Yazar İslam sonrası Orta Doğu tarixini fərqli bucaqdan baxaraq, önəmli qaynaqları araşdıraraq incələmişdir. Kitabda ikinci xəlifə Ömər tərəfindən devrilən Sasani imperatorluğu qalıqlarının məzhəbi fəaliyətləri haqda geniş bilgi verilmiş, Sasani kimliyi mehvərli məzhəb oluşdurma çalışmaları haqqında ətraflı məlumat yer almışdır. Yüzillər boyunca davam edən saxta mənbələri təşkiletmə təlaşları ayrıntılı şəkildə araşdırılaraq saxta qaynaqların ortaya qoyduğu tarix bilgiləri sorqulanmışdır. Kitabda müxtəlif dönəmlərdə tarixin hərəkətverici qüvvəsi olan ideologiyalar incələnmişdir. Tarixə fərqli baxış gətirən bu kitab oxucuların, özəlliklə tarixçilərin marağına səbəb olacaqdır.
14 Ocak 2014 Salı
yeni kitabım
Yazar İslam sonrası Orta Doğu tarixini fərqli bucaqdan baxaraq, önəmli qaynaqları araşdıraraq incələmişdir. Kitabda ikinci xəlifə Ömər tərəfindən devrilən Sasani imperatorluğu qalıqlarının məzhəbi fəaliyətləri haqda geniş bilgi verilmiş, Sasani kimliyi mehvərli məzhəb oluşdurma çalışmaları haqqında ətraflı məlumat yer almışdır. Yüzillər boyunca davam edən saxta mənbələri təşkiletmə təlaşları ayrıntılı şəkildə araşdırılaraq saxta qaynaqların ortaya qoyduğu tarix bilgiləri sorqulanmışdır. Kitabda müxtəlif dönəmlərdə tarixin hərəkətverici qüvvəsi olan ideologiyalar incələnmişdir. Tarixə fərqli baxış gətirən bu kitab oxucuların, özəlliklə tarixçilərin marağına səbəb olacaqdır.
28 Kasım 2013 Perşembe
Me´racın elmi izahı nədir?
Constantin Virgil Gheorghiu
Türkcəyə çevirən: Güntay Gəncalp
Me´racın elmi izahı nədir?
Me´rac haqqında öz nəzəriyyəmi anlatmadan öncə müsəlmanların
bu haqdakı görüşlərini özət olaraq açıqlamalıyam: Müsəlman təzkirə yazarlarının
rəvayətinə görə, Me´rac haqqında əsas fikir bildirən tarixçilər bunlardır:
İbni-Hişam, Buxarı, Həmidullah, Suheyli, Təbəri, Kətani və Əsəd Beg. Bu
tarixçilər yazırlar ki, Me´rac ərəb qəməri ilinin yeddinci ayında, yəni rəcəb
ayında gerçəkləşmişdir. Bu ayın 27-də Muhəmməd göyə getmişdir. Bu rəvayətə görə,
Me´rac səfərinin iki mərhələsi olmuşdur: Me´racın birinci mərhələsində Muhəmməd
Məkkədən Beytülmüqəddəsə səfər etmişdir. İkinci mərhələdə Beytülmüqəddəsdən göyə
yüksəlmişdir. Muhəmməd “o gecə yatmışdım. Qəbilədən dışlanmamla ilgili hələ qərar
çıxarmamışdılar. Birdən evin tavanı dəlinərək oradan Cəbrail içəri girdi. Cəbrail
köksümü dələrək içimi zəmzəm suyu ilə yudu. Sonra hikmətlə dolu olan böyük bir
bardaq gətirdi. Bardağın içində olanı köksümə yerləşdirərək sinəmin dəliyini
qapadı. Sonra əlimdən tutaraq məni bürraqa (qanadlı ata) mindirdi.”
Muhəmmədin o gecə mindiyi mərkəb atla qatır arasında
bir şey imiş. Bürraq adlanan bu canlı heyvan qadın görünümündə imiş. İldırım
sürəti ilə hərəkət edirmiş. Muhəmməd bürraqa mindiyində uyqu ilə oyanıqlıq
arasında bir halda imiş. Muhəmməd yolçuluğa başladıqdan sonra ilk olaraq Həbron
şəhərində duraxsamış. Çünkü Hz. İbrahimin məzarı bu şəhərdədir. İbrahimin qəbri
üzərində dua etdikdən sonra yolçuluğa davam etmiş. Sonra Hz. İsanın doğduğu Beytülləhm
şəhrində duraxsayaraq orada da dua oxumuşdur. Daha sonra Beytülmüqəddəsə yola
düşərək Ələqsa məscidinə daxil olmuş. Burada Me´rac səfərinin birinci
hissəsi sayılan torpaqdaki bölümü sona ərmişdir. Me´rac səfərinin ikinci göyə
yüksəlmə olan bölümü Beytülmüqəddəsdəki Ələqsadan başlamışdır. Beytülmüqəddəsdən
göyə doğru səfərə başlamadan öncə “qübbətülsəxrə”də, yəni günbəd şəklində olan
qayada ayaq izini buraxmışdır.* Muhəmməd
bürraqa minərək göyə doğru hərəkət etməyə başladı. Yer kürəsinə ən yaxın göy
olan ay göyünə daxil oldu. Birinci göydə mələkləri gördü. Bu mələklər göyə
kimin getdiyini bilmələri üçün yoxlama aparırdılar. Burada Hz. Adəmlə buluşdu.
Adəmin yer kürəsindən yenicə gəlmiş iki dəstə adamlar arasında bulunduğunu gözləmlədi.
Bir qisim sağda, digər qisim solda idi. Adəmin sağında olanlar cənnətə, solunda
duranlar cəhənnəmə getməli idilər. Adəm sağdakılara baxdığında gülür,
soldakılara baxdığında ağlayırdı. Çünkü Adəm bütün bəşərin atası olduğundan
sağdakı evladlarının sevincinə gülür, soldakı evladlarının dərdinə ağlayırdı.
Muhəmməd birinci göydən ikinci göyə girdi və orada İsa ilə Yuhənnanı gördü.
Üçüncü göyə yüksəlişində Hz. Yusiflə qarşılaşdı. Dördüncü göydə Hz. İdrisi,
beşinci göydə Hz. Harunu, altıncı göydə Hz. Musanı və ən yüksək göy olan
yeddinci göydə Hz. İbrahimi gördü. İbrahim yeddinci göydə mələklərin evi olduğu
bilinən bir evin divarına yaslanmışdı. İbrahimin yaslandığı evin planı ilə Kəbənin
yapım planının bənzər olduğu bəlli oldu. Yeddinci göydən sonra Kəbənin ətrafına
bənzəyən bölgə başladı. Burada sidrətülmüntəha var idi. Sidrətülmüntəha bir
ağcdır və bu ağacdan o yana məchulatdan ibarətdir. Bu ağacdan o yananın necə
olduğu haqda bilgi yoxdur. Burada Peyğəmbər tanrıya o qədər yaxınlaşdı ki,
Tanrının qələminin səsini duymaqda idi. Tanrının insanların haqq-hesabı ilə məşğul
olduğunu hiss edirdi. Tanrının qələminin səsini duysa da, Onu görmürdü, çünkü
kimsə peyğəmbər olsa bilə, Tanrını görə bilməz. Tanrının səsini Cəbrail
dolayısıyla eşidirdi. Çünkü heç bir qulaq, peyğəmbər qulağı olsa da, Tanrının səsini dirək eşidə bilməz. Orada
Tanrı Muhəmmədlə Cəbrail vasitəsiylə qonuşaraq “Qəbilən tərəfindən dışlandığını
bilirəm. Lakin səbirli olman gərəkir. Səndən öncəki peyğəmbərlər də çox acı çəkmişdir.
Onlardan bəziləri işkəncə altında öldülər” dedi. Daha sonra Tanrı Muhəmmədin gələcək
planları haqda danışdı. Ona “Musa öz tərəfdarlarını toplayıb Misirdən mühacirət
etdiyi kimi, sən də yandaşlarını, sənə inananları toplayaraq Məkkədən Mədinəyə
hicrət et! Şübhəsiz ki, bu işin iradə və istiqamətə ehtiyacı vardır. İradə və
istiqamətini gücləndirmək üçün səni öz yanımıza, göyə gətirdik” söylədi.
Muhəmməd göydən, Tanrı qatından yerə döndüyündə özü ilə
on iki Tanrı fərmanı gətirdi. Bundan öncə Musa peyğəmbər Tanrı qatından on fərman
gətirmişdi. Muhəmməd bu on iki əmri müsəlmanlara duyurmaqla görəvli idi. Muhəmmədin
gətirdiyi on iki əmr bunlar idi:
1- Müsəlmanlar bir olan Tanrı
dışında kimsəyə və heç bir şeyə tapınmamalıdırlar.
2- Müsəlmanlar ata-analarını sevməlidirlər.
3- Müsəlmanlar əqrəbalarına sayqı ilə
davranmalıdırlar.
4- Yolda qalan çarəsiz yolçulara
yardım etməlidirlər.
5- İsraf etməməlidirlər.
6- Kəramətsiz olmamalı, mərhəmətli
olmalıdırlar.
7- Zina etməməlidirlər.
8- Kimsəni öldürməməlidirlər.
9- Başqalarının, özəlliklə öksüzlərin
malına göz dikməməlidirlər.
10-Əhdə sadiq olmalı və hiylə etməməlidirlər.
11-Ağıl dışı işlərlə
uğraşmamalıdırlar.
12-Kibirli olmamalıdırlar.
Muhəmməd Me´rac olayından sonra göydə gördüyü adamları
da müsəlmanlara anlatdı. Bu arada bir hadisəni burada söyləmək yerində olar.
“İlahi komediya” kitabının yazarı Dantə də öz əsərində şəxslərin başına gələnləri
anladarkən Muhəmmədin Me´rac səfəri metodundan yararlanmışdır. Me´rac səfəri
sırasında Muhəmməd bəşər tarixindəki seçkin insanları göydə görərkən onları
tanıya bildi. O, göydə qələm və qılıc sahibi olanları gördü. Muhəmməd özündən
öncə dünyaya gəlib getmiş bütün peyğəmbərləri və elm sahiblərini bu səfərdə
gördü. Bəzi təzkirə yazarları yazırlar ki, Muhəmməd göyün yeddinci qatına yüksəlib
sidrətilmüntəhaya ulaşaraq orada Tanrı ilə danışıb geri döndükdən sonra evinə
döndü. Evinə geri dönərkən evdən çıxdığı zaman açdığı qapı cəftəsi və ya zənciri
hələ hərəkət edirdi.
Bu mövzunun günümüzdə yayqın olan Einstein´in nisbiyyət
nəzəriyyəsi ilə açıqlananması mümkündür. Bu nəzəriyyədə zikr edilir ki, Bir
kişi hərəkətsiz və digəri hərəkətdə isə, onlar üçün zaman eyni ölçüdə görünməz.
Muhəmmədin Me´rac məsələsində şaşırdıcı görünən zaman qonusu deyildir.
Şaşırdıcı olan budur ki, Muhəmməd ətdən və sümükdən olan cismi varlığıylamı göyə
getdi? İslam alimləri Me´rac məsələsində iki nəzəriyyə ortaya qoymuşlar. Bəzilərinə
görə, Peyğmbər maddi cismi ilə Me´raca getmişdir. İkinci qrupa görə, Muhəmməd
cismən deyil, ruhən Me´raca getmişdir. Lakin heç bir müsəlman alim Muhəmmədin
yuxuda ikən Me´raca yüksəlib, röyada sidrətilmüntəhaya vardığını yazmamışdır.
Onun cismi Me´racına inananlar iddia edirlər ki, O, peyğəmbər olduğu üçün buna
qadir olmuşdur. İkinci dəstə hesab edir ki, Muhəmməd cismən göyə getməmiş və
cismən göyə getməyə heç ehtiyac da yoxdur. Bunlara görə, Peyğəmbərin ruhu göylərə
yüksəldilmişdir. Bu dəstəyə görə, biz özümüz də peyğəmbər olmadan yuxuda bizdən
minlərcə, on minlərcə kilometr uzaqda olan yerlərə gedə bilirik. Ya da yuxuda
bir çox adamlarla buluşa bilirik. Biz sadəcə yaşantıda başımıza gələn olaylar
üzərinə röya görmürük. Bizdən yüz və ya min illər öncə ölmüş insanları da
yuxularımızda görə bilirik. Ayrıca, röya sürəsincə görüdüyümüz adamların öldüklərini
də bilirik. Yəni yuxu görə-görə yuxuda rastlandığımız adamların həyatda
olmadıqlarını, öldüklərini də bilirik. Röyada ölülərlə danışmağı hər kəs öz
yuxu həyatında təcrübə etmişdir. Hətta ölmüş adamları yuxuda incitməmək üçün
onlara “sən ölmüşsən” söyləmərik. Yuxu gördüyümüzdə cismimiz hərəkət etməz.
Ancaq bir çox yuxularda cismimiz yataqda ikən göylərdə uça da bilirik. Əski
bilgələrə görə, bu durumda ruh bədəndən ayrılaraq uzayda sərbəst hərəkət edir.
Uzaq ölkələrin, planetlərin seyrinə dalır və bizdən yüzillər öncə ölmüş
insanlarla qarşılaşır. Röyalarda qarşılaşdığımız adamların maraqlı özəllikləri
olur və şaşırdıcı olan da budur. Çünkü bəzən bizdən yüzillər öncə başqa ölkələrdə
yaşamış, dillərini bilmədiyimiz, onların da bizim dilimizi bilməyən adamlarla
qarşılaşaraq qonuşa bilirik. İlginc olan da budur ki, dil bilməmək röyada
qonuşmaya mane olmur. Onlar bizim, biz də onların dilini anlaya bilirik. Bu
durumda ruh bədənimizdən ayrılmır. Yuxu halında bədənimizdə və ya günümüzdəki
modern ifadələrlə söylərsək, sinirlərimiz və beyin hücrələrimizdə öylə bir
keyfiyyət oluşur ki, gözlərimizin önündəki pərdələr çəkilərək uzaq məsafələr
yaxınlaşır. Bu durumda biz özümüzü hər kəsi tanıyan və hər kəslə qonuşa bilən şəxs
kimi görürük. Uyanıq halımızda kiçik bir arxın üzərindən atıla bilməzkən,
yuxuda yüksək dağların zirvəsində uçur, dərələrdən atlayırıq. Bütün bu işlər,
sanki uyaq halımızda yolun bir tərəfindən digər tərəfinə keçdiyimiz qədər bizə
təbii görünür. Yuxu boyunca cismimiz öz evimizdə uyumaqdaykən, ruhumuz planetlər
arası məsafələr qədər uzaqlarda ola bilir. Yuxuda yabancı dilləri də anlayıb o
dillərdə danışa bilirik. Yuxuda yabancı bir ölkəyə girdiyimizdə o ölkənin
yolları, küçələri sanki öz şəhərimizdəymişik kimi, bizə tanış gəlir. Röyada öylə
dostlarımız və düşmənlərimiz olur ki, gerçək həyatda onların heç birini
tanımırıq. Ancaq yatdığımızda sirli yuxu dünyasında onlar gözə görünürlər. Bəziləri
bizə dostca davranır, bəziləri də o qədər qorxuncdurlar ki, onları gördüyümüzdə
qorxudan bağıraraq yuxudan oyanırıq. Yuxu dünyasında biz yanar dağların içinə də
girib və yanmadan sağ-salam yanar dağın içindən geri dönə bilirik. Röyada
sıfırın altındakı hava soyuqluğunu da donmadan təcrübə edə bilirik. Röyada
zamanın başqa ölçüsü ortaya çıxar. Yuxudakı olayları biz həyatdakı saat ölçüləri
ilə ölçə bilmərik. Çoxları bəzən yuxuda özünü yabancı ölkədə görüb o ölkədə illər,
hətta on illər boyunca yaşayaraq bir sürü olaylarla qarşılaşa bilir. Röyadakı
bütün bu sürəc isə sadəcə bir dəqiqə içində gerçəkləşə bilir.
Bütün bunlar hər kəsin həyatında oluşmuş hadisələrdir
və bunu isbat etmək üçün çox da araşdırmaya gərək yoxdur. Hər kəs röya təcrübələrinə
dayanaraq yuxuda məsafələrin ortadan qaldırıldığını bilməkdədir. Rüyada insan
bir anın içində hər yerdə ola bilir. Hər şeyi görür, duyur və yabancı dilləri
anlayıb danışa da bilir. İnsan röyada öylə musiqi melodiləri duya bilər ki,
onun bənzərini gerçək həyatda duya bilməz. Bəzi bəstəkarlar bəstələrini yuxuda
görüb, oyandıqlarında onun notunu yazmışlar. Röya dünyasında keçmiş, gələcək və
indiki zaman birləşərək bir tək məna ifadə edir. Bəzən min və ya iki-üç min illər
öncəyə gedə bilirik. Bəzən də min, ya da iki-üç min illər sonrakı gələcəyə səfər
edə bilirik. Min illər öncə dünyada olmuş, ya da min illər sonra dünyaya gələcək
olan insanlarla ilişki qurub danışa bilirik. Bəzi bilim adamları uyanıq həyatda
çözə bilmədikləri sorunları yuxuda çözə bilmişlər. Sanki uyanıq durumumuzda
beynimizi sıxan və onurqamızın içindəki damarda saxlanan istedadların üzə
çıxmasını əngəlləyən sorunlar yuxuda ortadan qaldırılmış olur. Bütün bu verilərdən
yola çıxaraq böylə bir iddiada bulunmaq olmazmı ki, bizim röyada gördüyümüz
dünyaya Muhəmməd kimi bir peyğəmbər öz ruhunu oyanıq halında göndərə bilmişdir?
Yuxu halında bizim sinir və beyin sistemimizdə ortaya çıxan olqu Peyğəmbərin oyanıqkən
sinir və beyin sistemində ortaya çıxmış ola bilməzmi? Böyləcə bizim yuxuda
seyirnə vardığımız o dünyaya Peyğəmbər cismən göyə yüksəlmədən oyanıq halında
fikrən və xəyalən getmiş ola bilmizmi? Çünkü yuxu halında ya ruh bədəndən
ayrılaraq başqa dünyaya gedir (əskilər bu şəkildə inanardılar), ya da beyin
hücrələrində və sinir sistemimizdə öylə durumlar ortaya çıxır ki, bizi zaman və
məkan darlığından azad edir. Böyləcə biz kəndimizi əzəli və əbədi olaraq
görürük. Varlığın* bütün var olanlarında
özümüzü ortaq görürük. Bəzən də cansızların və bitkilərin səsini duyub nə söylədiklərini
anlaya bilirik. Bu olqular Hz. Muhəmmədin hücrə və sinir sistemində oyanıq
halında ortaya çıxmışsa, Onun Me´racı ussal (rasional) açıdan məqbul görünər.
Böyləcə onun səfərinin çox hızlı olduğunu da qəbul etmək olar ki, geri
döndüyündə hələ də qapının cəftəsi və ya zənciri hərəkət halında imiş. Me´rac
haqqında söylənənlərin rəvayət deyil, masal (əfsanə) olduğunu da düşünmək
mümkündür. Bu yolla Me´rac zamanı Muhəmmədin səfərinin sürətini dinləyiciyə
çatdırmaq istəmiş ola bilərlər. Lakin bəzi müsəlman təzkirə yazarları Muhəmmədin
ruhən deyil, cismən göyə gedib döndüyünü yazmaqdadırlar. Bu təzkirəçilərin rəvayətləri
incələnərsə, fiziki olaraq iki mövzu ortaya çıxar. Birinci məsələ səfərin sürəti
və ikinci məsələ də böylə bir soru ki, cismin işıq sürəti ilə hərəkət etməsi
necə mümkün ola bilər? Rəvayətlərdən anlaşıldığı üzrə Muhəmmədin Me´rac zamanı
səfərinin sürəti işıq sürətindən də artıq imiş. Səfərin sürəti cazibə gücü
dalğalarının təsiri sürətində imiş. Çünkü Muhəmməd bir neçə anın içində sonsuz
göylərin bir yerinə getmiş. Rəvayətdə anladılana görə, Muhəmmədin getdiyi yerdə
yerləşən ulduzların işığı milyon və ya milyarlar ildən sonra yerə çatır. İşıq
sürətindən artıq bir sürətlə hərəkət etmək necə mümkün ola bilər? Maddə bu qədər
sürətin qarşısında paramparça olmazmı? Kainatın varlığının çox geniş olduğunu
bilirik. Einstein´in varsayımına (hipotezinə) görə, kainatın diaqonalı üç milyar işıq ilidir. Yəni bir saniyədə üç yüz min
kilometr məsafə yol gedə bilən işıq parçası kainatın bir tərəfindən digər tərəfinə
doğru hərəkət edərsə, üç milyar ildən sonra digər tərəfə çatar. Ani olan,
yalnız bir sürət var ki, bir ləhzənin içində kainatın bir tərəfindən digər tərəfini
etkiləyər. O da cazibə gücü dalğalarının etkisidir. Bir saniyə içində on
milyonlarca günəşi olan bir kəhkəşan (qalaktika) dünyasının sonunda ayrışma
ortaya çıxaraq dalğalara dönüşərsə, dünyanın yerçəkimi o anın içində kainatın dəngəli
olacağı biçimdə təpki göstərər. Böylə olmasaydı, hansısa kəhkəşanda ortaya
çıxan ayrışma və dəyişimin dalğaya dönüşməsinə təpki o anın içində gerçəkləşməsydi,
günəş kəhkəşanı yox olardı. Newtonun Kopernikdən etkilənərək kəşf etdiyi cazibə
qüvvəsinin etkisi bütün kainatda dərhaldır, bir anın içindədir. Bu durum bütün
kainatda eyni saniyənin içində gerçəkləşir. Cazibə gücünə təpki də anidir,
eşzamanldır.
İslamçı təzkirə yazarlarına görə, Muhəmmədin
kainatdakı səfərinin sürəti işıq sürətindən artıq olmuşdur. Muhəmmədin oyanıq
halında kainatda öz ruhu ilə gəzdiyini qəbul edərsək, fiziksəl dartışma ortaya
çıxmaz. Lakin cismi varlığı ilə göyə yüksəldiyini savunacaq olursaq, böylə bir
soru ortaya çıxacaq: Cism işığın bir saniyədə getdiyi üç yüz min kilometr sürətə
dözə bilər, bu qədər sürəti təhəmmül edə bilərmi? Fizik elmi maddənin bir saniyədə
bu qədər sürətlə hərəkət edə biləcəyini qəbul etməz. Maddə özü işığa dönüşəcəyi
durumda bu hızla hərəkət edə bilər. İşıq da bir saniyədə üç yüz min kilometrdən
artıq hərəkət edə bilməz. Bəzi müsəlman təzkirə yazarları Hz. Muhəmmədin cismən
göyə yüksələrək, işığın sürətindən daha artıq bir sürətlə səfər etdiyini
savunmaqdadırlar. Onlara görə, Muhəmməd səfər sürətini kainatın cazibə gücü
dalğalarının təpkisinə görə gerçəkləşdirmişdir, yəni işıqdan da daha artıq bir
sürətlə hərəkət etmişdir. Fizik elmi bu savı (iddianı) qəbul etmir. Bu, sadəcə
etiqadi bir məsələdir və elmi məqbuliyyəti yoxdur. Mən də müsəlmanların
inancına sayqı göstərərək elmi dayanağı olmasa da, onların bu məzhəbi savlarını
qəbul edirəm. Biz xristianların da məzhəbi inancımızda fizik və biologiya elmi
ilə uyğun olmayan savlarımız vardır. Ancaq bu elmi hökm deyil, məzhəbi hökm
olaraq qəbul edilməkdədir.
*
Daşın üzərində ayaq izi necə qala bilər? Hz. Muhəmməd həyatı boyunca bir çox
daşlara, qayalara ayaq basmışdı. O zaman oralarda da ayaq izi qalmalıydı.
İslamiyyətin bu kimi ağıl dışı əfsanələrə ehtiyacı yoxdur. Yazarın da ifadə
etdiyi kimi bunların hamısı rəvayət və əfsanədir. Çünkü Hz. Muhəmməd o qədər
yol gedir, ayağının izi yumşaq yerlərdə qalmır, ancaq sərt bir daşda qalır.
Bunlar ağıla, məntiqə tərs görünür, çünkü rəvayət və əfsanədir. Tarixi
doğrulara dayanmamaqdadır, etiqadi bir məslədir. İnanan üçün doğru, inanmayan
üçün əfsanədir. Hz. Muhəmmədin merac səfərini irfan əhli ruhi yüksəliş olaraq
görər. Çünkü “yer” və “göy” dilsəl bir mövzudur. Gerçəkdə böylə məkanlar
yoxdur. İnsan aya getdiyində bu kərə yer özü göydə görünür. Aydan yerə doğru hərəkət
edən göyə tərəf hərəkət etmiş olur. Gerçəkdə məkan yoxdur. Məkan dilsəl
mövzudur. Hər şey uzaydadır, göydədir. Allah da insana şah damarından daha
yaxındır. Bu üzdən də hansısa planetdən yer kürəsinə doğru hərəkəti düşünərsək,
o hərəkətin başlanqıc nöqtəsi yer və üzərində yaşadığımız yer isə göydə mövcud
olan bir planetdir. O zaman göy deyə bir şey yox və uzay var. Hər şey də uzay
boşluğundadır. Hüseyn Cabvid “Şeyx Sənan” əsərində mercac məsələsini bu şəkildə
yorumlar:
“Bir bəşərdir” diyordu peyğəmbər,
Heç görülmüşmü çıxsın ərşə
bəşər?”- G. G.
* Martin
Heidggerin fəlsəfəsində “Varlıq” qavramı ilə “var olanlar” fərqli anlamlardır.
Varlıq bütündür, əzəli və əbədidir. Var olanlar isə varlğın təzahürüdür. Var
olanlar “ontik”, varlıq “ontolojik” qavramlarla nitələnmişdir. Tərcümədə bu qavramların uyğun olduğunu
düşündüm- G.G.
3 Kasım 2013 Pazar
Peyğəmbərlikdən öncə Muhəmməd-1
Constantin Virgil Gheorghiu
Türkcəyə çevirən: Güntay Gəncalp
Peyğəmbərlikdən öncə
Muhəmməd
Muhəmmədin “hilful füzul” ordusuna neçə yaşında daxil
olduğu haqda bilgimiz yoxdur. Çünkü İslam tarixçiləri Muhəmmədin peyğəmbərlik
öncəsi həyatını diqqətlə yazmamışlar. “Hilful füzul” gənc ədalətsevərlərin
təşkil etdiyi bir ordu idi. Bu ordunun əsgərləri kimsədən para almadan ədalət
yolunda mücadilə edirdilər. “Hilf” ərəbcədə “and”, “füzul” da “fəzilətlər”
deməkdir. Hilful füzul, yəni ərdəmlilərin (fəzilətlilərin) andı. Bu ordu
üzvləri olan ərdəmli kişilər haq yolunda savaşacaqları qonusunda and
içmişdilər. Könüllü birlikdən oluşan ordu idi. Biyaban ərəbinin bireysəl
sorumluluğu yox idi. Bir ərəb bir başqasını qətl etdiyində, qarşı tərəfin
tayfası qatil kişinin tayfasını düşmən olaraq nitələyir və tayfadan əllərinə
kim keçsə öldürürdülər. Biyabanda fərdi cinayət bütün qəbiləni suçlu olaraq
göstərirdi. Ərəblər Məkkədə yerləşdikdən sonra durum dəyişməyə başladı. Çünkü
Məkkədə qətl edilən tayfa üzvünə görə, o tayfa bütün on Qureyş tayfası ilə
savaşa biləcək gücdə deyildi. Məkkənin nə polisi, nə də məhkəməsi var idi. Hər
qəbilə öz sorununu çözməklə görəvli idi. Hüquqi və cinai ixtilafların heç biri
qəbilə həddini aşmırdı. Lakin yabancılar Məkkəyə saldırdığında Qureyş
qəbilələri yabancı düşmənə qarşı birləşib savaşırdılar.
Biyabandan kimsə Məkkəyə gəlir və
saldırıya uğrayırdısa, onun biyabana geri dönməkdən başqa çarəsi yox idi. Geri
dönüb qəbiləsini yardıma çağırmalı idi. Lakin saldırıya uğramış adamın qəbiləsi
Məkkəyə yabancı olduğundan o qəbilənin saldırısı qarşısında on Qureyş qəbiləsi
birləşirdi. Bu üzdən də Məkkəyə uğrayan bir yabancı haqsızlığa uğradığında
haqqını və intiqamını ala biləcək imkana sahib olmazdı. Ərəb tarixçisi Suheyli
yazır: “Həcc ziyarəti sırasında Güney səhralardan bir ərəb gənc bakirə qızı ilə
Məkkəyə gəldi. Onun qızını varsıl (zəngin) bir bəzirgan oğurladı. Qızın
atasının səhraya geri dönüb öz qəbiləsindən yardım istəməkdən başqa çarəsi yox
idi. Lakin qızı oğurlayan varsıl bəzirgan bilirdi ki, qızın atasının qəbiləsi
çox kiçik bir tayfadır və Qureyş qəbilələri ilə savaşacaq gücləri yoxdur. Muhəmməd
bu olaydan xəbərdar oldu. Qureyş qəbilələrinin gənclərindən bu zülmün qarşısını
almalarını istədi. Məzlumların yanında olmağa könüllü olan Qureyş gəncləri Kəbənin
çevrəsində toplaşaraq bu məzmunda bir and içdilər: “And içirik ki, məzlumun
haqqını alana qədər onun yanında olacağıq. And içirik ki, bu yolda heç bir
maddi bəkləntimiz olmadan könüllü olaraq haq yolunda savaşacağıq. Məzlum istər
varsıl, istərsə yoxsul olsun onun haqqını savunacağıq.” And içdikdən sonra
Qureyş gəncləri ilə bir yerdə olan Muhəmməd Həcər-ul əsvəd daşını zəmzəm suyu
ilə yudular. Andları gerçək olsun deyə zəmzəm suyundan içdilər də. Sonra
Muhəmməd və Qureyş gəncləri qızı oğurlayan zalimin evinə tərəf hərəkət etdilər.
Onun evini quşataraq qızı bakirə şəkli ilə geri istədilər. Varsıl tacir bir
gecə vaxt istədi və dedi ki, qızı yarın atasına geri verəcəyəm. Ancaq Muhəmməd
və Qureyş gəncləri qəbul etməyərək qızı həmən geri istədilər. Varsıl bəzirgan
qıza toxunmadan geri vermək zorunda qaldı. Sonra Muhəmməd və Qureyş gəncləri
qızı atasına apardılar.
Bir kərə də Əbucəhl yabancı bir
bəzirgandan qiymətli bir əşya aldı, ancaq parasını ödəmədi. Yabancı bəzirgan
Məkkədə “hilful füzul” adında könüllü bir ordunun olduğunu bilmirdi. Geri dönüb
öz qəbiləsini savaşmaq üçün Məkkəyə gətirdi. Lakin onun kiçik qəbiləsi Qureyşin
on qəbiləsi ilə savaşacaq gücdə deyildi. Olaydan xəbərdar olan Muhəmməd
Əbucəhlin yanına gedib aldığı malın parasını ödəməsini istədi və Əbucəhl də
ödədi. O zamandan sonra Məkkədə zülmə uğrayan yabancı bəzirganların imdadına
hilful füzul ordusunun könüllüləri qoşurdu. Sonrakı illərdə İslam Peyğəmbəri bu
orduda könüllü olması ilə ilgili söylədi ki, mən o ordunun içində olmaqdan o
qədər mutlu idim ki, mənə desəydilər o ordudan çıx, ancaq qarşılığında sənə yüz
dəvə verəlim, yenə də çıxmazdım. Muhəmmədin peyğəmbər olmadan öncə məzlumların
haqqını savunması üçün “hilful füzul” adında könüllülər ordusu təşkil etməsi
çox diqqət çəkicidir. Çünkü Muhəmməd bu hərəkəti ilə ərəb qəbilələrinin hüquq
anlayışında bir inqilab etmiş oldu. ərəblərin intiqam alma kimi, hüquq
anlayışlarını sarsıtdı və daha sonra Quranda bu durum bütünüylə ləğv edildi. Yəni
bir qatilin intiqamını bütün qəbilədən alma törəsi ibtal edildi. Məzlumların
haqqını savunmaq üçün hilful füzul adlı könüllülər ordusunun təşkilini kiçik
hadisə kimi görmək olmaz. İfadə etdiyimiz üzərə muhəmməd bu ordunun təşkili ilə
ərəb törəsində bir devrim gerçəkləşdirdi. O zamana qədər Ərəbistanda suçlunu
sorqulamaq kimsənin ağlına gələməmişdi. Məzlumun güclü bir qəbiləsi olsaydı, öz
haqqını ala bilərdi, lakin güclü qəbilələri olmayan məzlumların haqları
ortalıqda yeyilirdi. Məzlumun haqqının yeyilməsini hər kəs, hətta məzlumlar
özləri də təbii olaraq qəbul edirdi. Çünkü məzlumlar özləri də güclü
olduqlarında zalim durumuna gəlirdilər. Bu durumun doğru olmadığını dilə
gətirən yox idi. kimsə bu sosial hüquq anlayışının dəyişə biləcəyini təsəvvür
etmirdi. Muhəmməd “hilful füzul” adı altında təsis etdiyi könüllülər ordusu
illə məzlumun haqqının zalimdən alınması gərəkdiyini göstərdi. Hətta zalim
tərəf ən güclü durumda olsa belə, məzlumun haqqının savunulması gərəkir
zehniyətini Muhəmməd ərəb qəbilələrinin hüquq anlayışlarında yerləşdirdi. Bütün
bunlar O, peyğəmbər olmadan öncə gerçəkləşmişdi. Bu da O´nun peyğəmbər olmadan
öncə də ədalətdən yana olduğunu göstərməkdədir. Muhəmmədin peyğəmbərlikdən
öncəki davranışları incələndiyində O´nun öz toplumu içində ən yetənəkli,
haqsevər olduğu görünməkdədir. O, toplumsal, siyasal və hüquqsal anlamda öylə
sonuclara varmışdı ki, bu, O´ndan öncə və O´nun öz zamanında da kimsənin ağlına
gəlməmişdi.
Muhəmmədin əmisi Əbutalib O´nu çox
sevirdi. Lakin çox yoxsul idi və sürəkli Muhəmmədi savunacaq durumda deyildi. O
zaman Məkkənin bəzirganlarından biri Xədicə adında bir qadın idi. Xədicənin qırx,
Muhəmmədin iyirmi beş yaşı var idi. Xədicə əmin olan Muhəmmədi öz xidmətinə
almaq, ticarət səfərlərinə O´nunla birlikdə çıxmaq istəyirdi. Muhəmməd
Xədicənin dəvətini Əbutalibə bildirərək, Xədicə ilə bir yerdə çalışıb
çalışmaması ilə ilgili əmisinin fikrini sordu. Əbutalib dedi ki, Xədicə çox
varsıl (zəngin) qadındır və iş qarşılığında sənə yaxşı para ödər. Əbutalib
Muhəmmədin bu təklifi qəbul etməsini söylədi. Xədicə bəzirgan olduğundan
Məkkədə “tacirə” adı ilə tanınırdı. Məkkədə çox yaxşı bir evdə yaşayırdı. Muhəmməd
Xədicəyə uğrayıb və onunla səfərə çıxa biləcəyini söylədi. Xədicə O´nun
karvanla Suriyəyə yollanmasını istədi. Bu səfərdə Xədicənin qardaşı oğlu Xəzimə
və köləsi Misrə də onunla olacaqdı. Karvanın sorumlusu olan Muhəmməd Suriyəyə
yollandı və Bəsraya çatdı. Bəsranın yaxınlığında maniliyə inanan Bəhirə adında bir
zahidin yaşadığını söyləmişdik. Bu səfər zamanı Muhəmməd oraya ulaşdığında
Bəhirə ölmüş və yerinə Nostoryus adında bir zahid tapınaqda yaşayırdı. Nostoryusun
Bəhirə kimi, maniçi olub olmadığı haqda tarix bilgi verməməkdədir. Lakin
Nostoryus da Muhəmmədi gördüyündə Bəhirənin sözlərini O´na söyləmiş və demiş
ki, Tanrı heç bir dinin və millətin inhisarında deyildir. Yəhudilər iddia
edirdilər ki, Tanrı bütün qövmlər arasından onları seçmiş və Tanrı onlara
xasdır. Nostoryus bu iddianın anlamsız olduğunu Muhəmmədə söyləmiş. Nostoryus
Muhəmmədə ərəblər arasından bir peyğəmbərin çıxacağını və ərəb gələnəyinin
böyük qismini dəyişdirəcəyini də söyləmiş.
Muhəmməd bu səfərdən döndükdən sonra
Xədicə O´na işinə qarşılıq olaraq bir erkək dəvə verdi. Bir dəvənin dəyərinin
nə qədər olduğunu anlaya bilmək üçün dəvənin dəyərini o zamankı mallarla
ölçəmək gərəkir. O zaman erkək bir dəvənin dəyəri dörd yüz dirhəm idi. Bir
kölənin dəyəri 150-800 dirhəm arasında idi. Kölənin fiyatı yaşlılığına-gəncliyinə,
gözəlliyinə-çirkinliyinə görə dəyişirdi. Bir qoyunun dəyəri qırx, bir keçinin
dəyəri iyirmi beş dirhəm idi. Məkkə bazarında bir süngü dörd dirhəm idi. Dvənin
üstünə bağlanan kəcavənin dəyəri on üç dirhəm idi. Yeri qazmaq üçün qullanılan
bir külüng altı dirhəm idi. Bir parça çörək bir dirhəmin altıda bir qiymətində
idi. Bu üzdən də çörək çox baha idi və yalnız varsıllar çörək yeyir, yoxsullar
və orta təbəqə süt və xurma ilə qarınlarını doldururdu. Muhəmməd Suriyədən
döndükdən sonra Xədicədən aldığı əmək haqqı ilə bağlı razı qalmışdı. Xədicə də
Muhəmmədin xidmətindən məmnun qalmışdı. Yenidən Muhəmmədi karvanla Suriyəyə
göndərdi.
2 Eylül 2013 Pazartesi
Yeni tərcümə kitabım
Güntay
Gəncalpın yeni tərcümə etdiyi Məhəmməd Müctəhid Şəbüstərinin "Varlığın
Peyğəmbəranə oxunuşu nəzəriyyəsi" adlı kitabı Bakıda Qanun nəşriyyatı
tərəfindən çap edilmişdir. Kitabın tanıtım bölümündə belə yazılmışdır:
Kitab
Qurani-Kərim üzərinə modern hermenevtik imkanlarından yararlanaraq açıqlamalar vermişdir.
Dünya fəlsəfəsinin, ariflərin, teoloqların təcrübi nailiyyətlərindən yola
çıxaraq Quran mətnini incələmiş və bunların yetərli olmadığı qənaətinə vararaq
yeni yanaşma metodu gətirmişdir. Qurani-Kərim mətininin anlaşılması üçün daha
modern yöntəmlərdən yararlanan yazar dini mətnin daha rahat idrak edilməsinə
imkan yaratmağa çalışmışdır. Quranın anlaşılması üçün bu kitab oxucunun gözləri
önündə yeni üfüq açmaqdadır.
http://www.qanun.az/?p=2437
15 Ağustos 2013 Perşembe
Elxanlılar dövləti
Güntay Gəncalp
Elxanlılar
Dövləti
Bir-birinə qatdı mədəniyətləri Çingiz Xan. Bu
sarsıntının xeyirli nəticələrini Mar Kopolodan öyrənməkdəyik. Çox keçmədən ipək
yolu yenidən açıldı. Venedikli bəzirganlar Çingizin bayrağı altında heç bir
əndişə duymadan hüzur və güvənlik içində Kırımdan Pekenə, Suriyə sahillərindən
Çin dənizinə qədər gedə bilirdilər.[1]
Moğol hakimiyətinin Hindistana gətirdiyi ən böyük ərməğan bir dil oldu, urdu
dili.[2]
Moğollar dönəmində tarix elmi adında bir elm şəkilənərək inkişaf etməyə
başladı. Daha öncə bu qədər metodik tarix bilgisi ortaya qoyulmamışdı. Bir çox
önəmli tarix kitabları yazıldı. Bütün bu tarix yazanlar moğol dövləti
tərəfindən güclü şəkildə dəstəkləndilər. Tarixyazma mədəniyəti heç bir dönəmdə
moğol dönəmində olduğu qədər inkişaf etməmişdi. Moğol dönəmində uyqurca,
farsca, çincə, moğolca tarix kitabları yazıldı. Ətaməlik Cüveyninin
“Tarixi-cahangüşa”, Rəşidəddin Fəzlullahın “Came-üt təvarix”, Fəzlullah
Şirazinin “Təcziyət-ül əmsar və təzciyət-ul ə´sar”, Nəsr əl-Mustofi
əl-Qəzvininin “Tarixi-qozidə” və eyni müəllifin nəzmlə yazdığı “Zəfərnamə”
tarix kitabı 75000 beytdən ibarətdir. Şahnamə səbkində yazılan bu mənzumənin 15000
beyti ərəb tarixinə, 30000 beyti əski
tarixə, 30000 beyti də moğol tarixinə aiddir. Nasirəddin Əbusəid Abdullah ibni Ömər
ibni Əli-ul Bəyzavinin “Nizam-ul təvarix”, Əli ibni, Məhəmməd ibni Hüseyn ibni
Əbubəkir-uş Şəbankarənin “Məcmə´-ul ənsab” kitabı və başqa bir neçə bu kimi
kitablar moğollar dönəmində yazılmışdır. Bu tarixçilərin çoxu da moğol
dövlətində böyük vəzifələrdə çalışmışlar.[3]
Çocuqlarının baxıma ehtiyacı olduğu və ya
evlənmədikləri sürəcə dul qadınlar ailə mülkünün mütləq sahibi olurdular.
Qadınlar ərlərinin bütün səlahiyətlərinə sahib olurdular. Ərlərinə aid olan
bütün hüquq onlara aid olurdu.[4]
Moğol törəsində, yalnızca dostlar deyil, hətta qardaşlarda bir-birləri ilə
“anda” adında dostluq peymanı bağlayırdılar.[5]
Moğollar ilk devirlərində ərəbcə ilə farscanı yasaqlayaraq onun yerinə moğolca
ilə uyqur türkcəsini qoydular. Elxanlılardan Qazan Xanın devrində moğollar
İslamiyəti qəbul edincə, hər nə qədər, farsca təkrar əhliyət haqqı qazansa da,
kəndisiylə bərabər, türk dili də irəliləyir və durumunu sağlamlaşdırırdı.[6]
Bartold ünlü “Türküstannamə” adlı
əsərində yazır: Moğollar tərəfindən işğal edilən ölkələrin tarixçiləri moğol
saldırıları haqqında bir şeylər yazmışlar. Biz daha çox İslam, Çin və qismən də
erməni qaynaqlarından yararlanacağıq.[7]
Çingiz Xandan öncə moğolların əlifbası və yazısı olmamışdır. Uyqur əlifbasını
qəbul edərək “Çingiz Yasaları” adlanan qanunlarını yazmışlar. Yasalara uymaq,
yalnızca moğol təbəələrinə özgü deyildi, moğollar özləri də bu yasalara uymaq
zorundaydılar. Bu vəsilə ilə də Çingiz Xanın “Böyük yasa”sı vücudə gəldi. Bir
çox tarix yazarları, o cümlədən Cuveyni yazılı moğol yasalarından söz etmişlər.
Cuveyninin yazdığına görə bu yasalar moğol prenslərinin xəzinəsində hifz
edilməkdə imiş. Yeni xan taxta çıxdığında xəzinədən yasaları gətirib xana
oxuyub onu eyitirmişlər.[8]
Orta Doğuda moğol tarixini hazırlamaq Qazan Xan tərəfindən Rəşidəddin Fəzlullaha
tapşırılmışdı. Rəşidəddinin yazdığına görə moğol xəzinələrində saxlanılan moğol
tarixinə aid mətnlər moğol əlifbasında yazılıbmış. Bu mətnlər müqəddəs
sayıldığından ona ulaşmaq çox çətin imiş. Qazan Xan öldüyündə Rəşidəddin
kitabını bitirməmişdi. Qazanın canişini olan qardaşı Olcaytu zamanında davam
etmişdir. Olcaytu bütün moğol qövmləri tarixinin yazılmasını əmr etdi.[9]
Bəzi araşdırmacı tarixçilər moğolların bölgəyə sadəcə
savaş bəlaları gətirmədiklərini savunarlar. Onlara görə bölgə mədəniyətinin
yüksəlişində moğolların böyük rolu olmuşdur. Bu mədəni yüksəlişi bu şəkildə
özətləmək olar:
·
Bir yönətim çatısı altında bütün mədəniyətlər birləşdirildi.
Çin, Hind, Ağdəniz, Xristian, şamançılıq, buddizm, İslam mədəniyətlərini
bir-birinə qarışdırdılar. Bütün mədəniyətləri moğol yasalarının çatısı altında
bir yerdə barış içində yaşamağa məhkum etdilər.
·
Moğollardan öncə ticarət yollarında güvənlik yox idi.
Tacirlər özlərini güvəndə hiss etməzdilər. O üzdən də ipək yolunun ticarət
imkanları azalmışdı. Moğollar kürəsəlləşmənin əsası olan ticarətin güvənliyini
geniş imperatorluq ərazilərində sağlayan ilk cahanşümul dövlət olmuşdur. Moğol
imperatorluğu dönəmində ticarət kəsin güvənlik imkanlarından bərxurdar
olduğundan tacirlər moğol dövlətini dəstəklər olmuşdular.
·
Asiya və Avropa arasında güvənli siyasi ilişkilər
bərqərar olmuşdu. Səfirliklərin güvənli fəaliyəti siyasi ilişkiləri
dərinləşdirmişdi.
Çin, müsəlman, xristian, hind və digər inancların və
millətlərin bilim adamları moğolların elmi mərkəzlərində bir yerdə çalışmağı
təcrübə etdilər. Başqa inanclara mənsub alimlər də bu elmi mərkəzlərdə
çalışırdılar. Bunun hesabına Uzaq Doğudan Uyqur minyatür sənəti Orta Doğuya
axışdı.[10]
Yesügey oğlu Çingiz Xan haqqında tarix kitablarında bolca bilgi vardır.
Onun Qaraxətailəri, Xarəzmşahları silib-süpürüb yox etməsi ilə ilgili ayrıntılı
bilgilər kitablaşdırılmışdır. Ancaq biz burada Azərbaycanda qurulan və başkəndi
Marağa olan Elxanlılar dövlətindən başlayacağıq. Çingiz Xanın nəvəsi və Tulu
oğlu Hülaku Xanın (1258-1265) Orta Doğuda yaratmış olduğu imperatorluğun
tərkibinə Azərbaycan, İraqi-Ərəb, İraqi-Əcəm, Kirman, Gürcüstan, Kiçik Asiya,
Kürdistan, Fars, Xuzistan, Xorasan və bir sıra digər vilayətlər daxil idi.[11]
Elxanlı dövləti, Çingiz Xanın torunlarından Hülaku
tərəfindən 1265-cı ildə Azərbaycanda quruldu.[12]
Hülaku Xan qardaşı Məngü Qaanın əmri üzərinə 1255-ci ildə Ceyhundan keçərək
ismailiyə tərəfdarlarını qətl etməyə başladı. İraqi-Əcəmi, İraqi-Ərəbi və
Hələbi işğal etdi. 1258-ci ildə Bağdadı alıb son Abbasi xəlifəsi Müstəsəmi
öldürdü. 15 fevral 1265-ci ildə Marağada öldü.[13]
Hülaku Xan dönəmində, özəlliklə Azərbaycanda yüksək sayıda türk qövmü
yerləşdirildi. “Hülaku Xan özüylə gətirdiyi iki yüz min türk
ailəsini müxtəlif yerlərdə yerləşdirdi.”[14]
Moğolların yüksəlişinin bir ürünü də Osmanlı dövlətinin quruluşu olmuşdur.
“Osmanlı xanidanı Mərkəzi Asiyadan moğolların istilasından Anadoluya sığınan
olmuşlar.”[15] Hülaku
Xan elm və hikmətdən çox xoşlanır, özəlliklə kimya elminə çox rəğbət
göstərirdi. Kimya elminin gəlişməsi üçün çox paralar xərclədi. Onun zamanında
alimlər parladılar. Onlardan biri Xacə Nəsrəddin Tusidir. Nəsrəddin Tusinin
əsli Savənin Cəhrudundan olsa da, Tusda dünyaya gəlmişdi. Hülaku Xanın
ölümündən sonra yerinə oğlu Abaqa Xan keçmişdir. Abaqa Xan 17 il Azərbaycanda
səltənət etdikdən sonra 1282-ci ildə Həmədanda öldü. Yerinə Qardaşı Əhməd Xan
keçdi. Əhməd Xan iki il səltənət etdikdən sonra Abaqa Xanın oğlu Arqun Xan ona
qarşı çıxdı. Arqun Xan, Əhməd Xanı öldürüb 1284-cü ildə taxtda oturdu.
Abaqaoğlu Arqun Xan yeddi il səltənət etdikdən sonra 1291-ci ildə öldü. Kixatu
Xan Arqunun ölümündən sonra taxta çıxdı. 1294-cü ildə Baydu Xan ona qarşı
çıxdı. Əmirlər Baydu Xandan yana tutum sərgilədilər. Üç il yeddi ay səltənət
etdikdən sonra Kixatu Xan 1295-ci ildə öldürüldü. Yerinə Tarqay ibni Hülaku Xan
ibni Baydu Xan taxta çıxdı. Arqunoğlu Qazan Xan, Baydu Xana boyun əyməyərək ona
qarşı çıxdı. Qazan Xan müsəlman olduqdan sonra müsəlman moğollar Qazan Xanın
yanında yer aldılar. Qazan Xan Baydu Xanla savaşında qalib gəldi. Baydu Xan Naxcıvana qaçarkən yolda yaxalandı.
Onu Təbrizə gətirib 1295-ci ilin oktyabr ayının sonunda öldürdülər. Baydu Xan
yeddi ay səltənət etdi. Onun yerinə Qazan Xan taxta çıxdı. Qazan Xanın ilk
vəziri Cəlaləddin Dəstgərdani idi. Ancaq iki aydan sonra onu öldürüb 1297-ci
ildə yerinə Sədrəddin Xalidi Zənganini gətridi. Bir il yarımdan sonra onu da
qardaşı ilə bir yerdə öldürüb vəzirliyi Rəşidəddin Fəzlullah Həmədaniyə verdi.
Qazan Xan 1300-cü ildə Dəmişqdə gerçəkləşən Misirlə savaşda qələbə qazandı. Azərbaycana
döndükdən sonra 1304-cü ildə Qəzvində öldü. Yeddi il doqquz ay səltənət etdi.
Öldüyündə 33 yaşında idi. Tabutunu Təbrizə aparıb orada dəfn etdilər. Qazan
Xandan öncə heç bir moğol şahının məzarı bəlli olmamışdır.[16]
Qazan Xanın 1304-cü ildə ölümü üzərinə yerinə qardaşı Olcaytu Məhəmməd
keçdi. Olcaytunun əsil adı Har Bəndə (eşşəyin qulu) idi. Bu ad ona göz
dəyməməsi üçün qoyulmuşdu. Xanlıq taxtına keçincə bəylərin və digər dövlət
adamlarının ricaları üzərinə Har Bəndə, Xuda Bəndəyə çevrildi. Olcaytu və
Sultan Məhəmməd ismləri əlavə edilərək, böyləcə moğox xanına Olcaytu Sultan
Məhəmməd Xuda Bəndə deyildi. Ancaq Məmluk müəllifləri ondan əskisi kimi Har
Bəndə adı ilə bəhs etməkdə davam edərlər. Olduqca mədəni davranışlı bir hökmdar
olan Olcaytu 1316-cı ildə ölümünə qədər şiə məzhəbində qaldı. Oğlu və xələfi
Əbusəid Xan zamanında səssizcə yenidən sünniliyə dönüldü.[17]
Əbusəid taxta çıxdığında 12 yaşında idi. Bu üzdən də bütün işlərdən Əmir
Çoban Osolduzi sorumlu idi. Əbusəidin bacısı ilə də evlənən Əmir Çoban ölkənin
tək iqtidar sahibi durumunda idi. Moğol sultanının sadəcə adı var idi. Bütün
iqtidar Əmir Çobanın əlində birikməkdə idi. Əmir Çoban Xorasan hökümətini oğlu
Əmir Hüseynə, Gürcüstan valiliyini başqa oğlu Mahmuda, Rum əmirliyini də digər
oğlu Əmir Teymur Taşa verdi. 1328-ci ildə Xacə Rəşidəddin Həmədanini də
öldürdü. 12 il bu şəkildə keçdikdən sonra Əbusəid artıq böyümüşdü və Əmir
Çobana şübhələnməyə başladı. Əbusəid, Cəlairli şeyxinin qadını olan Əmir
Çobanın Bağdad xatun adlı qızı ilə eşqbazlıq edirdi. Həsən Cəlairlinin
nikahında olan qadını boşatdırıb öz nikahına keçirmək istəyirdi. Əmir Çoban
buna razı olmadığı üçün moğol sultanı ilə qarşı-qarşıya gəldi. Əmir Çoban və
onun evladlarının iqtidarlarına son verildi. Qızı da öz nikahına aldı. Sultan
bu qadına çox vurqun olduğundan iqtidarı ona buraxmışdı. Əmir Çobanın
öldürülüşündən sonra vəzirlik vəzifəsi Qiyasəddin Məhəmməd Rəşidə verildi.
Azərbaycanda moğol padşahına “bahadır” ləqəbi ilk olaraq Sultan Əbusəidə
verilmişdir. Əbusəid yayda Sultaniyədə, qışda da ya Qarabağda, ya da Bağdadda
otururdu. Ədəbiyata çox həvəsli idi. Əbusəid Aranda öldü və cənazəsini
Sultaniyəyə gətirdilər. Əbusəid 19 il səltənət etdi. Onun zamanında Xacə Əlişah
12 il vəzirlik etdi. Əlişah öz əcəli ilə ölən tək vəzir olmuşdur. Əbusəidin
ölümündən sonra Azərbaycan-Moğol dövləti öz bütünlüyünü itirdi. Bir yandan
Sərbedaranın moğollara qarşı saldırıları, bir yandan da Çobanoğulları ilə
Cəlairlilər kimi güclü ailələr arasındakı iqtidar mücadiləsi moğol dövlətini
çökərtməyə başladı. Əbusəiddən sonra səkkiz moğol sultanı iqtidara gəlsə də,
onları iqtidara gətirib və uzaqlaşdırmaq əmirlərin əlində idi.[18]
Azərbaycan-Moğol dövlətinin parçalanması ilə Çobanilər və Cəlairlilər dövləti
ortaya çıxmağa başlayacaqdı. Moğolların gəlişi ilə şüubi ismailiyə kimi
təşkilatları çökərtildi. Ancaq şüubiyə öz fikri çalışmalarına Gilanın
ormanlıqlarında gizlincə davam edirdi. Yüzillər boyunca burada şüubiyənin
ülküləri sürdürlmüş və sonunda Səfəvi dövlətinin qurucusu kimi tarix girdirilən
İsmayıl Səfəvi bu ortamda yetişdirildi. Səfəviyənin yeni şüubi-fars dalqası
olduğu haqda ayrıca ayrıntılı bilgi veriləcəkdir.
Güney Azərbaycanın bir çox
yerlərində moğolca kənd və şəhər adları vardır. Qaradağda Merkit adında kənd və
Batı Azərbaycanda Sulduz adında şəhər vardır. Rəşidəddinin ünlü əsərində bir
çox moğol qövmləri haqqında məlumat verilmişdir. Sulduz haqqında da bu əsərdə
ayrıntılı bilgi var. Sulduz yerləşkəsi bir moğol qövmünün adına təsis
edilmişdir. Rəşidəddinin “Sulduz” haqqında yazdığı bilgini burada olduğu kimi
veririk:
Sulduz Qövmü
Sulduz
qövmündən bir çox əmirlər çıxmasına baxmayaraq, biz daha çox məşhur və Çingiz
Xanın xidmətində olanlar haqqındaki hikayələri və bilgiləri verməklə
yetinəcəyik. Çingiz Xan gənc olduğu zaman Tayçıot qövmü onunla muxalifət
edirdi. Bir gün Çingiz Xan önəmli bir iş üçün yola düşmüşdü. Yolda öz-özünə
hərəkət edən bir daşa rastlandı. Çingiz Xan düşündü ki, burada bir uğursuzluq
olmalıdır. Yola davam edib-etməməsi haqda tərəddüd etdi. Sonunda yoluna davam etmə
qərarı aldı. Çingiz Xan bu yolçuluğunda xoşagəlməz hadisə ilə qarşılaşdı. Onun
düşməni olan Tayçıot qövmünün padşahı Tarqutay Qırıltuq onu əsir edərək boynunu
iki şaxə ağacla bağladı. O zaman əsir düşənləri dərhal öldürmək yasalara uyğun
deyildi. Tayçu İqaçi adında bir qoca qarı var idi. Tayçu qövmündən olduğu üçün
ona Tayçu İqaçı deyirdilər. Qarının əri isə Mergit qövmündən idi. Ancaq ərinin
adı bəlli deyil.
O qoca qarı
daima Çingiz Xanın saçlarını darayaraq ona xidmət edirdi. İki ağac şaxəsi
arasında qalıb yaralanan Çingiz Xanın boynunun yarasına məlhəm qoyur və
ağacların altına keçə yerləşdirirdi ki, boynunu daha çox yaralamasın. Bir gün Çingiz
xan fürsət tapıb və boynu boyunduruqlu şəkildə qaçmağa başlayır. Yaxınlarda
böyük bir navur (göl) var idi. Çingiz Xan özünü bu navura atıb elə gizləndi ki,
onun bədənindən sadəcə burnu görünürdü. Tayçıot qövmü onu axtarmağa başladı.
Sulduz qövmündən olan Çilavğu´nun atası Surğan Şirə atası Sudun Noyan´la o
civarda yaşayırdı. Birdən Surğan Şirənin gözləri Çingiz Xanın mübarək burnuna
sataşdı. Onun Çingiz Xan olduğunu anlamışdı. Gizlicə Çingiz Xana işarə ilə
anlatdı ki, görünməməsi üçün özünü daha çox suya batırsın. Çingiz Xanı
axtaranlara da dedi ki, siz başqa yerləri axtarın, mən də qalıb buranı gözləyəcəm.
Gecə olduğunda Çingiz Xanı evinə aparıb boynundaki boyunduruq ağacları
çıxararaq, onu öz evində gizlətdi.
Daha sonra
Surğan Şirə, Çingiz Xanı bir kor madyana mindirib, bir az ət və kaman-ox və
digər savaş alətləri verərək yola saldı.
Artıq Çingiz
Xanın anası, xatunları və qövmü ondan əl üzmüşdülər. Öldüyünü sanırdılar. O
zaman Çingiz Xanən dördüncü oğlu Tuluy Xan uşaq idi və hər an deyirmiş ki, atam
bir maydanın üstündə gələcəkdir. Tuluy Xanın anası da oğlunu danlayır və bəzən
də qulağını bururmuş ki, niyə sənin atan maydana minməli, maydanla gəlməlidir? Uşaq
isə vaz keçmədən təkrar-təkrar söyləyirmiş. Çingiz Xanın öz yurduna qovuşması
yaxınlaşdığı zaman uşaq bu şəkildə davam edirmiş: “Atam quyruğu düyünlənmiş kor
bir maydanla bir azdan yetişəcəkdir!” Anası da əsəbləşərək uşağının üstünə
bağırırmış. Bir neçə saatdan sonra Çingiz Xan, Tuluy Xanın vəsf etdiyi şəkildə
gəlir. Çingiz Xanın sağ-salamat gəlməsinə hər kəs sevindi və şənliklər
düzənləndi. Hər kəs Tuluyun söylədiklərinə heyran qalmışdı. Surğan Şirə bilirdi
ki, onun Çingiz Xanı gizlətməsi və xilas etməsi gec-tez bilinəcəkdir. Ona görə
Tayçıot qövmünün içindən çıxıb getməli idi. Bütün ailəsi ilə birlikdə Çingiz
Xanın diyarına köçərək onun xidmətində oldu. Çingiz Xan da onun ailəsini öz
güvəncəsi altına aldı. Surğan Şirənin oğlu Çilavğun gerçək bahadur idi. Bir
dəfə atdan çox bərk yıxıldı. Rəqibi onu öldürmək istəmişdi. O, dərhal ayağa
qalxaraq özünü qorumağa çalışmışdı. Süngüsü ilə at üstündə ona hücum edən
rəqibini yaralayaraq qovmuşdur. Çingiz Xan onun bu şücaətinə heyran qalmış, onu
alqışlamış və demişdir ki, mən belə bahadurluq heç görməmişdim. Çıngiz Xan bir
neçə dəfə Tayçıotla savaşdı. Ən son savaşda Çilavğun Bahadur, Tayçıotun padşahı
Tarqutay Qırıltuqla üz-üzə gəldi. Bu savaşda Çilavğun Bahadur, Tarqutayı
öldürdü. Çilavğun Bahadurun oğlu da Sodun Noyan idi. Sodun Noyan Çingiz Xanın
baxt ulduzunun parladığı zamanda onun sağ əli idi. Oqtay Qaan zamanında da
yaşayırdı və Tuluy Xanla Sorqaqtanı Bəyin uşaqlarına baxırdı. Kubilay Qaan
zamanında Sodun Noyanın oğlu Qaçudar öz atasının yerini tutmuşdur. Qaçudar yüz
ildən artıq yaşamış və çox qocalmışdı. Elə ki, o, öz gəlinini tanımırdı və
deyirdi məni onunla evləndirin. Onun əqrəbalarında bir də Toğrul adında bir
əmir idi. Eləcə də yaxınlarından digəri də Bavurçu Mungkə Qaan adında böyük bir
əmir idi ki, Çaran olaraq çağrılırdı. Çaran, Arıq Buğaya yaxşı təlim vermədiyi
üçün Kubilay tərəfindən yasaya sövq edildi. Hülaku Xanla Azərbaycana gələn
Sodun Noyanın oğullarından biri də Suncaq Noyan idi. O, Hülaku Xanın dövlətində
yarqıçlıq (qazilik) vəzifəsində idi. Kehti Noyan, Aratemur İdaçi, Tudan və
Temurbuğa onun qardaşları idi. Suncaqın oğulları bunlar idi: Baydu, Ərəb,
Arğun. Kubilay Qaanın xidmətində olan Sodunun digər bir oğlu da Sartaq idi. Kubilay
Qaan onu öz rəsmi elçisi olaraq Hülakunun dövlətinə göndərmişdi. Hülaku Xanın ölümündən sonra geri dönmüşdür.[19]
[1] Cəmil Meriç, Jurnal,
1-ci cild, s. 153.
[2] Cəmil Meriç, Jurnal,
1-ci cild, s. 155.
[3] Məhəmməd Cuveyni,
Tarixi-cahangüşayi-Cuveyni, hazırlayan: Məhəmməd Qəzvini, birinci cild,
dördüncü yayın, Dünyayi-kitab nəşriyatı, Tehran-1385 (h.ş), s. 16.
[4] B. Vladmir Tsov, Moğol
toplumsal düzəni (Nezame ictemaiye moğol), farscaya çevirən: Şirin Bəyani, s.
93.
[5] Eyni qaynaq, s. 100.
[6] N. Ə. Rəsulzadə,
Nizami, Türk Dünyası Araşdırmaları vaqfı, İstanbul-1991.
[7] Bartold, Türküstannamə,
farscaya çevirən: Kərim Kəşavərz, Aqah yayınları, Tehran- 1387 (h.ş), s. 106.
[8] Bartold, Türküstannamə,
farscaya çevirən: Kərim Kəşavərz, Aqah yayınları, Tehran- 1387 (h.ş), s.
116-117.
[9] Bartold, Türküstannamə,
farscaya çevirən: Kərim Kəşavərz, Aqah yayınları, Tehran- 1387 (h.ş), s. 123,
124, 125,126.
[11] Həmdullah Qəzvini, Nüzhət
əl-qulub, Tehran nəşri, s. 85-109; V. Z. Piriyev, Azərbaycan Hülakülər
Dövlətinin tənəzzülü dövründə, Elm nəşriyatı, Bakı-1978, s. 15.
[12] Faruk Sümer, Çepniler,
Türk Dünyası Araştırmaları Vakfı yayınları, İstanbul- 1992.
[13] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 231-232.
[14] Abasquluağa Bakıxanov
“Gülüstani-irəm”, çevirən: M. Əskərli, Minarə nəşriyatı, Bakı-2000.
[15] Faruq Sümər, Oğuzlar,
Yazıçı nışriyatı, Bakı-1992.
[16] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 232,233, 234, 235, 236,
237, 238, 239.
[17] Faruk Sümer, Çepniler,
Türk Dünyası Araştırmaları Vakfı yayınları, İstanbul- 1992.
[18] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 242, 243, 244.
[19] Rəşidəddin Fəzlullah Həmədani,
Came-üt Təvarix, I. Kitab, Əlborz nəşri, birinci basqı, Tehran-1373, s. 173-178.
Xarəzmşahlar Dövləti
Güntay Gəncalp
Xarəzmşahlar
Dövləti
Xarəzmşahlar
doqquz şahla 138 il il səltənət etmişlər. Xarəzmşahların qurucusu Ənuştəkin Gürcü olmuşdur.[1] Ənuştəkin
bir kölə olaraq Gürcüstandan alındığı üçün ona “Gürcü Ənuştəkin” deyirdilər.[2]
Ənuştəkin Balqatəkinin və Balqatəkin də Məlikşahın köləsi idi. Balqatəkindən
sonra Məlikşah Ənuştəkini onun yerinə yüksəldərək Xarəzmə əmir olaraq göndərdi.
Ənuştəkin ömrünün sonuna qədər Səlcuqlunun Xarəzmdəki əmiri oldu. Ölümündən
sonra oğlu Qütbəddin Məhəmməd, Sultan Bərkyaraq zamanında Xarəzmin varlisi
oldu. Onu Xarəzmşah adlandırdılar. 1098-də vali oldu və 1127-ci ildə öldü. Onun
oğlu Adsız, Sultan Səncərə qarşı çıxaraq bağımsızlığını duyurdu. Adsızın
ölümündən sonra evladı Arslan taxta çıxdı. Xorasanın bir çox ölkələrini dövlətinə
tabe etdi. Səlcuqluların çöküşə doğru sürüklənmələri üzündən o, tam olaraq
bağımsız dövlət oldu. Yeddi il səltənət edərək 1163-cü ildə öldü. Ölmədən öncə
oğlu Sultanşahı varis təyin etmişdi. Ancaq başqa oğlu Sultan Təkiş qardaşına
qarşı çıxdı və on il aralarında savaş davam etdi.[3]
Təkiş yenilib
Qaraxətaili kraliçəsinə sığındı. Kraliçə ərini böyük bir ordu ilə Sultanşahın
üzərinə göndərdi. Sultanşahı məğlub edib yerinə Təkişi oturtdular. 1172-ci ildə
Təkiş taxta çıxdı. Təkiş səltənətə vardıqdan sonra Qaraxətailərə qarşı çıxaraq
onlara vergi verməkdən imtina etdi. Bu dəfə Qaraxətailər onun qardaşı
Sultanşahı himayə etməyə başladılar. Sultanşah da öldüyü ana qədər Xorasanda
şahlıq etdi. 1193-cü ildə öldükdən sonra bütün Xorasan Təkişə qaldı. Təkiş
Xorasanı bütünüylə öz yönətiminə qatdıqdan sonra İraqi-Əcəmə saldırdı.
İraqi-Əcəmdə son Səlcuqlu sultanı Toğrul səltənət etməkdə idi. 1194-cü ilin
mart ayında başlayan savaşda Təkiş, Toğrulu öldürərək Səlcuqlunun həyatına son
verdi. İraqi-Əcəm, Həmədan və Rey də Xarəzmşahların ərazisinə qatıldı. Əlaəddin
Məhəmməd atası Təkişin ölümündən sonra taxtda oturdu (1200-1220). Onun
səltənəti zamanında Xarəzmşahlar daha da genişlədilər. Bu zaman Qurilər
Əfqanistanda güclü iqtidar sahibi idilər. Qəznəliləri yenərək bütün Əfqanistanı
ələ keçirmişdilər. Məhəmməd Xarəzmşah, Məhəmməd Quriyə saldırdı. İki Məhəmmədin
ilk savaşı Ceyhun kənarında gerçəkləşdi və Xarəzmşah bu savaşda yenildi.
Qurilər 1204-cü ildə Xarəzmə girib yağmalamağa başladılar. Məhəmməd Xarəzmşah
Qaraxətailərdən yardım tələbində bulundu. Gürxan Qaraxətai, Tainqut Taraz
komutanlığında böyük bir ordunu Xarəzmşahın yardımına göndərdi. Ayrıca,
Qaraxətailərə tabe olan Qaraxanlı Osman Qaraxanı da Xarəzmşahın yardımına
göndərdi. Məhəmməd Xarəzmşah bu yardımçı orduların hesabına Quriləri 1204-cü
ildə “Minat-hezar əsb” bölgəsindəki savaşda məğlub etdi. Qaraxətai ordusu
Quriləri təqib edərək onları tam olaraq yox etdilər. Qurilər sorunu ortadan
qaldırıldıqdan sonra Xarəzmşahların Xorasanda rəqibi qalmadı. 1206-cı ildə
Məhəmməd Qurinin ölümündən sonra Məhəmməd Xarəzmşah Heratı və Qurun özünü də
işğal etdi. 1215-ci ildə əfqanistanın işğalı tamamlandı və Qəznə də
Xarəzmşahların yönətiminə keçdi. Məhəmməd Xarəzmşah bu zəfəri Qaraxətailər hesabına
qazansa da, daha sonra onlara vergi verməkdən imtina etdi. 1210-cu ildə
Qaraxətailərlə Xarəzmşahlar arasında savaş oldu. Əndicanın yaxınlığında
yerləşən “Ilamış”dakı savaşda Qaraxətailərin ordusu Talas qumsallığında
yenildi. Bu savaşda Qaraxanlı Osman da Xarəzmşaha yardım etmişdi. Xarəzmşaha
tabeliyini bildirən Qaraxanlı daha sonra müstəqil olmaq istərkən Məhəmməd
Xarəzmşah saldırıya keçərək Osman Qaraxanlını öldürdü. İki əsrdən artıq
türküstanda iqtidarda olan Qaraxanlıların siyasi həyatı böyləcə 1212-ci ildə
son buldu.[4]
Sultan Məhəmmədin zamanında Çingiz Xan orduları saldırmağa başlamışdı. Sultan
Məhəmmədin yerinə oğlu Sultan Cəlaləddin keçdi. Cəlaləddin moğollara qarşı
yeddi savaşa qatıldı. Altısında qalib gəldi. Yeddinci savaşda Çingiz Xan özü böyük
orduları ilə ilqar* etdi. Yeddinci savaşda
yenilib Hindistana qaçdı. Çingiz Xanın oğlu Oqtayın anı saldırısı sırasında
Cəlaləddinin orduları yenilmiş və özündən də xəbər çıxmamışdır. Bəzilərinə görə
ordusuz qalaraq qaçan Cəlaləddin bir kürdlə qarşılaşmış. Kürd onun üzərində
olan qiymətli əşyalara görə, Cəlaləddini öldürmüşdür.[5]
Onun ölümüylə də Xarəzmşahlar tarixdən silindilər. Cəlaləddin Xarəzmşahın
moğollara qarşı qəhrəmanca savaşı “Tarixi-Cahangüşayi-Cuveyni”nin ikinci
cildində ayrıntıları ilə anladılmışdır.
[1] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 188.
[2] Şücaəddin Şəfa, Min
dörd yüz il sonra, II cild, Fərzad yayınları, s. 663.
[3] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 188, 189.
[4] Rene Grousset, Bozqır
İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami
nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 282, 283, 284.
* İlqar-moğolca ordunun anidən saldırmasıdır.
[5] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 193.
Kaydol:
Kayıtlar (Atom)