7 Şubat 2013 Perşembe

Şahnamə


Şahnamə

Sasanilərin düşüşündən sonra ilk olaraq Xorasanda Tahiriyan (821-873) fars dövləti quruldu. Nişabur bu sülalənin başkəndi idi. Tahiriyan və Sasani arasındakı zaman sürəsini fars tarixçiliyi 200 illik sükut adlandırmaqdadır. Tahiriyan dönəmində şüubiyyə siyasi dəstək qazanmağa başlamışdı. Tahiriyanın arxasınca Səffariyan (861-1002) yenə də Doğu Xorasanda qurulur. Başkəndi Zərənc olan Səffariyan zamanında fars dili çox inkişaf edir. Səffariyan dövlətinin iqtidarlı başçısı Yaqub Leys özəlliklə fars dilinə çox önəm vermişdi. “Şairlər Yaqub Leys üçün ərəbcə mədhiyə yazdılar. Yaqub Leys ərəbcəni anlamadığını söyləyərək öz dillərində yazmalarını istədi. İlk şeir Yaqubun mədhində farsca yazıldı.”[1] Ələmut mərkəzli İsmailiyan (1090-1256) dövləti də fars dili və kimliyinin yüksəlişinə imkan sağlayır. Buxara mərkəzli Samaniyan (874-1004) zamanında fars dili çox böyük irəliləməyə nail olur. Samaniyan dönəmi fars dili inkişafının zirvəsi sayılmaqdadır. Bu dönəmdə farsca dövlətin qullandığı tək dildir. Samanilər dönəmində fars dilinin qazandığı təcrübələr sonrakı yüzillərin altyapısını təşkil etmişdir. Şiraz mərkəzli Büveyhlilər (932-1055) dönəmində də fars dili və ədəbiyatı önəmsənərək inkişaf edir. Ərəb dilini çox yaxşı bilən fars seçkinlər yeni farscanın şəkillənməsi yolunda çox böyük fədakarlıq göstərir və siyasi iqtidarlar da bu fədakarlığı alqışlayaraq maddi dəstək verirdi. Bunun hesabına ədəbiyat, vergi və dövlət dili olaraq fars dili İslam sonrası həyatını başlayır. Öncə mənzum əsərlərdə təcrübə qazanan fars dili daha sonra nəsr sahəsində də çoxlu təcrübə birikdirir. Fars dilinin dirilişi və yüksəlişi yolunda göstərilən bu fədakarlıqların tərsinə olaraq türk dilinin inkişafı yolunda heç bir türk dövləti təşəbbüs göstərmir. Türk dili, yalnızca orduda öz varlığını göstərir və mədəni-kültürəl həyata keçməsi üçün girişimlərdə bulunulmur. Bu açıdan türk tarixi qədər anlamsız, kitabsız və kaotik tarix dünyada olmamışdır. Türk-İslam tarixində Qaraxanlılar istisna olmaqla türklərin qurduğu bütün dövlətlər şüubiyyə-fars planlarının tuzağına düşmüşlər. Sırf bu üzdən də türk dili Qaraxanlılar dönəmində parlaq dönəmini yaşamışdır. Kaşqarlı, Kutatqu-bilik bu dönəmin ürünüdür. Ərəbcədən alınan sözlərlə yeni həyatına başlayan fars dilinin inkişafı yolunda türklər də böyük fədakarlıq edirlər. Şüubiyyənin amacı yolunda milli bilincdən və amacdan yoxsun olan türklər də yüzillər boyunca qılıc çalmışdır. Hətta Hafiz Şirazi türklərin farsca yolundakı fədakarlıqları qarşısında heyrət edərək yazır ki, “Farsca yazan türklər insana ömür bağışlayırlar, ya Rəb fars şairlərinə bu müjdəni çatdır”[2]
Şahnamə əsərinin yazılması inkişaf edən farscanın bu tarixi mühitində gerçəkləşmişdir. Şahnamənin genəl yapısı, mətnləşmə sürəci və təhrifi üzərinə söhbət edəcəyik. Şahnamədə dörd səltənətin macərası anladılmışdır: 1. Pişdadiyan. “11 şahları olmuş. 2450 il səltənət etmişlər. İlk şahları Kiyumərs olmuşdur. Kiyumərsi Adəm olaraq adlandıranlar da var. Kiyumərs 1000 il yaşamışdır.”[3]   2. Kiyaniyan. “10 padşahla 734 il səltənət etmişlər. İlk şahlarının adı Keyqubad olmuşdur.”[4] 3. Əşkaniyan. “Əşkanilərin 12 padşahı olmuş və 165 il səltənət etmişlər”[5] 4- Sasaniyan. “Sasanilər 31 padşahla 521 il səltənət etmişlər.”[6] İlk iki sülalə mitolojikdir, tarixdə böylə sülalə olmamışdır. İkinci və üçüncü də mitolojilərlə qarışmışdır. Şahnamədə Pişdadiyan qanun gətirən ilk insan kimi anladılmışdır. Pişdadiyanın ilk şahı Kiyumərs adlanır. Pişdadiyanın zavala uğramasından sonra Kiyaniyan devri başlayır. Dəmirçi Kavə Pişdadiyanı devirib yerinə Kiyaniyan sülaləsini qurur. Kiyaniyan sülaləsinin ilk şahı Feridun, ölkəsini üç oğlu arasında paylayır. İran İrəcin, Turan Turəcin, Şam və Rum da Səlmin olur. Anlaşılan Firdovsi və ya Firdovsiyə bu mətni yazdıranlar bu ölkələrin haralarda olduğunu heç bilmirlərmiş. Çünkü Şam və Rum Qərbdə yerləşir. Ancaq Firdovsi Şam və Rumu Şərq adlandırmış. Şərq Turanın və Çinin yerləşdiyi tərəf olmalıdır.!
          Öncə oğlu Səlmə baxıb söylədi
          Artıq Rum və Doğu indi sənindi.[7]
Şahnamənin həsrətini çəkdiyi əsas fars tarixi dövlətçiliyi Sasanilər olmuşdur. Sasanilərin də başkəndi indiki İraqda yerləşmişdir. İndiki Bağdadda durub dünyanın yönlərini bəlli edərsək, Rum və Şam ölkəsi Doğuda deyil, Batıda olmalıdır. Şahnamənin yazıldığı yer isə, Xorasanda yazılmışdır. Yenə də Rum Xorasanın Batısındadır.
Şahnamədə Əşkanilər haqqında verilən bilgilər də mitolojikdir. Çünkü Əşkanilər haqqında bilimsəl bilgi mövcud olmamışdır. “Part dilindən (əşkan pəhləvicəsi) heç bir dini və dini olmayan ədəbi yazı miras qalmamışdır. Əşkanilər (Arşaklar) dönəmindən heç bir yazı miras qalmamışdır. Əşkanilər dönəmində yazılar öncə Həxamənşilər zamanında saray dili olan arami dilində yazılmış. Daha sonra miladan öncə birinci əsrdə arami dilindən iqtibas edilən part dili qullanılmışdır. Aramicənin dışında yunanca da imperatorluğun rəsmi dillərindən biri idi. Bu dönəmdə sikkələri öncə slukiyan sayağı yunan dilində çıxarırdılar. Ancaq miladdan sonra birinci əsrin ilk yarısından etibarən part dili yunancanın yerinə keçmiş. Üçüncü Ərdəvan, Şuş əhalisinə yazdığı məktubu Slukiyan sayağı yunanca yazmışdır. Gön üzərinə yazılmış Uramandan iki yazı bulunmuş. Dura Oruyusda da bir gön üzərinə yazılmış yazı bulunmuşdur.”[8] Ancaq Əşkanilər haqqında Şahnamədəki verilər tarixi verilərlə örtüşməməkdədir.
Sasanilər İslamiyətin zühuru dönəmində olsa da, bu sülalənin varlığı və kültürü haqqında mövcud olan tarixi bilgilərlə Şahnamədə Sasanilərlə ilgili verilən bilgilər çəlişməkdədir. Əlfihristin yalan məlumatlarını istisna edərsək, Sasanilərdən əsasən “Tənsirnamə” adlı bir əsərin qaldığı söylənməkdədir. “Tənsirnamə adına Sasani dönəminə aid edilən kitabın İslamdan sonra yazıldığı kəsindir. Çünkü Tənsirdə qullanılan dil İslamdan sonra istifadə edilən və ərəb sözlərinin etkisi altında qalan dildir. Tənsirnamənin Sasanilərin qurucusu olan Ərdəşir Babəkan zamanında yazıldığını iddia edirlər. Guya Tənsir adında bir şahzadə var imiş. Əflatun xasiyətini atasından miras alıbmış. Ərdəşir Babəkan Sasani dövlətinin qurucusudursa, o zaman Tənsir də Əşkanilərin son şahzadəsi olaraq Əşkani ölkəsinin varisi olmalı idi. Ancaq nədənsə bu şahzadənin əflatuni xasiyəti onu guşənişinliyə sövq edir və o, zahid sayağı yaşamağı səltənətə tərcih edir. Digər tərəfdən Tənsir haqqında böylə yazırlar ki, bu Əşkani şahzadəsi irsi səltənətdən imtina etdi ki, əflatuni xisləti unuda bilsin və ilk Sasani şahının ortaya çıxışına imkan yaratsın! Tənsirnamənin İbni Müqəffə qələmi ilə bir müqəddiməsi var. Bu müqəddimə Sasani dövlətinin ilk quruluş çağına aid deyil, Yeddinci əsrin nəsr dilinə aiddir.”[9]
Sasaniliklə ilgili ən aşırı şiə fars alimləri bilə, bir şəkildə kəndi özləmlərini ortaya qoymuşlar. Əski çağdan modern çağa qədər bütün farslarda Sasani özləmi mövcud olmuş və ərəbləri vəhşi, mədəniyətsiz adlandırmışlar. “İslam sonrası İran tarixi, Sasani mədəniyəti və imperatorluğunun ərəb saldırısı qarşısında çöküşü ilə başladı. Öncə baxmaq gərəkir ki, bu Sasani mədəniyəti nəyin qarşısında çökdü? Mədəni bir millət necə oldu vəhşi ərəb  qövmü qarşısında təslim olaraq onun məzhəbini qəbul etdi?”[10] Bu özləmin ən bariz biçimini Şahnamədə görməkdəyik.
Şahnamənin ən önəmli özəlliyi təmiz fars dilində adlar icad etməsi olmuşdur. Bu adlar farslarda sonrakı çağlarda yayqınlaşacaq və Səfəvilərdən sonra türklər də Şahnamə kültürü içində həzm ediləcəkdi. Şahnamə kökənli fəramərz, rüstəm, nəriman, sam, südabə, siyavəş, söhrab kimi adlar səfəvizədə türklər içində farslarda olduğu qədər yayqınlaşmağa başlamışdı. Şahnamədə insanların ömürləri də əfsanəvidir. Əsərin baş qəhrəmanı Rüstəm 900 ildən artıq yaşayır. Digərləri də öyləcə. Rüstəm əsərdə bir soyun dördüncü torunudur. Rüstəmin dədələri Zal, Sam və Nəriman haqqında əsərdə bilgi verilmişdir.
Şüubiyyə ədəbi, fəlsəfi, əxlaqi, dini və elmi kitabların saxtalaşdırılması ilə uğraşırkən bir tərəfdən də İslam öncəsi İran üçün saxta bilgi və bəlgələr oluşdumağa çalışırdı. İbni-Nədim kimi, kimlikləri bəlli olmayan müəlliflər tərəfindən bir sürü saxta qaynaqlar oluşduruldu. Şüubi qaynaqların verdikləri bilgilərin tərsinə olaraq gerçək olan budur ki, İslamın ortaya çıxdığı dönəmdə kimsə yaşadığı dövrün ötəsində tarix bilgisinə sahib deyildi və buna ehtiyac da yox idi. Toplumlar yaşadığı dövrlərdən uzağı görmürdülər. Böylə bir durumda islamdan öncə Sasanilərin özlərinə tarixi keçmiş uydurmalarının zərurəti haradan ortaya çıxa bilərdi?[11]  
Şahnaməni öyən fars milliyətçi tarixçi və ədəbiyatçılarının dəyərləndirməsinə baxalım: “Fars-şüubiyyə dirəniş hərəkəti, doğuşundan bəri böyük şəxsiyətləri yetişdirmişdir. Tuslu Firdovsi ən məntiqli, etidallı şiə şüubi şairdir. Onun “Şahnamə” kitabı şüubiyyənin ən kültürlü və məntiqli əsəridir. Əməvi və Abbasi panərəbizminə cavab olaraq yazılan Şahnamə şüubiyyənin antik çağ tarixçiliyinin göstərgəsidir. Şüubi bir əsər olan Şahnamədə mitolojilərin yorumu, əski çağı mütləq mənada qutsallaşdırmaq və əski İran üçün siyasi tarix bəlirləmək başarı ilə gerçəkləşmişdir. Ayrıca, Şahnamə qismən də olsa, əski İranın iqtisadi və siyasi durumu haqqında da bilgi verməkdədir. Bu da heç bəklənmədik bir mövzu olmuşdur. Çünkü ədalət çağrıları ilə gələn ərəblər öylə zülmlər etdilər ki, əski qaranlıq çağlar onun yanında aydınlıq göründü və İslam öncəsi dönəm özlənilməyə başlandı. Fateh ərəblər “İslam” təxəllüsü ilə panərəbizmi yaymağa başlayaraq başqa qövmləri aşağılamaqdan çəkinmədilər. Nifrət və kinlə dolu böylə tarixi gerçəklik ortamında Firdovsinin, keçmişi, məntiqli və ağıllıca təsvir etməsini bəkləməmək olmazdı. Firdovsi bu epik əsərində geniş ürəyinin olduğunu göstərir. Milli qeyrət bir tərəfdən və əxlaqi sorumluluq başqa tərəfdən onu nisbətən dəngəli duruma gətirmişdi. Mitoloji bölümündə Sasanilərin saxtalaşdırılmış, təhrif edilmiş qaynaqlarını qullanmaqdan başqa çarəsi olmamışdır. Tarix bölümündə əski səltənətin görüntüsünü özlənəcək düzeydə çox aydın və nurani göstərmişdir. Bu yolla ərəb və türkə anlatmaq istəmişdi ki, səltənət və tac təmiz fars qanlılara xasdır. Səltənət Əhuraməzda tərəfindən seçilmiş farslara məxsusdur, meymun ərəblərə və türklərə deyil. Ayrıca, ərəblərə yenilən farslara da anlatmaq istəmişdi ki, bu əsərdəki keçmişinə bax və iftixar et. Gerçəkdən də Firdovsinin səsi o vaxtdan bəri canların ahənginə dönüşdü. Bütün böhran dönəmlərində Şahnamə milli kimliyin rəmzi və milli həyatın çırpınan nəbzi oldu. Şahnaməni oxuyub anlayan hər kəs əski İran tarixi ilə iftixar etmişdir. Bu da şüubiyyənin ən böyük başarılı hünəridir.”[12]
Bu bəyan Şahnamə haqqında yeni tanımlama sunmaqdadır. Bir çox sözdə tarixçilər Şahnamənin verdiyi bilgiləri tarixi qaynaq kimi qəbul edirlər. Tarixin açıqlanmasında nə zaman sorunla qarşılaşsalar, Şahnamədən bir beyt söyləyirlər. Bu çocuqca davranış tarixi məsxərə etməkdən başqa bir şey deyildir. Şahnamə üç külldən ibarətdir:
1-    Mətnin içəriyindən asılı olmayaraq o, mücərrəd şeirdən ibarətdir. Sözün estetizə edilmiş sənətidir. Öz içində musiqi daşımaqdadır. Oxucunu bu üzdən də etkiləməkdədir. Şahnamə İslamdan sonra yeni dəri fars şeirinin güclü doğuşudur. İnsan həyatında şeirin etkisi davam etdikcə Şahnamə öz canlılığını və şeirsəl öyrədiciliyini qoruyacaqdır. Sözün şeirsəl təsviri və anlatımın mənzum biçimi durduqca Şahnamədən öyrəniləcəkdir.
2-    Bu sənət əsərini yaradan bir şəxsiyətin kimliiyi söz qonusudur, yəni Əbulqasim Firdovsi. Kitabda anlatılan əfsanələrdə hər fürsətdə önümüzə çıxmaqdadır. Bu Firdovsi əsərdə doğruluğa, azad fitrətliliyə, ağıllı olmağa, ədalətə, yaxşılığa, dürüstlüyə və şücaətə dəvətdə bulunmaqdadır.
3-    Söz qonusu Firdovsinin tarixlə ilgili olaraq qələmə aldığı mənzum əfsanələrdir. Rüstəm, Söhrab, Sam, Zal, Mənuçehr, Kiyumərs, Ənuşirəvan, div, kiyan, Çin, Rum, Mani, Məzdək, Yəzdgərd, türk, ərəb, əcəm və digər bu kimi  adlar haqqında əfsanəvi bilgi verilməkdədir. Yəni şeir sənətində epik rəvayətlə tarix bir-birinə qarışdırılmışdır. Sorun budur ki, bir sürü sözdə tarixçi bütün bu əfsanələri tarixi gerçəklər kimi anlayıb anlatmağa çalışırlar! Şahnamədəki epik əfsanələri tarixi gerçəklik kimi sunmağa çalışmaqdadırlar.
“Yəzdgərd Diclənin qərb hissəsini bir şərtlə ərəblərə vermək istəyirdi ki, artıq onlar daha irəlilərə iddiada bulunmasınlar. Ərəblər qəbul etmədilər.”[13] “Sasani dövləti təsisinin 425-ci il dönümündə 16-ci hicrət ilinin səfər ayında ərəblər 46 gün mühasirədən sonra əhalisi boşaldılmış başkənd Tisfuna girdilər. Onlar bu fəthlərində cahillik xislətlərini göstərərək öz əski hədəflərinə ulaşmış oldular.”[14]  
Tarixin bu önəmli dönüş nöqtəsi ilə ilgili bilgi, yəni Yəzdgərdin ərəblərə sülh üçün ərazı təklif etməsi, sadəcə Moskva nəşri olan Şahnamənin bir beytinə dayandırılmaqdadır. Söz qonusu bu kimi bəlgələndirmənin, kökündən yanlış və ya doğru olduğu deyildir. Firdovsinin öz qələmindən yazılmış mətnə baxalım. Sasani ordularının komutanı Rüstəm Fərruxzad qardaşına məktub göndərərk yazır:
“Bir elçi göndərdi ərəblər bizə,
Ərəb istəyini yazıram sizə.
Qadisidən tutub Rudbaradək,
Ərazi dilərlər onlar, nə etmək?
Başqa önəmli bir diləkləri var,
Ticarət yolu da istəyir onlar.
Həm şaha itaət eyləyərik biz,
Həm rəhin qoyarıq siz istərsəniz.[15]
Görüldüyü kimi ərazi məsələsi tam tərsinə bir mövzudur. Rüstəm Fərruxzad qardaşına yazır ki, ərəblər Qadsiyədən Rudbara (Fırata) qədər istəmişlər. Ayrıca, ticarət üçün də güvənli bir yol tələb etmişlər. Böylə olursa, ərəblər başqa iddiada bulunmayaraq  şaha da itaət edəcəklərini söyləmişlər və istərlərsə, Sasanilərin sarayına özlərindən girov da buraxa biləcəklərini demişlər. Ayrıca, Sasanilərə illik vergi verməyi də üzərlərinə almışlar. Rüstəm yazır ki, bunların sözlərinə inanmaq olmaz, bu təklifi qəbul edərsək, daha sonrakı illərdə yenə də savaş olacaqdır. Sasani ordularının komutanlarının da ərəblərə inanmadığını Rüstəm yazmaqdadır. Böyləcə Şahnaməni üzündən oxuyaraq doğru açıqlamasını da verməmişlər. Bunun dışında Şahnaməni tarixi hadisələrin tanığı və milli kimliyin pasportu kimi göstərməyə çalışırlar. Şahnamənin beytlərini tarixi qaynaq kimi qəbul etmək olarmı? İllərdir ki, daxili və xarici araşdırmalarçılar Şahnamə əfsanələrinə dayanaraq xalqı şahsevən, imperatorluq istəyən, Əhurapərəst göstərməyə çalışırlar. Bu növ mətləblərin heç bir bəlgəsəl etibarı yoxdur. Sadəcə olaraq Şahnaməni yanlış oxuma niyətindən qaynaqlanmaqdadır.[16]
“Şahın Tanrı tərəfindən seçilmə inancı yüz illər boyunca farsların düşüncəsinin əsas mehvərini təşkil etmişdi. Bu inanc X əsrdə yazılan Firdovsinin Şahnamə əsərində də öz inikasını bulmuşdu. Bu əsərdə şair böyük bir sənətçi uzmanlığı ilə Sasanilər dönəmində yayqın olan bu inancı təsvir etmişdir. Şahnamə altmış min beyt nəzmlə çox gözəl biçimdə əski tarixi ərəblərin qələbəsinə qədər anlatmışdır. Şahnamənin anlatmaq istədiyi ana qonu budur ki, şahlığın ortaya çıxış ideyası çox çağlara dayanmaqdadır. Bu üzdən də ölkənin fiziki işğalı bu inanc qarşısında çox bəsit görünmüşdür. Firdovsiyə görə, şahlıq məqamını işğal etmək olmaz. Sasanilərin müqəddəs şahlıq taxtına oturmaq üçün qutsal soydan gəlmək gərəkir. Xəlifə İslam dövlətinin seçilmiş təmsilçisi ola bilər, ancaq soy arınmışlığı xəlifədə mövcud deyildir. Digər tərəfdən şiə imamları, əhli-mövcudat nəslindən olmuşlar.”[17]
Görüldüyü kimi bu avropalı iranşünas Şahnamə mətninə dayanaraq farsların “Allah-şah” inanclı olduqları qərarına gəlmişdir. Yəni tac-taxt ərəblərə yaraşmır və ancaq farsın olmalıdır. Fars duyqularını oxuşayan böylə aldadıcı və dadlı yorumlar üzündən farslar Avropadan və ya Rusiyadan gələn sözlərə gözlərini dikmişlər. Bu kimi yalanlarla üstün irq olma xəyallarına qapılmşlar.[18]
“Keyxusrov dastanı öylə anlatılır ki, sıra Həxamənşilərin (Əhəmənilərin) son şahlarına və İskəndərə çatır, sonra 500 il iqtidarda olan Əşkanilər (arşaklar) anlatılır. Sasanilər Əşkanilərin bir bölümü içində yer alır. Sonra da Sasanilərin öz tarixi izah edilir. Firdovsi historioqraf deyildir. O, bu dönəmləri həmasət tarixi içinə soxmağı başarmış və bu dönəmlərin şəxsiyətlərini abartmışdır. O, gerçək bir haqşünas olmuş və bunu yaxşı başara bilmişdir... Şahnamədə açıqlanan Sasani tarixini oxuyun. Tarix olmaqdan daha çox epik rəvayətdir. Firdovsi başardığı qədəri ilə Sasanilər dönəmində yayqın olan aşiqanə və hərbi rəvayətləri əsərdə yerləşdirmişdir. O, tarixin ana çizgisini itirmədən onu həmasətlə doldurmuşdur. Firdovsi, tarixi olduğu kimi anlatmaqdan bezmiş olmalı ki, onu həmasətləşdirmişdir. Tarixi anlatmaq yorucu və ustaca bir işdir. Firdovsinin görəvi tarixi anlatmaq və tarix yazmaq olmamışdır.”[19] Bu üstdə yazılandan nə anlamaq olar? Firdovsi sonunda tarixçidir, yoxsa həmasət anlatıcısı? Firdovsinin bu misralarına diqqət edəlim:
Sən ey usu* öyən ağıllı insan,
Ağıldan danışmaq istərəm bu an.
Tanrının verdiyi ən yaxşı sərvət,
Ağıldır, sən bunu bilmiş ol, əlbət.
Ağıl həm rəhbərdi, həm könül açar,
Hər iki cahanda əlindən tutar.
Qullanmaz olursa, usunu kişi,
Ömrü bərbad olar, rast gəlməz işi.[20]
Bu misralar üzərinə diqqətlə düşünərsək bir sonuca varmaq mümkündür. Firdovsinin öz ağlını qullanmadığından dolayı peşman olduğu görülməkdədir. Firdovsinin ağlını qullanmayaraq saxta irani kimlik təsis edən və buna tarixi qaynaqlar oluşdurmaq istəyən şüubiyyənin tuzağına düşdüyü hiss olunmaqdadır. Sözün canı budur ki, Şahnamədə istifadə edilən məzmun Firdovsiyə aid deyil, bu, Firdovsi tərəfindən nəzmə çəkilmiş şüubi bir əsərdir. Şahnamə Firdovsi fikrinin və araşdırmalarının ürünü olmamışdır, onun görəvi sadəcə öncədən yazılmış olan əsəri  nəzmləşdirmək olmuşdur. Əski və yeni şüubiyyənin bizim tariximizin başına nə oyun açdıqları bəlgələrlə açıqlanmalıdır.[21]
“Bilindiyi kimi bu üç həmasət üç “tuslu” şairin əsəridir. Firdovsi, Dəqiqi və Əsədinin tuslu olduqları şübhəsizdir. Əcəba, hər üç həmasətin Xorasanın kiçik nahiyəsi olan Tusdan meydana çıxmaları bir təsadüfmüdür? Fars dili bu tarixi dönəmdə Çaçdan Mədinəyə, Hələbdən Kaşqara qədər yayqın ikən nədən Tusdan həmasət şairləri çıxmışdır? Böyük Xorasanda önəmli şairlərin meydana çıxdığı bir neçə bölgə və böyük şəhər olmuşdur. Onların əsərlərinin çoxu günümüzdə də mövcuddur. O zaman böylə bir soru ortaya çıxır ki, nədən Böyük Xorasanda, yalnız Tusdan üç həmasət şairi meydana çıxmışdır? * Bunu bir təsadüf olaraq da qəbul etmək olar. Demək olar ki, Dəqiqi tuslu olduğu üçün doğal olaraq onun həmşəhriləri iki nəsl sonra onu təqlid edərək yazmağa başlamışlar. Ancaq bunu təsadüfə bağlamaq sorunun çözümü olmaz. Bunu təsadüfə bağlamaq tənbəllikdir və insan zehnində ortaya çıxan sualları susdurmaq üçün yanlış yöntəmdir.”[22] Bu dönəmdə fars dilinin Çaçdan Mədinəyə və Hələbdən Kaşqara qədər yayqın olduğu ilə bağlı tarixi bilgi mövcud deyildir və bu, sadəcə yazarın xəyallarının ürünüdür. Daha sonra bu yazar nəticə alır ki, ərəblər Tusda daha çox basqı uyquladıqları üçün üç həmasət şairi bu şəhərdən meydana çıxmış. Ərəblər Tusda daha çox məskunlaşdıqlarından fars milliyətçiliyi də buna təpki olaraq meydana çıxmışdır. Ancaq tarixi verilərə görə, bu dönəmdə ərəblər daha çox Xorasanda deyil, Fars bölgəsində olmuşlar. Ayrıca, Şahnamə yazmaq da Tusa özgü deyildir. Böyük Xorasanın bir neçə şəhərində o cümlədən Mərv və Bəlxdə də Şahnamə yazarları mövcud olmuşdur. Mövcud bilgilərə görə, altı şair, altısı da eyni məzmunda Şahnamə yazmışlar. Hamısı eyni Kiyumərs, Eyni Feridun, Zal, Sam, Rüstəm, Siyavəş, Keyqubad, Keykavus və... haqqında eyni əfsanəni nəzmlə və bəzən də nəsrlə bəyan etmişlər. Sual olunur: Necə olur da bu altı adam eyni məzmunu, eyni tarixi olayları bəyan etmək fikrində olmuşlar? Bu, o demək deyilmi ki, bir mərkəz bu altı şəxsi Şahnaməni yazdırmaq üçün işə almış?[23] Burada pərdə arxasında şüubiyyənin olduğu görülməməkdədirmi? Şahnamə yazarları haqqında mövcud bilgilərə göz atalım:
“1. Məsudi Mərvəzi IX əsrin sonu və X əsrin əvvəllərində yaşamış şairdir. Onun haqqında az bilgi qalmışdır. O, Şahnaməni nəzmə çəkən ilk şair olmuşdur. Ancaq onun bu şahanə işindən dəqiq bilgi qalmamışdır.”[24] Görüldüyü kimi bu, ilk Şahnamə olmuşdur. Ondan qalan misralar göstərir ki, onun çox da yaxşı şeir təbi olmamışdır və Şahnaməni mənsur olaraq hazırlamış olan şüubiyyə təşkilatı Məsudi Mərvəzini bu iş üçün uyqun görməyərək onun işini yarıda durdurmuşlar.
“2. Əbumənsur ibni Abdulrəzaq Tusi. Seyid Həsən Təqizadə “Firdovsi Şahnaməsi” adlı məqaləsində yazır: Ən ünlü Şahnamə X əsrin birinci yarısında yazılan Şahnamədir. Bu əsər Xorasanın Tus şəhərində yazılmışdır. Bu əsər Xorasanın hakimi Əbumənsur Abdulrəzaq Tusinin kontrolunda yazılmışdır. Qısa sürədə bu Şahnamə məşhur oldu və Dəqiqi ilə Firdovsi daha sonra onun yazımına davam etdilər. Bu əsərin təlif tarixi dəqiq olaraq bəlli deyildir. Bu əsər haqqında sadəcə iki qaynaq var. Biri Baysonqori Şahnaməsinin dibaçəsində, digəri də Əbureyhan Biruninin “Asar-ul baqiyə” adlı əsərindədir. Biruninin əsərində iki yerdə bu şahnamə zikr edilmişdir. Biruni insanlara saxta şəcərə düzəldilməsini tənqid edərkən bu əsərə işarə edir və deyir ki, bəziləri saxta şəcərə düzəldərək öz qüsurlarını örtməyə çalışırlar. Necə ki, Şahnamədə Abdulrəzaq Tusinin oğlunun soyunu saxta soy ağacı düzəldərək Mənuçehrə bağlamışlar. Bir də Əbureyhan Biruni Əşkanilərdən söz edərkən bu şahnaməyə işarə etmişdir. Bunlar göstərir ki, gerçək Şahnamə ilk öncə nəsr halında imiş. Bu nəsr halında olan əsər Əbumənsur Abdulrəzaq və onun kədxudası İbni Mənsur Müəmməri və əski tarixi bilən dörd zərdüşti (böyük olasılıqla möbidlər) tərəfindən təlif edilmişdir.”[25] Müəmməri, Məsudidən daha müvəffəq olmuşdur. Çünkü hakimin oğlu soyunun Mənuçehr şaha bağlanmasını sifariş etmiş. Burada diqqəti çəkən məsələ odur ki, Əbumənsuri və Müəmməri şahnamələri kollektiv bir çalışmanın ürünüdür. Zərdüştiliyin ərmişləri və ərbabları onun təlifində çox çaba göstərmişlər.[26]
“3. Əbulmüəyyid Bəlxi Samanilər dönəmi şairlərdən olmuş, X əsrin ilk yarısında Bəlxdə yaşamışdır. Firdovsidən öncə Şahnaməni yazanlardan biri olmuş. Əbulmüəyyid “Yusif və Züleyxa” dastanını farsca ilk nəzmə çəkən şair olmuşdur. Ancaq bu əsər qalmamışdır. Tarixi-Sistanın yazarı ona aid olan “Əcaib-ul boldan” adında başqa bir kitaba da işarə etmişdir. Əbulmüəyyidin Şahnaməsi nəsrdən oluşan çox böyük bir kitabmış. Bu mənsur əsərdə mövcud olan və əski tarixi içərən mövzular Firdovsinin və digər Şahnamə yazanların əsərində keçmişdir. Bu əsər yox olmuş və yalnız Gərşasb bölümü “Tarixi-Sistan”da verilmişdir. Bu bölüm farscanın ən əski nəsr örnəyi sayılmaqdadır.”[27] Anlaşıldığı üzərə bu Şahnamə yazarının da Müəmməri kimi şeir təbi olmamış və bu da Şahnamə də nəsr şəklində təlif edilmişdir. Əbulmüəyyid Bəlxinin Gərşasb namə adlı bir mənsur əsərinin olduğu söylənir. Əsədi-Tusi bir əsr ondan sonra bu əsəri nəzmə çəkmişdir.[28]
          “4. Əbuəli Məhəmməd ibni Əhməd əl Bəlxi, X əsrin ikinci yarısının yazarlarından və Şahnaməni mənsur olaraq yazanlardan biridir. Əbureyhan Biruninin “Asar-ul baqiyə” adlı əsərində verdiyi məlumata görə, onun Şahnaməsi ən mötəbər Şahnamə olmuş və şifahi rəvayətlərə deyil, kətbi rəvayətlərə dayanmışdır.”[29] Mötəbər Şahnamə olsa da, Əbuəli Bəlxi də onu mənzumlaşdıra bilməmişdir. Nəsr olduğu üçün də Şahnamənin yazılmasını sifariş edənlərin zövqünə uyqun gəlməmişdir. Böylə bir sual ortaya çıxır: bu mətni istər nəzm, istərsə nəsr olaraq yazanlar öz iradələri hesabına yazmış və sifariş üzərinə yazılmamışsa, nədən onların əsərləri bəyənilməmiş və sıradan çıxarılmışdır? Böylə aqibətə məruz qalan başqa bir əsər tarixdə mövcud olmuşmudur? Şahnamənin ortaya çıxmasının tarixi incələnirkən, onun siyasi bir sifariş üzərinə hazırlandığı açıqca bəlli olur. Bu kitab da şahnamə yazarları haqqında deyil, şahnaməni sifariş edənlər haqqında açıq təsvir ortaya qoymaqdadır.[30]
          “5. Əbumənsur Məhəmməd ibni Əhməd Dəqiqi Bəlxi, X əsr Samani şairlərindən olmuşdur. Bəziləri onu bəlxli, bəziləri isə tuslu adlandırmışlar. Dəqiqi ilk öncə Mavəraunnəhrdə Çəğaniyan sarayında olmuş. Dəqiqi Şahnaməni nəzmə çəkməyə başladı, ancaq davam edə bilmədi. Öz köləsi tərəfindən öldürüldü. Dəqiqinin yazdığı Şahnamə qoştasbnamə olaraq bilinir. Bu bölüm Zərdüştün zühurunu və Qoştasbla Ərcasb arasındakı savaşı anladır. Firdovsi Dəqiqinin yazdığını olduğu kimi öz əsərində yerləşdirmişdir. Dəqiqidən qoştasbnamənin dışında bir də bir neçə qəzəl və qəsidə qalmışdır.”[31] Dəqiqi öldürülməsə idi, Firdovsi ortaya çıxmayacaqdı. Dəqiqi öz işində başarılı idi və Şahnaməni yaxşı nəzmə çəkməyə başlamışdı. Onun nəzmə çəkdiyi bölümü Firdovsi olduğu kimi öz əsərində vermişdir. Dəqiqinin öldürülməsi ilə şüubiyyənin planları yarım qalır və başqa nazim axtarmağa başlayırlar ki, bu axtarışda Firdovsini kəşf edirlər.[32]
          “6. Həkim Əbulqasim Firdovsi Tusi. Farsca epik dastanların yazımında Firdovsini başlanqıc olaraq görmək doğru olmaz. Ondan öncə də bu işlə uğraşanlar olmuşdur. Məsudi Mərvəzi Şahnamənin bir bölümünü Sasani təranələri vəznində yazmışdı. Onun bu yazımından sadəcə Kiyumərs şahı anladan bir neçə beyt qalmışdır. Məsudidən sonra Dəqiqi-Tusi Qoştasbın sərgüzəştini və Zərdüştün zühurunu nəzmə çəkmişdir. Dəqiqi bir kölə tərəfindən öldürüldükdən sonra Şahnamənin işi yarım buraxılmışdı. Firdovsi bu haqda yazır:
Qoştasb və Ərcasbdan min beyt söylədi,
Ömrü sona ərdi, vəfat eylədi.
Dəqiqinin bəxti dönükmüş böylə,
Onun həyatına qıydı bir kölə.[33]
Bəlkə də Firdovsi Dəqiqinin ölümündən və hətta Dəqiqidən daha öncə bu işə başlamaq istəmiş. Firdovsi Dəqiqidən sonra bu işə başlayaraq Dəqiqinin yazdığının altmış bərabərini yazdı. Şahnamənin Qoştasb bölümünə çatdığında Dəqiqinin yazdığı min beyti də əsərə yerləşdirdi. Firdovsi Şahnamənin təlifi üçün çox zəhmət çəkdi. Öz cismi və mali gücünü də ona həsr etdi. Firdovsi özü Şahnamənin yazılmasını bu şəkildə anladır ki, bir çox adamdan bu haqda sual etdim. Sonunda mənə çox doğma olan biri ilə qarşılaşdım ki, bu yolda o, mənim yardımçım oldu.
O dedi, pəhləvi dilində indi,
Bütün bu məktublar əvət, sənindi.[34]
Daha sonra kimlikləri tarix üçün bəlli olmayan Həyyi Quteybə və Əli Deyləm kimi böyük vəzifəli şəxslər Firdovsini Şahnaməni yazmağa təşviq etmişlər. Böyləcə Firdovsi 30 il bu işlə uğraşmış. Şeiri ilə yağış və fırtınalar qarşısında uçmayacaq bir bina tikmiş.”[35] Çox ilginc deyilmi? Yarım əsr içində Mərv və Tusda başaran hər kəs eyni məzmunda və eyni özəllikdə Şahnaməni nəzmə çəkirlər və özlərinin şəxsi zövq və fikirlərini də bu nəzmə artırmırlar. Çünkü sadəcə hazır mətnin nəzmə çəkilməsi istənmişdir. Şahnamənin anlatdığı macəra ilk insandan ərəblərin Sasaniləri devirdiyi zamana qədər uzun mitolojik tarixi içərməkdədir. Soru budur: Şahnaməni yazdırmaqda nədən bu qədər israr etmişlər? Şahnaməni yazdırmaqdan iki amac təqib etmişlər: Birinci, İslam öncəsi tarix üçün saxta rəvayətlər oluşdurmaq və ikinci də İslamdan öncə qaranlıq olan tarix üçün yeni kimlik qazandırmaq istəmişlər. İlk fars insanı “Kiyumərs”lə mədəniyətin başladığını iddia etmişlər.[36]
          Bu arada kiçik bir haşiyə çıxaraq önəmli bir mövzuya toxunmaq istərdim. Sadəcə Şahnamənin bir çoxlu yazarı olmamışdır. Bu gün Hafiz Şirazi adına mövcud olan “Divani-Hafiz”in də bir neçə yazarı olmuşdur. Bütün bu yazarların əsəri günümüzdə bir tək yazar adına bilinməkdədir: “İran tarix və ədəbiyatında yetmişdən artıq Hafiz olmuşdur. Bunların hamısı Quranı əzbər bilmiş, şeir və təranə söyləmişlər. Hafiz Şirazi özü də əsərlərin də avazxan və xoşsəsli olduğunu yazmaqdadır.”[37]
“Hafiz” ləqəbi ilk anlamda şərqi söyləyənlərə verilmişdir. Hafiz şeir yazmağı və nəğmə söyləməyi başaran kimsədir. Yazdığı şeirini öz səsi ilə oxuyana “hafiz” söylənmişdir. Musiqinin yollarını və pərdələrini yaxşı bilən hafiz adlanmışdır. Musiqi risalələrində, tarixi mətnlərdə, təzkirələrdə və sözlüklərdə bu açıqlamalara çox rastlanmaqdayıq.  Hər bir hafiz genəldə doğduğu yerin adı ilə anılmışdır. Hafiz Şirazi, Hafiz Keşmeş Şirazi, Hafiz Əxi (Əxistani) kimi hafizlər bunun örnəkləridir. Bəzi hafizlər də çaldıqları musiqi alətlərinə görə, ünlənmişlər. Hafiz Çəngi, Hafiz Qanuni, Hafiz Qopuzi kimi. Ya da muğamlarda bəstələdikləri şöbələrə görə, tanınmışlar. Hafiz Abdulqadir, Hafiz Mömin kimi. Ya da gözəl səsləri ilə məşhur olmuşlar: Hafiz Əndəlib kimi. Bəzi hafizlər də yarqı sistemində yüksək vəzifəyə çatmışlar.: Hafiz Uşati, Hafiz Tuti, Hafiz Razi yarqıda böyük vəzifəyə yüksəlmişlər. Hafizlərin ortaq yönü onların sənət və bilimdən anlamaları olmuşdur.[38] Musiqidə söz sahibi olmaları və pərdələri riyazi cədvəllə tətbiq etmələri üçün matematik bilmələri gərəkirdi. Hafiz Şirazi ilə eyni dönəmdə yaşamış olan böyük musiqi ustası Hafiz Abdulqadir Marağalı bu haqda yazır: Musiqi elmi nəğmələrin halından danışan riyaziyatdır.”[39] Görüldüyü kimi hafiz adı ilə yazan bir çox sənət adamı tarixdə möcvud olmuşdur. 
          “Bilindiyi kimi İslam öncəsi İran tarixindən heç bir yazılı əsər qalmamışdır. Bunun səbəbi İskəndərin, ya da ərəblərin saldırısı ola bilər. Ancaq səbəb nə olursa olsun biz İslam öncəsi 2000 illik tarixdə tam bir boşluqla qarşı-qarşıyayıq. Heç bir yazılı əsər miras qalmamışdır. Bu baxımdan Şahnamənin özəl bir yeri vardır. Yəni İslam öncəsi tarixin cövhəri, təcrübələrin özəti və sıxışdırılımış biçimi Şahnamədə verilmişdir. Firdovsinin söz ustalığı İslam öncəsi tarixi diriltmişdir. Şahnamə vasitəsi ilə əski tarix bizlər üçün anlaşılır olmuş, anlaşılmazlıqdan çıxmışdır. Hətta Şahnamə dolayısıyla əski tarix, bizə yaxın olan tarixi dönəmlərdən də daha yaxın olmuşdur.”[40] Bunlar fars tarixçiliyinin görüşüdür. Şahnamə əfsanələrini İslamdan öncə mövcud olan gerçək tarix kimi göstərməyə çalışmaqdadırlar. Fars tarixçilərinin Şahnamə üzərinə yorumları bu şəkildədir. İslamdan sonrakı dönəmə nədən Şahnamədə işarə edilməmişdir sorusu isə yanıtsız qalır. Çünkü İslamdan sonra Orta Doğuya yazı mədəniyəti gəldi və tarixi olayların mətnləri mövcuddur. Baxıldığında ədəbiyat, din, fəlsəfə və ictimaiyət sahəsində Əlfihristin etdiyi saxtakarlıq işlərini Şahnamə tarix sahəsində etmişdir. Diqqət edilirsə, yazar İslamdan öncəki 2000 illiyin kitabsız olduğunu söyləyir. Böylə bir soru sormaq gərəkir: İslamdan öncəki 2000 illik tarixdən heç bir mətn qalmamışsa, o zaman Şahnamə bu İslam öncəsi minilliklərin tarixi qaynaqlarını necə əldə etmişdir? 
          “İlk fars şeirini araşdırdığımızda şairlərin Samanilərin başkəndindən və Səmərqənd, Buxara, Mərv, Bəlx, Nişabur kimi o zamankı digər böyük şəhərlərdən ortaya çıxdıqlarını görürük. Ancaq Tus kiçik bir şəhər idi. Firdovsidən öncə Dəqiqi və Əsədi Tusdan yetişmişlər. Çox anlamlıdır ki, ancaq bu üç şair əski milli dastanları öz nəzmlərinin mövzusu etmişlər.. Gərşasbnamənin dışında Əsədi bir də əcəmin ərəbə üstün olduğunu anladan qəsidə də yazmışdır.”[41] Bu saxta bilgiləri bir araya toplamanın bəlli hədəfinin olduğu açıqca görülməkdədir. Hədəf ədəbi deyil, siyasidir. Ərəblər qarşısında düşdükləri yenik duruma görə, aşağılıq kompleksi içinə girmiş olan farslarda hərəkətlənmə yaratmaq istənmişdir. Bütün bu bilgilər isə şüubiyyənin oluşdurduğu saxta bəlgələrdən əsinlənmişdir.
          “Firdovsinin üstünlüyünü görmək üçün digər Şahnamə yazarlarına gərək yoxdur. Firdovsinin digərləri ilə qiyasda üstün olduğunu bunda görmək lazımdır ki, yalnız onun yazdığı tarixdə qalmışdır. Bu da başqasının bir də Şahnamə yazma girişimində bulunmasına əngəl olmuşdur. Bu, həm səlahiyət və həm də sənət mövzusunu ehtiva etməkdədir.”[42] Bu açıqlamadan da anlaşıldığı kimi Firdovsinin Şahnaməsi hazırlandıqdan sonra digər Şahnaməllərin yox edilməsi məsləhət görülmüşdür. Kimsə də sormamış ki, vahid bir mətni nəzmləşdirmə kimin istəyi ilə ola bilər? Açıqca görülməkdədir ki, bəlli siyasi amac adına Şahnamə yazma yarışı düzənlənmişdir. Şahnamə yazmaqdan amac dini, kültürəl və milli kimliyi diriltmək olmamış, sırf siyasi bir amac söz qonusu olmuşdur.[43]
“... Firdovsi öz iradəsi hesabına dastanları saxtalaşdırmamışdır. O, sadəcə ona verilən mətnləri nəzmə çəkmişdir. Yalnızca öz şairlik istedadını əsərə yükləmiş və məzmunun Firdovsiyə aid olmadığını söyləyə bilərik. Firdovsi, sadəcə ona verilən qaynağa sadiq qalmış, bu qaynaqları nəzmə çəkmişdir. Bir addım da irəli-geri atmadan əlindəki qaynağı nəzmə çəkmişdir.”[44] Şahnamə şünaslıqla ilgili bu, çox dartışılması gərəkən qonudur. Əcəba, Şahnamə Firdovsinin əski tarix üzərinə öz araşdırmasının ürünüdürmü? İran tarixindəki çıxmaz İslamın gəlişi iləmi başlamış? İslamdan öncə Şahnamənin anlatdığı kimi gerçəkdən şanlı bir devranmı olmuş? Firdovsi əski tarixin qaynaqları ilə tanış olmuşmu? Bir insan o çağda heç bir arxeoloji araşdırma olmadan əski tarixlə bu dənli necə tanış ola bilər? Ayrıca, arxeoloji araşdırmalar Şahnamənin yalanlarını da ifşa etməkdədir. Firdovsi Şahnamədə açıqca etiraf edir ki, bu əsər onun ağlının ürünü deyildir. Ona qaynaqlar məcmuəsinin verildiyini və bunun nəzmə çəkilməsinin istəndiyini açıqlamaqdadır.[45]
“Bu uzun mənzumənin bəzi bölümləri çox zəif şəkildə bir-birinə bağlanmışdır. Öylə yazılmış ki, mənzumənin bir qismi silinsə də heç bir sorun çıxmaz. Unutmamaq gərəkir ki, Firdovsi ona verilən mətnin dışına çıxmaq haqqına sahib deyilmiş.”[46] Bütün bu verilər göstərir ki, Firdovsinin bu əsəri yazması öz istəyi əsasında olmamış, sifariş edilmiş və alacağı məbləğ qarşısında bu işə başlamışdır. Firdovsi özü bu məsələni böylə açıqlar:
Bir məktub var idi əski çağlardan,
Onda yerləşmişdi bir xeyli dastan.
Hər möbid əlində var idi ondan,
Ondan zövq alırdı hər ağlı olan.
Orada fars soylu güclü pəhlivan,
Var idi və o çox bir cəsur insan.
Çox əski çağlardan çox qədim sözlər,
Daşımaqda idi bu dolqun əsər.
Yaşlıca möbidlər hər bir ölkədən,
Bir yerə yığdılar yazını həmən.[47]
Görüldüyü kimi Firdovsi özü də açıqca etiraf edir ki, bu məktub əsəri başqaları bir araya gətirib və sadəcə nəzmə çəkilməsi üçün Firdovsini işə almışlar. Firdovsi Şahnamənin mətnini hazırlayanları “əncümən” sözü ilə tanımlamışdır. Dəqiqinin Şahnaməni yazmağa başlaması ilə bu əncümənin sevindiyini və onun öldürülməsi ilə də əncümənin üzüldüyünü yazır:
Gəldi bir gənc adam gözəl bəyanlı,
Yaxşıca yazırdı, açıq rəvanlı.
Söylədi bunları nəzm edərəm mən,
Bundan da sevincək oldu əncümən.
Dəqiqinin bəxti dönükmüş böylə,
Onun həyatına qıydı bir kölə.[48]
Daha sonra Firdovsi bu dəftərin nəzmə dönüşdürülməsi üçün duyurulan yarışmaya aday olduğunu və o əncüməni aradığını yazır. Hətta qorxur ki, bu əsərin nəzmə dönüşdürülməsini ona deyil, bir başqasına versinlər:
Bir çox kimsələrdən soruşdum da mən
Qorxurdum zamanın tərs gedişindən.
Əndişə içimə soxdu qorxunu,
Birdən başqasına verələr onu.[49]
Firdovsinin əncüməni aramağa çıxması göstərir ki, daha öncə əncümən Firdovsini tanımır və Firdovsi o ana qədər məşhur biri deyilmiş. Sonunda Firdovsi bu əncüməni tapır. Bu nə deməkdir? Bu o deməkdir ki, Firdovsi əncümənin ona sunduğu mənbələri nəzmə çəkməyə başlamadan öncə əski tarixlə ilgili heç bir bilgisi olmamışdır. Əski əfsanələr haqqında bilə heç bir bilgisi olmamışdır. Sadəcə əncüməndə olan məcmuəni nəzmə çəkmək üçün onları arayıb tapmışdır. Firdovsi nəyi nəzmə çəkəcəyini bilməməkdədir. Çünkü bilgi əncümənin əlində olmuşdur. Nəyi nəzmə çəkəcəyini bilməyən bir şairin böyük vətənsevərlik və milli tarix duyqusu daşıdığını da iddia etmək olmaz. Firdovsi, yalnızca keçimini sağlamaq və para almaq üçün əncüməni aramışdır. Onun keçimini sağlamanın dışında heç bir amacının olmadığı ortadadır. Şahnaməni yazmağının səbəbini Firdovsi özü anladır. Birinci amil, özünün də “altun” adlandırdığı istedadının bu yolla üzə çıxması və bu istedadı dolayısıyla para qazanmasıdır. İkinci də Dəqiqi kimi az ömürlü olmaqdan qorxur. Qorxur ki, o da Dəqiqi kimi az yaşayar və bu istedadını özü ilə məzara aparar. Bu nişanələr göstərir ki, Şahnamədəki tarixi görüş Firdovsiyə aid deyildir. Bəlli siyasi hədəfi təqib edən və bir kollektiv tərəfindən hazırlanan mətn olmuşdur. Onlar istedadlı şair bulmaq üçün xeyli aradıqdan sonra Firdovsini bu iş üçün uyqun görmüşlər. Şüubiyyənin uydurduğu əski epik tarix genəldə Orta Doğu tarixinə aid deyildir. Çin, Hind, Yəhudi, Misir dastanlarını Xorasana daşıyıb orada mətnləşdirmişlər. Əski İranın epik tarixi kimi bu mətni Firdovsiyə təqdim etmişlər. Elam, kürd, Urartu, Loristan, Xəzər yanı xalqlar, Kirman, Mokran və Bəsrə körfəzi xalqlarının dastanlarından Şahnamədə əsər-əlamət yoxdur. Firdovsi də ona verilən mətnə sadiq qalaraq əmrə uymuşdur. Nədən Firdovsi əmanətdarlığa böylə sadiq olmuşdur? Çünkü Firdovsiyə mətnin məzmununa müdaxilə haqqı verilməmişdir. Bütün bu verilərə dayanaraq Şahnamənin tarixi qaynaq kimi nə qədər etibarsız olduğunu açıqca görməkdəyik. Şahnaməyə dayanaraq tarix yazanlar və bu vəsilə ilə də şahsevənlik, məzdapərəstlik fikrini təbliğ etməyə çalışanlar nə qədər yanlış və bilim dışı iş gördüklərinin bilincində olmalıdırlar. Şahnaməni oxuyarkən Firdovsinin bu mətni nəzmləşdirərkən vicdanının əzab çəkdiyi də ortaya çıxmaqdadır. Rüstəm və Əkvan div dastanını anladarkən Firdovsi necə üzgün olduğunu bu sözllərlə dilə gətirir:
Əgər anlamını bilərsə, gerçək,
Ağıl bu sözləri dışlasın gərək.[50]
Ancaq Firdovsi bu işi sevərək deyil, maddi həyatının yüksək düzeydə qarşılanması qarşısında yazmış və bunu açıqca Şahnamədə dilə gətirmişdir:
Altmış beş yaşıma çatdığım zaman,
Acılar içində qıvrılırdı can.
“Afərin!” dedilər yazdıranlar tək,
Heç bir şey qismətim olmadı gerçək.
Əski dastanları yazmaqdan artıq,
Yoruldum, könlümə çökdü qaranlıq.[51]
Bütün bunlar göstərir ki, Firdovsinin Şahnaməni nəzmə çəkməsi bir iman və inanc işi olmamış, sadəcə maddi yaşamını təmin etmək amacı ilə olmuşdur. Firdovsi anladır ki, sözü verilən paraları və altunları da ala bilməmiş və çəkdiyi zəhmət hədər getmişdir. Firdovsi açıqca yazır ki, bu əfsanəni nəzmə çəkmədən öncə əncümən ona bolca para və altun veriləcəyi haqda söz vermişdi:
Məktub dəftərindən ilham alaraq,
Bu əski dastana başladım ancaq.
Yaşlandığım zaman düşündüm böylə,
Para və altunum olacaq bəlkə.[52]
“Firdovsiyə sözü verilən bu altun və para onu Şahnaməni nəzmə çəkməyə təşviq etmişdir. Özünün açıqca anlatdıqları bu şəkildədir. Böyük bir zənginliyə qovuşacağını sanmış.”[53]
Bu altun və paranın sözünü verənlər Şahnamə bitdikdən sonra sözlərinə xilaf çıxırlar və Firdovsi 35 il həyatını itirdiyini görür. Firdovsinin öz ağılsızlığını tənqid etməsi də bundan sonra başlar. Yazır ki, Şahnaməni yazdığım sürəcə Əli Deyləmi, Bodolf, Əbunəsr Vərraq və Həyyi-Quteyb para ödəyirdilər. Ancaq böyük hüzünlə yazır ki, ömrünün sonlarında ona sahib çıxan yoxdur. Çünkü ona sözü verilən altun xəzinəsini verməmişlər:
Yetmiş bir yaşıma çatdığım andan,
Şeirimin altına girdi asiman.
Mənim ümidimi bərbad etdilər,
Otuz beş il ömrüm vermədi səmər.
İndi mən səksənə ulaşmaqdayam,
Ümidsizlik içrə keçməkdə əyyam.[54]
Əski çağlarda böylə bir qural var idi ki, müəllif əsəri bitirdikdən sonra Tanrıya həmdiyə yazaraq əsəri bitirərdi. Əsəri bitirmə fürsətini Tanrı ona verdiyi üçün Tanrıya təşəkkürnamə yazardı. Ancaq Firdovsi əsərin sonunda etdiyi işin anlamsızlığını anladır və 35 il ömrünü boşuna bərbad etməsindən yaxınır. Sözü verilən altun xəzinəsinə ulaşamadığından açıqca yanıb-yaxılmaqdadır. Böyləcə Firdovsinin tarixi, siyasi və hətta kültürəl yarqılarının onun özünə aid olmadığı anlaşılır.[55]  
Şahnamənin sonu şüubi qaynaqlarla az irtibatdadır. Bu da şüubiyyənin bu dönəmlərdə təşkilat olaraq çökdüyünü göstərməkdədir. Ənuşirəvan Sasani bölümündən sonra Firdovsi anlatdıqlarında daha müstəqil görünməkdədir. Ancaq sual budur: Bu bölümdə nisbətən müstəqil olaraq görünən Firdovsi necə olmuş da böylə qorxusuzca ərəblərə saldırmışdır? Bəzi araşdırmaçılara görə, Firdovsi ərəb və İslam düşməni olmuş və ərəb adlarına, İslam böyüklərinə qarşı çıxmışdır. Adların Ömər və Əbubəkir olmasına etiraz etmişdir:
Bərabər olursa taxt ilə minbər,
Əbubəkir olar adlar və Ömər.[56]
Bəzi araşdırmaçılar isə düşünürlər ki, bu görüşü Firdovsi Sasani şahlarının dili ilə anlatmış və Firdovsinin öz görüşünü yansıtmaz, dövləti devrilmiş olan Sasani şahları bunun dışında fərqli olaraq nə düşünə bilərdilər? Bunların ötəsində Şahnamənin yazarı İran coğrafiyası haqqında da bilgisizdir. İranın sınırlarının haralar olduğunu bilməməkdədir. Şahnamədə açıqlanan İranla bağlantılı olan tək coğrafi məkan Xorasandır. Şahnamənin başından sonuna qədər İran Xorasanla sınırlıdır. Bağdad höküməti Şahnaməni hazırlayanlardan daha çox İran coğrafiyası haqqında bilgiyə sahib olmuşdur. Bu da onu göstərir ki, şüubiə geniş coğrafi sahəni ehitiva edən bir hərəkət deyil, Xorasanda mərkəzləşmiş olan hərəkət olmuşdur. Amol və Sari Firdovsi və Şahnaməni planlayanlara görə, Sistanda göstərilir. Əlborz Hidistanda , Mazəndəran bir kərə Tehran və bir kərədə Xorasanda göstərilmişdir. Firdovsinin sözləri bəlli bir dönəmdən sonra göstərir ki, şüubiyyənin örgütsəl həyatı sona ərmiş və mürtədlik üzündən təqibə alınmışlar. Qəznəvi dövlətinin quruluşu ilə şüubiyyə təqib altına alınmışdır. Firdovsi ömrünün sonlarında kimsəsiz qalmaqdan yaxınmaqdadır. Şüubiyyənin sifarişi ilə yazılan kitabının da xəridarı olmamışdır.[57]
Gəncliyimdə məni yüksəltdiniz siz,
Yaşlanmış vaxtımda qaldım kimsəsiz.[58]
Firdovsi Şahnamənin sonlarında yalnız bir yerdə Mədain sarayının yapımında olayı bir yaşlı kişinin dili ilə anladır. Bundan sonra bütün olaylar Firdovsinin öz dili ilə anladılmaqdadır və daha əski dəftərdən və dastan söyləyənlərdən xəbər yoxdur. Bu da göstərir ki, Şahnamənin son bölümünün yazımı ilə şüubiyyənin də sonu gəlmiş və Firdovsi müstəqilliyini qazanmışdır. Firdovsi son misralarında arzu edir ki, keşkə onun maddi həyatını təmin edən Həyyi-Quteyb kimi kişilər yenə də olsaydı. Ancaq zamanın hərəkəti öz fitrətinə uyqun olaraq geriyə doğru olmaz. Qəznəvilər ortaya çıxdılar və Mahmud Qəznəvi Hindistanı, Xorasanı öz kontroluna keçirdi. Şüubi görüşlər yasaqlandı. Bu dəfə Firdovsi əsəri Mahmud Qəznəviyə sunaraq qarşılıq almaq fikrinə düşdü. Bu haqda anlamsız əfsanələr uydurmuşlar. Güya başlanqıcdan Şahnamənin yazılmasını Sultan Mahmud sifariş etmiş. Ancaq bunların hamısı yalan rəvayətlərdir. Bu yalan rəvayətlər Firdovsinin Şahnamədə etdiyi dəyişiklikləri ört-basdır etmək üçündür. Şübhəsiz ki, Mahmud Qəznəvi Şahnaməni sifariş edənlərdən xəbərsiz olmamışdır. Sünni müsəlman kimliyi ilə mahmud Qəznəvi şüubiyyənin dünyagörüşünü qəbul edə bilməzdi. Şahnaməni sevməyişinin də səbəbi bu olmuşdur. Sultan Mahmud Şahnaməyə tam olaraq etinasız davranmışdır. Firdovsinin Sultan Mahmud haqqında yazdığı həcvnamə də bunun göstərgəsidir. Firdovsi Qəznəvi sarayından ümidsizcə əliboş dönmüşdür. Ömrünün sonlarında Şahnaməni yazdığı üçün peşmanlığını bildirən başqa bir əsər yazır. “Yusif və Züleyxa” mənzuməsi Şahnamə üzərinə yazılmış peşmaniyə əsəridir. Firdovsi müəllif deyil, icraçı olmuşdur. Şahnaməni şüubiyyənin uzun qəsidəsi kimi qəbul etmək olar. Yazdığı əsərin qarşılığını bulamayan Firdovsi onu Sultan Mahmudun hüzuruna aparır və Sultan da ona əhəmiyət vermir.[59]
Əsla dəftərimə göz də atmadı,
Məni dinləməyib geri yolladı.[60]
Şahnamə üzərinə peşmaniyə bir əsər olaraq yazılan kitabın Firdovsiyə aid olmadığını iddia etdilər. Ancaq Firdovsinin minilliyində bütün alimlər bu əsərin Firdovsiyə aid olduğu görüşü üzərində birləşdilər.
Xilafətin ucqar və kontrolunun olmadığı bir yerdə, yəni Xorasanda şüubiyyə adında bir dəstə ortaya çıxaraq bölgə tarixini saxtalaşdırmağı başardılar. Yalnız onların oluşdurduqları ədəbiyata daha sonrakı dönəmdə, özəlliklə Səfəviyə zamanında ehtiyac duyulacaq və Şahnamə Səfəvilər dönəmində yenidən işlənərək türk düşmənliyi duyquları ilə də doldurulacaqdır.
Səfəvi dövləti Şahnamə mehvərli mitoloji əsasında qurulmuşdu, çünkü dövlətin qurucusu olan Şah İsmayıl Gilanda şüubiyyənin Şahnaməsi əsasında eyitilmişdi. Bütün zərrələri ilə bir şüubi qəhrəmanı kimi şəkilləndirilən Şah İsmayıl Şahnamədəki şüubiyyə sifarişlərini bir-bir ölkədə tətbiq etdi. Təbrizdə törətdiyi türk soyqırımı şüubiyyənin tarixi sifarişi idi. Bu soyqırım edildiyində planın başında din işlərindən sorumlu və Şah İsmayılın özəl şüubi öyrətməni olan Şəmsi-Lahici durmaqda idi. Qızılbaşlıq da kökəni etibarı ilə şüubi bir ideoloji olduğundan olayın tarixi pərdə arxasından xəbərsiz olan cahil qızılbaşlar şüubi Şah İsmayılın liderliyində Azərbaycanda və digər bölgələrdə Türk inanc və düşüncə izini silməyə başladılar və başardılar. Şüubi Şah İsmayıldan sonra Azərbaycanda və digər bölgələrdə türkçə Türküstan və Anadoludan təcrid edilərək farscanın qarşısında qısıq və yenilmiş duruma düşdü. Şüubiyyənin amacı Şah İsmayıl kimi güclü bir lider aracılığı ilə Türk kimliyini Azərbaycandan, Anadoludan və Türküstandan silib yox etmək olmuşdur. Yavuz Sultan Səlimin qətiyyəti hesabına bu plan suya düşürüldü. Çaldıran yenilgəsindən sonra Şah İsmayıl ruhən öldü və sadəcə tək gördüyü iş fars milliyətçiliyinin şüubi qaynağı olan Şahnaməni yenidən hazırlamaq oldu. Çaldıran yenilgəsinin intiqamını Şahnaməni yenidən təhrif etdirərək türklərdən almağa çalışdı. Şah İsmayılın intiqamı çox sərt oldu. Türklük İranda çökərtildi. Bu doğrultuda Şahnamənin sonrakı macərası haqqında araşdırmalarımızı davam edirik. Ancaq Səfəviyənin gerçək mirası modern çağda Pəhləvilər olduğu üçün öncə Şahnamənin Pəhləvilər dönəmindəki qullanım şəklindən başlayalım... 
Şahnamənin necə meydana çıxma şəkli anladıldı. Pəhləvilər dönəmində Firdovsidən bir qəhrəman yaratmaq üçün Şahnamə ilə ilgili mövcud tarixi bilgi və bəlgələrin tərsinə məlumat hazırlandı. Guya Mahmud Qəznəvinin müxalifətinə rəğmən Firdovsi əski fars tarixini yazmaqda dirənmişdir. “Qəznəvilərin ikinci padşahı Səbuktəkin oğlu Mahmud Qəznəvi aşırı bir müsəlman idi. Siyasi bağımsızlığı hər şeydən üstün bilirdi. Onun sarayında fars dilinin inkişiafı üçün özəl diqqətlər edilirdi. Fars dili o qədər yayqınlaşdı ki, onun vəziri Əbulfəzl ibni Fəzl ərəb dilini dövlət düzənindən çıxardı. Mahmud Qəznəvinin sarayı tam anlamı ilə fars dilinin akademiyası halına gəlmişdi. Şah sarayında hər gecə fars dilində şeir gecələri düzənlənirdi. Şah özü də bu ədəbi toplantılara qatılırdı. Şeir oxunur və tənqid edilirdi. Şah bu işdən çox zövq alırdı. Öncəki şahlar kimi Mahmud milli və tarixi məzmunda olan şeirlərdən xoşlanırdı. Əski İran şahlarının sərgüzəştini dinləməkdən zövq alırdı.”[61]  Bu bilgidə Qəznəli Mahmudun əski İran tarixindən xoşlandığı söylənirkən eyni qaynağın ətək yazısında başqa bir Qəznəli Mahmud görüntüsü verilməkdədir. “Şahnamədə türklər və ərəblər aşağılandıqlarından dolayı özü də türk olan Mahmud Qəznəvi ondan xoşlanmamışdır. Mahmud əski İran şahlarının vəsf edilməsindən xoşlanmamışdır. Bu da Mahmud Qəznəvinin Şahnamədən nifrət etməsinə səbəb olmuşdur.”[62] Görüldüyü kimi Qəznəli Mahmudun Şahnamədən xoşlanıb xoşlanmadığı bəlirsiz qalır.
Şahnamə ilə ilgili olan hoqqabazlıqlardan biri də onun orjinal mətninin daha əskilərə dayandırılmasıdır. “İran milləti və dünyada fars dilini sevənlər min il ərzində Şahnamə mətnini çayxanalarda, zorxanlarda, Şahnamə oxuma məclislərində oxuyaraq Firdovsinin əbədi zövqü ilə tanış olmuşlar.”[63] Şahnamə haqqında bilgiləri daha əskilərə dayandırmaq üçün çayxana və zorxana tarixi haqqında da yalan məlumat vermək zorunda qalmışlar.Çayxana və zorxananın İrandakı ömrü min il öncəyə dayanmamaqdadır. Dünyanın digər zorxana və çayxanalarında da Şahnamənin nə zaman oxunduğu bəlli deyildir. Hansı dildə bu şahnaməni keçən min ildə dünya çayxanalarında oxumuşlar? Şahnamənin yabancı dillərə tərcüməsinin minillik tarixi yoxdur.[64] İranda da ilk çayxana Təhmasib Səfəvi zamanında başkənd Qəzvində təsis edilmişdi.
“Şahnamədən yaxlaşıq 330 nüsxə fihrist kitabxanalarda bəlli edilmişdir. Tarixsiz nüsxələri və ya yeni Şahnamə nüsxələrini də buna əklərsək, nüsxələrin sayı mindən artıq olar. Bu nüsxələrdə əsrlər boyunca katiblər istər istəməz bəzi şeylər artırıb və ya əksiltmişlər. Firdovsinin çağından uzaqlaşdıqca artırılıb əksilən şahnamə nüsxələrinə daha çox rastlanılmaqdadır.”[65] Şahnamənin zaman axışı içində bu kimi təhrifə məruz qalmasını söyləyənlər Şahnamə mehvərli düşünən fars tarixçiləri və araşdırmaçılarıdır.
“İngiltərə Hindistanı işğal etdikdən sonra fars dilinin Hindistanda sevildiyini gördü. O ölkənin toplumunu və kültürünü tanımaq üçün Şahnamənin doğru nüsxəsini toplamağa çalışdılar. Şərqi Hind Kompaniyasının təşəbbüsü və Hindistanda fars dili müəllimləri vasitəsi ilə Şahnamənin 27 nüsxəsi üzərinə araşdırma aparmağa başladılar. Birinci cildi 1811-ci ildə Kəlkətədə şirkətin maliyəsi ilə nəşr etdirdilər. Şahnamənin tam mətni ingilis zabit Turner Macan´ın nəzarəti və fars dilində bir müqəddimə ilə 1829-cu ildə Kəlkətədə yayımlandı. Bu, Şahnamənin ən mötəbər nüsxəsi olmuşdur ki, sonrakı nəşrlər bundan əsinlənmişdir.”[66] Sual olunur: İngiltərənin Hindistandakı Kompaniyasının İran farsları üçün Şahnamə sadir etməsinin səbəbi nədir? Məlum olur ki, XIX əsrdə ortaya qoyulan Şahnamə başqa bir əsərdir və İngiltərənin uzun vədəli strateji mənfətlərinə xidmət etməli idi. Nədən Şərqi Hind Kompaniyası 300 milyonluq hindlilərin kitabı olan Vedaları modern üsulla kitablaşdırmamış da, ancaq Hindistanda azınlıqda olan farslar üçün qayğı göstərmişdir?!
“Şahnamə yazılıb bitdikdən 250 il sonra ondan bir əlyazması qalmamışdır. XIII əsrə aid olan iki əlyazma nüsxəsi qalmışdır. Onun ən əski əlyazması 1217-ci ildə Floransda bulunmuşdur. O da əksik bir əlyazmadır və yalnız Şahnamənin ilk yarısını ehtiva etməkdədir. Ancaq XIV əsrdən sonra Şahnamənin əlyazmaları artmağa başlayır. Sonrakı yüzillərdə əlyazmalarının sayı daha da artır. Öylə ki, çağımızda Şahnamənin minlərcə əlyazma nüsxələri şəxsi və milli kitabxanaların saxlancında (arşivində) mövcuddur. Bütün bu əlyazmalara ulaşmaq mümkün iş deyildir.”[67] Bu verilərdən yola çıxaraq günümüzdə mövcud olan Şahnamənin nə qədər saxtalaşdırıldığını da açıqca görə, bilərik. Bu minllərcə əlyazmaların necə hazırlandığı, tarix üçün bəlli deyildir. Şahnamələrin ən əski nüsxələri ilə bağlı dəyərləndirmələrə davam edəlim:
“Şahnamə 1010-cu ildə yazılıb bitmişdir. Ən əski əlyazması 1276-cı ilə aiddir. Bu nüsxənin təhrif edilməsi sanılmazsa, əsərin bitişindən 275 il sonra təsnif edilmişdir. Ancaq bu əlyazmasının təhrif edildiyi sanılmaqdadır. Bu nüsxə indi İngiltərə muzeyində saxlanmaqdadır. Bir neçə yarpağı nəstələq, qalanları da nəsx xətti ilə yazılmış.”[68] İrəc Əfşar aşırı fars milliyətçisi olmuş. Bu adam da Şahnamənin ən əski nüsxəsinin təhrif edildiyi görüşündədir.
Baysonquri Şahnaməsi ən yaxşı hazırlanmış şahnamələrdən biridir. Bu şahnamə 1429-cu il Herat məktəbinə aiddir.Bu nüsxə nəstələq xətti ilə Cəfər Baysonqur tərəfindən yazılmışdır. 22 məclis təsviri vardır və cildinə də altun çəkilmişdir. Teymurun nəvəsi Baysonqura sunulmuşdur. Bu nüsxənin nəsr olaraq bir müqəddiməsi var. Daha sonra Baysonquri müqəddiməsi ilə məşhur oldu. Müqəddimədə yazır ki, Şahnamədən çeşidli nüsxələr Baysonqur kitabxanasında olsa da, 1426-cı ildə əmirzadə bu kitablardan birinin tərtib edilməsinə qərar verdi.”[69] 1429-ci il Səfəvi dövlətinin zühuruna çox yaxındır. Diqqət edilərsə, Baysonqur kitabxanasında çoxlu Şahnamə nüsxələrinin bulunduğu söylənməkdədir. Bu şahnamələrin sərgüzəşti nə imiş? Bütün bunlar Səfəvi zamanında böyük təhriflərlə hazırlanmış olan Şahnaməyə daha əski tarixlər uydurmaq anlamında deyilmi?
“Baysonquri şahnaməsinin müqəddiməsində araşdırılması gərkən anlamsız əfsanə və şeirlər vardır. Kitabın nəşr keyfiyyəti də sual işarəsi yaradır, sanki 570 il öncə deyil, bizim əsrimizdə nəşr edilmişdir! Kitabın görüntüsü adamda bu fikri oyadır ki, sanki əski əlyazmalar adı altında çoxlu para qazanmaq istəyən saxtakarlar bu Şahnaməni hazırlamışlar.”[70] Pəhləvilər dönəmində üzərində daha çox durulan bu saxta Şahnamə olmuşdur.
“Şahənşahlıq Bayramı Şurası şahənşahlığın 2500 illik təsisi münasibəti ilə Baysonquri Şahnaməsini çox nəfis şəkildə yayımlatmışdı. Bu nüsxə səltənət kitabxanasında 4752 nömrə ilə qeydə alınmışdır. Orijinal nüsxəyə bənzər şəkildə nəşr edilmişdir. Kitab 700 səhifədən ibarətdir və hər səhifə də 31 sətirdir. Hər sətir də 3 beytdən oluşmaqdadır. Kitab altun suyu ilə hazırlanmışdır.”[71] Bu qədər öyülən Baysonquri Şahnaməsi haradan ortaya çıxdı? Baysonquri şahnaməsi haqqında sadəcə xəbər verilir, ancaq necə ortaya çıxdığı bəlli deyildir. Məhəmmədrza Pəhləvi zamanında birdən-birə böylə bir şahnamənin ortaya çıxması bir çox araşdırmaçıları şaşqına çevirdi. Bu araşdırmaçılardan biri də Qəzvini olmuşdur. O, bu Şahnamənin saxta olduğunu söylədi. Qəzvini yazırdı ki, yeni imkanlarla hazırlanmış və hələ yağının qoxusu üstündə olan bu Şahnaməni 15-ci əsrə aid etmək xətalı işdir: “Məşhurdur ki, bu müqəddimə 1426-cı ildə Şahrux ibni Teymur ibni Baysonqur tərəfindən təhrir edilmişdir. Baysonqur 1433-cü ildə ölmüşdür. Ancaq bu məsələnin doğruluğu, yəni müqəddimənin və əsərin Baysonqur tərəfindən yazılması doğrulanmamışdır. Bu müqəddimə görüldüyü kimi çox yenidir.”[72] Sadəcə iranlı araşdırmaçılar deyil, Bertels kimi avropalı araşdırmaçılar da böylə bir nüsxənin tarixdə olduğundan xəbərsiz olmuş və yalnız 1957-ci ildə bu nüsxə ilə ilk kəz tanışmışlar. 1960-ci ildən sonra Baysonqur Şahnaməsi üzərinə təbliğata başlamışlar. Yalnız yarım əsrdir ki, dünya böylə bir Şahnamə ilə tanış olmaqdadır. Əski çağlarda hər hansı əsər üzərinə çəkilən miniyatür əsərdə rəssamın adı da verilərdi. Ancaq Baysonqur Şahnaməsində miniyatür rəsmlərini çizən rəssamın adı və ya adları da yoxdur. Bu miniyatürlərin yeni imkanlarla hazırlandığı kimsədə şübhə doğurmamaqdadır.[73]
Bütün bu verilər göstərir ki, həm Şahnamə, həm də Quranın fars dilinə tərcümə növləri heç də Səfəvilərdən o tərəfə keçməməkdədir. Şahnamə Səfəvilərin zamanında təhrif edilərək hazırlanmışdır.[74] Teymuri şahnamələri də heç bir tarixə sahib deyildir. Necə ola bilər ki, Teymur sarayında böylə bir əsər hazırlansın, ancaq onun heç bir tarixi olmasın?! Ayrıca, türklüyü ilə qürur duyan Əmir Teymur kimi bir imperator nədən türkləri aşağılayan bir əsərin dəyişik nüsxələrini hazırlamalı idi?
Şah Təhmasib Şahnaməsi
“Şah İsmayıl Heratı işğal etdikdən sonra doqquz yaşlı oğlu Təhmasibi oranın hökümətinin başına keçirdi. Söylənilir ki, Təhmasib başkənd Təbrizə gəldiyində ünlü rəssam Behzadı da özü ilə bir yerdə Təbrizə gətirir və Behzad Təbrizdə səltənət kitabxanasının müdürü təyin edilir. Bunu Herat rəssamlıq məktəbinin sonu və Təbriz rəssamlıq məktəbinin başlanışı kimi bilirlər. Şahnamənin nəfis bir nüsxəsini hazırlamaq bir adamın işi deyildi, buna bir kollektiv gərəkirdi. Şah Təhmasib Şahnaməsinin ortaya çıxışının macərası bu şəkildədir ki, Şah İsmayıl Səfəvi dövlətini qurduqdan sonra Təbrizdə səltənət kitabxanasını da təsis edərək Kəmaləddin Behzadı onun müdürü təyin etdi. Şahnamənin Baysonqur nüsxəsinə dayanaraq oğlu adına yeni nüsxə tərtib etmək istədi. Baysonqur Şahnaməsi Herat məktəbinin hazırladığı ən nəfis Şahnamə idi. Səfəvilər zamanında Şahnamə 15 ilə hazırlandı. Şah İsmayıl başlatdı, oğlu Təhmasib davam etdirib bitirdi. Baysonqur nüsxəsinin sadəcə 22, ancaq Təhmasib nüsxəsinin 258-dən artıq miniyatür məclisi vardır.”[75]
“London muzeyində bulunan “Şah Təhmasib Şahnaməsi” 258 miniyatür rəsmlərdən ibarətdir. Bu əsər Birinci Şah İsmayıl zamanında Firdovsinin Şahnaməsi əsasında Səfəvilərin ən ünlü rəssamları tərəfindən hazırlanmışdır. 760 yarpaqdan oluşan bu kitab XVI əsrin əvvəllərində Osmanlı sultanlarından birinə hədiyə olaraq göndərilmişdir. XIX əsrin əvvəllərinə qədər İstanbulda bulunmuşdur. Bu günə qədər 120 yarpaq ondan İrana geri gətirilmişdir. Bu əsər 20 il müddətində hazırlanmış, Şah İsmayıl zamanında başlamış, Şah Təhmasib zamanında bitmişdir. 1568-ci ildə İkinci Səlim Osmanlıda taxta çıxarkən Şah Təhmasib bu əsərdən bir nüsxə ona hədiyə olaraq göndərmişdi.”[76]
Anlaşıldığı kimi Şahnamə Səfəviliyin rəsmi dünyagörüşü və vizionu olmuşdur.* Bu üzdən də Şahnamədə keçən şüubi vəsiyətlərinə əməl etmək gərəkirdi. Bu vəsiyət türklüyü tarixdən silmək idi. Azərbaycandan, Anadoludan, Türküstandan türklüyü silərək Şahnamənin təsvir etdiyi əski Sasaniliyi bərqərar etmək şüubi Şah İsmayılın təməl amacı idi. Bu doğrultuda Sasani-məcusi inancını Anadoluda yaymağa çalışan Şeyx Bədrəddin başarısız olmuşdu. Şah İsmayıl Bədrəddinin də intiqamını Osmanlıdan almaq niyyətində idi. Vatikan da bu amac üçün Şah İsmayıla hər türlü dəstək verirdi. Bu amac üçün Şah İsmayıl Bəsrə körfəzini qarşılıqsız olaraq Portuqaliyaya bağışladı. Şahnamə sadəcə yenidən yazılmadı. Yazılarkən Şahnamədəki görüşlər ölkədə bir-bir və türkləri qətl edərək tətbiq edildi.
Səfəvilər dönəmindən başlayaraq Şahnaməoxuma kültürü yayqınlaşdı. Şahnaməxanlığın zirvəsi Səfəvilər dönəmində olmuşdur. Şahnamə Səfəvilər dönəmində siyasi və ictimai kimlik qazandı. Bu dönəmdə Şahnaməxanlıq məzhəbi duyqulara qarışaraq həmasət rəngi aldı. Aşura şəbehlərində də Şahnamə beytləri qullanıldı. Səfəvilər zamanında çayxana da bu amacla icad edildi. İlk Çayxana Səfəvilərin başkəndi Qəzvində Şah Təhmasib zamanında icad edildi. Birinci Şah Abbas zamanında da İsfahanda yayqınlaşdı. Həm çayxananın icadı, həm “Ömər mərasimi”, həm də aşura şəbehləri Şahnamənin göndərilərini (mesajlarını) topluma çatdırmaq və əski Sasani xatirələrini xalqın bilincaltına yerləşdirmək üçün planlaşdırılmışdı. “Ömər mərasimindən avropalı səyyahlar tərəfindən hazırlanmış bəzi bəlgələr əldə mövcuddur. Bəzi təsvirlər Qəzvində keçirilən Ömər mərasimini göstərir. Bu mərasimin çox möhtəşəm keçirildiyi görünməkdədir. Bu mərasimə siyasi məsələlərin də qatqısı olmuşdur. Səfəvilər Osmanlı qarşısında bu mərasimi daha möhtəşəm keçirmək istəyirdilər. Bu yolla milliyət ruhunu gücləndirməyə çalışırdılar. Farslar ərəb saldırısı qarşısında şiə məzhəbini bir savunma yöntəmi olaraq qəbul etmişdilər. XVI əsrdə Səfəvilərin ortaya çıxması ilə bunu daha da gücləndirdilər.”[77] Şüubiyyə-Səfəviyənin bu qədər nifrət etdiyi Ömər haqqında Hz. Peyqəmbərdən nəql edilən bir hədisi söyləmək yerinə düşər. Hz. Peyqəmbər buyurmuşdur: “Məndən sonra bir peyqəmbər gələcək olsaydı, o, Ömər olardı.”[78] Bu kimi hədislərə şüubiyyə şiənin cavabı budur ki, biz əhli-sünnətlə ortaq olan hədislərimizə şübhə ilə yanaşarıq, bu hədisin doğru olduğunu qəbul etməyimizimi bəkləyirsiniz?! Mövlana da Ömər haqqında böylə söylər:
Ey mənə sən Mustafa, mən də Ömər,
Xidmət için bağlar oldum da kəmər.[79]
Anlaşıldığı üzərə şüubiyyə-şiə üçün Sasani nostaljisi Hz. Məhəmmədin səhih hədislərindən, Qurandan və hərşeydən üstün olmuşdur. Çünkü Ömər, Sasani dövlətini devirmişdir.
Azərbaycanda (özəlliklə Güney Azərbaycanda) və bəlli sürə Səfəvi kontrolunda olan Türkiyənin şiə bölgəsində hələ də Ömər törənləri ya davam etməkdə, ya da hətta əkin əkdiklərində tarlalarda “Əkdim göyərə- lənət ömərə” söylənməkdədir.* Səfəvi öncəsi 600-700 illik Türk-İslam xatirələri toplumun ortaq tarixi bilincaltından sökülüb atılaraq yerinə Sasani-şiə-şüubi anıları dolduruldu. Ö gündən bu günə bu zavallı və miskin duruma təslim edilmiş millət başına döyüb ağlayaraq farslaşmaqdadır. 
Firdovsinin zamanında Türk düşmanlığına o qədər də ehtiyac yox idi. Çünkü türklər Səlcuqlara qədər əsasən əski yurdlarında yaşamaqda idilər. Şahnamənin yazıldığı dönəmdə farslara qarşı əsas təhlükə türk dili deyil, ərəb imperatorluğu və ərəb kültürü idi. Səlcuqların axınından sonra indiki İranda türklük gözlə görülür halə gəlmiş və bütün Orta Doğuda siyasi gücə dönüşmüşdü. Səlcuqlardan öncə Orta Doğuda türk imperatorluğu olmamışdır. Səlcuqlar zamanında isə, Firdovsi ölmüşdü. O zaman Şahnaməyə türkləri aşağılayan beytlər, ancaq Səfəvilər zamanında əklənə bilərdi. Çünkü iddia edilən Baysonqur və Teymur Şahnamələri doğru olsa bilə, onlarda milli qürur var idi və özlərini türk bilir, Səfəvilərin tərsinə olaraq soylarını Sasanilərə bağlamırdılar. Yalnız Səfəvilər soylarını ana tərəfdən Sasanilərə və ata tərəfdən seyidlərə bağlamışlar. Yəni Səfəvilərin gətirdiyi irqçilik nə İslamda olmuşdur, nə türklərdə. Bu, yalnızca Şahnamədə mövcud olmuşdur. Şahnamə Şah İsmayıl dönəmində yazılıb təhrif edilərək yenidən kitablaşdırıldığında türkləri aşağılayan beytlər də əklənmiş olmalıdır. Çünkü türk olaraq adlandırdıqları Osmanlını Çaldıran savaşında olmasa da, Şahnamə dünyasında yenmiş olurdular. Şah İsmayılın oğullarının adını Şahnamədən çıxarması da bu əsərin İsmayıl dönəmində çox güncəl olduğunu göstərir. Bəlli ki, İsmayıla fars dilini Lahicanda Firdovsinin Şahnaməsi əsasında öyrətmişlər. Çünkü İsmayılın 13 yaşında Təbrizdə tacqoyma mərasimində oxuduğu mətn də Şahnamə içəriklidir. 13 yaşında çocuq tarix bilgisinin nə olduğunu əlbəttə anlaya bilməz. Burada pərdə arxasında olayı yönləndirən şüubiyyənin planı gerçəkləşmişdir. Şüubiyyə planlı bir şəkildə Anadolunun aqresiv və bilgisiz qızılbaş sürüsünü cəlb edərək öz tarixi amaclarını dağda yaşayan əhliləşməmiş qızılbaşlar vasitəsi ilə həyata keçirmiş və Sasani-Səfəvi dövlətini şüubi ideolojisi olan qızılbaşlıq vasitəsi ilə təsis etmişdir. Daha sonra da qullanılan qızlbaşları yenə də Şahnamənin “şahdust” kimi qavramlarına görə, “şahsevən”ləşdirərək dağlara buraxmışdır.
İsmayılın müəllimi olan fars Şəmsi-Lahici, İsmayıl 12-13 yaşında ikən dövlətin din və hüquq işlərindən sorumlu baxanıdır. Təbrizdə türk soyqırımı şüubiyyə nümayəndəsi Şəmsi-Lahicinin planları və şahnamənin sifarişi əsasında gerçəkləşdirildi. Qızılbaşların Azərbaycanda heç bir tarixi xatirələri, qohum-əqrəbaları yox idi. Təbriz əhalisini qətl etmək onlar üçün çox qolay idi. Azərbaycanda məzarları sökməkdə tərdid etmirdilər. Çünkü bir tək məzarları bu ərazidə olmamış, məzar anıları yox idi. yabancıydılar, şüubi inanclı idilər.
Türklər ilk olaraq tək tanrılığı və ya tövhidi İsrail oğullarından, yəhudilərdən almışdır. Xəzərlər yəhudi inancında idilər. İslamiyət ortaya çıxmayana qədər yəhudiyət və xristianlıq tövhidin əsas dinləri idi. Türk ulusu İslamiyətlə tanışdıqdan sonra da farsların tərsinə olaraq çox qolayca İslamın tövhidini qəbul etmişdir. Səfəvilərdən sonra isə tövhid dinindən ayrılaraq Sasani-məcusi şirkinə uğranmışdır. Tövhiddən qopuş qolay olmamışdır. Sasani-şüubi casusu olan Şah İsmayıl şüubiyyənin planları üzərinə soyqırım törədərək şirki və “imamət” kimi Allaha şərik qoşma inancını ölkəmizdə yayqınlaşdırmışdır. Oysa ki, İslamın teorisi Qurandırsa, praktikası Hz. Məhəmmədin peyqəmbərlik dönəmi həyatıdır, qalanlar ərəzidir və İslamda imamət adında Allaha şirk qatma kimi sapıq bir inanc mövcud olmamışdır. Yəni İslam tarixində çox böyük şəxsiyətlər yetişmişdir. Ancaq təməl bilgi Quran və davranış örnəyi Hz. Məhəmmədin yaşamıdır. Fars milliyətçiliyi mehvərli siyasi irani kimlik Səfəvilər zamanında icad edildi və imamət adlı sapıq İslam alqılayışı da buna arac oldu.
“Yeni “İran”ın nütfəsi Səfəvilər zamanında bağlandı. Səfəvilər dönəmində (1501-1722) Sasanilərdən sonra paramparça olan ölkə 900 ildən sonra bütünləşdi. Bu illər ərzində isna-əşəri şiəsi ölkənin rəsmi məzhəbinə dönüşdürüldü. İran-Avropa ilişkiləri də yeni mərhələyə girdi.”[80]
Şüubiyyənin ürətdiyi tarixi, ədəbi və məzhəbi qavramlar o qədər köklü idi ki, onun etkisində qalanların sayı da az olmamışdır. Nizami Gəncəvi kimi şairlər də şüubiyyənin etkisi altında qalmışlar. Nizami Gəncəvi “Xosrov və Şirin” kimi əsəri ilə şüubiyyənin canlı tutmağa çalışdığı Sasani nostaljisinin xatırlanıb davam etməsinə qatqıda bulunmuşdur. Nizami Gəncəvinin “Bütün dünya bir bədəndir və İran bu bədənin qəlbidir. Bunu söyləməkdən çəkinməmək lazımdır. İran yer kürəsinin ürəyi isə, ürəyin bədəndən daha üstün olduğuna inanmaq gərəkir”[81] kimi görüşləri şüubi söyləmdir. İran adını uyduran da şüubiyyə olmuşdur. Nizaminin bu söyləmi ilə Firdovsinin aşağıdakı görüşləri tam olaraq örtüşməkdədir:
“İran olmaz olsa, olmaz olum mən,
Qalmasın ölkədə sağlıqlı bir tən.”[82]
Şüubi qavramların və dünyagörüşünün etkisində qalmamaq üçün iki soruya yanıt verməmiz gərəkir: 1- Türklük nədir? 2- İslam nədir? Bu iki sorunun doğruca və kəndi qaynaqlarına dayanaraq yanıtlanması şüubiliyə qarşı tutarlı çıxış ola bilər. Şübhəsiz ki, burada söz qonusu, yalnızca Nizami Gəncəvi deyildir, Nizaminin sosial və tarixi mühitində də şüubiyyənin etkili olduğu anlaşılmaqdadır.
Kiminsə şiə olub olmaması bizim sorunumuz deyildir. Biz İslam tövhidi mehvərli inanc azadlığına inanmaqdayıq. Söz qonusu bəlli bir inanışın tarixi sürəc içində siyasi amac yolunda necə qullanıldığını aydınlığa qovuşdurmaqdır. Səfəvilərə qədər ölkəmizdə məzhəb plüralizmi olmuşdur. Ölkəmizdə şiə, sünni və dəyişik məzhəblər, təriqətlər olmuşdur. Səfəvilik bu müxtəlifliyi tarixdən silərək şiəçiliyi də fars irqçiliyi ilə özdeşləşdirmişdir. Sorun da budur. Bizi günümüzdə fars irqçiliyinə könüllü olaraq kölə edən də budur. Yüzminlərlə 13-70 yaş arası türk insanı Xomeyninin fətvası üzərinə İraq savaşına könüllü olaraq qatılıb öldü. Nədən? Xomeyni ilə bizim nə ilgimiz? Çünkü Səfəviyət bizi maddi-mənəvi olaraq müflis duruma gətirdi. Türk insanının nə maddi-mənəvi sərmayəsi var, nə də tarix biligisi. Bomboş bir yaradılış durumuna endirgənmişdir. Böylə zavallı insanların canlarını Xomeyni kimi yeni Şah İsmayılın almasından daha qolay nə ola bilər? Bu suallara hər kəs öz vicdanında cavab verməli və xalqımızı, türk ulusunu şiə-şüubi fəlakətindən azad etməlidir. Hər millətin bir renesansı olmalıdır. Bizim də renesansımız budur. Bu renesans gerçəkləşmədikcə yox olacağıq. Böyük aydınlanma savaşımız başlamalıdır. 
06. 02. 2013


[1] Tarixi-Sistan, s. 208.
Tarixi-Sisitan iki və ya daha çox adam tərəfindən farsca yazılmışdır. 1299-cu ildə yazıldığı bəlirtilməkdədir.
[2] Hafiz Şirazinin divanı:
Torkane parsi quy, bəxşəndəqane ömrənd,
Ya Rəb bəşarəti deh rendane parsa ra.
[3] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 51.
[4] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 58.
[5] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 71.
[6] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 74. (Lobb-ul təvarixin verdiyi bu bilgi dartışılırdı. Bəzi qaynaqlarda Sasanilərin səltənət müddətləri 500 ilin altında verilmişdir.)
[7] Çeviri: G. G.
Nəxostin be Səlm əndərun bengərid,
Həme rum o Xavər mər u ra qozid.
[8] Əhməd Təfəzzoli, İslamdan öncə İran ədəbiyat tarixi (Tarixe ədəbiyate İran piş əz Eslam), s. 75.
[9] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 111, 113, 114.
[10] Əli Şəriəti, İrani-İslami kimliyin yenidən tanımlanması (Baz şenasiye hoviyyəte İrani-Eslami), s. 16.
[11] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 229.
[12] Məhəmmədrza Eftexarzadə, İranda İslam, şüubiyyə, s. 327.
[13] Firdovsi, Şahnamə, Moskva nəşri, 315-314/9, 45-ci bənd.
[14] Məhəmmədrza İftixarzadə, İranda İslam (Eslam dər İran), s. 46.
[15] Firdovsi, Şahnamə, türkçəyə çevirən: G. G.
Əz işan ferestade aməd be mən,
Soxən rəft hər qune bər əncomən.
Ke əz Qadesi ta ləbe rudbar,
Zəmin ra bebəxşim ba şəhriyar.
Vəz an su yeki bər qoşayənd rah,
Be şəhri koca həst bazarqah.
Şəhənşah ra niz fərman bərim,
Gər əz ma bexahəd geroqan bərim.
[16] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 235.
[17] R. Nath, İranda İslam (Eslam dər İran), tərcümə Eftexarzadə, s. 27.
[18] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 237.
[19] Mehrdad Bəhar, Mitolojidən tarixə qədər (Əz osture ta tarix), s. 452.
* Us-ağıl.
[20] Çevirən: G. G.
Konun ey xerədmənde vəsfe xerəd,
Bedin caygəh qoftən əndər xerəd.
Xerəd behtər əz hər çe izəd bedad,
Setayeş xerəd ra beh əz rahe dad.
Xerəd rəhnemayo xerəd del qoşay,
Xerəd dəst girəd be hər do səray.
Kəsi ku xerəd ra nədarəd be piş,
Deləş gərdəd əz kərdeye xiş riş.
[21] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 238, 239.
* Firdovsi və Dəqiqi təqribən bir tarixi və ədəbi nəslə mənsubdurlar. Məsudi Mərvdən və digər Şahnamə yazan iki şair, yəni Əbulmoid və Əbuləli Bəlxli olmuşlar. Ayrıca, Dəqiqinin də bəxli olduğu söylənməkdədir.
[22] Şəfii Kədkəni, Tus haqqında  nöqtələr və ..., varlıq (Niktei dər bareye Tus və.... həsti), Firdovsiyə özəl, s. 102.
[23] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 240.
[24] Dehxuda sözlüyü, yeni nəşr, s. 20876.
[25] Dehxuda sözlüyü, yeni nəşr, s. 909.
[26] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 242.
[27] Zəhra Xanləri, Dəri farscası ədəbiyatının kültürü (Fərhənge Ədəbiyate farsiye dəri), s. 33.
[28] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 243.
[29] Zəhra Xanləri, Dəri farscası ədəbiyatının kültürü (Fərhənge Ədəbiyate farsiye dəri), s. 25.
[30]Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 244.
[31] Zəhra Xanləri, Dəri farscası ədəbiyatının kültürü (Fərhənge Ədəbiyate farsiye dəri), s. 211.
[32] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 244.
[33] Tərcümə: G. G
Ze qoştasb o ərcasb beyti hezar,
Be qoft o sər aməd bər u ruzeqar.
Yekayek əz u bəxt bərgəşte şod,
Be dəste yeki bənde bər koşte şod.
[34] Tərcümə: G. G.
Neveşte mən in nameye pəhləvi,
Be nəzde to arəm məgər nəğnəvi.
[35] Dehxuda, lüğətnamə, yeni nəşr, s. 10762.
[36] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 245-246.
[37] Əli Mirfetrus, Tarixlə üz-üzə, Nima yayınları, Almaniya-1999, s. 22.
[38] Homa Natiq, Hafiz xoşxanın məclisində (Dər bəzme Hafeze xoşxan), Xavəran yayınlar, Paris-2004, 47-48.
[39] Abdulqadir ibni Qeybi əl-Hafiz ul-Məraği, Came-ul əlhan, hazırlayan Təqi Bineş, 1366-Tehran, s. 26.
[40] Məhəmmədəli Eslami Nədoşən, Şahnamədə pəhlivanların həyatı və ölümü, (Zendəgi və mərge pəhlevanan dər Şahnamə), s. 2.
[41] Məhəmmədəmin Riyahi, Firdovsini tanımanın qaynaqları (Sərçeşmehaye Ferosi şenasi), s. 15.
[42] Olga Davidson, Şahnamədə şair və pəhlivan (Şaer və pəhlevan dər Şahnamə), s. 40.
[43] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 248.
[44] Daryuş Əkbərzadə, Şahnamə və pəhləvi dili (Şahnamə və zəbane pəhləvi), s. 19.
[45] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 250.
[46] Theodor Nöldeke, İran Milli Həmasəti (Həmaseye melliye İran), s. 91.
[47] Tərcümə: G. G. Farscası:
Yeki name bud əz gəhe bâstân,
Fərâvan bedu əndərun dâstân.
Pərakənde dər dəst hər mobədi,
Əzu bəhrei borde hər bexrədi.
Yeki pəhlevan bûd dehqan nəjad,
Dəlir o bozorg o xerədmənd o rad.
Pəjuhəndeye ruzeqare nəxost,
Qozəşte soxənha həme baz cost.
Ze hər keşvəri mobədi salxərd,
Biyavərd kin name ra gerd kərd.
[48] Tərcümə: G. G. Farscası:
Cəvani biyaməd qoşade zəban,
Soxən qoftəne xub o roşən rəvan.
Be nəzm arəm in name ra qoft mən.
Əz u şad şod dele əncomən.
Yekayek əz u bəxt bərgəşte şod,
Be dəste yeki bənde bər koşte şod.
[49] Çeviri: G.G
Be porsidəm əz hər kəsi bi şomar,
Be tərsidəm əz gərdeşe ruzqar.
Məgər xod derəngəm nəbaşəd bəsi,
Be bayəd sopordən be digər kəsi.
[50] Çeviri: G.G
Xerəd həm bedin qoftha nəgerəvəd,
Məgər nik mə´niş mi beşnəvəd.
[51] Çeviri: G. G.
Ço be qozəşt sâl əz bərəm şəsto pənc,
Fozun kərdəm əndişeye dərd o rənc.
Coz əhsənt əz işan nəbud bəhreəm,
Be qoft əndər əhsənteşan zohreəm.
[52] Çeviri: G. G
Be peyvəstəm in nameye bastan,
Pəsəndide əz dəftere dastan.
Pəsəndide əz dəftəre dastan.
Ke ta ruze piri məra bər dəhəd,
Bozorgiyo dinaro əfsər dəhəd.
[53] Firdovsi minilliyi (Hezareye Ferdosi), Təqizadənin məqaləsi, s. 93.
[54] Çeviri: G. G
Ço sâl əndər aməd be həftado yək,
Həmi zire şeir əndər aməd fələk.
Ço bər bâd dadənd omre məra,
Nəbud haseli sevopənce məra.
Konun omr nəzdike həştad şod,
Omidəm be yek bare bərbâd şod.
[55] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 268-269.
[56] Çeviri: G. G.
Ço ba təxt mənbər bərabər şəvəd,
Həme nam bubəkr o Ommər şəvəd.
[57] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 271, 272, 279, 281.
[58] Çevirir: G.G
Ço budəm cəvan bərtərəm daşti,
Be piri məra xar beqozaşti.
[59] Nasir Purpirar, “Keçmişə körpü” (Poli bər qozəşte) ikinci kitab: İslamın doğuşu, birinci bölüm: bəlgələrin araşdırılması, ikinci yayın, Karəng yayınevi, Tehran-1380 (2001), s. 284, 285, 289, 290.
[60] Çeviri: G.G
Nəkərdi dər in nameye mən neqah,
Be qoftar bəd quy gəşti ze rah.
[61] Pərviz Ətabəki, Şahnamə, Moul müqəddiməsi, s. 2293.
[62] Pərviz Ətabəki, Şahnamə, Moul müqəddiməsi, s. 2293, ətək yazı.
[63] İrəc Əfşar, Şahnamə, əlyazısından nəşrə qədər (Şahnamə əz xətti ta çapi), s. 3.
[64] Nasir Purpirar, Səfəvilərin ortaya çıxışı (Bər amədəne Səfəviyə), 1-ci kitab, s. 153.
[65] Rəstqar Fəsai, Şahnamə mətnşünaslığı (Mətn şenasiye Şahnamə), s. 2.
[66] Mənsur Rəstqar Fəsai, Şahnamə mətnşünaslığı, (Mətn şenasiye Şahnamə), s. 9.
[67] Mənsur Rəstqar Fəsai, Şahnamə mətnşünaslığı, (Mətn şenasiye Şahnamə), s. 52.
[68] İrəc Əfşar, Şahnamə, əlyazısından nəşrə qədər (Şahnamə əz xətti ta çapi), s. 9.
[69] İrəc Əfşar, Şahnamə, əlyazısından nəşrə qədər (Şahnamə əz xətti ta çapi), s. 17.
[70] Firuz Mənsuri, Nasir Xosrov səfərnaməsinə bir baxış (Neqahi be səfərnameye Naser Xosro), s. 11.
[71] Xanbaba Bəyati, Şahnameye Baysonquri və hafeze əbru, tarixi araşdırmalar dərgisi, 6-cı il, sayı 3, s. 1, 2, 3,4.
[72] Qəzvini, İyirmi məqalə (Bist məqalə), İkinci cild, s. 6.
[73] Nasir Purpirar, Səfəvilərin ortaya çıxışı (Bər amədəne Səfəviyə), 1-ci kitab, s. 191,193, 194.
[74] Nasir Purpirar, Səfəvilərin ortaya çıxışı (Bər amədəne Səfəviyə), 1-ci kitab, s. 198.
[75] Kelk dərgisi, Kərim İmami, “Şah Təhmasib Şahnaməsinin dönüşü (Baz gəşte Şahnameye Şah Təhmasebi), s. 12, 13.
[76] “İran namə”  dərgisi, Heşmət Muəyyid, Şahnamənin qəmli yazqısı (Sərneveşte qəm əngize Şahnamə), 1365 (1986), 15-ci sayı.
* Medianın yazdığına görə fars-şiə dövləti Səfəvi Şahnaməsini 10 milyon dolar qarşılığında London muzeyindən almışdır.
[77] Ğolaməli Humayun, Avropalıların İrandan təsvirli sənədləri (Əsnade mosəvvəre Urupaiyan əz İran), s. 132.
[78] Tirmizi, Mənaqib, s. 48.
[79] Mövlana, Məsnəvi, çeviri: G. G
Ey məra to Mostəfa, mən çon Ömər,
Əz bəraye xedmətət bəndəm kəmər.
* “Səfəvilər” kitabımda bu qonuyla ilgili ayrıntılı bilgi verilmişdir.
[80] Melville, Charles, Safavid Persia: The History and Politics of an İslamic Society. I. B. Tauris&Co published in Association with The Centre of Middle Eastern Studies of The university of Cambridge. London. 1996, P. 426.
[81] Nizami Gəncəvi, Yeddi gözəl (Həft peykər):
Həme aləm tən əst o İran, del,
Nist quyənde zin qeyas xəcel.
Çon ke İran dele zəmin başəd,
Del ze tən beh bovəd, yəqin başəd.
[82] Firdovsi, Şahnamə, Çeviri: G. G
Ço İran nəbaşəd təne mən məbad,
Bedin bum o bər zende yek tən məbad.

Hiç yorum yok:

Yorum Gönder