15 Ağustos 2013 Perşembe

Qaraxətailər dövləti



Qaraxətailər dövləti

Qaraxətailar doqquz padşahla 86 il səltənət etdilər.[1] Doğu Türküstanda gerçəkləşən olayları anlamaq üçün Quzey Çindəki hadisələrə də göz atmaq gərəkir. 936-cı ildən başlayaraq 1122-ci ilə qədər Pekendə moğol soylu Qaraxətailər səltənət edirdi. 1116-1122 illəri arasında Qaraxətailəri tonquzlar soyundan olan Curçatlar uzaqlaşdıraraq Quzey Çində iqtidara gəldilər. Xətailərdən bir qismi Qərbə, “Tarım”a doğru hərəkətləndilər. Xətai mühacirlərdən bir qismi öz şahzadələrinin rəhbərliyində Quzey Batıda yerləşərək “Tarbaqatay” bölgəsində indiki Çuquçak yanında olan “İmil” şəhrini təsis etdilər. Isıqgölün batısında yerləşən balasaqunda Qaraxanlı dövləti səltənət etməkdə idi. Qaraxanlı padşahı iki qarluq türkləri tərəfindən basqı altında idi. Uzaqgörənliyi olmayan Qaraxanlı şahı Qaraxətailərdən yardım istədi. Qaraxətai xanı da öncə yardım edib sonrasında onu taxtdan endirib yerinə keçdi. Böyləcə Balasaqun Qaraxətailərin başkəndi oldu. Türk dilində dünya padşahı anlamına gələn “gürhan” ləqəbi ilə Balasaqunun sahibi oldu. Daha sonra gələn Qaraxətailılar da bu ləqəbdən yararlandılar. Yeni gürxan az sonra Kaşqarda səltənət edən Qaraxanlıları da özünə tabe etdi. Yeni təsis edilən bu imperatorluq İslam tarixində Qaraxətailər olaraq bilindi. Qaraxətailər soyca moğol olsalar da, iki əsr Çini yönətdikləri üçün çinlilərin xasiyətinə sahib olmuşdular. Onlar müsəlman türklər arasında yaşasalar da, İslamiyətə ilgi göstərmirdilər. Daha çox Çin mədəniyətinin etkisi altındaydılar. Bartolda görə böyük olasılıqla Gürxanların dövlət düzənində qullandıqları dil də çincə olmuşdur. Qaraxətailər və ya gürxanlılarda xristinalıq da buddizmlə bir yerdə mövcud idi. Qaraxətaili dövlətinin təsisi, sanki Qaraxanlıların islamlaşdırma politikalarına təpki olaraq ortaya çıxmışdı. Qaraxətailər dövləti böyüyərək Yuxarı Yeniseydən Ceyhuna qədər geniş ərazini ehtiva etdi. Yə Lio Taş adlı ilk Qaraxətailı gürxan (1130-1142) Doğu Qaraxanlını yendikdən sonra Mavəraunnəhrdə varlıqlarını sürdürən batı Qaraxanlılara saldırdı. Daha sonra da oradan Səlcuqlu torpaqlarına girdi. 1137-ci ildə Səmərqəndə Qaraxanlı padşahı Rüknəddin Mahmudu yendi. Səlcuqluya tabe olan Qaraxanlının yardımına qoşan Sultan Səncər də Səmərqəndin quzeyində “Qətvan”da yenildi. Buxara və Səmərqənd Səlcuqluların yönətimindən çıxaraq Gürxanlıların yönətiminə keçdi. Qaraxətai padşahı, Tamqac adında başqa bir Qaraxanlını Səmərqəndin əmiri olaraq təyin etdi. Böyləcə Batı Qaraxanlısı Səlcuqlu tabeliyindən çıxaraq Qaraxətailərə tabe oldu. Qaraxətailər irəliləyərək Xarəzm Qaraxanlısını da işğal etdilər. 1141-ci ildə Xarəzm Qaraxanlısı Adsız özünü Qaraxətai xəracgüzarı olaraq elan etdi. Adsızın canişini Arslan, Səlcuqlu ölkəsinə sahib çıxmaq arzusunda olsa da, sonuna qədər Qaraxətai tabeçiliyindən çıxa bilmədi. Türk-müsəlman ölkələrində buddist Qaraxətailərin səltənəti başlamışdı. 1142-ci ildə ilk gürxanın ölümündən sonra onun eşi dul kraliçə 1150-ci ilə qədər səltənət etdi. Daha sonra onun oğlu taxta çıxdı (1150-1163). Onun ölümündən sonra bacısı bir sürəliyinə taxta çıxdı. Bu zaman Qaraxətaili bir ordu Xorasana girərək Bəlxi yağmaladı. Bu qadının oğlu (1178-1211) səltənət etdi. Bu zaman Qaraxətailər və Xarəzm şahlar arasında böyük ixtilaf çıxdı. Ancaq Çingiz Xan yüksələrək hər ikisini də tarixdən sildi.[2]


[1] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 219.
[2] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 275, 276, 277, 278, 279.

14 Ağustos 2013 Çarşamba

Səlcuqlu dövləti


Güntay Gəncalp


Səlcuqlu dövləti

On dörd Səlcuqlu sultanı 121 il səltənət etmişlər. Səlcuq soyu 34 quşaqla Əfrasiyaba dayanmaqdadır. Səlcuqun Mikayıl, İsrafil, Musa və Yunis adında dörd çox zəngin oğlu var idi. Türküstanda yağmursuzluq və qıtılıq üzündən otlaq sıxıntısı ortaya çıxmışdı. Yeni otlaqlar bulmaq üçün 985-ci ildə Mavəraunnəhrə tərəf qoyun və dəvə sürüləri ilə hərəkət etdilər. Bir sürə sonra Amu dərya civarından keçərək Xorasana doğru yürümələri üçün Mahmud Qəznəlidən izn istədilər. Tus valisi olan Ərsalan Cazib onlara izn verməyi məsləhət bilmədi, çünkü sayıları çox idi və fitnə çıxarmalarından qorxurdu. Ancaq Sultan Mahmud izn verdi. Səlcuqlar Xorasanda yerləşməyə başladılar. Mikayılın Toğrul və Çağrı adında iki oğlu var idi. Bu iki qardaş Səlcuq soyunun rəhbəri oldu və dövlət bəxti onların çiyninə qondu. Xorasan əhalisi onlara boyun əydi.[1]
“Hüdudi-aləm” kitabının yazdığına görə Balxaş dəryaçasının quzeyində yerləşən Qırqızıstanın “Sarısu”, “Turqay”, “Amaba” çöllərində türk boyları yaşayırdı. Onlara “oğuz” deyirdilər. Dilçi alimlər oğuzları əskidən orta “Yenisey”in “Obi” çölündə yaşayan türklərlə, Güney Rusiyaya köçən əski qıpçaqlarla və indiki qırqızlarla eyni türk qrupu olaraq görməkdədirlər. Oğuzlar Çingiz Xan dönəmində türkmən olaraq tanınmışlar. XI əsrin ikinci rübündən etibarən bir qismi Güney Rusiyaya, bir qismi də Xorasana tərəf hərəkət edirlər. Rus historioqraflar onların Rusiyaya ilk girişini 1054-cü il olaraq yazarlar. Obidə yaşayan oğuzların bir qismi qıpçaqların basqısı oradan uzaqlaşıb Balkana girdilər. Ancaq burada yenildilər. Səlcuq rəhbərliyindəki oğuzların parlaq gələcəyi oldu. Xorasanı və Kiçik Asiyanı ələ keçirdilər. Səlcuqlu sülaləsini təsis edən qəhrəmanın adı Səlcuq olmuşdur. Səlcuqun atasının adı “Duqaq” olmuşdur. Duqaqın ləqəbi “Teymur Yalıq” idi. Teymur yalıq, dəmir yay deməkdir. Səlcuq, Oğuz boylarından biri olan Qınıq boyunun öndəri idi. “Qınıqlar, Səlcuqlu xanidanını çıxarmış olan boydur.”[2] 985-ci ildən öncə o, öz qəbiləsi ilə Oğuz boyundan ayrılaraq Yuxarı Seyhunun sağ sahilində indiki Perovsk adlanan yerdə yerləşdi. Bəzi araşdırmaçılar Səlcuqun Mikayıl, Musa və İsrail adında oğullarının olduğunu göz önündə bulunduraraq onun nəsturi (xristian) olduğu qənaətinə varırlar. Ancaq bu, doğru deyildir, çünkü bu adlar İslamiyətdə də çox yayqındır. Böyük olasılıqla Səlcuqlar Mavəraunnəhr civarına yerləşdiklərində şamançılıqdan uzaqlaşaraq İslamı qəbul etmişlər. Bu olay o zaman olmuşdur ki, fars Samani dövləti Isıqgöl və Kaşqarda hökm sürən Qaraxanlılarla qarşı-qarşıya idi. Samanilər Qaraxanlılar qarşısında özlərini savunmaqla məşqul idilər. Səlcuq oğulları çıxarları icabı öz soyları olan Qaraxanlılara qarşı Samanilərlə işbirliyi etdilər. Samanilərin tarixdən silinməsi ilə Samani ərazisini paylaşmaq uğrunda Qəznəlilər və Qaraxanlılar arasında savaşlar oldu. Bu qarışıqlıqdan istifadə edən Səlcuq oğulları yavaş-yavaş irəliləməyə başladılar. Mavəraunnəhrin tam ortasında çadırlarını qurdular. 985-ci ildə Buxaranın doğusunda görünməyə başlamışlar. Səlcuq oğlu Ərsalanın dini adı İsrail idi. Ərsalanın ləqəbi Yəbqu idi. 1025-ci ildə Yəbqu ləqəbi ilə bilinən Ərsalan, Qaraxanlı şahı Əli Təkinin yardımı ilə Mahmud Qəznəliyə qarşı baş qaldırdı. Mahmud Qəznəli Yəbqunu əsir yaxalayaq Qəznəyə apardı və qalan səlcuqluları da mğlub etməyə çalışdı, ancaq başarmad. Digər tərəfdən Mahmud Qəznəli Əli Təkini Mavəraunnəhrin hakimi kimi tanımaq zorunda qaldı. Əli Təkinin ölümündən sonra Səlcuq oğulları Qaraxanlılarla anlaşa bilməyib öz çıxarları yolunda çalışmağa başladılar. Səlcuqluların padşahları Toğrul Bəy, Davud və Yəbqu, Sultan Məsud Qəznəlidən Xorasanı tələb etdilər. Məsudun bu tələbi rədd etməsi üzərinə Toğrul bəy, Nişaburu işğal etdi. 1040-cı il 22 mayda “Dandanaqan” adlı bir yerdə Səlcuq oğulları ilə Sultan Məsudun sərt bir savaşı oldu. Sultan Məsud yenilərək geri çəkildi və bütün Xorasanı və Əfqanistanı Səlcuq oğullarına buraxdı. Toğrul Bəy Nişabura girdiyində öz adına xütbə oxutdurdu. Toğrul Bəyin qardaşı Çağrı bəy, əmisi oğlu Qutulmuş, dayısı oğlu Inal, Toğrul Bəyin göstərişi ilə ölkələrin fəthinə başlamışdılar. Çağrı Bəy 1043-cü ildə Xarəzmi fəth etdi. Inal, Rey şəhrini ələ keçirdi və sonra da Toğrul özü Reyə gəldi.[3]
932-1055 illəri arasında İraqi-Əcəm və İraqi-Ərəbi Büveyhlilər yönətməkdə idilər. Büveyh oğulları özlərini Sasani kimliyinə mənsub bilərək, ona görə bir məzhəbə inanmaqdaydılar. Sasani nostaljisi ilə qaynayıb qarışan və İslamla uzaqdan-yaxından əlaqəsi olmayan şiəçilik Büveyh oğullarının inancı durumunda idi. İslam sonra siyasi tarixdə genəldə farslar şiə və türklər İslam əksənli dövlət qurmuşlar. Bu durum Səfəvilərə qədər davam etmiş. Səfəvilərdən sonra özlərini fars-kürd soyuna mənsub bilən Səfəvilər ölkəmizdə İslamsız dövlət təsis etmişlər. Büveyh oğulları Bağdad xilafətini də öz kontrolları altına alaraq Hz. Peyqəmbər zamanından yayqın olan müsəlmanların əzanlarını da sapdırmış və əzana İslamla bağlantısı olmayan cümlələr artırmışdılar. İslam, Büveyh oğullarının sapıq görüşləri əsasında çökmək üzrə idi. Səlcuqların gəlişi ilə İslam sapıq Sasani basqısından azad edildi və İslam əzanına əklənən sapıq söyləntilər də çıxarılaraq Hz. Peyqəmbərin zamanındakı duruma gətirildi. Bu baxımdan Səlcuq oğullarının yüksəlişi hər şeydən öncə islamın Sasani-Şiə basqısından qurtuluşuna səbəb olmuşdur. Büveyhlilik şiə-şüubi öyrətilərin dövlətləşmiş şəkli idi. Bu düzəni Səlcuq oğulları ortadan qalırdı. Büveyhlilər Sasani düzənini canlandırmaq üçün adlarını da Sasani padşahlarının adlarına bənzədirdilər.
Səlcuq oğullarının yüksəlişi zamanı Büveyhlilərin son padşahı Xosrov Firuz (1048-1055) iqtidarda idi. Bağdad, İraqi-Ərəb, Şiraz və Fars onun mülkü sayılırdı. Kirman da onun qardaşlarının birinin mülkü idi. [4]
Toğrul Bəy 1051-ci ildə İsfahanı fəth etdikdən sonra özünə başkənd olaraq seçdi. 1054-cü ildə Azərbaycan hakimləri Toğrul Bəyə təslim olaraq ona tabe olacaqlarını duyurdular. Büveyh oğullarının əsarətindən qurtulmaq istəyən xəlifə əl-Qaim Billah Toğrul Bəyi Bağdada dəvət etdi. Toğrul Bəy bu dəvəti qəbul edərək Bağdada gedib 1055-ci ildə Büveyhlilərin siyasi həyatına son verdi. 1058-ci ildə Xəlifə Toğrul Bəyi “Doğu və Batının sultanı” olaraq duyurdu. Bu zaman Toğrul Bəyin dayısı oğlu Inal “Bəsasiri” ilə birləşərək dövlətə qarşı üsyan etdi. Inal şiəliyə qatılmışdı. Toğrul Bəy bunun ciddi təhlükə olduğunu anlayaraq ordusyla Inalın üstünə yürüdü. Rey şəhrinin yaxınlığında onu yenərək öldürdü. Daha sonra Bəsasiriyə qarşı yürüdü. Bəsasiri də Bağdadın yaxınlığındakı savaşda yenib öldürdü. İslam Dünyası Toğrul Bəyi qurtarıcı öndər kimi qutsamağa başlamışdı. Toğrul Bəyin oğlu olmadığından onun vəfatından sonra qardaşı Çağrı Bəyin oğlu Alparslan Səlcuqlu taxtına oturdu (1063-1072). Alparslan əmisi oğlu Qutulmuşu dövlətlə anlaşa bilmədiyi üçün öldürdü.  Alparslanın ən böyük qələbəsi Ermənistanda Rum imperatorunu yenməsi olmuşdur. 19 avqust 1071-ci ildə Malazgird savaşında Rum imperatoru “Rumen Dyojen”i yenərək əsir yaxaladı. Malazgird zəfərindən sonra türklərin Anadoluya girişləri sağlanmış oldu. Alparslan əsir olaraq yaxaladığı Bizans imperatoru ilə çox sayqılı davrandı. Bəlli təzminat qarşısında imperatoru sərbəst buraxdı. 1072-ci ildə Qaraxanlılar Türküstanda üsyan bayrağı açdılar.[5] Alparslan türklərin doğru İslam yolunda olduğunu,  Deyləmilərin, iraqlıların İslam yolundan sapdıqlarını ordusuna etdiyi bir nitqdə dilə gətirmişdi: “Biz türklər təmiz müsəlman, digərləri isə bədməzhəb, bəddin və bədinanclıdırlar. Böyük Allah türkləri ona görə qutsayıb görəvləndirmişdir ki, türklər bidət nədir bilməzlər. Ancaq Deyləmilər (Büveyhlilər) və iraqlılar bidətçi və bədməzhəbdilər. Onlar aciz olduqlarında itaət və köləlik edərlər. Bir azcıq gücləndiklərini hiss etdiklərində və bizim inancımızın zəiflədiyini gördüklərində biz türkləri qətl edər, birimizi də sağ buraxmazlar. Çünkü onlar eşşək və öküzdən də aşağıdırlar. Onlar dost-düşmən nədir bilməzlər.”[6]  
Qaraxanlı padşah Tamqac Xanın varisi Səmərqənddə Səlcuqlu tabeçiliyindən vaz keçdi. Alparslan onu cəzalandırmaq üçün 200 minlik ordusuyla Ceyhundan keçdi. Üsyançıların başçısı olan Yusif Xarəzmini öz yandaşları yaxalayaraq gətirib Alparslana təslim etdilər. Yusif Xarəzmi bağış diləmək yerinə Alparslana çirkin sözlər söyləməyə başladı. Alparslan əmr verdi ki, onun əllərini açsınlar ki, özü oxla vurub öldürəcək. Alparslanın atdığı ox hədəfə dəymədi. Bu fürsətdən yararlanan Yusif Xarəzmi bədənində gizlətdiyi bıçağı çıxararaq Alparslana saldırdı. Bıçaqla onu sərt şəkildə yaraladı. Alparslan dörd gün sonra aldığı yara üzündən öldü. Onu Mərvdə dəfn etdilər.[7] Alparslanın ölümünü şair Sənai bu şəkildə anlatmışdır:
“Başı Alparslanın gördüm, varıp yüksəldi göylərdə,
Gəl indi Mərvə Alparslan, başı torpaqdadır gəl gör.”[8]
Alparslan Nizam-ul Mülkü baş vəzir olaraq təyin etmişdi. Səlcuqlar bu bölgələrə yeni gəlmişdilər. Türk dilinin dövlət və vergiləndirmə təcrübəsi olmadığından vergi və dəftər işləri daha öncədən təcrübəsi olan fars dilinə buraxılmışdı. Bütün bu dönəmdə ordunun dili türkçə, verginin dili farsca və din dili ərəbcə olmuşdur. Hər millət öz arasında öz dilini ilətişim dili olaraq qullanmışıdır. Türkllər kimsənin dilini və kimliyini aşağılamamış, yasaqlamamışdı. Səlcuqların axını ilə bölgəyə gələn türklər mədəni yaradıclıq və ədəbiyat yazıları uğraşmamışlar. Bunun üçün öncə bölgəyə uyum sağlamaq gərəkirdi. Bölgəyə uyum sağlamaq 200 il zaman almışdır. Türk dilində ədəbi yaradıclıq XIII yüzildən sonra başlamışdır. Dövlətin yazı işlərində türkçənin qullanılmamasının da səbəbi bu olsa gərək. Çünkü dövlətə fürsəti qaçırmadan vergi lazım idi. Bu vergi dili də Tahiriyandan bəri fars dilində şəkillənmişdi. Yəni fars dilinin Səlcuqlar öncəsi 200 illik vergi işlərində çalışma təcrübəsi var idi. Qaraxanlılarda fars dilinə gərək olmayışının nədəni də bu olmuşdur. Uyqur türkçəsinin uzun dövlətçilik təcrübəsi var idi. Ayrıca, Qaraxanlılar həm şəhər həyatına alışıq idilər, həm də yönətimlərində fars deyə əhali yox idi. Bu üzdən də türk dili Qaraxanlı dövlətində mədəni həyata daha erkən çağlarda girmişdi.
Alparslan öldükdən sonra yerinə 17 yaşlı oğlu Sultan Məlikşah keçdi. Məlikşahın ilk savaşı Qaraxanlı Şəmsi-Məliklə olmuşdur. Şəmsi-Məlik Səlcuq səltənətindəki iqtidar dəyişikliyindən yararlanaraq Doğu Xorasanı və Bəlxi işğal etdi. Məlikşah Səmərqəndə yaxınlaşdığında Şəmsi-Məlik aman istəyərək, Səlcuqluya boyun əyəcəyini bildirdi. Məlikşah Bəlx hökümətini qardaşı Təkişə buraxaraq geri döndü. Təkiş üsyan etdi. Bu dəfə də qardaşının üsyanını basdırmaq üçün Bəlxə saldırdı. 1084-cü ildə Qardaşı Təkişi yaxalayıb gözlərini kor etdi. Kirmanın əmiri olan Məlikşahın əmisi Qavurd da dövlətə asi oldu. Məlikşah onu da yaxalayıb boğduraraq öldürtdü. 1081-ci ildə Məlikşahın əmisi oğlu Qutulmuşoğlu Süleyman Kiçik Asiyaya girdi. Qutulmuşoğlu Süleyman Bizansın yönətim tərzini və zəif tərəflərini anlamışdı. Anadoludakı kumandanları arasındakı keçimsizlikdən başqa Bizans mərkəzindəki səltənət savaşlarından da istifadə etdi. Mərmərə yaxınlarında İznik, Ege sahillərində İzmirə qədər əraziləri ələ keçirdi. İzniki dövlətinin mərkəzi olaraq seçdi. Bir il sonra 1081-ci ildə Anadolu Səlcuqlusu dövlətini təsis etdi. Anadolu Səlcuqlu dövləti 1302-ci ilə qədər davam etdi. İlk başkəndləri 1081-ci ildən 1097-ci ilə qədər İznik və daha sonra 1097-ci ildən 1302-ci ilə qədər Anadolu Səlcuqlusunun başkəndi Konya olmuşdur. 1080-ci ildən başlayaraq “Danişməndiyan” Kapadokiyada hökümət etməyə başladılar. Qutulmuşoğlu Süleyman Kiçik Asiyanın böyük bir bölümünü öz yönətimi altına aldıqdan sonra 1086-ci ildə Suriyəyə yönəldi. Suriyəni Məlikşahın qardaşı Tutuş yönətməkdə idi. Hələbin yaxınlığında böyük bir savaş başladı. Bu savaşda Tutuş Süleymanı öldürdü. Tutuş yeni Səlcuqlu dövləti qurmaq istərkən qardaşı Məlikşahın saldırısına uğradı. Məlikşah sarayını Hələbə daşıdı və qardaşını da Dəmişqə yolladı. Məlikşah dönəmində oğuz savaşçıları Fatimilərin də ərazilərinə daxil oldu. Kiçik Asiyada mərkəzə tabelik və kontrol olmadığından bir çox bəyliklər təsis edilirdi.[9] Məlikşah 1092ci ildə Xacə Nizam-ul Mülkü görəvindən aldı. Nizam Həsən Səbbahın terorist fədailəri tərəfindən öldürüldü. Bir ay sonra da Məlikşah öldü. Bu hadisəni Moizzi adında şair bir rübailə böylə anlatmışdı:
“Cənnətə yollandı yaşlı başbaxan,
Bir ay sonra öldü ol şahi-cavan.
Aciz qıldı şahı Tanrı qəzəbi,
Tanrı qarşısında acizdi sultan.”
Məlikşahın ölümündən sonra oğlu Bərkyaraq taxta çıxdı. Qardaşlarını məğlub edib zəfər qazandı. 1096-cı ildə Xorasan hökümətini qardaşı sultan Səncərə tapşırdı. 12 il səkkiz ay səltənət etdikdən sonra 1105-ci ildə Burucerddə öldü.[10] Bərkyaraqın iqtidarı qardaşları ilə savaşa adandı. Bərkyaraqın əmisi Tutuş bütün Səlcuqlunu ələ keçirmək üçün Suriyədən Bərkyaraqa saldırdı və Rey yaxınlığında yenilərək öldürüldü. Səlcuq bütünlüyü bu dönəmdən sonra sağlanamadı. Səlcuqlu üç yerə parçalandı. İraqi-Əcəm (İran) Bərkyaraq və qardaşlarına qaldı. Hələb və Şam tutuş oğullarına buraxıldı. Kiçik Asiyaya da Süleymanoğlu Qızılarslan sahib çıxdı. Bu üç Səlcuqlu dövləti fərqli yazqılar yaşamağa başladılar. Suriyə Səlculusu ərəbləşdi. Ayrıca, Suriyə Səlcuqlusu bir sürə sonra türk məmluklar tərəfindən həzm edilərək tarixdən silindi. Suriyədə türk nüfusu dağınıq olduğundan ərəb nüfusu qarşısında boy göstərə bilmədi, yalnızca Antakiya və İskəndərinda türk nüfusu varlığını qoruya bildi. Anadolu Səlcuqlusu öz varlığını möhkəmləndirərək qoruya bildi. Yalnız Anadoluda türklər köçəri həyatdan yerləşik həyata keçərək tarımla uğraşmağa başladılar. İraqi-Əcəmdəki Səlcuqlu dövləti də farslaşmağa başladı.[11]
Məlikşahın ən gənc oğlu Səncər idi. “Səncər” cağatay türkçəsində ovlayıcı quş deməkdir.[12] Səncər Səlcuqluların ən son böyük padşahı idi. Bu cəsur, səxavətli və cömərd sultan Səlcuqlu dövlətinin çökməməsi üçün çox çabaladı. Məlikşah öldüyündə Səncər 12 yaşında idi. Atasından ona Xorasan hakimliyi miras qaldı. Qərargahı Mərv idi. Səncər 1102-ci ildə Qaraxanlı Qədirxanın Xorasana saldırısını önlədi. Səcər Termizin yaxınlığında Qədir Xanı yenərək öldürdü. Qədir Xanın saldırısı qarşısında yenilərək qaçan Arslan Xanı Mavəraunnəhrin əmiri təyin etdi. 1130-cu ildə Arslan Xanla münasibətlər gərginləşdi. Səncər Səmərqəndə gedərək onu məqamından endirib yerinə öncə Qaraxanlı şahzadəsi Həsən Təkini, daha sonra Rüknəddin Mahmudu gətirdi. Rüknəddin Mahmud 1132-ci ildən 1141-ci ilə qədər Səmərqəndin əmiri oldu. Sultan Səncər Əfqanistanda Qəznəli şahzadələr arasındakı iqtidar savaşına da müdaxilə edirdi. 1117-ci ildə Qəznəyə girərək Arslan şahı uzaqlaşdırıb, yerinə Bəhram şahı gətirdi. Bu zaman sultan Səncər şahlar şahı, Əfqanistanın, Mavəraunnəhrin və İraqi-Əcəmin səltənətinə sahib idi. Sultan Səncərə tabe olan Adsız adında Xarəzm şahı var idi (1127-1156). Adısız müstəqil dövlət qurmaq istəyirdi. Ancaq 1138-ci ildə “Minat” bölgəsindəki savaşda Səncər Adsızı yenərək səltənətdən məhrum etdi. Daha sonra 1141-ci ildə Adsız Səncərin yanına gələrək bağış dilədi və könlü geniş olan Səncər onu bağışladı. Bu dönəmdən sonra Səncərin dövləti çökməyə başlamışdı. Qaraxətailər Səlcuqlu dövlətinə saldırmağa başlamışdılar. 1141-ci ildə Səncər Səmərqəndin yaxınlığında Buddist Qaraxətailərlə savaşa girdi və yenilərək Xorasana geri çəkildi. Moğol Qaraxətailər bütün Mavəraunnəhri işğal etdilər. Xarəzm şahı Adsız bu durumdan yararlanaraq Səlcuqluya qarşı baş qaldırdı. Mərv və Nişaburu işğal etsə də Səncərin geri dönüb saldırısı qarşısında dirənə bilməyərək bölgəni tərk etdi. Səncər iki kərə Xarəzmı quşatdı. Birinci dəfə 1144-cü və ikinci kərə də 1147-ci ildə. İkinci kərə Adsızı təkrar Səlcuqluya tabe olmağa zorladı. Ancaq 1153-cü ildə Bəlx civarında yaşayan oğuzlar Səncərə qarşı ayaqlanıb, onu əsir olaraq yaxaladılar. Sonra da Mərv, Nişabur və bütün Xorasanı yağmaladılar. Sultan Səncər 1156-cı ildə əsarətdən qurtulsa da bir il sonra 73 yaşında vəfat etdi.[13]
Sultan Səncərin dövlətini yıpradan olaylardan biri də terorist ismaililər hərəkəti idi. İsmaili fədailər Səlcuqlu dövlətinə qarşı teror əməliyatı əsdirirdilər. Bu teroristlər, hətta saraya da nüfuz edə bilmişdilər. “Sultan Səncər güclü iqtidar imkanlarına rəğmən ismaililərlə savaşmaqdan imtina etdi. Çünkü bir gün öz sarayında yuxudan oyandığında yerə sancılmış bir bıçaq gördü. Bıçağın dəstəsinə yazılmışdı ki, bu bıçağı yerə sancan ismaili onu sultanın yumşaq sinəsinə də sanca bilərdi. O gündən sonra ismaililərdən qorxaraq Həsən Səbbahçılarlarla barışcıl davranmağa başladı. Bu üzdən də onun zamanında Səbahçılar təqibə məruz qalmadılar.”[14]
Anadoluda Səlcuqlu həyatı davam edərkən İraqi-Əcəmdə və Xorasanda Səlcuqlunun yerinə Xarəzmşahlar və Qaraxətailər keçdilər.



[1] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s.172-173.
[2] Faruk Sümer, Çepniler, Türk Dünyası Araştırmaları Vakfı yayınları, İstanbul-1992.
[3] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 255, 256, 157, 258, 259.
[4] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 259.
[5] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 260, 261.
[6] Xacə Nizam-ul Mülk, Siyasətnamə, hazırlayan: Abbas İqbal, s. 301.
[7] Şücaəddin Şəfa, Min dörd yüz il sonra, II cild, Fərzad yayınları, s. 656.
[8] Zəbihullah Səfa, İranda ədəbiyat tarixi, II cild, s. 173.
Səre Alpərsalan didi, ze rəf´ət rəfte bər gərdun,
Be Mərv a ta ke xak əndər səre Alpərsalan bini.
[9] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 262, 263, 264, 265, 266.
[10] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s.177.
Şeir:
Rəft dər yek məh be ferdovse bərin dəsture pîr,
Şâhe borna dər pəse u rəft dər mâhe degər.
Kərd nagəh qəhre yəzdan ecze soltan aşekâr,
Qəhre yəzdan ra bebin o ezce soltâni negər.
[11] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 266.
[12] Dehxuda, Sözlük.
[13] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 270, 271, 272.
[14] Əxbar əd-Dövlət-ül Səlcuqiyə, hazırlayan İqbal lahuri, Lahur yayını, s. 181 və Şücaəddin Şəfa, Min dörd yüz il sonra, II cild, Fərzad yayınları, s.653.

Qəznəliləlr dövləti




Qəznəlilər dövlləti

On dörd padşahla 150 il səltənət etdilər. Birincisi Alptəkinin qulamı olan Səbuktəkin olmuşdur.[1] Qəznəlilərin (969-1187) banisi Alptəkin idi. Samani əmiri İsmayıl (907-914) ömrünün sonuna doğru türk kökənli bir qulam olan Alptəkini satın almışdı. Böyləcə Alptəkin Samani dövlətinin xidmətinə girmişdi. Qısa sürə sonra Alptəkin Samani sarayının kontrolunu əlinə almağı başarmış və istədiyi vəzirləri uzaqlaşdırıb yerinə başqasını gətirə bilirdi. Samani əmiri Abdulməlik onun bu nüfuzundan qorxaraq saraydan uzaqlaşdırmaq istədi. Abdulməlik çoqan oyununda atdan düşərək öldü və Samani sarayında taxt uğruna savaş başladı. İqtidar savaşının sonunda ƏbuSaleh Mənsur ibni Nuh taxta oturdu. Alptəkin onunla anlaşa bildiyindən öncə güc qullanıb başkənd Buxaranı ələ keçirmək istədi. Bunun mümkün olmadığı üzərinə ixtiyarında olan ordusu ilə Nişaburdan Qəznəyə çəkilib oraya yerləşdi. Samani əmiri onu təslim almaq üçün üç minlik ordusu üzərinə on altı minlik ordu göndərdi. Bu savaşda Alptəkinin qulamlarından biri olan Səbuktəkin böyük cəsarət göstərərk Samani ordusunun önünü dar bir dərədə kəsərək, onları yendi. Alptəkin ordusunu üç qismə ayırdı. Min kişik ordunun başında Toqan, başqa bir min kişilik ordunun başında Səbuktəkin və üçüncü min kişilik ordunun başında özü durub Samani ordusuna pusu qurdular. Onları quşatıb savaşa başladılar. 4750 Samani əsgəri öldü və qalanları da qaçmağa məcbur buraxıldı. Bu zəfərdən sonra Alptəkin Qəznədəki durumunu da gücləndirdi. Bu yenilgədən sonra Samani əmiri Əbusaleh Mənsur Alptəkini yenə bilməyəcəyini görüb onunla anlaşmaq qərarına gəldi. Bir məktub yazaraq Alptəkini bağışladığını və ələ keçirdiyi torpaqlarda onun iqtidarını tanıdığını bildirdi. Alpətəkinin həyatı uzun sürmədi. 963-cü ildə öldü.[2]  
Alptəkinin ölümündən sonra yerinə oğlu Əbuishaq İbrahim keçdi. Əbuishaq Samanilərlə işbirliyinə girərək Qəznədəki durumunu gücləndirdi. Onun oğlu olmadığından ölümündən sonra yerinə Bilgə Təkin keçdi, Bilgə Təkin 975-ci öldükdən sonra taxtda Börü Təkin oturdu. Ancaq qabiliyətsizliyi nədəni ilə türklər tərəfindən taxtından endirilərək 977-ci ildə onun yerinə Alptəkinin ən çox güvəndiyi silahdaşı Səbuktəkin gətirildi. Səbuktəkin zahirən Samanilərin bir valisi olaraq hərəkət etsə də, Qəznəli dövlətinin təməli onun zamanında atılmışdır. Səbuktəkinin iqtidarı dönəmində Qəznəlilər Zabulistanı* da ələ keçirdilər. Səbuktəkin Zabul rəisinin qızı ilə evlənmişdi. Mahmud da bu qadından dünyaya gəlmişdi. Səbuktəkin bundan sonra Samanilərin iç siyasətində önəmli rol oynamağa başladı. Samanilərə qarşı bəzi üsyanlar Səbuktəkin tərəfindən basdırıldığından dolayı Samani əmiri Mənsur Samani onlara daha geniş imkanlar tanıyaraq Səbuktəkinin oğlu Mahmudu Xorasan orduları komutanlığına gətirdi. 997-ci ildə Səbuktəkin öldü. O, kiçik oğlu İsmayılı vəliəhd təyin etmişdi, ancaq Mahmud, qardaşı İsmayılı öldürərək səltənəti ələ keçirdi. Mahmudun səltənəti Qəznəlilərin ən parlaq dönəmi olmuşdur. İqtidarın Mahmuda devr edilməsi ilə səltənətin atadan oğula keçməsinin də təməli qoyuldu. Samanilər Bağdad xilafəti ilə yaxşı münasibətdə deyildilər. Mahmud Bağdadla münasibətini daha da yüksək düzeyə qaldırdı. Xəlifə ona Yəmin əd-Dövlə ləqəbini verdi. 999-cu ildə Qaraxanlılar Samani dövlətini tarixdən sildilər. Bunun üzərinə Qəznəlilər və Qaraxanlılar Samanilərin ərazilərini öz aralarında paylaşdılar. Mahmud iqtidarını möhkəmləndirdikdən sonra Hindistana saldırmış və böyük qəniymətlər əldə etmiş, qətllər də törətmişdir.[3] ”Sultan Mahmud Hindistana saldırısında 200 il ərzində tikilən bir qalanı yerlə yeksan etdi.”[4] 1019-cu ildə İraqi-Əcəmi ələ keçirdi. Rey valisini öldürrərk oranın hökümətini oğlu Məsuda buraxdı. 1030-cu ildə Qəznədə 61 yaşında öldü.[5] İslamı hələ qəbul etməmiş olan fars Qurilərlə də Mahmudun savaşları olmuşdur. Onları tam olaraq məğlub edib öz yönətimi altına ala bilmməmişdi. Mahmud Qaraxanlılarla da savaşmışdı. ”Mahmudun sarayında 400 məddah şairin olduğunu yazmaqdadırlar. Bütün bu şairlər fars dilində qəsidə və mədhiyələr yazaraq Mahmudun şöhrətini ölkələrə yayırdılar. Mahmud özünü şeirsevər göstərirdi. Ancaq onun farsca şeir bilgisinin olduğu haqda məlumat yoxdur. Bu üzdən şeirlərin necəliyi haqda fikrini bildirmirmiş. Ona lazım olan sadəcə mədhiyələr idi. Hindistandan qarət etdiyi qəniymətlərin kiçik bir qismini məddah şairləri üçün ayırmışdı.”[6] ”Mahmud Qəznəli Hindistana 17 kərə saldırdı. Bu ölkənin Quzey Batısını öz ərazisinə qatdı. Bu saldırıları din adına edir və bütpərəst hindliləri qətl edirdi. Əslində isə, bu saldırıların İslamla heç bir əlaqəsi yox idi. Hədəf hind xalqının ibadət yerlərindəki qiymətli əşyaları yağmalamaq idi. Bu saldırıların sadəcə birində 20 milyon dirhəm para və qiymətli əşyalar, 57 min kölə, 350 fil gətirdi.”[7] Mahmudun Deyləmə saldırısı sırasında o əhalinin rafizi olduğunu bəhanə edərək bütün kitablarını yandırmasını Nizam-ul Mülkün ”Siyasətnamə”də bu şəkildə anlatmaqdadır: ”Allahın rəhmətlisi olan Səbuktəkin oğlu Mahmud Allah tərəfindən böyük ordusu ilə Rey şəhrinə gəldi. Reydəki işləri ilə bağlı ”fəthnamə” adında bir məktub yazaraq xəlifəyə göndərdi. Çoxlarını dar ağacından asdı. əlli xərvar dəftər və kitab yaxdı. Bunların hamısı rafizi və batini əsərlər idi.”[8]
Mahmud ölərkən oğlu Məhəmmədi varis olaraq vəsiyət etmişdi. Ancaq yenə də başqa oğlu ”Məsud qardaşı Məhəmmədin gözlərini çıxarıb zindana atdıraraq səltənəti ələ keçirdi.”[9] Mahmudun vəsiyəti üzərinə Xorasan, İraqi-Əcəm və Xarəzm höküməti Məsuda, Hind və Qəznə höküməti də böyük oğlu Məhəmmədə buraxılmışdı. Məsud böyük qardaşı Məhəmməddən xütbələrdə onun da adının oxunmasını rica etdi. Məhəmməd bunu qəbul etmədiyindən Məsud Qəznəyə saldırdı. Digər tərəfdən Səbuktəkin oğlu Yusif Qəznədə Məhəmmədi əsir olaraq yaxaladı. Gözlərini kor edib zindana atdılar. Doqquz il zindanda qaldı. Məsud atasının bütün ölkələrinə hakim oldu. Bu arada Səlcuqlar yüksəlməyə başlamışdı. Səlcuqların saldırısı qarşısında yenilən Məsud Qəznəyə çəkilərək bütün cəvahiratını da götürüb kor qardaşı ilə bir yerdə Hindistana yola çıxdı.[10] Məsudun səltənətinin son dönəmi Səlcuqların yüksəlişinə rastlanmaqdadır. Məsud, Toğrul Bəy Səlcuqla Mərvdə qarşılaşdı. Üç gün sürən bir savaşdan sonra ağır yenilgiyə uğradı (1040).[11] Səlcuqluların qorxusundan Məsud ailəsini və xəzinəsini toplayaraq Hindistan'a doğru geri çəkildi. Ancaq bu yolçuluqda kor etdiyi qardaşı Məhəmmədin tərəfdarları ona qarşı üsyan edərək taxtdan uazaqlaşdırıb yerinə Məhəmmədi gətirdilər (1041). Məsudu yaxalayıb kor etdiyi qardaşı Məhəmmədin yanına gətirdilər. Məhəmməd onu zindana yolladı. Yolda Məsudu öldürdülər. Məhəmməd ibni Mahmud ibni Səbuktəkin doqquz il zindan həyatı yaşadı. Məsudun qətlindən sonra bir il iqtidarda oldu. 1041-ci ildə Məsudun oğlu Məvdud üsyan edərək onu və bütün nəslini qətl edib atasının öcünü aldı. Məvdud yeddi il şah olduqdan sonra 1049-cu ildə öldü.[12] Daha sonra Qəznəvilərdən Əli ibni Məsud, Abdulrəşid ibni Mahmud, Fərruxzad ibni Məsud, İbrahim ibni Məsud, Məsud ibni İbrahim iqtidara gəldilər. Məsud ibni İbrahim Səlcuqlu Sultan Səncərin bacısı ilə evləndi. 16 il iqtidardan sonra öldü. Arxasınca Şirzad ibni Məsud şah oldu. Bir il iqtidarda oldu. Qardaşı Ərsalan üsyan edərək onu devirib öldürdü. Ərsalan şahla qardaşı Bəhram şah arasında iqtidar qövqası başladı. Bəhramşah Sultan Səncərə sığınıb ondan yardım dilədi. Səlcuqlu Sultan Səncərin yardımı üzərinə Ərsalan yenildi. Sultan Səncər, Bəhram şahı taxta çıxardı. Yenə də Ərsalan özünü toparlayıb saldırıya keçdi. Bunun üzərinə Bəhram şah təkrar Səncərdən yardım istədi. Səlcuqlu ordusunun yardımı ilə Ərsalan bu dəfə də yenilib öldürüldü. Bəhram şah 32 il şahlıq etdi. Qurilərdən Əlaəddin Hüseyn ibni Hüseyn, Bəhram şaha qarşı üsyan edərək onu yendi. Bəhram şah Hindistana qaçdı. Əlaəddin Suri adlı qardaşını Qəznədə şah elan edərək özü Firuzkuha getdi. Bəhram şah toparlanıb Qəznəyə saldırdı. Surini yaxalayaraq bir öküzün üstündə oturdub şəhərdə dolaşdırdı. Sonra da onu öldürərək başını Sultan Səncərə göndərdi. Bunun üzərinə Əlaəddin böyük ordu ilə Qəznəyə saldırdı. O, Qəznəyə çatmadan öncə Bəhram şah 1052-ci ildə öldü və oğlu Xosrov şah iqtidara gəldi. Əlaəddinin saldırısı qarşısında dirənə bilməyib Hindistana qaçdı. Əlaəddin Quri Qəznəni işğal edib çox qətllər etdi. Qardaşı oğlu Qiyasəddin Əbulfəth Məhəmməd ibni Samı Qəznənin padşahı elan etdi. Qiyasəddin Xosrova güvənlik sözü verərək yanına dəvət etdi. Onu yaxalayıb zindana atdırdı. On il həbsdə qaldıqdan sonra öldü və bununla da 1160-cı ildə Qəznəlilərin həyatına son verildi. Qəznəlilərdən sonra Qurilər Qəznədə iqtidarı ələ keçirdi. Beş Quri padşahı 64 il bölgəni idarə etdilər.[13] Bu dönəmdən sonra Qəznəlilərin tarixdən silindikləri ana qədər Səlcuq tabeçiliyi başlamışdır. Qəznəlilərdən milli dildə demək olar ki, heç bir miras qalmamışdır. Qəznəlilər (Qəznəvilər) dönəmində fars dili və ədəbiyatı inkişaf etmiş və İslam anlayışı da farsların səliqəsinə görə şəkillənmişdir. ”Türklər İslamiyəti və İslam kültürünü daha ziyadə Xorasandakı müsəlmanlaşmış fars ünsürünün və mavəraunnəhrdə yerləşmiş fars mədəniyətinin etkisi və rəhbərliyi ilə qəbul etmişdilər.”[14]


[1] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s.141.
[2] Erkan Göksu, Alptekin köle pazarından Gazne tahtına, Türk Dünyası Araşdırmaları, sayı 191, Nisan-2011, s. 99, 105, 106, 109, 110, 112, 113.
* Zabul sözü Azərbaycan daha çox muğamlarda keçməkdədir. Zabul segahında və digər muğamlar da keçər.
[3] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nə.riyatı, Məşhəd-1363 (h.ş), s. 141, 142, 143.
[4] Will Dutant, Mədəniyət tarixi (tarixe təməddon) farscaya çevirən:  Əmirhüseyn Aryanpur, Elmi-fərhəngi nəşriyatı, 1-ci cild, s. 527.
[5] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nə.riyatı, Məşhəd-1363 (h.ş), s. 144.
[6] Abbas İqbal, Tarixi-İran, s. 264-266.
[7] Əski çağdan 18-ci əsrə qədər İran tarixi, Rus tarixçilərinin ortaq çalışması, farscaya tərcümə edən: Kərim Kəşavərz, s. 200.
[8] Nizam-ul Mülk, Siyasətnamə, hazırlayan Ababs İqbal, s. 77.
[9] Tarixi-beyhəqi, 1-ci cild, Hirmənd nəşriyatı-1376 (h. ş), s. 45.
http://tarikhema.ir/books/story/Tarikh-e-Beihaghi/Tarikh-e-Beihaghi-ancient.ir-1.pdf
[10] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nə.riyatı, Məşhəd-1363 (h.ş), s. 144.
[11] Tarixi-beyhəqi, 2-ci cild, Hirmənd nəşriyatı-1376 (h. ş), s. 921.
http://tarikhema.ir/books/story/Tarikh-e-Beihaghi/Tarikh-e-Beihaghi-ancient.ir-2.pdf
[12] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nə.riyatı, Məşhəd-1363 (h.ş), s. 145.
[13] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nə.riyatı, Məşhəd-1363 (h.ş), s. 146, 147, 148, 149, 150.
[14] M. Ə. Rəsulzadə, Nizami, Türk Dünyası Araşdırmaları vaqfı, İstanbul-1991.

Qaraxanlılar dövləti




Qaraxanlılar
Dövləti 

Qaraxanlı ailəsi, türk kralı Əfrasiyab soyundan gəlir. Bilindiyi kimi türklər Türküstanda bəlli bir yerləri olmayan bir çox qəbilədən meydana gəlmişlərdir. Bu üzdən Qaraxanlı ailəsinin mənsubu olduğu qəbiləni sınırlandırmaq çətindir. Bəziləri Qaraxanlıların, Tiyan Şan dağının güneyini özlərinə yurd edən, daha sonra da buradan Batıya yönələn uyqur türkləri qəbiləsinə mənsub olduqları görüşündədirlər. Bertold, Qaraxanlıların Türküstanda bilinən üç türk qəbiləsindən birinə mənsub olduğunu söylər: 1- Yoğma-Kaşqarda yerləşən, uyqur ya da oğuz qəbiləsinə mənsub Yaqma qəbiləsi. 2- Ceyhun çayından Çinə qədər uzanan bölgədə məskun olan Çigil. 3- Tıraz (Talas) şəhərindən Doğuya doğru uzanan İslam şəhərləri sınırında yaşayan Qarluq boyu. Bu qəbilələrə, iki qəbilə daha əlavə edən bir başqa görüş bulunmaqdadır. Bu qəbilələr də türkmən və tavcu qəbilələridir. Bu görüşün sahibi, bütün ehtimalların göz önündə bulundurula biləcəyini qəbul etməkdədir. Bu görüşlərin hamısı doğrudur. Bu üzdən Qaraxanlıların sülaləsi Şaman olan Tavcu ailəsinin bir bölümü sayılan Qarluq xanidanına bağlanmaqdadır. Qarluq boy birliyini vücuda gətirən üç qövmün iki ən önəmli ünsürünü Çingil və Yaqma qövmləri təşkil edirdi. Qarluq 744-840 illərində uyqur birliyinə daxil olmuşdur. Eyni zamanda Qaraxanlılar siyasi ism olaraq bir də türkmən adını daşımışlar. Zəki Vəlidi[1] də buna işarət etməkdədir.[2] Qaraxanlı dövləti Orta Asiyada, Doğu və Batı Türküstan bölgələrində qurulmuşdur. Bu dövlət bəzi tarix kitablarında ”Dövləti-Ali-Əfrasiyab” (Əfrasiyab soyunun dövləti) və ”Dövləti-Xani Türküstan” adı ilə tanınır. ”İlkxaniyə” dövləti olaraq ismləndirirlər. Qurilər özlərini Zəhhak soyundan bildikləri kimi İlkxanlılar da özlərini Əfrasiyab soyundan bilirdilər. Bu silsilənin qurucularının bir neçəsinin adı ilkxan olduğundan İlkxanilər adı ilə də tanınmışlar.[3]  Qaraxanlı dönəminə çağdaş olan Kaşqarlı Mahmud isə, ona ”Xaqaniyə” dövləti adını verməkdədir.[4] Qaraxanlı türkləri uyqurların varisi olaraq Kaşqarın güney batısında və batısında məskundular. Isıq gölünün çevrəsi onların vətəni idi. Qaraxanlıların islamiyyəti qəbul etmələri ilə o bölgənin durumu çox dəyişdi. İslamlaşma ilə türkləşmə Qaraxanlılarda eyni anlam daşımaqda idi. Qaraxanlılar X əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər Kaşqarda iqtidarda olmuşlar. Bartolda görə Qaraxanlılar oğuzların bir boyu olmuşdur. İslam ədəbiyatında adıkeçən ilk Qaraxanlı sultanı Buğra Xandır. Kaşqarın şahı olan Buğra, ölkəsində yaşayan xalqını İslam qurallarına görə yaşamağa çağırmışdı. Daha sonrakı illərdə ”Tarım”* vahələri, ”Çu” və ”Talas” çölləri onun soyu arasında paylaşılmışdır. Qaraxanlılar müsəlman olsalar da, farslara qarşı əski savaş xatirələrini unutmamışdılar. Bu üzdən də Samanilərlə savaşmaqdan vaz keçmirdilər. Başkəndi Balasaqun olan Buğra Xan 992-ci ildə Buxaraya saldırdı. Başkəndi Özkənd olan bir başqa Qaraxanlı padşahı Ərsalan İlk idi. 1013-cü ildə ölən Ərsalan İlk də bu kimi saldırılarda bulunmuşdu. O, 999-cu ildə bir fateh kimi Buxaraya girdi. Samanilərin son padşahı Abdulməlik Sanini əsir yaxalayaraq, Samani ərazilərini öz ölkəsinə qatdı. Ərsalan İlk öz qızını Sultan Mahmud Qəznəliyə ərə versə də, aralarındakı anlaşma uzun sürmədi. Möhkəm dövlət qurmuş olan Qaraxanlılar Kaşqar ölkəsindən əlavə əski ”Tukyu”, ”İli” və ”Çu” ölkələrini də öz yönətimləri altına aldılar. Qaraxanlılar Qəznəlilərə üstdən aşağı baxır və onları özlərinin əski kölələri kimi görürdülər. Mahmud Qəznəli də öz yönətiminə Əfqanistanı, Xorasanı və Pəncabı əkləmişdi. Hindistanı da yağmaladığı üçün dövlət budcəsi dolu idi. 1006-cı ildə Mahmud Hindistanda ikən Ərsalan İlk, Qəznəli ölkəsinə saldırıb Xorasanı işğal edərək Bəlx və Nişaburu aldı. Sultan Mahmud geri dönüb 1008-ci ildə Ərsalan İlklə savaşa başladı. Onu yenərək ölkəsindən uzaqlaşdırdı. Tamqaç adı ilə ünlü olan Qaraxanlı Börütəkin 1041-1068 illəri arasında Buxarada səltənət etdi. Ancaq 1040-cı ildə başqa böyük hadisə baş verdi. Qəznəlilər ”Dandanaqan” adlı bir yerdə Səlcuqlar tərəfindən yenildilər. Xorasanı fəth edən Səlcuqlar Qəznəliləri Əfqanistana və Hindistana çəkilməyə zorladılar. Səlcuq sultanı Toğrul Bəy bütün İraqi-Əcəmi işğal edərək 1055-ci ildə Bağdada girdi və Bağdad xilafəti tərəfindən Şərqin və Qərbin sultanı olaraq duyuruldu. Səlcuqların Qəznəliləri yenmələri Qaraxanlıların əlini gücləndirmişdi.[5]
Qaraxanlı dövləti ilk türk-İslam dövlətidir. Türklərin İslamı necə qəbul etdikləri haqda günümüzdə təməl olaraq iki fərqli görüş vardır: 1- Xalqın iradəsi tamamən bir kənara buraxılaraq, özəlliklə Oğuzlar və Səlcuqlular dövründə yönətici sinfin tamamən siyasi səbəblərlə verdiyi bir qərar olmuşdur. 2- Türklərlə islamiyyətin bir-birlərindən ayrılmaz ünsürlər olduğunu iddia edən görüş var. Bu görüşə görə, sanki türklər doğuşdan müsəlman olmaq üçün yaradılmışlar. Bu görüşü savunanlar əllərindən gəlsə, müsəlmanlıq daha yer üzünə gəlmədən öncə türkləri müsəlman olaraq göstərmək istərlər.[6] Obyektiv bir baxış açısı ilə o dövrlərdə yaşanan tarixi, sosiolojik və teolojik sürəcin içində nələr olduğu bir bütün olaraq dəyərləndirilmədiyi sürəcə bu məsələ aydınlatılamaz. Türklərin necə müsəlman olduğu sorusuna aranan cavabın əslində iki ayrı yönü bulunmaqdadır. Birincisi yönəticilər açısından, digəri isə, yönətilən xalqın tərcihləri baxımından.[7]
”Qaraxanlı” sözü, ”qara xan” və ”qara xaqan” kəlmələrindən gəlməkdədir. ”Qara” sözü türkcədə ”ulu”, ”uca” anlamına gəlirkən ”xan” kəlməsi isə, ”hökmdar, məlik” anlamına gəlməkdədir. Qaraxanlı ləfzi ”böyük hökmdar” anlamına gəlməkdədir.
Qaraxanlı dövləti Türk mədəniyyəti və türkcənin yazqısı baxımından çox önəmli tarixi dövrdür. İslamdan sonra qurulan ilk dövlət olma özəlliyi göz önündə bulundurulursa, türkcəyə bu qədər önəm vermələrinin səbəbi nə ola bilərdi əcəba? Peyğəmbərin vəfatından sonra islamiyyiyəti saldırqan ərəb ideologiyası şəklində qullanmaq yayqınlaşmış və Əməvilərlə də İslam, ərəb milliyyətçiliyinin ideologiyasına dönüşdürülmüşdü. Saxta hədislər uydurularaq ərəb qövmü və ərəbçə qutsanmışdır. Ərəbçiliyə və ərəbçəçiliyə qarşı türklərdə və farslarda milli oyanış eyni dövrdə başlamışdır. IX və X yüzillər türk-fars xalqlarının ərəblərə və ərəbçə basqısına qarşı böyük oyanış dövrləridir. Qaraxanlı dövründə türklərdə Kaşqarlı və Yusif Xas Hacib və tarixdə adları və əsərləri qalmayan şəxsiyyətlərin, Quran tərcüməçilərinin yaradıcılığı meydana çıxarkən, farslarda da Samani dövləti dövründə Şahnamə yazma görüşü ortaya çıxar. Lakin çox ilginc ki, Qaraxanlı siyasi həyatı zamanında başlayan türkcə böyük milli oyanış sonrakı dövrlərdə sönərkən, farslarda durmadan yüzillər boyunca və hətta günümüzə qədər davam etmişdir. Qutatqu bilik kimi bir əsərin yazılması asan iş deyildi. Qutatqu bilik incələndiyində böyləsinə böyük bir oyanışın bu bir neçə kitabla məhdud qalmayacağı açıqca görünür. O zaman digər kitablar haradadır? Quranın türkcəyə tərcüməsi, Qutatqu bilik, Kaşqarlı əsərlərinin də tarixdə təsadüfən qaldığı düşünülürsə, digərlərinin harada olduğu anlaşılacaqdır.
Qaraxanlılar dövründə nədən böyük türkcəçilik hərəkəti meydana çıxmışdır? Bunun tarixi səbəbləri nə idi? İslamdan öncəki türkcənin kəndisinə özgü gəlişmə biçimi olmuşdur. Bir çox məkanlarda bulunan daş yazıtlarının dəyişik dövrlərdə oxunamadığı bilinməkdədir. “Uyqur türkləri hökmdarlarına “İdi Qut” deyirlər. Anlamı da dövlət Tanrısı deməkdir. Uyqurların qəbul etdikləri inanca görə onlar Orqun ırmağının çevrəsində törəyib artmışlar. Orqun çayının qaynağı Qaraqurum dağıdır. Qaan zamanında təsis edilən şəhər də Qaraqurum adlanmaqdadır. Otuz çay Qaraqurumdan qaynaqlanmaqdadır. Hər çay kənarında bir qövm barınmaqdadır. Orqunda uyqurlar iki öbəkdilər. Nüfusları artdığı üçün aralarında kəndilərinə bir hökmdar seçərək ona itaət etdilər. Beş yüz il boyunca orada yaşadılar. Sonra Buqu Xan çağı gəldi. Söyləntilərə görə Buqu Xan, əslində Əfrasiyabdır. Qaraqurum dağında böyük bir quyu və quyuda bir qaya vardır. Söyləntilərə görə bu, Bijənin həbs edildiyi quyudur. Bu ırmağın kənarında bir şəhərin və bir sarayın rəsmi vardır. Bu şəhərin adı Ordubalıq olmuş. İndi isə Mavubalıq adlanır. Saray rəsminin qarşısında üzərləri qazılaraq yazı yazılan qayalar var. Bu qayaları öz gözlərimizlə gördük. Qaan çağında daşların altını oydular bir quyu bulundu. Quyuda böyük və geniş bir qaya bulundu. Üzəri geniş olan qayanın üzərində yazıtlar vardı. Yazını oxumaq üçün fərman çıxarıldı. Kimsə bu yazını oxuya bilmədi.”[8] Tarixi-Cuveyninin verdiyi bu bilgiyə görə, türk millətinin yazı bilinci islamiyyətdən ən az min il öncəyə qədər dayanmaqdadır. “Hunların qonuşduqları dil qonusu tarixşünaslıqda önəmli yer tutmasına rağmən, bu gün hardasa önəmini itirmişdir. Şiratoriy, bizim hunca deyə bildiyimiz kəlmələrin türkcə və günümüzə qədər ulaşan hunca bir cümlənin də yenə eynı dildə olduğunu isbat etdi. Fin araşdırmaçılar, hun dili qonusuna fərqli açıdan yanaşdılar. Castrén və Ramstədt hun dilinin türklərin və moğolların atalarının ortaq dili olduğunu irəli sürdülər. Hunların türkcə qonuşan bir xalq olduğu qonusunda şübhələr yersizdir.”[9]
Qaraxanlılardan çox da uzaq olmayan Göytürk yazıtları isə oxunmuş və o dövr türk millətinin ağlında dolaşan niyyətlər haqqında böyük ölçüdə bilgi sahibiyik. 38 hərfli Göytürk yazıtları türkcənin yazı qılavuzuna uyqun əlifba gəlişdirmə açısından önəmli bir dövr olaraq görülməkdədir. Bütün bu olaylar türk millətinin tarixsəl bilincaltında barınaraq sonrakı çağlara daşınmışdır. Ərəbçilik və ərəbçəçilik qarşısında oyanış və dirəniş göstərən tarixsəl türk bilincaltında Qaraxanlılar zamanında açıqca meydana çıxmışdır. Türk millətinin siyasi şəxsiyyətləri və aydınları tərəfindən intellektual və milli oyanış çalışmaları kitablaşdırılmışdır.
Qutatqu bilik kimi bir əsərin əruz vəznində yazılması heyrət doğurucu bir fenomendir. Özəlliklə əruzun mütəqarib bəhri olan “fəulən fəulən fəulən fəul” vəznində yazılması daha da şaşırdıcı bir olqudur. Çünkü əruzun bu vəzni həmasət içərməkdədir. Epik şeir vəznidir. Böyük xalq oyanışları genəldə həmasət biçimində ortaya çıxar. Əruz ədəbiyyata haradan gəlmişdir? “Əruz şeir vəzni farscaya və ərəbçəyə Hindistan şeir sənətindən keçmişdir. Xəlil ibni-Əhməd Əruzi və digər əruzçular Hind şeir elmindən təsirlənərək əruz elmini şəkilləndirmişlər.”[10] Miladdan öncə IV əsrdə yaşayan Hind bilgəsi Panini böyük qramerçi və dilçi olmuş. Hind şeir vəznləri elminin oluşmasında önəmli işlər görmüşdür. Əruz elminin qurucusu olaraq bilinən Xəlil ibni-Əhməd Əruzi Panininin elmindən etkiləndiyi bildirilməkdədir.*
Həm türklərdə, həm də farslarda eyni zamanda ərəbçiliyə və ərəbcəçiliyə qarşı əruzun epik “fəulən fəulən fəulən fəul” vəznində intelekttual oyanış, bilgilənmə və bilgiləndirmə meydana çıxmışdı. Ərəbçəçiliyə qarşı dirəniş və həmasət ədəbiyyatı həm türklərdə, həm də farslarda bu vəzndə başlamışdı. Həmasət nədir? Həmasət güclü olmaq və eyni zamanda dəngəni qoruya bilmə kimi bir ruh halını bəyan edər. Hüznün, fəlakətin qarşısında da güclü olaraq epik və mərdcə davranış və bəyan sərgilmə həmasətin özəlliyidir. Ölərkən bilə, güclü olmaq və zəifliyi yaxın buraxmamaqdır. Həmasətdə söyləyici söylədiyinin təhlükəli olub olmadığına baxmaz. Doğrudur, yoxsa doğru deyildir deyə baxar. Doğruysa, heç bir təhlükəyə aldırış etmədən cəsurca və güclülük pozisionundan doğruları dilə gətirər. Nitəkim fəlsəfənin ilk şəhidi Sokrat ölümə məhkum edilərkən bilə, savunmasını qəhrəmanca etmişdir. Mifik qəhrəmanların ölümləri də həmasətlə gerçəkləşər. Ölüm qarşısında zəiflik göstərmədən güclülük mövqeyindən çıxış edərlər. Bu üzdən mifik əsərlərdəki qəhrəmanların epik monoloqları çox təsirli olar. Eyni çağda həm Qutatqu bilik, həm də Şahnamə “fəulən fəulən fəulən fəul” vəznində yazılmışdır. Bu vəzn yığcam və coşqulu olaraq toplumu düşdüyü ruhsal çökmüşlükdən və sosial çürümüşlükdən qurtararaq yüksəltmə enerjisinə sahibdir. İstər savaş meydanında bu vəzndəki şeirlərin savaşçıya güc və zəfər müjdələməsi, istər xalqın arxadakı çalışanlarına əməkdaşlıq, dayanışma və yardımlaşma aşılaması baxımından bu əruz vəzni böyük bir görəv üstlənə bilməkdədir. Yönətən və yönətilən olaraq topluma bir bütün şəklində canlı, həyəcanlı, güclü, umutlu və ədalətli olma duyqusunu təqlin edər. Nitəkim Qutatqu bilik əsərində də bu vizion, yalnızca şeirlərin anlamında deyil, həm də formasında ifadə edilməkdədir. “Yanıt birdi Ögdülmüş aydı iliq”[11] örnək misrasında dövlət başçısı və Ögdülmüş arasında eşit pozisionlarda epik bir dialoq getməkdədir. Şeirin biçimi dialoqun qarşılıqlı epik pozisionda yürüdüyünü göstərməkdədir. Ədalətin sağlanmasında və sorunların çözümündə həmasət biçimində dialoq edilməkdədir. Türk ədəbiyyatşünaslığı açısından Qutatqu bilik ontologiyası olan tək ədəbi əsərdir. Çünkü əsərdə günəş (kral)- Kündoğdu, ay (vəzir)-Aytoldu, öyüdülərək bilgiləndirilən Ögüdülmüş, imtina sahibi olan Odqurmuş, ... kimi bir xalqın içində mövcud olması gərəkən bütün xarakterlər yer almışdır. Xalq bütün kimliyi və ümid üfüqüylə bir yerdə bir bütün olaraq əsərdə görünməkdədir. Ayrıca, əsərdə acun, fələklərdəki ulduzlar və yaşam yaradılmışılığı üzərinə də sorular və düşüncələr mövcuddur.
Ancaq sorulması gərəkən ən böyük sorun budur: Əruz vəzni Qaraxanlı dövləti zamanında necə öyrənilib özümsənərək böylə bir əsərin yaradılış altyapısını təşkil edə bilmişdir? Bağdad xilafətində, fars dövlətlərində əruz elmi üzərinə araşdırmalar aparılmış, bu elmin ayrıntıları öyrənilərək kitablaşdırılmışdır. Ya Qaraxanlı dönəmində? Bu elmi araşdırıb öyrənmədən necə əruz vəznində əsər yazmaq olardı? O zaman Qaraxanlı dövlətinin mədəni qurumlarında əruz elmini öyrənmək üçün özəl mərkəzlər fəaliyyət göstərmişlər. Çünkü əruz vəzni heç bir axsaqlığa yol verilmədən və ərəb-fars sözlərində olduğu kimi qısa saidləri uzatmadan Qutatqu bilik ustaca yazılmışdır. Sorulması gərkən soru budur: Ərəb-fars dillərinin əruz elmi üzərinə hər dövrdə kitablar yazılmışdır. Qaraxanlı dönəmində əruz vəzninin elmi və özəllikləri haqqında türkcə kitablar yazılmasaydı, böylə möhtəşəm bir əruz əsəri yazıla bilərdimi? O zaman türk əruz sistemini bəyan edən o kitablar hanı, haradadır? Şübhəsiz ki, cavab bəllidir. Daha sonrakı dövrlərdə türk müsəlman dövlətlərinin öz kimliyinə yabançılaşaraq ərəbçilik və farsçılıq etmələri nədəniylə bir çox itən kitablar kimi Qaraxanlı mədəniyyətinin kitabları da yoxa çıxmışdır.
Türk əruzu ilə fars əruzunu fərqləndirən nədir? Fars dilində səsli hərflə başlayan söz yoxdur. Ünlü ilə başlayan hər hərfin əvvəlinə ünsüz sayılan gözə görünməyən və yazılmayan bir həmzə vardır. Lakin bu həmzə yazılmaz və görünməz. Fars dilində üç uzun ünlü olan “a, i, u” hərflərinin riyazi ölçüsü 2 ədədidir. Bunların dışında üç “ə, e, o” qisa ünlü olmaqla bir yerdə bütün ünsüzlərin riyazi ölçüsü 1 ədədidir. Yalnız başlanqıcı ünlüylə olan sözlərin dəyəri 1 ədədi deyildir. “Ə, e, o” olaraq qısa ünlülərlə başlayan sözlərin ilk hərflərinin dəyəri 2 ədədir və “a, i, u” olaraq uzun ünlülərlə başlayan sözlərin ilk hərflərinin dəyəri 3 ədədidir. Yəni sözün əvvəlindəki qısa ünlülər “əə, ee, oo” şəklində tələffüz edilərkən, uzun saidlərlə başlayan sözlərin ilk ünlüləri “aaa, uuu, iii” şəklində tələffüz edilər. Çünkü ünlü ilə başlayan sözlərin ilk hərfinin arxasındakı həmzənin riyazi dəyəri digər ünsüzlər kimi 1 ədədidir. Ərəb-fars əruz ölçüləri bu matematik ölçülərə görə müəyyən edilməkdədir. Lakin türk dilində ünlü və ünsüz olaraq bütün hərflərin matematiksəl ölçüsü 1 ədədidir. Bu baxımdan türk əruz sistemi ərəb-fars əruz sistemindən fərqlənməkdədir. Bu fərqli sistem Qutatqu bilik əsərində tamamən uyqulanmışdır. Sonrakı dövrlərdə türk əruz sisteminə komik bir şəkildə girdirilən matematik ölçüsü 1 ədədi olmayan uzatma ərəb-fars ünlüləri Qaraxanlı dörü ədəbiyyatda görünməməkdədir. Orta Doğuda yayılan türklər Qaraxanlı kültür və mədəniyyətini unudub davam etmədikləri üçün türk əruz sistemi də farsizə və ərəbizə edilərək komik duruma düşürülmüşdür. O zaman bu qədər ayrıntılı və dərin bilgəlik necə olmuş da Qaraxanlı dönəmində ortaya çıxmış, ancaq sonrakı dönəmlərdə daha geniş fürsət varkən unudulmuş, unutdurulmuşdur.
Çünkü Qaraxanlı türk dövlətində milli aristokratiya olmuşdur. Qaraxanlı sonrası Qəznəvilərdən başlamış Osmanlının sonuna qədər türk aristokratiyasının olmaması türk dilinə altından qalxması çətin olan zərbələr endirmişdir. Aristokratiya nədir? Bir millətin mədəniyyəti onun köylərində aranmaz, seçkinləri arasında və seçkinlərinin düşüncəsində və düşünüşündə aranar. Aristokratlarının vizionunda bir millətin mədəniyyəti aranar. Xalq kütləsi arasında mədəniyyət deyil kültür aranar. Mədəniyyət yuxardan aşağıya doğru qanunlarla, düşünüşlərlə uyuqlanan bir oluşumdur. Dövlətin eyitim qurumlarında, məktəblərində, ən önəmlisi dövlətlərin vizionlarında aranar. Aristokratiya ölkənin, millətin maddi imkanlarının çoxunu əlində bulunduraraq millət və tarix üçün yeni üfüqlər açan, vizionlar müəyyən edən seçkinlər birliyidir. Bu seçkinlər genəldə dövlət çatısı altında fəaliyyət göstərərlər. Düşüncə, xəyal, ümid ürətən seçkinlər birliyidir. Bu birliyin sürəkliliyi kəsintiyə uğradığında o millət tarix bilgisini itirər. Nitəkim Qaraxanlı aristokratiyası özündün öncəki Göytürk aristokratiyasının davamıdır. Lakin Qaraxanlı sonrası Atatürkə qədər sözdə türk dövlətlərinin seçkinləri özləri türk dili və türk kimliyi önündə əngəl olmuşlar. Səlcuqlu, osmanlı və Səfəvi kimi böyük əngəllər dilimiz və kimliyimiz qarşısında mövcud edilmişdir. Qaraxanlı mədəniyyətinin unudulması üzündən yüzillər boyunca türk dilində yazılan əruz ədəbiyyatı da komik və anlaşılmaz söz yığınından ibarət olmuşdur. Çünkü Qaraxanlı aristokratiyasının təsis etdiyi türkcə əruz sistemi tamamən unudulmuş və hətta Qaraxanlı kitabları şiə-sünni məscidlərindən uzaqlaşdırılmışdır. Qaraxanlı zamanında Quranın türkcəyə ilk tərcüməsi də inglis yazarların kitabxanalarından tapılmışdır. Kitabi-Dədə Qorqud da Avropa mədəniyyətinin hesabına tarixdə qalmışdır. Çünkü sünni İslamı ərəb, şiə İslamı fars irqçiliyini türk dövlətlərinin yönətim anlayışına girdirmişdir. Tarixdə qalan bir neçə kitabımız varsa, avropalıların himməti və diqqəti ilə saxlanılmışdır. Avropaya ulaşamayan Qaraxanlı—Bayındırlı mədəniyyətlərinin əsərləri isə yox edilmişdir. Çünkü Qorqud da Bayındırlı dövləti mədəniyyətinin məhsuludur və bu haqda “Bayındırlı mədəniyyəti” bölümündə bilgi verməyə çalışacağam.
Türklərlə farsların eş zamanda eyni əruz vəznində dildə oyanış sürəcini başlatdıqlarını söylədik. Bu sürəc farslarda kəsintiyə uğramadan davam etdi, türklərdə kəsintiyə uğradı. Bu üzdən də türk dilinin yazı bütünlüyünün qoruyucusu olan tarixsəl sistem yox edildiyindən aralarında dərin uçurum olan anlaşılmaz ləhcələrə bölündü. Ancaq fars yazı dili sürəkliliyini sürdürdüyündən tarixsəlliyini qoruya bildi. Çünkü dilin bütünlüyünü qoruyan əsasən yazı və yazının sürəkliliyidir. Çünkü yüzillər, minillər arası beyinsəl ilişkiləri sağlayan ancaq yazı dilidir və başqa şey deyildir. Çağlar arası beyin ilişkiləri olmadığında dilin zaman aşımına uğrayaraq pozulması da xızlanar. Yazı olmazsa, min il bundan öncəki xalqın düşüncəsində nələr dolaşdığını necə bilmək olar? Şifahi söyləntilər 2-3 nəsil sonra unudulub yox olar. Bu üzdən 1000 il bundan öncəki fars ədəbiyyatını günümüz farslar asanca oxuyub anlayırlar. Lakin türklər o dövr ədəbiyyatlarını oxuyamaz və anlayamaz olmuşlar. Çünkü tarixsəl milli vizion və milli aristokratiya tamamən unudulmuş və onun yerinə, başqaca bir görüş, qavrayış biçimi meydana çıxmışdır. Mərkəzində böyük ölçüdə farsca və qismən də ərəbçə duran bir qavrayış sistemi. Sadəcə türklərin daha geniş coğrafiyada yaşamaları bu qədər türkcə ləhcələrin oluşmasına səbəb olmamışdır. Ləhcələr olsa da, yazı dili bütünlüyünü qorumalıdır. Farsca kökənli danışan xalqlar da kiçik coğrafiyada yaşamamışlar. Tacikistan, Özbəkistan, Pakistan, Əfqanistan, Hindistan və İran kimi çox geniş coğrafiyada yaşamışlar, yaşayırlar. Lakin farscanın bütünlüyünü bu geniş coğrafiyada yazı dili qoruya bilmişdir.
Üzərində diqqətlə durulması gərkən bir mövzu daha var. Qaraxanlılar zamanında fars dili və ədəbiyyatı çox güclü inkişafa başlamışdı. Qaraxanlılarla eyni zamanda olan Sâmâni dövləti farscanı yeyləyirdi. Təqribən 250 il sürən Qaraxanlılar dövləti boyunca farsca yazan bir şair yoxdur. Oysa Qaraxanlı sonrası türklərin farsca yazma çıldırmışlığı Osmanlının son nəfəsinə qədər qədər xızla davam etmişdir! Hətta Osmanlıda yüzillər boyunca farsca “Şahnamə yazma heyyəti” deyə bir qurum da təşkil edilmişdi. Bu haqda Osmanlı bölümündə bilgi veriləcəkdir.
         Qaraxanlılar dönəmində ilk dəfə olaraq Quran ana dilimizə tərcümə edilmişdir. Bütün dini qavramlara türkcə qarşılıq düzələtmişlər. Qaraxanlı sonrası ərəbizə və farsizə edilən dini qavramlar türk millətinin beynini əsir almışdır. Günümüzdə hər kəsin əzbər bildiyi, ancaq nə anlama gəldiyini bilmədiyi “rəhman və rəhim” ifadəsinə qarşılıq olaraq “bağırsaq” sözünü qullanmışlar və doğru olan da budur. Çünkü “bağır” sözü dilimizdə hələ də Qaraxanlı zamanındakı anlamını daşımaqdadır. “Bağırım qan ağlayır” kimi ifadələrdə. Bağırsaq, yəni bağırda bulunan və köksümüzdən gələn mərhəmət dərinliyi. Qarnımızda iç orqanımızın bir üyəsi olan bölümə də kök türkcədə bağırsaq deyil, bavursaq deyilmişdir:
“Köngül tüz, özüng tüz, bayatka tapın!
“Budunka törü qıl bağırsaqlığın.”*[12]
“Sevüq savcı idi, bağırsaq idi,
Budunka talusı kişidə gidi.”[13]
Qaraxanlı dövründə Quranı türk dilinə tərcümə etmək asan iş deyildi. Buna dövlətin maddi dəstəyi və tərcümə üçün hazırlanan şəxsiyyətlər, kadrlar və qurumlar lazımdı. Burada Qaraxanlı zamanında Quran tərcüməsində ərəbçə dini terminlərə qarşılıq türkcə sözlərin bir qismini veririk:
Açqan—fəttah                Alqış—salam                 Arıq—sübhan                Bağırsaq— Rəhman       Bəlgü—ayət                  Bəlgüsüz—qeyb
Bilgisiz—cahil                Bodun—ümmət              Bir idi—əhəd
Bütüklü—mömin            Savçı—rəsul                  Yalvaç—nəbi
Əsənlik—salam              İdi—Allah                      Örtgən—qəfur                Oxuqu—Quran             Bütün söz—hikmət         Oqan—qadir
Küdəzgən—hafiz            Törüt—yaratmaq            Ögdülmüş—hamid
Yaruq yol—şəriət           Tamuq—cəhənnəm        Yazuq—günah
Ərinc—nemət                Törütgə—xaliq               yükün—səcdə
Ev budunu—əhli-beyt.[14] 
Qaraxanlı dönəmində türk dili və ədəbiyyatının inkişafı önündə əngəl olmamışdır. Kaşqarlı Mahmudun ”Divani-Lüğati-Türk” və Yusif Xas Hacibin ”Qutatqu bilik” kimi böyük əsərləri Qaraxanlılar dönəmində qələmə alınmışdır. Ayrıca, verilər bir çox kitabın da tarixdə qalmadığını göstərməkdədir. Kaşqarlının əsəri sadəcə sözlərin izahı deyil, izah doğrultusunda o dövrdə yayqın olan ata sözləri, bayatılar, şeir parçaları da yer almışdır. Bu üzdən Divani-Lüğati-Türk dilçilik əsəri olmanın yanı sıra, eyni zamanda toplum bilimçilik açısından da çox önəmlidir. Türk millətinin sosial həyat şəkli, düşüncə və törələri haqqında da bilgi içərməkdədir.
Özət olaraq Qutatqu bilik üzərinə duralım. Çünkü tarixin anlamı əslində bu kimi örüt (mətn)lərdə saxlıdır. Qaraxanlılar və Bayındırlılar qədər digər türk dövlətləri türkcəyə önəm verəsydilər, günümüzdə türkcənin durumu və qaynaqları daha fərqli və irəli düzeydə ola bilərdi. Çünkü milləti güclü qılan onun dilidir və başqa şey deyildir. Tarixdən gələn olumlu güc qaynaqlarını da yalnızca dil yoluyla əldə etmək mümkündür. İnancın və bilginin də gerçək evi dildir.
Tanrının yüksək sifətini öyən Qutatqu bilik bu şəkildə sözə başlar:
Bayat atı birlə sözüg başladım,
Törütgən igidgən keçürgən idim.*
Qutatqu bilik dörd ana xarakter arasında keçən dialoqdan oluşmaqdadır. Əsərdəki bu dörd ana xarakterin hər birinin bəlli sosial rolu vardır. Hər biri bəlli bir dəyəri təmsil edər. Gündoğdu hökmdardır və hüququ təmsil edər. Aydoldu vəzirdir və səadəti təmsil edər. Ögdülmüş də vəzirdir və ağılı təmsil edər. Odqurmuş isə zahiddir və aqibəti təmsil edər. Əsərin xülasəsi böylədir: Aydoldu dövlət xidmətinə girməyi çox istəməkdədir. Bir yaxını aracılığı ilə o dönəmin xas hacibi* ilə tanış olar və hacib onu hökmdarın hüzuruna çıxarar. Hökmdar, Aydoldudan xoşlanar və onu özünə vəzir təyin edər. Bir sürə sonra Aydoldu ölər və geriyə tək oğlu Ögdülmüş qalar. Hökmdar Ögdülmüşün yetişməsi və eyitilməsini öz üzərinə götürər. Ağıllı və bilgili olan Ögdülmüş, hökmdarın gözünə girərək bir sürə sonra vəzir olar. Ögdülmüşü çox sevən və onu itirməkdən qorxan hökmdar, ona yardım edə biləcək və gərəkirsə onun yerini alacaq ağıllı və bilgili bir kişi daha arar. Bu zaman Ögdülmüş öz əqrəbası olan Odqurmuşu hökmdara tövsiyə edər. Hökmdar bu kişini öz xidmətinə almaq istəsə də, başarılı olamaz. Odqurmuş insanlardan uzaq bir yerdə ibadətə davam etmək istər. Daha sonra Ögdülmüş də dövlət xidmətindən çəkilib kəndini tamamən ibadətə vermək istər. Ancaq Odqurmuş buna qarşı çıxar. Hər kəsin yerində qalıb çalışmasını və topluma ən yaxşı xidmətin bu şəkildə verilə biləcəyini söylər. Bir sürə sonra Odqurmuş ölər və geridə onun müridi Qumaru qalar. Vəzirləri və Odqurmuşun öyütləri sayəsində hökmdar, yaxşı qanunlar yazaraq məmləkəti düzənə soxar. Ölkə rifaha qovuşaraq xalq mutlu bir yaşam sürər. Qutatqu bilikdə Yusif Xas Hacib bizə türk-İslam dövlətinin təməl fəlsəfəsini anlatmaqdadır. Bu fəlsəfə demokratik, laik və sosial bir hüquq dövlətidir. 10-11-ci əsrin şərtlərinə görə Qutatqu bilik çox irəli demokratik görüşü savunmuşdur. Demokrasi dediyimizdə dövləti yönətənlərin gücünün sınırlandırılması anlaşılmaqdadır. Qutatqu bilikdə hökmdarın gücü törə ilə sınırlanır. Başarılı olmayan hökmdarın törə tərəfindən istənmədiyi düşünülür. Qutatqu bilikdə hökmdar Gündoğdunun qanunu, yəni törəni təmsil etməsi rastlantı deyildir. Törə toplumun başıdır və hökmdar yüzillər boyunca xalqının oluşdurduğu dəyərlərə, gələnək və görənəklərə, yasalara uymaq məcburiyətindədir. Yönəticilər toplumsal dəyərlərin yansıması olan törəyə qarşı gəlməzlər, yetkiləri isə, törə ilə sınırlıdır. Törənin türk toplumunda ilahi mənşəli qəbul edilməsi, bu sınırlamanın gücünə güc qatmaqdadır. Bu inanışa görə törəyə uymayan hökmdar sadəcə bu dünyada deyil, öldükdən sonra da rahatlıq bulmayacaqdır. Böyləcə hökmdar törəni uyqulamalı və yaxşı qanunlar qoymalıdır. Bu da kəndiliyindən hüquq dövləti anlayışını doğurmaqdadır. Qutatqu bilikdə hökmdarın gücünü sınırlayan önəmli digər demokratik düşüncə isə, işin əhlinə verilməsidir. Qutatqu bilikdə yaxşı yönəticiləri bulma və dövlət xidmətinə gətirmə çox diqqətlə açıqlanmışdır. Hökmdarın Aydoldu və Ögdülmüşü vəzirliyə qəbul edərək yanında tutmasının, bu şəxslərlə hökmdar arasında keçən digər dövlət görəvlilərinin sahib olması gərəkən nitəliklər haqqındakı dialoqların və Odqurmuşu saraya bağlama çabasının arxasında “işin əhlinə verilməsi” məntiqi durmaqdadır. “İşi iş bilən kimsələrə ver” düşüncəsi Qutatqu biliyin cövhər ideyasıdır. Qutatqu bilikdə yönətən-yönətilən arasındakı qarşılıqlı təməl haq və yükümlülüklər sıralanmışdır. Ögdülmüş hökmdara deyir: “Xalq üzərində sənin üç haqqın var. Birincisi xalq sənin əmrinə hörmət etməlidi. İkincisi xəzinə haqqını gözətməli, bunu vaxtında ödəməlidir. Üçüncüsü sənin dostuna dost, düşməninə düşmən olmalıdır.” Yönətilənlərin də haqqı ilə bağlı Ögdülmüş hökmdara söylər: “Xalqın sənin üzərində üç haqqı vardır. Bunları ödə və xalqını çətin durumda buraxma. Bunlardan biri məmləkətində gümüş təmiz qalsın, onun əyarını qoru. İkincisi xalqı ədalətli qanunlarla yönət. Birinin digərinə üstünlüyü olmasın. Üçüncüsü bütün yolları əmin tut və yolçular güvəndə olsunlar. Yolkəsici və quldurları ortadan qaldır.” Qutatqu bilikdə ideal dövlətin bir nitəliyi də laiklikdir. Dövlət ilə din işlərinin bir-birindən ayrı olması. Qutatqu biliyin ana fikri insan yaşamında ən önəmli iki qurum olan din və dövlətin bir-birini kontrol altına almaması gərəkir. Əsərin böyük bir qismi bu qonuya həsr edilmişdir. 6645 beytdən oluşan Qutatqu biliyin 3132-ci beytindən başlayaraq son beytinə qədər din və dövlət ilişkisi tək qonu olaraq qarşımıza çıxar.[15] “6500 beytdən artıq olan Qutatqu bilikdə yüz civarında ərəbçə, farsca kökənli sözcük var.”[16] Yusif Xas Hacibə görə, həyatda ən önəmli olan şey ağıl və bilgidir. Bu ikisi bir yerdə ərdəmdir və insana səadət gətirər. Ağlın gücüylə nəfsin aşırı istəklərini basdırmaq olar. Bu üzdən bilgi vericinin öyütlərinə qulaq asmaq gərəkir.  
Havangnı ukuş birlə basqıl utup,
Bu nefsing bilig birlə yençgil tutup.*
Nəgü tir eşitgil bilik birgüçi,
Bilik birlə nəfsig havaq basquçi.**
Qutatqu bilik balasaqunlu Yusif Xas Hacib tərəfindən yazılaraq 1069-cu ildə Buğra Xan Haruna sunulmuşdur.[17]



[1] Zeki Velidi Togan, Umumi Türk Tariihine Giriş, İstanbul 1981, s. 58.
[3] Şocaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), 2-ci cild, s. 646.
[4] Divani-Lüğatit-Türk, İstanbul, 1333, I, 28.
* İranda da Zəngana bağlı Tarım adında şəhər mövcuddur. Yuxarı və Aşağı Tarım olaraq ikiyə ayrılmış.
[5] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 250, 251.
[6] Ergun Candan, Türkler´in Kültür Kökenleri, Sınır ötesi yayınları, İstanbul-2002, s. 297.
[7] Eyni qaynaq, s. 297-299.
[8] Muhəmməd Cuveyni, Tarixi-cahangüşayi-Cuveyni, I cild, VI nəşr, dünyai-kitab nəşriyyatı, 1385 (h.ş)—Tehran, s. 32, 39, 40. 
[9] Lev Qumilev, Hunlar, türkcəyə çevirən: Agsen Batur, s. 63-64.
[10] Əbu Reyhan Biruni, Təhqiq malil Hind, I. Cild, farscaya çevirən: Mənuçehr Səduqi Səha, s. 103.  
* Əbureyhan Biruninin “Təhqiq malil Hind” kitabının “Hind şeiri və nəhvinin kitabları” başlıqlı bölümü bu mövzunun ayrıntılı incələnməsinə həsr edilmişdir.
[11] Yusif Xas Hacib, Qutatqu bilik:
Yanır verdi Ögdülmüş aydı )dedi) iliq (xanım).
* Köngül tüz- könlü düz. Özüng tüz- zâtı düz. Bayatka Tapın- Tanrıya tapın.
Budunka törü qıl- xalqa mərhəmət qıl.
Bağırsaqlığın- mərhəmətlə. 
[12] Yusif Xas Hacib, Qutatqu bilik.
[13] Qutatqu bilik: Sevüq savcı- sevgili peyğəmbər. Bağırsaq idi- rəhman idi, mərhəmətli idi. Xalqın içində seçkin kişi idi.
[14] Aysu Ata, Qaraxanlı türkcəsində ilk Quran tərcüməsi.
* Tanrı adı ilə sözə başladım,
Yaradan, yedirən, bağışlayan Tanrım.
* Hacib- dövlətin qoruyucusu, saraydan sorumlu.
[15] Nejat Dogan, Kutatgu Bilig´in devlet felsefesi, Sisyal Bilimler Enstitüsü Dergisi, sayı 12, yıl: 2002, s. 128, 129, 130, 131, 132, 136, 41.
[16] Süer Eker, Kutatku Bilig´de Türkce İslami Terimlerin Kaynakları üzerine, Ahmet Yesevi Universitesi, Bilig dergisi, 2006-cı il, sayı 38, s. 105.
* Həvəsinə ağıl (ukuş) ilə hakim ol,
Bu nəfsini bilgi ilə tutub basdır.
** Nə dersə, eşitgil bilik verici,
Bilik ilə nəfsin havası basdırılır.
[17] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 255.