2 Haziran 2010 Çarşamba

Nadir Şahın fərmanı



Fərmani-Şahi
Öncə Allah təalaya sığınıram. Biliniz ki, Şah İsmayıl Səfəvi, 1501-ci ildə zühur etdi. Cahil xalqdan bir qismini yanına topladı. Bu alçaq dünyanı və nəfsinin istəklərini ələ keçirmək üçün müsəlmanlar arasına fitnə və fəsad soxdu. Peyqəmbərin ən yaxın arxadaşlarını söyməyi, şiəliyi ortaya çıxardı. Böyləcə müsəlmanlar arasına böyük bir düşmanlıq soxdu. Münafiqlik və düşmənlik bayraqlarının açılmasına səbəb oldu. Öylə oldu ki, kafirlər rahat və qorxusuz yaşayır, müsəlmanlar isə bir-birlərini yeyir. Bir-birlərinin qanlarını, namuslarını tələf edir. İştə bunun üçün Muğan meydanındakı toplantıda böyük-kiçik hamınız məni şah yapmaq istədiyiniz zaman bu istəyinizi qəbul edərsəm, siz də Şah İsmayıl zamanından bəri, ölkəmizdə yerləşmiş olan pozuq inanclardan və boş sözlərdən vaz keçəcəyinizi bildirmişdiniz. Qiymətli dədələrinizin məzhəbi olan və mübarək adətlərimiz olan, dörd xəlifənin haqq və doğru olduğuna qəlb ilə inanacağınızı və dil ilə də söyləyəcəyinizi, bunları söyməkdən, kötüləməkdən saqınacağınızı və dördünü də sevəcəyinizi söyləmişdiniz. İştə bu xeyirli işi qüvvətləndirmək üçün seçilmiş alimlərdən, dininə bağlı yüksək zâtlardan soruşdurdum. Hamısı dedi ki, Peyqəmbərimizin haqq yoluna çağırdığı gündən bəri, dörd xəlifənin hər biri, dinin yayılması üçün canlarını və mallarını fəda etdilər. Bu uğurda çoluq-çocuqlarından, əmi və dayılarından ayrıldılar. Hər sözə, iftiraya, oxa qatlandılar. Bundan dolayı, Rəsulullahın xüsusi söhbətləri ilə şərəfləndilər. Yaxşıların yaxşısı vəfat etdikdən sonra ümmətin işlərini görən Əshabın böyüklərinin sözbirliyi ilə xilafətə gəldilər. Birinci xəlifə mağara arxadaşı Əbubəkir Sıddıq oldu. Bundan sonra xəlifənin təyini və Əshabi-kiramın qəbul etməsi ilə Ömər Faruq oldu. Ondan sonra altı kişi arasından sözbirliyi ilə Osman ibni-Əffan oldu. Daha sonra Əli ibni Əbutalib xəlifə oldu. Bu dörd xəlifədən hər biri kəndi xilafətləri zamanında bir-biriləri ilə uyqun, hər türlü ayrılıq ləkəsindən təmiz idi. Qardaşlıq və birlik üzərə idilər. Hər biri İslam məmləkətlərini şirkdən və müşriklərin kinindən qorudular. Bu dörd xəlifədən sonra müsəlmanlar iman və etiqadda birlik idi. Hər nə qədər zaman və əsrlər keçməsi ilə islam alimlərinin oruç, həc, zəkat və başqa yapılacaq işlərdə ayrılıqları oldusa da, fəqət inanılacaq şeylərdə, Rəsulullahı və onun Əshabını sevməkdə və həpsini xalis olaraq tanımaqda heç bir qüsur, əksiklik və pozuqluq olmadı. Şah İsmayılın ortaya çıxmasına qədər bütün İslam məmləkətləri böylə saf və təmiz idi. Sizlər səlim ağlınızla və təmiz qəlblərinizin irşadı ilə sonradan çıxarılan səhabiləri söymək və şiə olmaq yolunu çox şükür buraxdınız. Dini-islam sarayının dörd təməl dirəyi olan dörd xəlifənin sevgisi ilə qəlblərinizi süslədiniz. Bunun üçün mən də bu söz verdiyimiz beş qərarımızı göylər kimi yüksək, qaraların və dənizlərin xaqanı, Məkkənin xidmətçisi, yer üzünün ikinci Zülqərneyni, böyük İslam padşahı, qardaşımız, Rum məmləkətlərinin sultanına bildirməyi söz verirəm. Bu işi arzumuza uyqun olaraq bitirəlim. Bu yazdıqlarımız Allah təalanın yardımı ilə çabuq meydana çıxsın! Şimdi bu xeyirli işi qüvvətləndirmək üçün Mollabaşı Əli Əkbər və başqa yüksək alimlərimiz bir təzkirə yazdılar. Böyləcə bütün şübhə pərdələrini yırtdılar. Yaxşıca anlaşıldı ki, bütün bu iftiralar, bidətlər və ayrılıqlar Şah İsmayılın çıxardığı fitnələrdən doğmuşdur. Yoxsa ondan öncəki zamanların hər birində və İslamın başlanqıcında bütün müsəlmanların imanları, düşüncələri tək bir yolda idi. Bunun üçün Allah təalanın yardımı ilə və Onun qəlblərimizə sunması ilə bu şərəfli və yüksək qərarı almış bulunuruq. İslamiyyətin başlanğıcından ta Şah İsmayılın taxta çıxmasına qədər bütün müsəlmanlar dörd xəlifəni haqq, doğru xəlifə bilirdi. Hər birini haqlı olaraq xəlifə oldu bilirlərdi. Bunları söyməkdən, kötüləməkdən çəkinirlərdi. Xətib əfəndilər və böyük vaizlər mənbərlərdə və dərslərdə bu xəlifələrin yaxşılıqlarını, gözəl hallarını, üstünlüklərini söylərlərdi. Dərin alim və üstünlərin özü (Mirzə Məhəmməd Əli) həzrətlərinə əmr eylədim ki, bu fərmani-şahimizi bütün ölkə şəhərlərinə yaysınlar. Millətim də eşitsin və qəbul eyləsin. Buna uymamaq, qarşı gəlmək, Allah təalanın əzabına və şahənşahın qəzəbinə səbəb olacaqdır. Böylə bilələr.”[1]


[1] Hücuci-Qətiyyə- “Hak sözünün vesikaları”  Hakikat Kitabevi, İstanbul-2008, s. 42-43-44.

3 yorum:

  1. bu dunya sah ismail kimi mohtesem hokmdar gormedi.sielik... her kes dinini secmekde serbestdir.sah ismail ALLAHin birliyi taniyir, ISLAMi oz dini hesab edirdi. onun dini sielik deyil ISLAM idi.onun adina leke yaxmaq isteyenler ona paxillig edenler AZERBAYCANA paxilliq edenlerdir

    YanıtlaSil
  2. YALNZCA AZƏRBAYCANA DEYİL BÜTÜN TÜRK DÜNYASINA QARŞI İDİ VƏ PAXILLIQ VARDI. XRİSTİANLAR QARDAŞ QIRĞINI YARATMAQ FİKRİNDƏ İDİ.AMA İSMAYIL ŞİƏLİYİ YARATMAQ İLƏ XRİSTİANLARIN ƏLİNƏ ŞANS VERDİ. NƏ OLDU QARDAŞ QIRĞINLARI BAŞLADI. DEMƏK İSTƏDİYİM İSMAYIL ŞİƏLİKLƏ HAKİMİYYƏTƏ GƏLDİ.

    YanıtlaSil
  3. selamlar twk bunun icin

    YanıtlaSil