyi az-çox edərsə, iqtida etmiş olmaz. Hər nə qədər, işin bir qismində uymağa, iqtida etmək deyilsə də, işin hamısında iqtida etmiş sayılamaz. Bunlardan anlaşılır ki, sizin tabe olmaq sözünüzün ən qüvvətli qismlərindən birisi də “uyulanın, tabe olan tərəfindən, çox sevilməsi” olduğunu söyləməniz yanlışdır, boş yerə kürək çəkməkdir. Çünkü bu mə´na, heç bir baxımdan, tabe olmaq deyildir. Hələ sizin bildirdiyiniz mə´na “birinizin məni sevməsi, kəndini və çocuğunu, ana-babasını və bütün insanları sevməsindən daha çox olmadıqca, bu kimsə, tam bir iman etmiş olmaz” hədisində bildirilən Peyğəmbəri sevmək kimi olan, islamiyyətin əmr etdiyi, ixtiyari olan məhbbətdən deyildir. Siz isə, bu hədisdəki sevməyi, xəlifə seçmək sandınız və xəlifələri yalvacımıza (peyğəmbərimizə) bənzətdiniz ki, böylə bənzətmək, hər baxımdan pozuqdur,- dedim. Mollabaşı susdu. Başqa sözə keçdi.
-         Yalvacın ümmətinə çox mehriban olduğu, onların haqlarını, düzənlərini qorumağa uğraşdığı, hər kəsin bildiyi şeydir. Bunu anlatmağa lüzum yoxdur. İştə bu mehribanlıqdan dolayı, Mədinə şəhrindən çıxıb, başqa yerə gedərkən yerinə, birisini qoyardı. Böylə ikən, vəfatından sonra, milyonlarca ümmətinin işlərini çevirəcək, ehtiyaclarını qarşılayacaq bir imam və vəkil ayırmayıb, bunları qiyamətə qədər başı boş buraxması necə ola bilər? Hal bu ki, səhih kitablarınızda yazılı “Qədiri-Xum xütbəsindən və başqa xəbərlərdən anlaşılır ki, Hz. Muhəmməd yalvac həm açıqca, həm də işarətlə yerinə Əbutalib oğlu Əlini vəsiyyət buyurmuşdur. Hətta imam təyin etmək, Tanrı üzərinə vacib olduğundan vəfat edəcəyi zaman, bu mühüm işin edilməsi üçün və inadcıların bu vəzifədən qaçınmalarını önləmək üçün bir vəsiyyət yazmaq dilədi. Kağız-qələm istədi. Yanında bulunanlardan Ömər, ayaq taxımlarının belə söyləyəməyəcəyi bir neçə qırıcı və asağılayıcı sözü  Peyğəmbərə qarşı söyləyərək, bu düşüncəsindən vaz keçirmişdir,- dedi Mollabaşı.
-         İmam təyin etmənin, Tanrı üzərinə vacib olduğunu söyləməniz mötəzilə firqəsinin, “edilməməsi hikməti pozan şeyləri, Tanrının etməsi vacibdir” demələrinə bənzəməkdədir. Bu sözləriniz pozuqdur, yanlışdır. Çünkü biz bilirik ki, Tanrının bütün işləri hikmətə uyğun və faydalı isə də, hər hansı bir şeyin edilməsi hikmətə uyğun və faydalı göründüyü üçün Tanrının o şeyi etməsi vacib olamaz. Qur´anda “ona etdiklərindən dolayı bir şey sorulmaz. Onun qulları etdiklərindən sorulacaqlar” şəklindəki ayəti sözünüzün pozuq olduğunu açıqca göstərir. İmam təyin edilməsi, Tanrı üzərinə vacib olsaydı, insanların heç bir zaman imamsız qalmaması lazım gələrdi. İmamın hər kəscə tanınması, qüvvət, iqtidar sahibi olması, imamlıq şərtlərini daşıması, kötü işləri, çirkin adətləri qaldıra bilməsi, yaxşı işləri edə bilməsi, müsəlmanları zərərlərdən qoruya bilməsi lazımdır. Siz, yerüzü imamsız qalamaz dediyiniz halda, yalnız imam bunlar olabilir dediyiniz və bunların imam edilməsi Tanrının üzərinə vacibdir sandığınız o mə´sum imamların aralarına Əlini də qarışdırdığınız halda, heç birisinin imamlıq şərtlərini daşımadığını söyləyirsiniz. Hamısının sıxıntı içində, zülm görərək, gücsüz, qüvvətsiz yaşadıqlarını, bir şey etməyib, təsirsiz qaldıqlarını bildirirsiniz. Böylə aciz, başqalarının qüvvəti qarşısında hərəkətsiz, onlara itaət etməyə məcbur bir kimsəni imam etməkdə necə bir fayda və hansı hikmət düşünülə bilər? Siz bu sözünüzdə inad və israr etməklə, Tanrını, haşa zəif, aciz etmiş olursunuz. Çünkü öz üzərinə vacib olan bir şeyi etməmiş olur. Tanrı böylə uyğunsuz sözlərdən uzaqdır. Bu sözünüz, böylə də rədd edilə bilər: Hikmətə uyğun və faydalı olmaq, hər zaman lazımdır, yoxsa lazım deyildir? Hikmətə uyğun olmaq, hər zaman daha yaxşı deyildir deyərsəniz, bizim sözümüzə gəlmış olarsınız. Peyğəmbər vəfat edəcəyi zaman yuxarıda saydığınız hikmətlər yox idi. Çünkü hikmətin olub olmaması birdir deyilincə, varlığı, yoxluğundan daha yaxşı olamaz. Yox, hər şeydə hikmətin bulunması daha yaxşıdır deyərsəniz, bu hikmət, ya Tanrının özündə bulunar, ya da bulunmaz. Özündə bulunmaz isə, Tanrıdan başqa bir şeyin Tanrını məcbur edəcəyi anlaşılar. Bu isə, olamaz. Hikmət, Tanrının özündə isə, bu söz, bir məxluqun Tanrıda yerləşəcəyini göstərər. Bu isə, heç olamaz. Görünür ki, imam təyin etmək, Tanrı üzərinə vacibdir deməniz, büsbütün yanlışdır, boş sözdür. Əvət əhli-haqqın, yə´ni əhli-sünnətin dediyi kimi, islam dinini qorumaq, suçluların cəzalarını vermək, hər kəsə haqqını ulaşdırmaq və əmri-belmə’ruf və nəhy-ənilmünkər etmək üçün, insanların bir imama, başqana ehtiyaçları olduğu üçün təyin etmək, bizə vacibdir. Yoxsa, Tanrıya vacib deyildir. Bunun üçün Peyğəmbər vəfat edincə, əshab toplanaraq, Əbubəkiri söz birliyi ilə imam etdi. Böyləcə, islam dininin bir sarsıntı keçirməsi önlənmışdir. 72 bid’ət firqəsinin ən pisi şiələrlə vəhhabilərdir. Mötəzilə firqəsi, ağlın gözəl və ya çirkin deməsini əsas tutur. Tanrının yaratdığı şeylərin gözəl və ya çirkin olmasının seçimini, şiələr kimi ağla buraxır. Gözəl olduğu anlaşılanları, Tanrı, yaratmağa məcburdur, deyir. Tanrının insan ağlının gözəl dediyi şeyləri yaratmağa məcbur olduğunu söyləmək qədər çirkin, pozuq söz yoxdur. Sizin sözünüz də, buna bənzəyir. Bir şeyin gözəl və ya çirkin olduğunu ağıl anlayamaz. Bunu islamiyyət bildirir. İslamiyyətin əmr etdiyi şeylər doğru və gözəldir. Avrupalılar islamiyyətə uyğun ağıl ilə etdikləri işlərdə müvəffəq olurlar. Müsəlmanlar, islamiyyətə uymayan ağıl ilə etdikləri işlərdə bəsirətsiz olurlar. İslamiyyət deyincə, əhli-sünnət anlaşılar. Masonlar bu halı görüncə, islamiyyət tərəqqiyə manedir təbliğatı aparırlar. Yuxarıda uzun anladıldığı kimi, Tanrı, dilədiyini yaradar. Bir şeyi yaratmağa məcbur deyildir. Onun dilədiyi və əmr etdiyi şeylərin hamısı hikmətə uyğundur, faydalıdır. Heç birisi çirkin deyildir. Mötəzilə firqəsinə görə, vacib demək, edildiyi zaman, etməyənə cəza lazım gələn iş deməkdir. Buna görə, etmədiyi üçün kötülənəməyəcək olan bir kimsəyə “etməsi vacibdir” deyiləməz. Tanrının bir şeyi yaratması vacibdir demək, o şeyi yaratmazsa, Tanrını pisləmək, cəzalandırmaq lazım olar deməkdir. Bu isə, Tanrının qüsurlu, nöqsanlı olduğunu, ancaq o işi yaradınca tamamlanacağını, cəzalanmaqdan qurtulacağını söyləmək olar. Tanrıya qarşı bundan böyük bir cəsarət, Onun kamal sifətlərinə uymayan bundan daha çirkin bir söz olamaz. Bu pozuq sözünüz, daha neçə cavablarla da geri çəvrilə bilər. Bu sözünüz Tanrını, yaratdıqlarına bənzətmək, onlar kimi ölçmək olar. Bu isə, heç bir yolla olamaz. Tanrı heç bir şeyə bənzəmədiyi kimi, heç bir şey də heç bir baxımdan Ona bənzəməz. Bundan başqa, mə´sum imam bulundurmaq, Tanrı üzərinə vacib olarsa, hər çağda bir Peyğəmbər göndərməsi, hər şəhərdə bir mə´sum imam bulundurması, hər hakimi adil, doğru eyləməsi vacib lazım olar. Əvət, yaxşı-pis hər kəs, Tanrının, insanları rəhbərsiz, imamsız olaraq başı boş buraxmasını, cahil, sapıq, qaranlıqda yuvarlanmalarını doğru bulmaz. Bunun üçün, Tanrı sə’adət, huzur yolunu göstərən bir kitab və bunun qiymətini anlayacaq qədər, bir ağıl vermışdir. Tanrının, mə´sum imamı, zamanın sahibini hər zaman göndərdiyini, qullarının işlərini, Onun əlinə buraxdığını söylərsəniz, bu da çox pozuq, gülünc olar. Çünkü min ildən bəri, çocuqları, torunları, yaxınları öldüyü halda və şiələr çoxaldığı halda, insanları irşad etmək, qəflətdən oyandırmaq və islamiyyəti yaymaq üçün meydana çıxmayıb da gizli qalan mə´sum bir imam, necə faydalı ola bilər? Hər kəsə doğru yolu göstərmək, haqları, sahiblərinə ulaşdırmaq və işləri etmək vəzifələri olduğu, necə söylənə bilər? Böylə inanmaq qədər, şaşqınlıq və hətta sapqınlıq olarmı? Tanrı birini doğru yola qovuşdurmazsa, ona kimsə doğru yolu göstərəməz. Bütün bunlardan anlaşılır ki, Tanrı heç bir şeyi etməyə və ya etməməyə məcbur deyildir. Sizin “Nəhcülbəlağə” kitabınızda yazılı olduğu kimi, Əli Siffein müharibəsində, xütbə oxurkən bunu açıqca bildirmışdir. Böylə ki, “Sizin işlərinizi idarə etdiyim üçün üzərinizdə haqqım vardır. Mənim üzərimdə və bir-birinizin üzərlərinizdə də haqlarınız vardır. Bir kimsənin verəcəyi haq olunca, başqasından alacağı haq da olar. Alacağı haq olub da, verəcəyi haq olmayan kimsə, ancaq Tanrıdır. Çünkü O, hər şeyi edə bilər. Hər işi, ədalətlə olar. Tanrının qulları üzərində olan haqqı, kəndisinə ibadət, itaət etmələridir. Ehsan edərək, buna qarşılıq savab verər” buyurdu. Bu xütbəyə diqqət edərsəniz, bu sözlərinizin Əlinin sözlərinə uyğun olmadığını görərsiniz. Peyğəmbər Əlinin xəlifə edilməsini vəsiyyət etdi deməniz də yanlışdır. Əshab fərzləri etməyə mə’mur olduqları kimi, Peyğəmbərin əmrlərini də etməyə mə’mur idi. Buna uymadıqları, bu əmri gizlədikləri söylənmiş olmaqdadır. Bu qədər çox kimsənin, pozuq bir işdə söz birliyi etməsi isə, olacaq şey deyildir. Hədislərə də uymadığı üçün, doğru bir söz olamaz. Şiə alimlərindən İbni Əbi Asim və Əlqa’inin, Ənəs bin Malikdən bildirdikləri hədisdə “Tanrı, mənim ümmətimi, zəlalət üzərində söz birliyi etməkdən qorudu” buyuruldu. Hədis alimi Hakim Uyəynənin bildirdiyi hədisdə “Tanrı, bu ümməti, zəlalət üzərində toplamaz” buyuruldu. Bunlar kimi, daha neçə hədislər göstərir ki, ümmət heç bir zaman zəlalət üzərində söz birliyi etməz. Böylə olmadığını söyləmək, bu hədislərə inanmamaq olar. Peyğəmbərimizin, vəsiyyət yazmaq üçün, kağız qələm istədiyini söyləyirsiniz. Bu sözünüz, daha öncə bildirdiyiniz “Qədiri-Xum” vəsiyyətinin doğru olmadığını göstərir. Böylə bir vəsiyyət etmiş olsaydı, bir daha vəsiyyət yazmağa lüzum qalmazdı. Bundan da anlaşılır ki, Peyğəmbərin Qədiri-Xum deyilən yerdə oxuduğu xütbəsində, söylədiyini irəli sürdüyünüz vəsiyyətin əsli-əsası yoxdur. Doğrusu budur ki, Əli və bütün Haşim oğulları da birlik olduğu halda, əshabın hamısı Əbubəkiri söz birliyi ilə xəlifə seçmişdir. Bu söz birliyi yuxarıdakı hədislərə görə, bunun xəlifəliyinin doğruluğunu, sizin sözlərinizin də yanlış və pozuq olduğunu açıqca göstərməkdədir. Böylə bir vəsiyyət olsaydı, Əli öz haqqını əlindən aldıqları üçün üç xəlifə zamanında, bu haqqının geri verilməsini istər, verməyənlərə qarşı hərəkətə keçərdi. Necə ki, xəlifə seçildiyi zaman, din və dünya işlərini çevirmək üçün, islamiyyətin əmri ilə, kəndisinə itaət etməyənlərə qarşı qılıncını çəkərək, onlarla boğusdu. Hər kəsin bildiyi kimi, şəhərlərin yıxılmasına, minlərlə müsəlman qanının tökülməsinə səbəb olan müharibələri Əli etmişdi. Kəndisinə itaət etməyənlərə qarşı böylə şiddət göstərən, böylə güclü, şərəfli bir zatın, islamiyyətin kəndisinə vermış olduğu haqqın əlindən zorla alındığını görüb susması, hətta üstəlik bu haqqın kimə verilməsi daha yaxşı olacaqdır deyə görüşən qurula üzv olaraq qatılması, düşünülə bilərmi? Haşa, şiə kitabının dediyi kimi, Əli bu haqqını aramaqdan adamları az olduğu üçün, istəməyərək susmuş deyilərsə, Tanrının və Peyğəmbərin kəndisinə vermış olduğu vəzifənin icablarını yerinə gətirməkdən qorxduğu üçün, Tanrının əmrini etməmiş, Ona üsyan etmiş demək olar. Hal bu ki, Peyğəmbərin əmisi oğlu və damadı Əli, deyil yalnız Ərəbistandan, bəlkə bütün dünyadan, hər kim olarsa olsun, böylə utanc verici və ləkələyici bir qorxaqlığı kəndisinə bulaşdırmayıb, ölümü gözə alacağı, hər kəsin bildiyi bir gerçəklikdir. Bunun üçün siz, Əliyə böylə pis, çirkin bir durumu yaraşdırırsınız. Böylə söyləmək, onu sevdiyinizi bildirmış olmur, Ona düşmənlik etmiş olursunuz. Hər türlü şübhədən və ayıbdan təmiz olan o  imamı böylə bir qüsurdan uzaq görməyi və burada bildirməyi, üzərimə borc bilirəm. Peyğəmbər vəsiyyət yazmaq üçün kağız qələm istədiyi zaman, Ömər bunu önlədi deməniz də bu zatın böylə bir iş edəcəyinə, kəsin bir dəlil, sənəd bulunmadığı üçün, doğru deyildir. Burada, şiələr Əli ilə Abbası necə savunarlarsa, biz də, Öməri öylə savunarıq. Qədiri-Xumda söylənilən xütbəni, hədis alimləri başqa-başqa bildirir. Hər nə olursa olsun, bu xütbə, sizi haqlı çıxarmaz. Bundan başqa, Maidə surəsinin (Tanrından sənə endirilən əmrləri bildir! Bunu etməzsən, Peyğəmbərlik vəzifəsini etməmiş olarsan! Tanrı, səni insanlardan qoruyar” 70-ci ayəti Qədiri-Xumda gəldi deməniz də yanlışdır. Çünkü bu sözünüz, Peyğəmbərin Tanrının əmrini əshabına bildirmədiyini göstərər. Bu xütbədə, bu əmri bildirmək istəmədiyi və bundan dolayı, Tanrının, kəndisini əfv etməsini, cəbraildan dilədiyinə görə, bu əmri etməkdə əshabından çəkindiyi anlaşılar. Tanrı elçisinin bu kimi şeylərdən mə´sum olduğu şübhəsizdir. İkinci olaraq deyərik ki, Peyğəmbər vəfatına yaxın olan bu xütbəsinə qədər, Tanrının Onu, insanlardan qorumadığını ortaya qoyar. Hal bu ki, Tanrı öz elçisini qoruduğunu, bu xütbəsindən çox öncə bilinməkdədir. Bu sözünüz bilinən bir şeyə uymadığı üçün də, yanlış olur. Üçüncü olaraq deyərik ki, Peyğəmbərin o günə qədər kafirlərdən qorxmaqda olduğu və əshabdan da, kafirlər kimi qorxduğu anlaşılar. Hal bu ki, əshab Peyğəmbəri öz canlarını, ana-babalarını Tanrı elçisinin uğrunda fəda etməkdən heç bir zaman çəkinmədikləri, çəşidli xəbərlər ilə bilinməkdədir. Bunların, kafirlər kimi Peyğəmbəri qorxutmaq üçün toplanmaları ağla da, din bilgilərinə də uyacaq bir şey deyildir. Peyğəmbərin ilk zamanlarında, yalnız olduğu, qarşı gələnlərin və Qurəyş kafirləri zülmlərinin çox olduğu anlarda heç qorxmadan, çəkinmədən “əmr olunanları bildir!” ayətinə uymaqda, qəhrəmanca necə uğraşdığı bilindiyi halda, Məkkə alındıqdan, hər yerdən bölük bölük gəlib müsəlman olanlar çoxaldıqdan və Haşim oğulları ilə Abdulmüttəlib oğulları kimi pəhlivanların hamısı müsəlman olduqdan, Quranda fəthlər, zəfərlər müjdələndikdən sonra, Qədiri-Xum vaqiəsi zamanında, Muhacirlərin və Ənsarın topluluğunda və Haşim oğullarının çox bulunduğu anda, Tanrının əmrlərini bildirəməyəcək qədər qorxu göstərdiyini söyləmək, üstün özəlliklərlə süslənmiş olan o Tanrı elçisinə yaraşmayacaq, çox çirkin, çox iyrənc bir iftira olar. Hələ əshabdan qorxduğunu söyləmək, Ali-İmran surəsinin “siz ümmətlərin ən xeyirlisi, insanların seçilmişlərisiniz” 110-cu ayətinə inanmamaq olar. Heç bir baxımdan doğru olamaz. Dördüncü olaraq deyərik ki, Peyğəmbər Tanrıya, əmrlərini əshabına bildirməkdə, qarşı gəldikdən sonra Mədinəyə gəlib, xəstə olunca, bir neçə gün, Tanrının imam etməsini əmr etdiyini söylədiyiniz Əlini, arxada buraxıb da, namaz qıldırmaq üçün, kəndi yerinə Əbubəkiri imamlığa keçirməsi, Tanrının əmrini ikinci kərə etməmək olar. Əlini xəlifə etmələrini, əshabına bildirməsi, Qədiri-Xumda gələn ayətlə əmr edildikdən sonra, yenə Əbubəkiri imam etməsi qarşısında, bu ayətin sandığınız kimi, orada deyil, böyük alimlərin söz birliyi ilə bildirdikləri kimi, “Ərəfə”də endiyi və əshab üçün deyil, Qureyş müşrikləri üçün enmış olduğu anlaşılmaqdadır. Peyğəmbər Əlinin birinci xəlifə olacağını bilsəydi, bunu əlbəttə bildirərdi. Bunu bildirməsində heç bir qorxu da yoxdu. Çünkü bütün Məkkə xalqı, hələ Haşim oğulları və Abdulmüttəlib oğulları, Əlinin əqrəbası və yaxınları olduğundan, bu xəbərdən sevinəcəklər, kimsəyə qorxu, zərər gəlməyəcəkdi. Bütün bunlardan başqa, təəssübü, inadı buraxıb, tərəfsiz və insaflı olaraq, bu xütbəyə, içindəki kəlmələrə və cümlələrinə yaxşı diqqət edilərsə, bu sözlərin, fəsahət və bəlağətdə biricik olan Peyğəmbərin mübarək ağzından çıxması bir yana dursun, ərəb ədəbiyyatını bilən hər hansı bir kimsənin belə, söyləmiş olması mümkün deyildir. Bundan da anlaşılır ki, bu sözlərin hamısı, yabancıların uydurma və iftiralarıdır. Bu sözlər arasında bulunan “Mən, kimin mövlası isəm, Əli də onun mövlasıdır” hədis belə olsa, yenə dediyiniz kimi, Əlinin imam olacağını göstərməz. Çünkü mövla sözünün bir çox mə´nası vardır. Qamusda iyirmiyə qədər yazılıdır. Böylə kəlmələrin, hansı mə´naya qullanıldığı da, bir dəlil, bir işarət ilə anlaşılar. İşarətsiz, dəlilsiz bir mə´na vermək doğru olmaz. Bütün mə´naları və ya bir neçəsini vermək doğru olarmı, olmazmı bəlli deyil isə də, çoxları doğru olmaz deməkdədir. Biz, daha toleranslı davranaraq doğru olar deyəlim. Mövla kəlməsinə sevici və yardım edici mə´nalarını verməkdə, biz də, sizinlə birlikdəyik, sizin kimi düşünürük. Fəqət, başqa mə´naları verməyi doğru görmürük. Böylə hallarda ortaqca qəbul edilən mə´naları vermək daha yaxşıdır. Bunun üçündür ki, “Məcmə’ul- Qəraib” kitabında “vəli” kəlməsini anladarkən, bu hədisin “məni sevən və yardımcı bilən kimsə, Əlini də, yardımcı bilsin!” olduğunu yazır. Bunlar incə düşünülərsə, bu hədis “xəlifə” olmağa, daha uyğun, daha üstün olmağı göstərməməkdədir. Çünkü vəli kəlməsinin “əvla” demək olacağı, lüğətə də, islamiyyətə də uyğun deyildir. İslamiyyətə uyğun olmadığı meydandadır. Lüğətdə isə, mef’əl vəznində olan kəlmələrin, əf’al vəznində qullanılmaları heç görülməmişdir,- dedim.
-         Lüğət alimlərindən Əbuzeyd, Əbuubeydənin təfsirində qullanıldığını bildirir. Yə´ni “sizin mövlanızdır” sözünü “sizə daha uyğundur” demişdir,- dedi Mollabaşı.
-         Onun böylə deməsi, sənəd olamaz. Çünkü bütün ərəb alimləri, onun böylə deməsini bəyənməmişlərdi. Böylə demək doğru olsaydı, “filan sənə evladır” yerinə “filan sənə mövladır” demək doğru olardı. Hal bu ki, heç doğru deyildir, demişlərdi. Əbuubeydənin sözü, başqa yollardan da rədd edilməkdədir. Mövla yerinə, evla deyiləməyəcəyini anladıq. Deyilə bilər desək, yenə malik olmaq, qullanmaq mə´nalarına qullanılamaz. Bəlkə “evla” demək tə’zim və məhəbbətə evla, daha uyğun demək olar. Qullanmaq mə´nasında olduğu qəbul edilsə belə, ayətin mə´nasına yenə uyğun olmaz. Ali-İmran surəsinin 68-ci ayətində “İbrahimə insanların evla olanı” deyilir. Burada evla demək, İbrahimi “qullanmaq”dır deyilə bilər mi? Burada, evla demək, olsa-olsa, onu sevməyə daha uyğun deməkdir. Bundan başqa bu hədisin sonundakı “vəli”, sevmək deməkdir. Peyğəmbərin yanında, “təsərrüfə, qullanmağa daha uyğun olmaq” demək olsaydı, o zaman “onun təsərrüfündə olanı” buyurardı. Böylə buyurmadığı üçün təsərrüfə uyğun olmaq deyil, bəlkə Əlini sevmək və ona düşmən olmaqdan qaçınmaq demək olduğu anlaşılar. Hətta Əbunu’aym Əhməd bin Abdullah Həsənin oğlu Həsəndən bildirir ki, bu Həsəndən soruldu: “Mən kimin mövlası isəm...” hədisi, Əlinin xəlifə olmasını göstərərmi?” Həsən buna cavab olaraq “Peyğəmbər bu hədislə Əlinin xəlifə olmasını bildirmək istəsəydi, “ey insanlar! Bu zat mənim işlərimin vəlisidir. Məndən sonra, xəlifə olacaq kişi budur. Eşidiniz və itaət ediniz!” buyurardı. Tanrının isminə yəmin edərəm ki, Tanrı və Onun Elçisi Əlinin xəlifə olmasını istəsələrdi, Əli bu əmri yerinə gətirməyə qalxışmaması, böyləcə Tanrının əmrinə qarşı gəlməsi ilə çox böyük günah işləmiş olardı” dedi. Dinləyənlərdən biri “öylə isə Peyğəmbərimiz “mən kimin vəlisi isəm, Əli də onun vəlisidir” buyurmadı mı?” deyə sorunca, Həsən “xeyir, yavlvac (peyğımbər), Əlinin xəlifə olmasını istəsəydi, namaz qılmağı və oruc tutmağı əmr eylədiyi kimi, bunu da açıqca əmr edərdi” dedi. İştə, Əhli-beytin ən irəli gələnlərindən biri olan və Əlinin nəvəsi olan Həsənin bu sözləri, sənin sözlərinin pozuq və yalan olduğunu açıqca göstərməkdədir,- dedim. Mollabaşı susdu. Başqa sözə başladı.
-         Qiyamət günü, hər müsəlmana dünya və axirət işlərindən sorulacağı kimi, Əlini və çocuqlarını sevməsindən sorulacağını göstərən hədislərə nə deyirsiniz? Çünkü Əli bin Muhamməd ibni Səbbaği Maliki “Füsulül-mühümmə” kitabında, “Əlmənaqib” kitabından alaraq deyir ki, İbnil- Müəyyəddən eşitdim. Bir gün Əbubüreydə, Yalvacın (peyğəmbərin) yanında otururdu. Əbubüreydə deyir ki, Peyğəmbər “ruhumu əlində bulunduran Tanrıya and içirəm ki, qiyamət günü insanlardan ilk sorulacaq şey, ömrünü nə ilə keçirdin, bədənini nə edərək əskitdin, malını haradan qazandın və haralara verdin və Peyğəmbərimi sevdinmi, soruları olacaqdır” buyurdu. Yanımda bulunan Ömər “sizi sevmənin əlaməti nədir ya Tanrı yalvacı” deyə sordu. Yalvac əlini, yanında oturan Əlinin başına qoyub, “məni sevmək, məndən sonra bunu sevməkdir” buyurdu. Yenə bu kitabda deyir ki, Əli “Peyğəmbər məni sevənlərin mömin olduqlarını, sevməyənlərin isə, münafiq olduqlarını bildirdi” dedi. İştə, qiyamət günü, sevgisi hər kəsdən sorulacaq olan bir zat, əcəba başqalarından daha üstün və xəlifəlik, başqalarından ziyadə onun və çocuqlarının haqqı olmaz mı?,- dedi.
-         Maliki dediyin İbni Səbbağ Maliki məzhəbində deyildir. Kitabları, yazıları göstərir ki, şiə məzhəbindədir. “Xarəzm odunu” olaraq məşhur olan ibni Müəyyədin də şiə olduğunu bütün alimlər bildirməkdədir. Zatən başqa vəsiqə aramağa hacət yox. Şiələrdən bə’zisi hədisləri dəyişdirib böyük bir hədis aliminin ismini qoyur. Böylə yalanlarla, müsəlmanları aldatmağa çalışır. Kitablarda, doğrusu yazılı olan bir hədisi böylə dəyişdirərək, başqa dürlü bildirən kimsənin bir yalançı olduğu meydandadır. İştə, bu hədisin  doğrusunu, imam Muhamməd bin İsa Tirmizi  böylə bildirir: “insana, qiyamət günü dört şeydən sorulacaqdır. Ömrünü nə ilə keçirdiyi, elmini nə etdiyi, malını haradan qazandığı, cismini nə ilə əskitdiyi sorulacaqdır.” Təbərani də bu hədisi bildirir isə də, son cümləsi yərində, gəncliyi nə ilə keçirdiyi yazılıdır. İştə, hədisin doğrusu böylə bildirilmışdir. İçində, əhli-beyti sevmək və Ömərin adı yoxdur. Bundan anlaşılır ki, İbni Səbbağ ilə ibni Müəyyəd yalan söyləmışlər. Bununla bərabər, burada, xəlifəliyi anladan heç bir şəy yoxdur. Bu hədisə doğru desək belə, olsa-olsa, əhli-beyti sevməyi göstərməkdədir. Əhli-sünnət məzhəbi də əhli-beytin hamısını, hər birini, bulunduqları mövqelərinə görə, az və ya aşırı olmayaraq sevməyi əmr etməkdədir. Əhli-sünnət olmaq üçün, əhli-beyti, şanlarına uyğun olaraq sevmək lazımdır. Siz isə, bunları sevməyi anlatmaq üçün islamiyyətə uymayan öylə şeylər bildirirsiniz ki, qəlbində zərrə qədər iman bulunan kimsə, böylə şeylər söyləyəməz. Məsələn “Əlini sevənə heç bir günah zərər verməz” deyirsiniz. Bunun kimi, hədis də uyduranınız var. Məsələn Peyğəmbərə “Əlinin şiəsinə qiyamət günü, nə kiçik günahdan, nə də böyük günahdan sorular. Onların pislikləri yaxşılığa çəvrilər” buyurdu deyərək iftira edən kimsəyə inanılar mı? İbni Babəveyh uydurub “İbni Abbas buyurur ki” deyərək, Peyğəmbərin guya “Tanrı Əlini sevənləri cəhənnəmdə yaxmaz” dediyini söyləyir. Yenə “Əlini sevən bir kimsə, yəhudi və ya xıristiyan olsa bilə cənnətə girəcək” sözlərinə, hədis deyərək hər kəsi aldadır. Böyləcə, uydurma sözləri, hədisdir deyərək, Peyğəmbərə iftira etmək haqsızlıq deyilmi? Tanrı, Nisa surəsinin 122-ci ayətində “pislik edən bunun cəzasını bulacaqdır” buyurur. Zilzal surəsinin son ayətində “zərrə ağırlığı qədər pislik edən, bunun cəzasını görəcəkdir” buyuruldu. Haqsız iftiralar etmək, bu ayətlərə uymur. Bunlardan başqa əhli-beyti sevmək, bir ibadətdir. Bunun qiymətli olması üçün, bütün ibadətlərdə olduğu kimi, öncə iman sahibi olmaq lazımdır. Ənbiya surəsinin 94-cü ayətində “mö´min olan kimsənin etdiyi yaxşı işlər...” buyuruldu. Yəhudi və xiristiyan kimi, iman şərəfinə qoavuşmamış kimsələrin, yalnız əhli-beyti sevdikləri üçün cənnətə girəcəklərini söyləmək, kiçik-böyük günahların, bunların sevgisi ilə yaxşılıq, savab şəklinə dönəcəklərinə inanmaq, islamiyyətə uyğun deyildir. Şiə kitablarında da yazır ki, Əli öz əhli-beytinə hər zaman, “soyunuza güvənməyiniz! İbadət və itaət etməyə davam ediniz! Tanrının əmrlərini etməkdən zərrə qədər sapmayınız!” buyurardı. Sənin yuxarıdakı sözlərin, Əlinin bu nəsihətinə və buna bənzəyən daha neçə xəbərlərə uymadığı üçün heç bir qiyməti olmaz. Dünya və axirət səadətlərinin ələ keçməsi və dünya işlərinin düzgün getməsi üçün hər kəsi günah və yasaqları işləməkdən qorxutmaq, vaz keçirmək lazım ikən, “günahlar, savab halına dönəcəkdir” demək, daban-dabana zidd olur. Bu söz, pis kimsələri və hətta şiələri pislik, günah və çirkin işləri etməyə sürüklər. Böyləcə dini yıxar. Bir az ağlı olan kimsənin, bu sözlərə inanması bir yana dursun, dönüb baxmayacağı meydandadır,- dedim.
Bu sözümdən sonra, toplantıda bulunanlar, hazırlanmış olan sualların sorulub, cavab verilməsini istədilər. Fəqət şiələrdən bir neçəsı Mollabaşına, farsca “bu adamla çarpısmaqdan saqın! Çünkü dəniz kimi, dərin bir alimdir. Sən nə qədər vəsiqə irəli sürdünsə, o da cavabını verərək susdurdu. Sonra ola bilər ki, şərəfin və qiymətin zərər görər” dedilər. Bunun üzərinə, Mollabaşı mənə baxaraq güldü və “sən, üstün bir alimsən. Bunlara və hər şeyə cavab verə bilirsən. Fəqət, Buxaralı Bəhrul-elm sözlərimə cavab verəməz” dediyində mən də “sözə başlarkən, əhli-sünnət alimlərinin sizə cavab verəməyəcəklərini söyləmişdiniz. Məni qonuşdurmağa məcbur edən, bu sözünüzdür” dedim.
-         Mən fars olduğum üçün, ərəbcə bilgilərdə o qədər sərmayəm yoxdur. Uyğunsuz kəlmələr qullanmış ola bilərəm. Öylə demək istəməmişdim,-dedi.
-         Səndən iki şey sormaq istəyirəm. Alimlərinizin hamısı bir araya gələrək, buna cavab veriniz,- dedim.
-         Nədir o sorular?,- dedi.
-         Birincisi budur: Şiələr olaraq əshab üçün nə deyərsiniz?
-         Əshabın yalnız beşi xaric, ötəkilərin hamısı Əlini xəlifə seçmədikləri üçün mürtəd oldu. Dindən çıxdı. O beş səhabi Əli, Miqdad, Əbuzər, Səlman və Əmmar bin Yasirdi,- dedi.
-         Böylə dediyiniz kimi isə, Əli öz qızı Ümmi-Gülsümü Ömərə necə nikah eylədi?- dedim.
-         İstəməyərək, zorla verdi,- dedi.
-         And olsun Tanrıya siz Əlini öylə aşağılayırsınız ki, ərəb çocuqlarından ən alçağı, ən kiçiyi belə, bu qədər aşağılığa razı olmaz. Əlini bu qədər pisləmək çox alçaq bir planın uyqulanması olduğu meydandadır. Tanrı bilər ki, ərəblərin ən alçağı, ən bayağısı belə ırzını, namusunu qorumaq üçün canını verər. Qaldı ki, bütün ərəb qəbilələri arasında, soyu, sopu, kişiliyi, şərəfi, şanı hamısındən yüksək və üstün olan Haşim oğullarından bir zat və dolayısı ilə bütün bu qəbilə böylə bir ləkəni, alçaqlığı qəbul edə bilərmi? Ən alçaq kimsələrin belə, razı olmadığı bir işi, Tanrının aslanı deyə, adı bütün dünyaya yayılan şanlı, şərəfli bir qəhrəmana necə yaraşdıra bilirsiniz?,- dedim.
-         Cin qadınlarından birinin, Ömərə aşiq olub Ümmi-Gülsüm şəklində görünməsi də ola bilər,- dedi.  
-         Bu söz, öncəkindən daha da alçaqcadır. Böylə şeyi, ağıl necə uyğun görər. Bu yola gediləcək olarsa, islamiyyətin bütün əmrləri alt-üst olar. Məsələn bir adam evinə gəlincə, xanımı buna, sən mənim xanımım deyilsin. Sən cinnilərdənsən deyərək, adamı evə soxmaz. Adam iki şahid gətirsə, şahidləri də, insan deyildir, cindir deyərək qovar. Böyləcə, hər ev, hər yer qarmaqarışıq olar. Bir qatil, ya da bir oğru, mən o adam deyiləm. Sizin dediyiniz kimsə, cinni ola bilər, deyərək, islamiyyətin əmrinin uyğulanmasına qarşı gələr. Hətta məzhəbindəyik dediyiniz Cəfər Sadıq da cinni ola bilər dediyimdə Mollabaşı şaşırdı. Susdu. İkinci sualı sormaq istəyirəm,- dedim.
-         Sor!,- dedi.
-         Zalım olan bir xəlifənin əmrləri şiə məzhəbində, qəbul edilər mi?,- deyə sordum.
-         Səhih deyildir. Qəbul edilməz,- dedi.
-         Əlinin oğlu olan Muhamməd bin Hənəfiyyənin anası kimdir?- deyə sordum.
-         Cəfər qızı Hənəfiyyədir,- dedi.
-         Bu Hənəfiyyəni əsir alan kimdir?- dedim.
-         Mən bilmirəm,- dedi.
-         Hal bu ki, bildiyi halda bilmirəm deyərək sözü kəsmək istədi. Orada bulunanlardan bir neçəsi, Əbubəkirin əsir aldığını,- söylədilər.
-         Haq üzərə imam və məşru olaraq xəlifə deyildir dediyiniz, Əbubəkir kimi bir zatın əsir eylədiyi bir cariyəni nikah edib, bundan çocuq dünyaya gətirməyi Əli necə caiz gördü?,- dedim.
-         Bəlkə, Əli bunun kəndisinə hədiyyə edilməsini, yaxınlarından istədi. Bunlar da, cariyəni kəndisinə nikah etmiş ola bilərlər,- dedi.
-         Bu sözü isbat etmək lazımdır. Mollabaşı heç bir şey deyəmədi. Biraz sonra davam etdim.
Bu sırada, qonuşmaların cərəyanını doğru olaraq şaha bildirdilər. Bunun üzərinə, İran, Buxara və Əfqan alimləri ilə birləşərək, küfrə səbəb olan şeylərin hamısını ortadan qaldıraraq, qərar yazılmasını və şaha vəkil olaraq bu üç millət alimlərinə mənim rəis olmaqlığımı əmr eylədi. Çadırlardan çıxdıq. Əfqanlar, özbəklər, əcəmlər, barmaqları ilə məni göstərirdilər. Şiə alimlərindən yetmiş ikisi, imam Əlinin mübarək türbəsi arxasında toplandı. Şiə alimlərinin başında Mollabaşı Əliəkbər vardı. Mollabaşı, Buxara alimi Bəhrul-elm, molla Hadi xocaya məni göstərərək dedi ki, bu zatı tanıyırsanmı? O da xeyir tanımıram dedi.
-         Bu zat, əhli-sünnət alimlərinin böyüklərindən Suveydizadə şeyx Abdullahdır. Bu toplantımızda bulunmasını və şah tərəfindən vəkil olaraq, üzərimizə hakim olmaq üzərə gəlməsini şah, Əhməd paşadan istəmişdi. Söz birliyinə vararsaq, hamımızın üzərinə şahid olacaq və bizim üçün hökm verəcəkdir. İndi küfrə səbəb olan şeylər nə isə, hamısını ayıralım. Bunları onun yanında ortadan qaldıralım. Əbuhənifə zatən bizə kafir deməmiş. Bununla bərabər, bu yolda dərincə düşünəlim. “Şərhi-məvaqif”* kitabı, imamiyyə məzhəbində olanlara kafir demir. Əbuhənifə “Fiqhi-əkbər” kitabında, qibləyə qarşı namaz qılanlara kafir demərik, buyurdu. “Şərhi-hidayət” kitabında da deyir ki, imamiyyə firqəsi, müsəlman firqələrindəndir. Bununla bərabər sonra gələnləriniz bizə kafir dedi. Bizim sonra gələnlərimiz də, sizə kafir dedi. Yoxsa, biz də kafir deyilik, siz də deyilsiniz. İndi, sonra gələnlərinizin bizə kafir demələrinə səbəb olan sözlərimizi bildiriniz də, böylə sözlərdən vaz kəçəlim,- dedi.
-         Əbubəkir ilə Öməri söydüyünüz üçün kafir olursunuz,- dedi Hadi xoca.
-         Onları söyməkdən vazkeçdik,- dedi Mollabaşı.
-         Əshaba sapıq, kafir deməklə də kafir olursunuz,- dedi Şeyx Hadi.
-         Əshabın hamısı müsəlmandır və adildir deyirik,- dedi Mollabaşı.
-         Müt`ə nikahına da halal deyirsiniz. O, haramdır. Onu, ancaq alçaqlar edər. Əlini Əbubəkirdən üstün tutaraq xəlifə olmaq Əlinin haqqı idi deyirsiniz. Peyğəmbərdən sonra insanların ən üstünü Əbubəkirdir. Bundan sonra Ömərdir. Bundan sonrası Osman və sonra Əlidir. Bunların xəlifə olmaları da, bu sıra ilədir,- dedi Şeyx Hadi.
-         Etiqadda məzhəbiniz nədir?,- deyə Bəhrul-elm sordu.
-         Etiqadımız Əbülhəsəni- Əş’əri məzhəbidir,- dedi Mollabaşı.
-         İndi, halal və haram olduqlarını bilmək lazım olan şeylərə, doğru olaraq inanmaq, yə´ni halala haram, harama halal deməmək lazımdır,- dedi Bəhrul-elm.
-         Bu şərti  qəbul etdik,- dedi Mollabaşı.
-         Əhli-sünnətin dört məzhəbinin, söz birliyi ilə haram dediyi şeyləri etməmək lazımdır,- dedi Bəhrul-elm.
-         Bunu da qəbul etdik. Sonra əlavə edərək, bunların hamısını qəbul etdik. İndi bizim İslam firqələrindən olduğumuzu söylərmisiniz,- dedi Mollabaşı.
-         Əbubəkir və Öməri söymək küfrdür. Onları söyənin tövbəsi, hənəfi məzhəbinə görə qəbul edilməz. Əcəmlər də, əskidən, onları söydükləri üçün kafir olmuşdular. İndi söyməkdən vaz keçmələri, kəndilərini küfrdən qurtarmaz,- dedi Bəhrul-elm.
-         Ey Hadi xoca! Əcəmlərin, bu toplantıdan öncə, söydüklərinə sənəd var mı?,- deyə sordu Əfqan müftisi molla Həmzə.
-         Dəlil yoxdur,- dedi Hadi xoca.
-         İştə, bundan sonra da, söyməyəcəkləri üçün müsəlman olamaz deməyə səbəb nədir?,- dedi Molla Həmzə.
-         Böylə isə, müsəlmandırlar. Halal və haramda, yaxşıda-pisdə birləşdik deməkdir,- dedi Hadi hoxa.
Bunun üzərinə, hamısı ayağa qalxaraq, söz birliyi etdilər və mənə dönərək şahid ol dedilər və dağıldıq. Şəvvalin 24-də çərşənbə günü axsam üstü idi. Ətrafımızda, on min qədər əcəm toplanmış, bizə baxırdı. Adət üzərə, gecə saat dörddə, etimadüddövlə, şahın yanından gəlib, mənə “Şah həzrətləri, sizə təşəkkür edib, salam göndərdilər. Yarın da toplanaraq, varılan qərarın yazılmasını və toplantıda bulunan alimlərcə imza edilməsini əmr eylədilər. Sizin də, yazının üstünə imza qoyaraq şahid olmanızı rica edirlər” dedi. Mən də “çox yaxşı” dedim. Pəncşənbə günü, günortadan öncə, toplantı yerinə getdim. Əlinin qəbrindən uzaqlara qədər altmış min qədər əcəm toplanmışdı. Oraya varıb oturunca, uzun bir kağız gətirildi. Mollabaşının əmri ilə, müfti ağa Hüseyn oxudu. Farsca idi. Türkçəsi böylə idi:
Tanrı öz əmrlərini və yasaqlarını bildirmək üçün, insanlara Peyğəmbərlər göndərmişdir. Peyğəmbərlər arasında, sıra Peyğəmbərimiz Hz. Muhəmmədə gəldi. Peyğəmbərlərin sonuncusu olaraq Tanrının əmrlərini və yasaqlarını bildirib, vəzifəsini etdikdən sonra vəfat etdi. Bundan sonra əshab Əbubəkirin üstünlüyünü, yaxşılıqlarını, işlərinin saleh olduğunu düşünərək, xəlifəliyə ən haqlı olduğunda söz birliyi edərək və birləşərək, onu seçdilər. Seçənlər arasında Əli də vardı. Bu da zorlanmadan, qorxudulmadan, istəyi ilə seçdi. Böyləcə, onun xilafəti, əshabın hamısının birləşməsi ilə və söz birliyi ilə oldu. Onu seçən əshabın hamısı adildir. Qur´anda “Mühacirlər və Ənsar, hər kəsin önündə, üstündə olanlar...” və “sənə ağac altında söz verən mö´minlərdən Tanrı, əlbəttə razı oldu” ayəti ilə mədh edildilər. Əbubəkirdən sonra Onun təyin etdiyi Ömər xəlifə oldu. Əli də bunu seçənlər arasında idi. Ömər vəfat edərkən, altı kişini göstərdi. Bunlar öz aralarından birini seçsin dedi. Bu altı kişidən biri də Əli idi. Beşi, söz birliyi ilə Osmanı xəlifə seçdi. Osman, kimsəni göstərməyərək öldürüldükdən sonra, bütün əshab söz birliyi ilə Əlini xəlifə seçdi. Bu dördü bir arada yaşadıqları zaman, aralarında heç bir keçimsizlik, heç bir anlaşılmazlıq olmadı. Bir-birlərini sevər, mədh və səna edərlərdi. Hətta Əlidən Əbubəkir və Ömər haqqında sorduqlarında, bu iki zat, adil və haqlı olaraq seçilmış imamlardır buyurmuşdu. Əbubəkir də xəlifə olunca, içinizdə Əli də bulunduğu halda, məni seçdinizmi demişdi. Ey əcəmlər! Dörd xəlifənin üstünlükləri və xilafətləri, iştə bu sıra üzrədir. Hər kim bunları söyər, pislər, ləkələməyə dil uzadarsa, uşaqları və və qanı şaha halal olacaqdır. 1148-ci (hicri-qəməri) ilində Muğan meydanında məni şah etdiyiniz zaman, sizə şərtlər vermışdim. İndi bu şərti də artırıram ki, bundan sonra Əbubəkir və Öməri söyməyi yasaq edirəm. Siz də, əlbəttə vaz keçməlisiniz! Hər kim bu çirkin söymə işinə bulaşarsa, ailəsi əsir ediləcək, malı-mülkü əlindən alınacaq, özü də öldürüləcəkdir. Daha öncələri Əbubəkir və Öməri söymə alçaqlığı yoxdu. Şah İsmayıl Səfəvi ilə onun yolunda gedən oğulları, bu çirkin işi meydana çıxardı. 250 il qədər sürdü. İştə böylə hazırlanan əhdnaməni, yə´ni sözləşməni alimlərin hamısı imzalayıb möhrlədi. Sonra Nadir şahın bütün millətə qarşı çıxardığı “Şahlıq fərmanı” oxundu. Fərmanın türkcəsi böylədir:
Şahlıq fərmanı
Öncə Tanrıya sığınıram. Biliniz ki, Şah İsmayıl Səfəvi, 1501-ci ildə zühur etdi. Cahil xalqdan bir qismini yanına topladı. Bu alçaq dünyanı və nəfsinin istəklərini ələ keçirmək üçün müsəlmanlar arasına fitnə və fəsad soxdu. Peyğəmbərin ən yaxın arxadaşlarını söyməyi, şiəliyi ortaya çıxardı. Böyləcə müsəlmanlar arasına böyük bir düşmanlıq soxdu. Münafiqlik və düşmənlik bayraqlarının açılmasına səbəb oldu. Öylə oldu ki, kafirlər rahat və qorxusuz yaşayır, müsəlmanlar isə bir-birlərini yeyir. Bir-birlərinin qanlarını, namuslarını tələf edir. İştə bunun üçün Muğan meydanındakı toplantıda böyük-kiçik hamınız məni şah etmək istədiyiniz zaman bu istəyinizi qəbul edərsəm, siz də Şah İsmayıl zamanından bəri, ölkəmizdə yerləşmiş olan pozuq inanclardan və boş sözlərdən vaz keçəcəyinizi bildirmişdiniz. Qiymətli dədələrinizin məzhəbi olan və mübarək adətlərimiz olan, dörd xəlifənin haq və doğru olduğuna qəlb ilə inanacağınızı və dil ilə də söyləyəcəyinizi, bunları söyməkdən, kötüləməkdən saqınacağınızı və dördünü də sevəcəyinizi söyləmişdiniz. İştə bu xeyirli işi qüvvətləndirmək üçün seçilmiş alimlərdən, dininə bağlı yüksək zâtlardan soruşdurdum. Hamısı dedi ki, Peyğəmbərimizin haq yoluna çağırdığı gündən bəri, dörd xəlifənin hər biri, dinin yayılması üçün canlarını və mallarını fəda etdilər. Bu uğurda çoluq-çocuqlarından, əmi və dayılarından ayrıldılar. Hər sözə, iftiraya, oxa qatlandılar. Bundan dolayı, Rəsulullahın xüsusi söhbətləri ilə şərəfləndilər. Yaxşıların yaxşısı vəfat etdikdən sonra ümmətin işlərini görən Əshabın böyüklərinin sözbirliyi ilə xilafətə gəldilər. Birinci xəlifə mağara arxadaşı Əbubəkir oldu. Bundan sonra xəlifənin təyini və Əshabın qəbul etməsi ilə Ömər oldu. Ondan sonra altı kişi arasından sözbirliyi ilə Osman oldu. Daha sonra Əli xəlifə oldu. Bu dörd xəlifədən hər biri kəndi xilafətləri zamanında bir-biriləri ilə uyğun, hər türlü ayrılıq ləkəsindən təmiz idi. Qardaşlıq və birlik üzərə idilər. Hər biri İslam məmləkətlərini şirkdən və müşriklərin kinindən qorudular. Bu dörd xəlifədən sonra müsəlmanlar iman və etiqadda birlik idi. Hər nə qədər zaman və əsrlər keçməsi ilə islam alimlərinin oruç, həc, zəkat və başqa yapılacaq işlərdə ayrılıqları oldusa da, fəqət inanılacaq şeylərdə, Rəsulullahı və onun Əshabını sevməkdə və hamısını xalis olaraq tanımaqda heç bir qüsur, əksiklik və pozuqluq olmadı. Şah İsmayılın ortaya çıxmasına qədər bütün İslam məmləkətləri böylə saf və təmiz idi. Sizlər səlim ağlınızla və təmiz qəlblərinizin irşadı ilə sonradan çıxarılan səhabiləri söymək və şiə olmaq yolunu çox şükür buraxdınız. Dini-islam sarayının dörd təməl dirəyi olan dörd xəlifənin sevgisi ilə qəlblərinizi süslədiniz. Bunun üçün mən də bu söz verdiyimiz beş qərarımızı qardaşımız, Rum məmləkətlərinin sultanına bildirməyi söz verirəm. Bu işi arzumuza uyğun olaraq bitirəlim. Bu yazdıqlarımız Böyük Tanrının yardımı ilə çabuq meydana çıxsın! İndi bu xeyirli işi qüvvətləndirmək üçün Mollabaşı Əli Əkbər və başqa yüksək alimlərimiz bir təzkirə yazdılar. Böyləcə bütün şübhə pərdələrini yırtdılar. Yaxşıca anlaşıldı ki, bütün bu iftiralar, bidətlər və ayrılıqlar Şah İsmayılın çıxardığı fitnələrdən doğmuşdur. Yoxsa ondan öncəki zamanların hər birində və İslamın başlanqıcında bütün müsəlmanların imanları, düşüncələri tək bir yolda idi. Bunun üçün Ulu Tanrının yardımı ilə və Onun qəlblərimizə sunması ilə bu şərəfli və yüksək qərarı almış bulunuruq. İslamiyyətin başlanqıcından ta Şah İsmayılın taxta çıxmasına qədər bütün müsəlmanlar dörd xəlifəni haq, doğru xəlifə bilirdi. Hər birini haqlı olaraq xəlifə bilirlərdi. Bunları söyməkdən, kötüləməkdən çəkinirlərdi. Xətib əfəndilər və böyük vaizlər mənbərlərdə və dərslərdə bu xəlifələrin yaxşılıqlarını, gözəl hallarını, üstünlüklərini söylərlərdi. Dərin alim və üstünlərin özü (Mirzə Məhəmməd Əli) həzrətlərinə əmr eylədim ki, bu şahlıq fərmanımızı bütün ölkə şəhərlərinə yaysınlar. Millətim də eşidib qəbul eyləsin. Buna uymamaq, qarşı gəlmək, Tanrının əzabına və şahənşahın qəzəbinə səbəb olacaqdır. Böylə bilələr.”[5]
Görüldüyü kimi, burada elmi mübahisəyə qatılan Osmanlı şeyxləri də vardır. Yəni İslam alimləri Nadir Şahla bir yerdə şiəliyi aqressiv olmaqdan çıxararaq onu islah etmiş, daha mədəni və digər sünni məzhəblərlə  dərin ziddiyyət təşkil etməyən duruma gətirmişdilər. Çünkü ixtilafa və fərqə qalsa, dörd sünni məzhəblərinin də arasında bəzi fiqhi qonularda fərqli görüş və düşüncələr vardır. Sünni məzhəblərlə arasında olan dərin ixtilaflı qonuları çözərək adını cəfəri məzhəbi qoyan və şiəlikdən ayrılan bu dönüşümü Osmanlı və onun politik şeyxləri nədən qəbul etmirdilər? Çünkü şiəliyin tamamən tarixdən silinməsi və Avşar imperatorluğunda sorun olmaqdan çıxması Osmanlı üçün böyük təhdid idi. Şiəliyin yox edilişi və sünni məzhəbləri ilə yaxın görüşə və fiqhi açıqlamalara sahib olan cəfərilik Avşar ölkəsində iç barışın bərqərar olmasına xidmət edirdi. Osmanlını qoruxdan da bu idi. Dəniz qüvvətlərini gücləndirən, Səfəviliyi tarixdən silən, Hindistanı və Türkistanı fəth edərək kəndisinə tabe edən, orduları, ekonomisi güclənmiş olan Avşar imperatoru Nadir Şahın bir sonrakı hədəfi İstanbul ola bilər düşüncəsi Osmanlını əndişələndirirdi. Nitəkim Nadirin də İstanbula saldırma gibi niyyəti Osmanlıya yazdığı məktuublarının arasına incə şəkildə yerləşdirilirdi. Nadirin Osmanlıya saldırısını önləyəcək bir güc yox idi. Çünkü Nadir Şahın Osmanlıya “şiəlikdən arınmış cəfəri məzhəbini beşinci məzhəb olaraq qəbul edin!” gibi məktubları zatən üstü örtülü şəkildə savaş elanı idi. Bu üzdən Osmanlı şeyxləri və sarayı yüzillər boyunca şiəliyə qarşı çıxsalar da, Avşar ölkəsində şiəliyin davamından yana tutum sərgiləyirdilər. Bu tutumlarını Nadirin hərbi üstünlüyündən dolayı açıqca dilə gətirmirdilər, ancaq şiəlikdəki reformu qəbul etməmələri bunun bariz göstərgəsi idi. Şiəlik Avşar dövlətini içindən çökərdən ən böyük təhdid idi və Osmanlı bu təhdidi qullanmaq istəyirdi. Öylə də oldu. Avşar imperatorluğunu şiəlik içindən çökərtdi.


[1] Səfərnamə-i Abdulkərim, (dər rekabe Nader Şah), Sipehr nəşriyyatı, Tehran—1322 (h.ş), s. 31.
[2] Marianna Rubenovna Aroonova- Klara Zarmairovna Ashrafian, Nadir Şah Avşarın dövləti, farscaya çevirən: Həmid Əmin, Şəbgir nəşriyyatı, II yayın, Tehran-1356 (h.ş), s. 134.
[3] Marianna Rubenovna Aroonova- Klara Zarmairovna Ashrafian, Nadir Şah Avşarın dövləti, farscaya çevirən: Həmid Əmin, Şəbgir nəşriyyatı, II yayın, Tehran-1356 (h.ş), s. 160.
[4] Hücəci-Qətiyyə-“Hak sözünün vesikaları” Hakikat Kitabevi, İstanbul-2008, s.5, 6.
* Qadının xəlifə olamazlığı haqda Quranda heç bir bilgi yoxdur. “Fatimə xəlifə olamaz” Quran dışı sünni və şiənin ortaq uyduruq söyləntiləridir. Oysa Peyğəmbəri eşi Hz. Ayşə xəlifə olmağı, ya da o günün şərtlərində sosial-siyası olaylara yön verməyi amac edinməsəydi, nədən böyük ordu təşkil edərək komutanlıq etməli idi? Hz. Ayşə həm Osmana, həm də Əliyə qarşı müxalifət etmişdir.
* Əlməvaqif kitabı sünnilərin önəmli qaynaqlarından biridir. Şiələr də bunu qəbul edər. Şiələr haqqında müsbət bəyanlarda bulunmuş. Ərəb dilində yazılan kitab Əzudəddin İci tərəfindən yazılmışdır. Əşəri görüşlərini bəyan edər. Şərif Cürcani tərəfindən Əlməvaqif kitabına şərh yazılmışdır. Kitab təqribən 1400-cü ildə Səmərqənd əətrafında tamamlanmışdır.
[5] Hücəci-Qətiyyə-“Hak sözünün vesikaları” Hakikat Kitabevi, İstanbul-2008, s.5, 6, 7, 8, 9, 10, 11, 12,13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42-43-44.