16 Mayıs 2013 Perşembe

Xilafət sarayında türklərlə xəlifələrin savaşları



Xilafət sarayında türklərlə xəlifələrin savaşları

Xəlifə Mötəsəmdən sonra oğlu Vasiq (842-847) xəlifə oldu. O, türkləri əsgəri sahədən idari sahəyə də sövq etdi. Türklər valiliklərə və mərkəzdə bəzi idari sahələrə də gətirildi. Ancaq Vasiq xilafətinin son illərində bəzi şikayətlər üzərinə İnaq və Aşnasın katiblərinin mallarını müsadirə etdirdi. Vasiq 12 Avqust 847-ci ildə yerinə varis təyin etmədən öldü. Bunun üzərinə Abbasi tarixində ilk dəfə dövlət ərkanı yeni xəlifə seçmək üçün xilafət sarayında bir toplantı yapdı. Baş yarqıc Əhməd ibni Əbu Duad, İnaq, Vasif, Ömər ibni Fərəc, vəzir əl-Zəyyat və Əhməd ibni Xalid bu toplantıda hazır bulundular. Müzakirə nəticəsində vasiqin oğlu Məhəmmədin xəlifə olmasına qərar verildi. Ancaq o, çox kiçik yaşda olduğundan türklər tərəfindən xilafətə uyqun görülmədi. Vasif onun yerinə Cəfər ibni Mötəsəmi irəli sürərək öz fikrində israr etdi. Cəfəri toplantıya dəvət edərək “Mütəvəkkil” adı ilə xəlifə kimi salamlanmasını istədi. Bunun üzərinə məclisdə hazır bulunan türk olmayanlar da ona biət etdi.[1]
Bu mövzunu Elçibəy “Tolunoğulları dövləti” kitabında bu şəkildə anlatmışdır: 847-ci ildə Vasiq, öldükdən sonra oğlu Məhəmmədə biət etmək istədilər. Fəqət İtah və Vasif bunu rədd edib, xəlifəliyə Vasiq'in qardaşı Mütəvəkkili irəli sürdülər və onu 847-ci ildə taxta çıxardılar. Böyləcə xəlifələri türklər təyin etməyə başladı. Abbasilərin mərkəzi hakimiytdəki nüfuzu da artıq azalmağa başlamış, irsi hüquqları əllərindən alınmışdı. Yeni seçilən xəlifələr türklərin istəklərini yerinə gətirənlər olmuşdular. Xəlifə Mütəvəkkil türklərin ağalığına son vermək üçün çalışdı. Bir gün o, şarab içdikdən sonra İtaha sinirlənmiş, İtah da bunun qarşılığında onu təhdid edərək sarayı tərk etmişdi. Mütəvəkkil ayıldıqdan sonra önləmlər almağa başlamışdı.[2]
Mütəvəkkil xəlifə olunca Məmunun başlatdığı və Mötəsəmlə Vasiqin davam etdirdiyi dini, fikri və siyasi sahələrdə tətbiq edilən dövlət politikasına qarşı çıxmağa başladı. Bilindiyi kimi, Məmun dini qonularda son dərəcə xoşgörülü davranmış, mötəzilə görüşünü mənimsəmiş və mötəzilə ərbabına etibar edərək onların dövlət idarəsində söz sahibi olmalarını sağlamışdı. Hətta Quran üzərində də müzakirələr edilir, Quranın məxluq olub olmadığı dartışılırdı. Xəlifə Mütəvəkkil ilk öncə dini və fikri politikanı dəyişdirdi. Vəzir əl-Zəyyat və baş yarqıc Əbi Duadın bərtərəf edilməsi, Əli evladına qarşı olduqca sərt tutumu və Quran üzərində bütün dartışmaları yasaq etməsi, onun təqib edəcəyi siyasəti açıqca göstərmişdi.[3] Mütəvəkkil mötəzilə ilə hesablaşdıqdan sonra türklərin nüfuzunu ortadan qaldırmaq istədi. O, ilk başdan türklərə qarşı, yəni onu iqtidara gətirənlərə qarşı içdən-içə bir güvənsizlik duymaqda idi. 5 dekabr 844-ci ildə Aşnasın ölümündən sonra İnaq onun yerinə keçmişdi. Xəlifə ordularının baş komutanlığının yanı sıra bəzi bölgələrin valiliyindən də sorumlu idi. Digər bir deyimlə imperatorluqda xəlifədən sonra ikinci qüdrətli şəxs İnaq idi. Bu üzdən Mütəvəkkilin ilk hədəfi İnaq olmuşdu. Xəlifə bir içki məclisində içkinin təsiri ilə inağa ağır sözlər söyləyərək içindəkiləri açığa çıxardı. Bu həqarətə İnaqın təpkisi çox sərt oldu. Ancaq ertəsi gün xəlifə durumu düzəltməyə çalışdı. Bəzi qaynaqlarda bu şəxs İnaq deyil, İtah olaraq yazılmışdır. İnağın əlində bulunan geniş iqtidar imkanından dolayı xəlifənin gözlərinə qorxusundan yuxu da gəlmirdi. Ancaq İnağın şübhəsini çəkməmək üçün ona yeni vəzifələr verərək mərkəzdən uzaqlaşdırma yollarını arayırdı.[4] 849-cu ildə İnaq həccə getmək üçün xəlifədən izin istədi. Aradığı fürsəti ələ keçirən Mütəvəkkil İnaqa dərhal izin Verdi. İnaq həccə getmək üçün Samirədən ayrıldı. Onun hərəkətindən dərhal sonra Mütəvəkkil Vasifi onun yerinə təyin etdi. İnaq daha həccdə ikən Tahirilərdən Bağdad mühafizi İshaq ibni İbrahimə bir məktub yazan Mütəvəkkil, İnaqın Samirəyə dönməsinə mane olmasını və fürsəti ələ keçirib onu öldürməsini əmr etdi. Xəlifənin bu əmrini yerinə gətirmək üçün hazırlanan İshaq, Bağdad yaxınında İnaqı qarşıladı. Və daha öncə hazırladığı köşkünə apardı. Bir hiylə ilə adamlarını uzaqlaşdırdıqdan sonra 25 noyabr 849-cu ildə İnaqı öldürdü.[5]
İnaqı öldürtdükdən sonra da Mütəvəkkil türklərlə mücadiləsini sürdürdü. Türkləri mühafiz birliklərindən uzaqlaşdırmağa başladı. Türklərin təhdidini ortadan qaldırımaq üçün qeyri-türklərdən əsgəri birliklər oluşdurmağa başlamışdı. Mütəvəkkil xilafətinin ilk illərində vəliəhdlik məqamına oğlu Müntəsiri təyin etmişdi. Xilafətinin son illərində vəzirlərinin də etkisi ilə digər oğlu olan Mötəzi vəliəhd təyin etdi. Mütəvəkkil üzərinə türklərin basqısının getdikcə artdığını onun Samirəni tərk etmə qərarından anlaya bilirik. 8 mart 858-ci ildə Dəmişqə getmək üçün Samirədən ayrılmışdı. Bir sürə Samirədə qaldıqdan sonra Samirənin yaxınlığında əl-Məhuza geri dönmək zorunda qalmışdı. Dövlət işlərini oraya daşıyaraq bu yerin adını da əl-Cəfəriyə qoydu.[6] Türklər xəlifəni öldürməyə qərar verdilər. Fəqət Böyük Boğa buna əngəl oldu. Bunun üzərinə xəlifə ilə Böyük Boğanın arasını vurmaq istədilər. Xəlifənin çadırına atdıqları bir məktubda Boğanın xəlifəni öldürmək istədiyini yazdılar. Bunun üzərinə Mütəvəkkil İrağa dönməyə tələsdi. Boğanı da Bizansa səfər yapmağa məmur etdi. Bu yolla da xəlifə ona sadiq olan bir komutanın himayəsindən məhrum qaldı. Mütəvəkkilin Samirəni tərk edib Dəmişqdə qısa sürə qalıb yenidən Samirəyə dönüşü tamamən türklər ilə olan münasibətlərinin pozulmasından irəli gəlmişdi. Xəlifə özünə güvənəcəyi yer ararkən Dəmişqi seçməsi son dərəcə doğru bir qərar imiş. Əməvi xilafətinin mərkəzi olan bu şəhər eyni zamanda ərəb milliyətçiliyinin də mərkəzi idi. Əməvilərin izlədiyi ərəbçilik siyasətinin həsrətini çəkənlər, əlbəttə yabancı bir ünsürə qarşı Mütəvəkkili dəstəkləyəcəkdilər.[7]
Dəmişqdən geri döndükdən sonra xəlifə və türklər arasındakı ixtilaf daha da dərinləşdi. Bu dəfə səhnədə Mütəvəkkilin oğullarından vəliəhdliyi əlindən alınmış olan Müntəsir də var. Xəlifə 849-cu ildə oğullarını bu şəkildə vəliəhd təyin etmişdi: Müntəsir, Mötəz və Müəyyid. Ancaq daha sonra Mütəzin vəliəhdliyini önə çəkmişdi. Mütəzin ətrafında türklərə qarşı bir birlik də təşkil edilmişdi. Atasının bu davranışı qarşısında Müntəsir də türklərlə işbirliyi yolunu seçmişdi. Kiçik Boğa, Vasif və Otamış kimi türk kumandanları, Müntəsirin bu hərəkətini kəndi mənfətlərinə uyqun buldular və onu dəstəkləməyə qərar verdilər.[8] Mütəvəkkil 861-ci ildə türk kumandanı Vasifin İsfahan və əl-Cibal bölgələrindəki mal və mülklərinin müsadirə edilməsinə əmr verdi. Müntəsirə qarşı da heysiyət qırıcı davranışda bulunması nədəni ilə durum ciddiləşdi.[9] Siyasi hadisələrin kəndisi üçün təhlükəli bir şəkildə gəlişdiyini fərq edən Müntəsir, Kiçik Boğa ilə görüşərək müştərək bir plan hazırlamağa başladılar. 10 dekabr 861-ci ildə xəlifə sarayının ətrafında gərəkli tərtiblər alındı. Bütün qapılar kontrol altında tutularaq kəndilərindən olmayan şəxslərin içəri girmələri önləndi. Bu sırada türk komutanlar Vasif və Boğa adamlarını saraya soxmuşdular. Eyni günün axşamı komplodan xəbərsiz olan xəlifə vəziri Fəth ibni Xaqan və digər dövlət yetkililəri ilə bir yerdə içki içirdilər. Gecə yarısına doğru, Boğa xəlifənin yanında bulunanları, Fəth və bir neçə kişi xaric dışarı çıxardı. Sabaha yaxın, aralarında Kiçik Boğa, Musa ibni Böyük Boğa, Harun ibni Suvartəkin, Baqir əl-türki və Baqlum əl-Türkinin bulunduğu bir qrup xəlifənin olduğu salona girdilər. Təhlükəni fərq edən Fəth ibni Xaqan bağırmağa başladısa da, çox gec qalmışdı. Dərhal xəlifənin üzərinə saldırdılar. Onlara mane olmağa çalışan Fəth ilə bir yerdə Mütəvəkkili öldürdülər.[10] Türk komutanlar böyük bir təhlükənin doğduğunu hiss edərək, Mütəvəkkili susdurmaq üçün fəaliyətə başladılar. Türklər Mütəvəkkili öldürməyi qərarlaşdırdıqdan sonra 861-ci ildə xəlifəni öldürdülər.[11]
Mütəvəkkilin qətli, İslam tarixində özəl birliklər tərəfindən bir xəlifəyə qarşı işlənən cinayətdir. Bu hadisə türklərin Abbasi imperatorluğunda tamamən iqtidarı əllərinə keçirdiklərini və qarşılarında heç bir qüvvətin bulunmadığını göstərməkdədir. Cinayətdə iştirak edənlər, bilinmələrinə rəğmən hər hansı bir cəzaya məruz qalmadılar. Mütəvəkkilin qətli ilə xəlifələrin siyasi nüfuzları ilə bir yerdə mənəvi nüfuzları da zəifləmiş oldu.[12] Artıq Abbasilər sülaləsindən heç kimsə xəlifəliyi irsi və ya qanuni yolla tələb edə bilmirdi. Türklər kimi istəsəydilər onu seçir, istəmədikləri xəlifəni də öldürürdülər.[13] Abbasiləri siyasət meydanından uzaqlaşdıran Türk komutanlar kəndi aralarında savaşmağa başlayacaqdılar.[14]
Mütəvəkkilin öldürüldüyü gecənin sabahı yeni xəlifənin seçimi üçün əl-Cəfəriyədə kumandanlar, katiblər və dövlətin digər irəli gələnləri toplandılar. Əhməd ibni Hasib Mütəvəkkilin Fəth ibni Xaqan tərəfindən öldürüldüyünü, qatilin də dərhal cəzalandırıldığını bildirdi. Bundan sonra Mütəvəkkilə qarşı işlənən cinayətdə suçlu olan Müntəsirə biətə qərar verildi.[15]
Müntəsirin xəlifə elan edilməsi üzərinə bəzi qarışılıqlar zühur etdi. Müntəsirin xəlifə olmasını istəməyən və hər ehtimala görə, Mütəvəkkilin türklərə qarşı meydana gətirdiyi birliklərdən ortaya çıxan ordu mənsublarına xalq da qatılınca, qarışıqlıq böyüməyə başladı. Meydana gələn çatışmalarda bir neçə adam öldü. Bunun üzərinə türk kumandanlar müdaxilə edərək qarışıqlığı basdırdılar.[16] Müntəsir türklərin yardımı ilə iqtidara gəlsə də daha öncə baş verən və atasının öldürülməsi ilə sonuclanan olay üzündən türklərə güvənmirdi. Ancaq ordu içində istinad edəcəyi qüvvət olmadığından türklərə qarşı da gələ bilmirdi. Xəlifə olduqdan sonra ibni Xaqanın yerinə təyin etdiyi Əhməd ibni Hasib, Müntəsiri türklərə qarşı önləm almağa zorlayırdı. Türk komutan casifin bərtərəf edilməsini istəyirdi. Vasifin mərkəzdən uzaqlaşdırılmasını təklif edirdi. Müntəsir bu təlqinlər üzərinə Vasifi Bizansa qarşı səfərə məmur edərək dörd il sınırda qalmasına əmr verdi.[17] Mötəzin əmrində ərəblərdən oluşan ordu olduğu üçün türklər onun vəliəhd olmasını istəmirdilər. Xəlifəyə türklər tərəfindən edilən basqı üzündən Müntəsir Mötəz və Müəyyidi vəliəhdlikdən məhrum etdi. 7 iyul 862-ci ildə Müntəsirin ölümü üzərinə durum dəyişdi. Müntəsirin sirli ölümü, dövlətin ərkanını yenə xəlifə seçmək üçün toplantıya sövq etdi. Artıq xilafətə keçməkdə vəliəhdlik müəssisəsi önəmini itirmiş, onun yerini başda ordu komutanları olmaq üzərə dövlət adamlarının seçimi almışdı. Görüşmələr əsnasında Mütəvəkkilin oğullarından birinin xəlifə olmasını istmirdilər, çünkü onlardan intiqam almasından qorxurdular. Türklər Mütəvəkkil soyunun dışında Mötəsəm soyundan birinin xəlifə olmasını dəstəkləyirdilər. Əhməd ibni Məhəmməd ibni Mötəsəmin xəlifə olması qərara bağlanaraq ertəsi gün ona “Müstain” ləqəbi verildi.[18] Biət mərasimi olacağı sırada Samirədə qarışıqlıq çıxdı. Mötəzi istəyirdilər. Müstainin xəlifəliyini qəbul etmədiklərini bildirdilər. Öncə əsgəri birliklər arasında başlayan qarışıqlıq xalqa da sirayət etdi. Sayıları olduqca çoxalan müxaliflər, xilafət sarayına hücum edərək yağmacılığa başladılar. Olaylar sürətlə gəlişərək silahlı çarpışma halına gəldi. Böyük Boğa duruma müdaxilə etmək zorunda qaldı. Qısa ancaq qanlı çarpışmalar cərəyan etdi. İki tərəfdə itki verdikdən sonra Boğanın müdaxiləsi ilə qarışıqlıq basdırıldı.[19] Bu hadisə ilə ilk dəfə olaraq xalq türklərə qarşı hərəkətə keçmişdi. Anlaşılan, türklərin xəlifələri öldürməsi xalqda türklərə qarşı təpki baş qaldırmasına səbəb olmuşdu.[20] 862-ci ilin sonlarına doğru, türklər ilə Əhməd ibni Hasibin arası açıldı. Nəticədə Əhməd vəzirlikdən uzaqlaşdırılaraq yerinə Otamış gətirildi. Otamış və onun katibi Şüca ibni Qasım, xəlifə üzərində mütləq bir hakimiyət qurmuşdular. İşlərin yönətimi tamamən onların əlində idi.[21]  
Xalqın türklərə qarşı çıxması davam edirdi. 863-cü il mart və aprel aylarında Bağdad əhalisi sınırlardakı bəzi yenilgiləri bəhanə edərək xəlifəyə qarşı üsyan etdi. Bu üsyanın əsas səbəbi türklərin xəlifəyə qarşı tutumları idi. başlanqıcda xalqın öncül olduğu bu hərəkətə əl-Şakiriyə və bəzi əsgəri birliklər də qatıldılar. Zindanların qapıları qırılaraq məhbuslar sərbəst buraxıldı. Eyni ilin may ayında Samirədə də Bağdaddakı kimi xalqın da qatıldığı və türkləri hədəf alan bir üsyan baş verdi. Asilər, türklərdən ələ keçirdiklərini dərhal öldürürdülər. Vəziyətin əleyhlərini gəlişdiyini anlayan Böyük Boğa, Vasif və Otamış, qarşı hərəkətə keçərək üsyançıları dağıtdılar.[22]
Türklər arasında ilk zamanlar bir əməkdaşlığın mövcud olduğu, ancaq zamanla iqtidar ehtirası bu əməkdaşlığı yıprada bilmişdi. Müştərək düşmənə qarşı birlikdə hərəkət etmələrinə rəğmən, təhlükə ortadan qalxınca aralarında anlaşmazlıq ortaya çıxırdı. Bu kimi hallarda xəlifə, duruma müdaxilə etmir və ya müdaxilə gücünü özündə görmürdü. Hansı tərəf qalib gəlsə idi, xəlifə onu dəstəkləyirdi. Türklər arasında ilk ciddi anlaşmazlıq daha çox mali və siyasi nüfuz səbəbi ilə 7 iyul 863-cü ildə ortaya çıxdı. Vəzir Otamış və onun katibi Şüca ibni Qasıma qarşı digər türk kumandanları birləşdilər. Hər ikisini də qətl edərək evlərini yağmaladılar. Xəlifə isə bu olayı susqunluqla qarşıladı.[23]   
 Türklər arasında baş qaldıran ikinci hadisə 865-ci ildə ortaya çıxdı. Mütəvəkkilin qətləində baş rolu oynayanlardan, hətta bir başa xəlifəni öldürən Baqir əl-Türki, bu hadisədən sonra ordu içində nüfuz və qudrət sahibi olmuş; Kufə bölgəsində geniş ərazilər almışdı. Baqirin təsiri altında qalan Müstain, onu baş komutanlığa təyin etməyə qərar verdi. Onun yüksəlməsini qəbul edə bilməyən Vasif və Kiçik Boğa, xəlifənin bu qərarı üzərinə çox əndişələnməyə başladılar. Rəqiblərinin boş durmayacağını və xəlifəyə təsir edə biləcəklərini düşünən Baqir, yaxın adamlarını toplayaraq xəlifə də daxil olmaq üzərə Vasif və Boğanın öldürülməsi xüsusunda onları razı etdi. Baqirin bu qərarını öyrənən Müstain, Vasif və Kiçik Boğa ilə anlaşaraq Baqiri hiylə ilə saraya çağırıb tutuqlatdı. Ancaq hadisə duyulunca Baqirə bağlı olan birliklər dərhal hərəkətə keçərək saraya saldırdılar. Xəlifənin atlarını yağmalayıb əl-Cavsaq sarayını quşatdılar. Bunun üzərinə Vasif ilə Boğa, Baqir əl-Türkini öldürdülər.[24] Baqirin öldürülməsi hadisələri yatışdırmaq yerinə daha da gərginləşdirdi. Üsyançılar bulunduqları yeri tərk etməyərək Baqirin qatillərini istəyirdilər. Ordudakı tərəfdarlarını itirdiyini anlayan xəlifə və iki türk kumandanı, bu hadisədən qurtulma yollarını araşdırmağa başladılar. Vasif bir qrupu silahlandıraraq üsyançı türklərin üzərinə göndərdi. Türklərə xəbər göndərilərək mühasirəni bitirmələri istənsə də, nail olunmadı. Bu sırada çarpışmanın durmasından istifadə edən Müstain və digər iki türk kumandan, gizlicə Samirəni tərk edərək qayıqlar ilə Bağdada tərəf hərəkət etdilər.[25]    
6 fevral 865-ci ildə Bağdada varan Müstain, Tahirilərdən bu şəhərin mühafizi olan Məhəmməd ibni Abdullah, ibni Tahir tərəfindən qarşılandı və onun sarayına endi. Bağdad xalqı xəlifəni çox yaxşı qarşıladı. Xəlifə və iki türk kumandanın Bağdada getməsi üzərinə bəzi kumandanlar, dövlət məmurları və Abbasi ailəsi mənsubları Samirəni tərk etməyə başladılar. Sanki mərkəz yenidən Bağdada daşınmaqda idi. Vəziyyətin əleyhlərinə gəlişdiyini görən Samirədəki əsgəri birliklər, Bağdada bir elçi heyəti göndərərək Müstainin Samirəyə dönməsini istədilər. Bu heyət xəlifədən üzür diləyərək artıq ona sadiq qalacaqlarını və əmrindən çıxmayacaqlarını söylədilər. Ancaq istəkləri xəlifə tərəfindən qəbul edilmədi.[26] Bu xəbər Samirədə həyəcanla qarşılandı. Kəndiləri üçün qurulmuş olan Samirənin tərk edilişi, əlbəttə türklərin siyasi və iqtisadi güclərinin zəifləməsinə səbəb olacaqdı. Bu üzdən Samirədəki türklər, Müstainə qarşı başqa birisini xəlifə seçmək qərarı verdilər və zindanda olan Mötəzi çıxararaq ona biət etdilər. Vilayətlərə Müstainin xilafətdən uzaqlaşdırıldığını və yerinə Mötəzin keçdiyini bildirdilər. Ayrıca, Samirədəki beyt-ül mal və digər dövlət dairələri ələ keçirildi.[27] Abbasi imperatorluğunda biri Bağdadda digəri Samirədə iki xəlifənin ortaya çıxışı və hər iki tərəfin də uzalaşmaya yanaşmaması iç savaşın başlaması demək idi. hər iki tərəf də hazırlıqlara başladı. Mötəz dövlət ərkanında dəyişikliklər edərək öz adamlarını iş başına gətirdi. Mötəz xalqın Bağdada getməsinə mane olmaq üçün önləmlər alırkən, Bağdadda yönətimi feilən əlində bulunduran Məhəmməd ibni Abdullah da, şəhərin ətrafında xəndəklər qazdıraraq müdafiə tədbirləri aldı. Hər iki tərəf valilərə məktublar göndərərək xəracın və verginin ona göndərilməsini istəyirdi. Bu arada Mötəz, Məhəmmədə ibni Abdullaha bir məktub göndərərək kəndisinə biət etməsini bildirdisə də, müsbət bir nəticə ala bilmədi.[28]
Alınan tədbirlər nəticəsində qüvvət dəngəsi, Mötəzin lehinə dəyişməyə başladı. Özəlliklə Böyük Boğa oğlu Musanın Mötəz tərəfinə keçməsi Müstainə ciddi zərbə oldu. Yetəri dərəcədə gücləndiyini anlayan Mötəz, xəlifəliyi zorla ələ keçirməyə qərar verərək, qardaşı Əbu Əhməd idarəsində qalabalıq bir ordunu 24 fevral 865-də Bağdad üzərinə göndərdi. Müstain və Mötəz arasında bir ilə yaxın davam edən mücadilədə türklər hər iki tərəfdə də bulunmaqda idi. Vasif və Boğa kimi kumandanlar Müstainin, əsgərlər və ikinci sinif kumandanlar Mötəzin tərəfində yer almışdılar. Burada Müstainin əsas qüvvətlərinin, Bağdad xalqından və Məhəmməd ibni Abdullahın birliklərindən meydana gəldiyini unutmamaq gərəkir.[29] Savaş və mühasirənin uzaması Müstainin əleyhinə olurdu. Yolların kəsilməsi Bağdad xalqı arasında ərzaq qıtlığı oluşdurmuşdu. Şəhərin etiraz səsini Müstainin birlikləri yensə də bu durum Müstain açısından istənilməyən gəlişmə idi. Daha öncə Bağdada gəlmiş olan Abbasi ailəsi də yavaş-yavaş Mötəzin tərəfinə keçməyə başlamışdı. Çarpışma davam edərkən Bağdad xalqı şəhərdən sorumlu olan fars Tahir oğlunu Mötəzlə anlaşmağa zorladı. Xalq şəhərin qapısını türklərə açacaqlarını söyləyirdi. Nəhayət Tahiroğlu Məhəmməd ibni Abdullah, Əbu Əhməd ilə müzakirə etmək məcburiyətində qaldı. 14 dekabrda Əbu Əhmədin qərargahında başlayan müzakirə sonunda, Mötəzə biət edilməsinə, Müstainin xilafətdən çəkilməsinə qərar verildi. 25 yanvar 866-cı ildə Müstain zahirən kəndi istəyi ilə xilafətdən çəkildi və Mötəz iqtidarda qaldı.[30] Mötəz türklərə qarşı idi. Hətta atasından sonra xəlifəliyi bu üzdən itirmişdi. Ayrıca, türklər atasının qatili idilər. Buna rəğmən yenə onların yardımı ilə xəlifə oldu. Müstainin uzaqlaşdırılmasından sonra tək başına iqtidarda qalmasına rəğmən türklərdən çəkinməkdə idi. Mütəvəkkil ilə türklərə qarşı başlayan hərəkət yavaş-yavaş güclənməkdə idi. Bir tərəfdən ordu içində digər ünsürlərdən bəzi birliklərin qurulması, digər tərəfdən xalqın yavaş-yavaş mücadiləyə girməsi türk nüfuzu üçün təhlükə işarəti idi. Özəlliklə Bağdad mühasirəsində xalqın göstərdiyi müqavimət iqtidar mücadiləsində türklər üçün təhlükənin yaxınlaşdığı anlamda idi. Müstainin xilafətdən uzaqlaşdırılması Mötəz üçün güvənlik təmin etmədi. Əsas təhlükəni təşkil edən Vasiq və Boğanın həyatda olması idi. Onlar yetəri dərəcədə əsgəri gücə də sahib idilər. Mötz, yuxusunu qaçıran bu iki amansız düşməni bərtərəf etmədikcə rahat olmayacaqdı. Bağdada Məhəmməd ibni Abdullah ibni Tahirə yazdığı məktubda Vasif, Boğa və onların tərəfdarlarını divanlardan çıxarmasını, yəni dövlət işlərindən uzaqlaşdırıb maaşlarının verilməməsini əmr etmişdi. Hətta gizli yazdığı məktubda hər ikisinin də öldürülməsini istəyirdi.[31] 
Samirədə Vasif və Boğa əleyhinə girişilən təşəbbüslər adamları vasitəsi ilə onlara bildirildi. Məhəmməd ibni Abdullah ibni Tahirə qarşı diqqətli olmağa başladılar. Bunun üzərinə bu iki komutan Tahiroğluna gedib onunla olduqca sərt qonuşaraq təhdid etdilər. Vasif və Boğa ətraflarında yetəri qüvvətləri olmadığından hüzursuz idilər. Bir an öncə Samirəyə dönərək birliklərinin başına keçmək istəyirdilər. Bu da xəlifənin izninə bağlı idi. Öncə Müəyyid və Əbu Əhməd aracılığı ilə xəlifədən dönüş izni istəməyi denədilər. Buna Samirədəki türk əsgəri birliklərinin istəkləri də əklənincə Mötəz onlara izn vermək məcburiyətində qaldı. Xəlifənin izn məktubunu alan türk kumandanlarından Bayıq Bəg 300 adamı ilə Bağdada getdi. Xəlifə, Məhəmməd ibni Abdullah ibni Tahirə yazdığı ikinci məktubunda da onların Samirəyə dönmələrinə mane olmasını istəmişdi. Ancaq Tahiroğlunun aldığı önləmlər fayda vermədi. Vasif və Boğa Samirəyə dönməyə müvəffq olduqları kimi, xəlifə onların əski vəzifələrinə dönmələri üçün türklərin istəyinə boyun əymək məcburiyətində qaldı. Hətta hər ikisinə də xələt geyindirdi.[32] Xəlifə Mötəz Kiçik Boğanın qorxusundan sürəkli silahlı gəzir, hətta Gecə yatarkən də silahını çıxarmırdı.[33]
Türklərin Müəyyid və Əbu Əhmədə təmayülündən rahatsız olan xəlifə, bu iki şəxsi əl-Cavsaqda həbs etdirdi. Qısa sürə sonra da Müəyyidi vəliəhdlikdən məhrum etdi. Ancaq türklərin bunların həbsdən çıxarmaq istədiklərini öyrəndi. Müəyyid 9 avqust 866-cı ildə qaldığı zindanda öldürüldü.[34] 
866-cı il iyul ayının sonlarında ilk dəfə türklərlə Məqaribə rasında qanlı savaş oldu. Mütəvəkkil tərəfindən türklərə qarşı bir önləm ünsürü olaraq nəzərdə tutulan Məqaribə, zamanla və olayların gəlişməsi ilə qüvvət qazanmışdı. Özəlliklə Müstain ilə Mötəz arasındakı mücadilədə bir basqı qrupu halına gəlmişdi. Vəliəhdlik devrində ona verilən Məqaribə, indi Mötəzin dayana biləcəyi yeganə qüvvət durumunda idi. Mali səbəblər üzündən türklərin İsa ibni Fərruxanşaha qarşı hərəkətləri və onu əzişdirmələri üzərinə Məqaribə hərəkətə keçdi. Daha öncə cərəyan edən hadisələr iki qrup arasındakı rəqabəti son nöqtəyə gətirmiş olduğundan kiçik bir hadisə çarpışmaların başlamasına yetərli olmuşdu. Başlarında Məhəmməd ibni Rəşid və Nəsr ibni Səid adlı iki şəxs bulunan Məqaribə türklərə saldırdı. Türkləri məğlub edərək Əl-Cavsaqdan çıxardılar.[35] Bunun üzərinə türklər şəhərin digər səmtində oturan soydaşlarını yardıma çağırdılar. Xalq və Şakiriyyə də Məqaribə tərəfini tutduğundan türklər zəif durumda idilər. Ancaq Məqaribə qəti saldırıya keçməkdə tərəddüdlü idi. Arada zahiri bir səssizlik hasil oldu. İki tərəf də gizlindən gizlinə güclərini daha hazır duruma gətirməkdə idi. Türklərin başında bulunan Bayıq Bəg hüzursuzluğa səbəb olanların Məhəmməd ibni Rəşid və Nəsr ibni Səid olduğunu irəli sürərək onların cəzalandırılmalarını istədi. Məhəmməd və Nəsr təhlükədən canlarını qurtarmaq üçün gizləndilər. Ancaq Bayıq Bəgin adamları tərəfindən yaxalanaraq dərhal edam edildilər.[36] Məqaribə, çarpışmaların başındakı avantajlı durumundan istifadə edə bilməyincə yenə də ikinci planda qalmağa məhkum edildi. Xəlifə Məmundan etibarən fars Tahirilər Abbasi xəlifələrinin ən qüvvətli dəstəyi olmuşdular. Xorasanda ayrı müstəqil bir durumda olmalarına rəğmən bu xanidana mənsub şəxslər Abbasilərin də ən önəmli mövqelərində çalışırdılar. Əfşin və İnaqın bərtərəf edilmələrində Tahirilərin böyük rolu olmuşdu. Mötəz zamanında da Tahiri farslar dövlətin idari görəvlərində etkinliklərini sürdürürdülər. Xəlifə Mötəz Tahirilərdən Xorasan hakimi Tahir ibni Məhəmmədə gizlicə durumu bildirmiş və ondan yardım istəmişdi. Tahir, əmisi Süleyman ibni Abdullahı Xorasan birliklərindən ibarət böyük bir ordunun başına keçirərək Bağdada göndərdi. Süleyman daha sonra Samirəyə getdi. Türklər Süleymanın Bağdada dönməsi xüsusunda basqı yapdıqlarından xəlifə türklərin bu istəyini yerinə gətirmək məcburiyətində buraxıldı. Türklər əsasən öncədən gərəkli tərtibatı alaraq Süleymana hərəkət imkanı buraxmamışdılar. Bu səbəbdən Süleyman 14 aprel 868-ci ildə Bağdada dönmək zorunda qaldı.[37]
Xəlifənin iqtidarsızlığı aşağılara da yansımaqda idi. Türk kumandanları əskidən olduğu kimi birliklərinə hakim ola bilmirdilər. 867-ci ilin sonlarına doğru, başda türklər olmaq üzərə Fərqanə və Uşrusana mənşəli əsgərlər dörd aylıq maaşlarını birdən istədilər. Istədiklərinin rədd edilməsi üzərinə bazarda yağmaçılığa başladılar. Vasif və Boğa onları yatışdırmaq istəsələr də, başarmadılar. Durumu görüşmək üçün Boğa xəlifə nəzdinə getdi. Vasifin qüvvətlərinin zəif duruma düşməsindən istifadə edən asilər 30 oktyabr 867-ci ildə Vasifi qətl etdilər.[38] Vasifin qətli ilə Mötəz təhlükəli iki düşmənindən birinin təhdidindən qurtulmuş oldu. Sıra Boğaya gəlmişdi. Türklərin müdaxiləsi olmadan xəlifənin onu öldürməsi ağır nəticələr doğura bilərdi. Mötəz türk komutanlar Bayıq bəg və Vasifoğlu Salehi ödülləndirərək onları Boğadan ayırmağa çalışdı. Bayıq bəg Boğaya qarşı xəlifə ilə bir yerdə hərəkət etməyə başladı. Bunu fərq edən Boğa ordusu ilə bir yerdə qaçmağı düşündü. Türk əsgərlərinin onun tərəfində toplanacağını sanmışdı. Bu sanısında yanıldığını görən Boğa Samirədə gizləndi. Çox keçmədən yaxalandı və xəlifənin əmri üzərinə qətl edilərək başını Samirə və Bağdadda dolaşdırdılar.[39]
Vasif və Boğanın ölümü Mötəzin üzərindəki türk basqısını azaltmadı. Bu dəfə də xəlifənin başının üstündə Saleh ibni Vasif durmuşdu. 19 may 869-cu ildə Saleh saray məmurlarından Əhməd ibni İsrail, Həsən ibni Məhləd və Əbu Nuh ibni İbrahimi həbs edərək mallarını müsadirə etdi. Vasif və Boğanın öldürülməsindən xoşlanmamış olan türklər də xəlifəyə qarşı tutum taxınmışdılar.[40] Saleh ibni Vasif, Bayıq Bəg və Əbu Nəsr Məhəmməd ibni Böyük Boğanın yönətimindəki türk əsgərləri, maaşlarının verilməməsi bəhanəsi ilə üsyan edib xəlifə sarayını mühasirə altına alaraq kəndisi ilə görüşmək istədiklərini bildirdilər. Mötəz qorxduğu üçün xəstəliyini bəhanə edərək dışarı çıxmadı və beyt-ül malda para bulunmadığından maaşlarını verə bilməyəcəyini bildirdi. Türklərin təhlükəli israrları üzərinə xəlifə böyük sərvətə sahib olan anası Kabihadan para istədi. Bu istəyinin anası tərəfindən rədd edilməsi üzərinə çarəsiz qaldı. Asilər zorla saraya girərək onu dışarı çıxardılar. Çeşitli əziyətlərdən sonra həbs edərək xilafətdən istefa verməsini istədilər. Mötəz bir neçə gün həbsdə qaldıqdan sonra öldü.[41]
Mötəz zindanda ikən kumandanlar Məhəmməd ibni Vasiqə biət etdilər. Atasının ölümündən sonra Məhəmməd xəlifə edilmək istənmişdi, ancaq yaşı az olduğundan mümkün olmamış və Mütəvəkkil xəlifə elan edilmişdi. Məhəmməd bu zaman zərfində siyasi hadisələrə qatılmayaraq səssiz bir həyat sürmüşdü. Kumandanlar tərəfindən xəlifə seçilincə öncə qəbul etmədi. Ancaq Mötəzin xilafətdən çəkiləcəyini duyunca 3 iyul 869-cu ildə Mühtədi adı xəlifə oldu.[42] Mühtədin xəlifə olduğunu bildirən məktub Bağdada gəldiyi zaman bəzi qarışıqlıqlar ortaya çıxdı. Mötəz tərəfindən Müstain üzərinə göndərilən Əbu Əhməd ibni Mütəvəkkil hələ də Bağdadda idi. Bağdad xalqı və orada bulunan əsgəri birliklər Mühtədin xəlifəliyini qəbul etməyərək Süleyman ibni Abdullahın evinə saldırdılar. Sonunda Mühtədin xəlifəliyini qəbul etmək məcburiyətində qaldılar. Mühtəd türk kumandanlar Saleh və Bayıq Bəgin etkisi altında idi. [43] İmperatorluğun ucqar bölgəsində ordusu ilə bulunan Musa ibni Boğa birlikləri ilə Samirəyə dəvət edildi. Musa xəlifə ilə birləşərək Salehi ortadan qaldırmaq istədilər. 30 yanvar 870-ci ildə Saleh yaxalanaraq öldürüldü.[44] Salehin qətlindən sonra xəlifə üçün təhlükə olacaq iki kumandan qalmışdı. Bunlar Bayıq Bəg ilə Musa ibni Boğa idi. Mühtədi onları mərkəzdən uzaqlaşdıma yollarını arayırdı. Sonunda hər ikisi də Mosulda baş qaldıran qiyamı yatırmaq üçün oraya göndərildilər.[45] Mühtədi yenə də türklərə qarşı tuzaqlar hazırlarkən türklər yenə də maaşlarının verilməyişi üzündən Samirədə qarışıqlıq çıxardılar. Xəlifə, maaşlarının Musa və Əbu Nəsr Məhəmməd ibni Boğaya verildiyini bildirərək, əsgərləri öz komutanlarına qarşı çevirdi. Xəlifənin bu cavabı üzərinə Əbu Nəsr, böyük qardaşı Musanın yanına getmək üçün hərəkət etdi. Mühtədi ona adamlar göndərərək əfv etdiyini və geri dönməsini bildirdi. Əbu Nəsr xəlifənin sözünə inanaraq geri dönüncə arxadaşları ilə bir yerdə tutuqlandı. Xəlifə Mühtədi həm də Musaya bir məktub yazaraq birliklərini Bayıq Bəgin əmrinə verərək Samirəyə dönməsini, Bayıq Bəgə də məktub yazaraq Musanı öldürməsini və bütün birlikləri kumandası altına almasını bildirmişdi. Əleyhlərinə bir komplonun hazırlandığını fərq edən Bayıq Bəg, Musanın yanına gedərək xəlifənin məktubunu göndərdi. Aralarında varılan qərar gərəyincə Bayıq Bəg Samirəyə döndü.[46] 
Samirəyə gələn Bayıq Bəg, doğruca xilafət sarayına gedərək vəziyəti görüşmək istədi. Xəlifə Mühtədi onu qəbul etmədi. Onu tutuqladıb başını kəsdirdi. Bunun üzərinə Samirədə bulunan türk birliklər qiyam etdi. Xəlifəyə yardıma gələn qüvvətlər ilə türklər arasında qanlı çarpışma başladı. İlk gündə türklərdən minə yaxın əsgər öldü. Ertəsi gün xəlifənin tərəfində bulunan türklər qarşı tərəfə, yəni öz soyları tərəfinə keçdilər. Böyləcə qüvvət dəngəsi türklərin lehinə dəyişdi. Xəlifəni dəstəkləyən Məqaribə, xalq və digər qruplar ağır itki verərək dağıldılar. Mühtədi üçün qaçmaqdan başqa çarə qalmamışdı. Şəhərin ana caddəsində xalqı yardıma çağırmasına rəğmən bir nəticə ala bilmədi. Xəlifəni təqib edən Əhməd ibni Xaqan onu yaxalayaraq evinə apardı. Bu hadisələrdən sonra kumandanların verdiyi qərar gərəyincə 17 iyunda Mühtədi xilafətdən uzalaşdırılaraq tutuqlandı və bir neçə gün sonra edam edildi.[47]
***
Türklərin Abbasi xilafətində savaşçılar olaraq sınırlarda da böyük qələbələri olmuşdur. Bu dönəmlərdə Abbasi sınırları türklər tərəfindən qorunmuşdur. Bu qonuya heç girmək fikrim yoxdur. Yalnız bu bəlgələr bir şeyi göstərməkdədir ki, türklər sadəcə savaşçılardan ibarət olmuş və bölgədə xəlqi dayanaqdan məhrum olmuşlar. Bu məhrumiyət türklərin ən ciddi əksikliyi olmuşdur. Arxalanacaqları xalq kütləsi olmamışdır. Böyük Səlcuqlu imperatorluğu quruluna və yeni türk axınlarının başlamasına qədər bu sıxıntılar davam etmişdi. Ayrıca, Abbasi dövləti ortaq ərəb-fars dövləti olmuşdur. Əməvilər Bizansı təqlid etmişdilərsə, Abbasilər də Sasani dövlət gələnəyini təqlid etmişdilər. Xilafətdə türklərə qarşı ortaq ərəb-fars iradəsi sərgilənmişdi. Bu mövzunu burada buraxıb İslam tarixində şüubi fəaliyətləri incələməyə başlayacağıq.


[1] Yaqubi, Tarix, II, 591; Təbəri, III, 1368; Dursun Yıldız, İslamiyet ve türkler, s. 150-151.
[2] Ebülfez Elçibey, Tolunoğulları devleti, Ötüken neşriyatı, 1997, s. 43.
[3] Yaqubi, Tarix, II, 591, Dursin Yıldız, İslamiyet ve türkler, s. 152.
[4] Təbəri, III, 1383, Dursun Yıldız, İslamiyet ve türkler, s. 153.
[5] Yaqubi, Tarix, II, 593; Təbəri, III, 1384; İbni əl- Əsir, VII, 46, Dursun Yıldız, İslamiyet ve türkler, s. 153-154.
[6] Yaqubi, Tarix, II, 601; Dursun Yıldız, İslamiyet ve türkler, s. 154.
[7] Dursun Yıldız, İslamiyet ve türkler, s. 156.
[8] Məsudi, Muruc, VII, 273; Dursun Yıldız, İslamiyet ve türkler, s. 156-157.
[9] Təbəri, III, 1452; Dursun Yıldız, İslamiyet ve türkler, s. 157.
[10] Yaqubi, Tarix, II, 601; Dursun Yıldız, İslamiyet ve türkler, s. 157-158.
[11] Ebülfez Elçibey, ”Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 45.
[12] Dursun Yıldız, İslamiyet ve türkler, s. 158.
[13] Ebülfez Elçibey, ”Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 45.
[14] Ebülfez Elçibey, ”Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 46.
[15] Yaqubi, Tarix, II, 601; Dursun Yıldız, İslamiyet ve türkler, s. 159.
[16] Təbəri, III, 1478; Dursun Yıldız, İslamiyet ve türkler, s. 159.
[17] Təbəri, III, 1480; Dursun Yıldız, İslamiyet ve türkler, s. 159-160.
[18] Yaqubi, Tarix, II, 604; Yıldız, İslamiyet ve türkler, s. 161.
[19] Yaqubi, Tarix, II, 604; Yıldız, İslamiyet ve türkler, s. 162.
[20] Yıldız, İslamiyet ve türkler, s. 162.
[21] Dursun Yıldız, İslamiyet ve türkler, s. 162.
[22] Təbəri, III, 1510; Dursun Yıldız, İslamiyet ve türkler, s. 162.
[23] Yaqubi, Tarix, II, 606; Dursun Yıldız, İslamiyet ve türkler, s.163.
[24] Təbəri, III, 1535; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 164.
[25] Təbəri, III, 1539; Məsudi, Muruc, VIII, 325; İbni əl-Əsir, VII, 139; Dursun Yıldız, İslamiyet ve Türkler, s.164.
[26] Təbəri, III, 1542; Məsudi, Muruc, VII, 364; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 164-165.
[27] Təbəri, III, 1544, Məsudi; Muruc, VII, 365; İbni əl-Əsir, VII, 141; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 165.
[28] Təbəri, III, 1550; İbni əl-Əsir, VIII, 143; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 165.
[29] Təbəri, III, 1553; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 166.
[30] Təbəri, III, 1557; İbni əl-Əsir, VII, 146-168; Məsudi, Muruc, VII, 365; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 166-167.
[31] Dursun Yıldız, İslamiyet ve Türkler, s. 168.
[32] Təbəri, III, 1658; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 169.
[33] Ebülfez Elçibey, ”Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 46.
[34] Təbəri, III, 1668; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 169.
[35] Dursun Yıldız, İslamiyet ve Türkler, s. 170.
[36] Təbəri, III, 1680; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 170.
[37] Yaqubi, Tarix, II, 613; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 172.
[38] Yaqubi, Tarix, 614; Təbəri, III, 1687; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 172.
[39] Təbəri, III, 1694; Məsudi, VII, 396; İbni əl-Əsir, VII, 186;  Dursun Yıldız, İslamiyet ve Türkler, s. 172-173.
[40] Məsudi, Tənbih, 468; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 173.
[41] Yaqubi, Tarix, 616; Təbəri, III, 1709; İbni əl-Əsir, VII, 195; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 174.
[42] Yaqubi, Tarix, II, 617; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 175.
[43] Dursun Yıldız, İslamiyet ve Türkler, s. 175.
[44] Yaquti, Tarix, II, 616; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 177.
[45] Yaquti, Tarix, II, 616; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 177.
[46] Dursun Yıldız, İslamiyet ve Türkler, s. 178.
[47] Yaqubi, Tarix, II, 618; Təbəri, III, 1813; Məsudi, Muruc, VIII, 9; İbni əl-Əsir, VII, 228; Uyun, IV, 3; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 178.