13 Kasım 2012 Salı

Türklərin öldürdüyü xəlifə



Abbasi xəlifəsi Əlmütəvəkkilin öldürlməsini Abbasilərin çöküş günü kimi dəyərləndirmək gərəkir. Çünkü iqtidar və əmr vermə yetkisi olmayan bir xəlifənin heç bir anlamı yoxdur. Bu durumda xəlifə, sadəcə bir isimdən ibarət olur. Türklər ilk öncə kölə olaraq Abbasi xilafətinə yerləşdiridilər. Bu kölələrdən böyük ordu düzənləndi və qısa sürədə türklər xilafətin kontrolunu ələ keçirdilər. İstədikləri adamı xəlifə təyin edir və istəmədiklərini xilafətdən uzaqlaşdırırdılar. Çünkü vurucu və qoruyucu gücü əlində bulunduran ordu Türklərdən oluşmaqda idi. Xəlifə Əlmütəvəkkilin öldürülməsi xəlifə öldürmənin gələnəyini qoydu. Atasını öldürüb iqtidara gələn xəlifə Əlmüntəsirin ölümündən sonra yeni xəlifənin təyini ilə bağlı Türk komutanlar arasında ixtilaf ortaya çıxdı. Türk komutanlar karaktercə zəif və atası xəlifə olmayan Abbasi soyundan birinin xəlifə olmasından yanaydılar. Çünkü bu durumda xəlifəni qolayca kontrol edə bilərdilər. Bunu da etdilər və xilafəti Müstəin ləqəbi ilə tanınan Əhməd ibni Məhəmməd ibni Mötəsəmə buraxdılar. Ancaq Türk komutanlardan biri olan Böyük Boğa bu təyinə qarşı idi. Boğa düşünürdü ki, “iradəli və güclü bir xəlifə təyin etsək, ondan biz də hesablaşarıq və bizim də xilafətdəki üstünlüyümüz qorunmuş olar. Ancaq bizdən qorxan bir xəlifə təyin edərsək, o zaman biz Türklər daha çox iqtidara yaxın olmaq üçün bir-birimizlə qarşı-qarşıya gəlib bir-birimizi öldürəcəyik.” Başqa komutanlar onun fikrini qəbul etmədikləri üçün xilafətin iradəsiz və zəif olan Müstəinə buraxılması yolunda anlaşdılar. Müstəin haqqında demişlər: “O qəfəsdə bulunan bir xəlifədir. Vəsif və Boğa nə desə onların əmri üzərinə hərəkət edir.” Müstəin zamanında Ələvilər bir çox yerdə qiyam etdilər. Xilafət zəiflədi və sayqınlığı azalmağa başladı. Tam olaraq Böyük Boğanın söylədiklər gerçəkləşdi. Türklər arasında ixtilaf artmağa başladı və bir-birlərinə qarşı fitnə hazırlayıb, bir-birini öldürdülər. Bu durum əski Vəliəhd Mütəvəkkil ibni Əlmötəzi həvəslənməsinə səbəb oldu. Əlmötəz Samirədə qiyam etdi. Samirə əsgəri üs sayılırdı və genəldə Türklərin denətimində idi. Əlmötəz xilafətin onun haqqı olduğunu söyləyirdi. O, Türklərin yardımı ilə Müstəini xilafətdən uzaqlaşmağa razı edərək özünü xəlifə olaraq duyurdu və qardaşı Moidi də vəliəhd təyin etdi. Əlmötəzin xəlifə olmasında çoxlarının əməyi keçmişdi və o, bunun bilincində idi. Türklər üçün Saleh ibni Vəsif adında yeni komutan təyin etdi. Bu yeni komutan Əlmötəzi öz denətiminə keçirdi və onu Böyük Boğanı və Vəsifi öldürməyə zorladı. Yeni komutan bu yolla rəqiblərini ortadan qaldıraraq Türklərdən oluşan ordunun başında seçənəksiz komutan olmağı düşünmüşdü. Digər tərəfdən xəlifəyə yardım üçün gətirilən Məğrib ordusu da baş qaldırdı. Türklər ordu gücünü əllərində bulundurduqlarından dolayı Əlmötəz üzərinə sürəkli basqıları ilə onu qorxaq və iradəsiz xəlifəyə dönüşdürdülər. Türk komutanlar nəyi istəsəydi onu edirdi. Öncəki xəlifə Müstəinin güvəndə olacağı üzərinə anlaşılsa da, anlaşmanı pozub onu öldürdü. Müstəinin başını ona gətirdiklərində o, şahmat oynamaqda idi. Soyuqqanlılıqla “Başı bir kənara buraxın bu oyun bitsin sonra” dedi. Daha sonra Əlmötəz vəliəhd olaraq təyin etdiyi qardaşı Moidi də görəvindən aldı. Ordu komutanı olan və onun xilafətə gəlməsinə yardımda bulunan Əbuəhməd adlı qardaşını da sürgün etdi. Türklərin Moidlə əməkdaşlıq etməsindən qorxaraq qardaşını öldürdü. Əlmötəz zamanında Türk komutan Saleh ibni Vəsifin vəzifəsi daha da yüksəltildi. Gerçək iqtidar sahibi Saleh ibni Vəsif olmuşdu. Onun iradəsinin dışında heç bir şey olmurdu. Saleh ibni Vəsif xalqdan daha çox vergi toplamağa başladığı üçün böyük etirazlar baş qaldırdı. Etiraz edənlər xəlifə Əlmötəzin yanına gedərək ondan ya alınan vergiləri geri verməsini, ya da buna qarşılıq olaraq Türk komutanı öldürməsini istədilər. Əlmötəzin qiyamçılara verəcək parası yox idi. Çox varsıl (zəngin) olan anasından yardım istədi. Anası ona mali yardım etmədi. Bu durumu görən türklər Fərqanə və Məğrib ordusuyla saraya saldırdılar. Xəlifənin onların yanına gəlməsini istədilər. Xəlifə xəstəliyini bəhanə edərək dışarı çıxa bilməyəcəyini söylədi. Bir neçə türk savaşçı içəri girib onu dövməyə başladılar və ayağından tutub dışarı sürüdülər. Günlərcə onu qızmar günəşin altında saxladılar. Üzünə toqat vurub aşağıladılar. Ona “Xilafətdən könüllü olaraq imtina et! Xalq da buna görə toplanmış.” Dedilər. O sadəcə ağlayırdı. Türk komutanlar üç gün onu bir odada tutuqlu saxlayaraq ağır işkəncə etdilər. Yemək və su vermədilər. Sonunda xilafətdən könüllü olaraq imtina etdiyini duyurdu və xilafət cübbəsini ⅦMehtədi”yə göndərdi. Ancaq yenə də ondan əl çəkmədilər və işkəncə altında öldürdülər. Ölüsünü də ahək və gəç içində öyləsinə basdırdılar ki, kimsə harada dəfn edildiyini bilməz oldu.         
(Qaynaq: http://islamtape.com/View.php?ArticleID=485)
------------------------------------------------------------------("Hürufilər" kitabımdan)

Hiç yorum yok:

Yorum Gönder