Əfşinin
öldürülməsi
Xəlifə Məmunun dövlət idarəsində fars ünsürünün basqısını azaltmaq istəyirdi.
Bu məqsədlə kəndisinin dayana biləcəyi bir qüvvət təşkil etmək üçün türklərdən oluşan
əsgəri birliklər meydana gətirdi.[1]
Abbasi tarixində “Samirə devri” (836-892) deyə bilinən yarım əsrlik bir
devrdə türklər yalnız əsgəri sahələrdə deyil, siyasi və idari sahələrdə də bu
dövlətin qədərinə hakim olmuşdular. Bu səfər xəlifələr, kəndilərinin dayana biləcəkləri
bir qüvvət olaraq təşkil etdikləri türk birlikləri ilə mücadiləyə girişdilər...
Xəlifələr ilə türk komutanları arasındakı siyasi iqtidar mücadilələri ümumiyətlə
qanlı şəkildə davam edirdi. Bir tərəfdən xəlifələr, digər tərəfdən türk
komutanları həyatlarını bu qanlı savaşda itirirdi. Samirə devri boyunca davam
edən bu mücadilələr sonunda xəlifələr siyasi və əsgəri qüdrətlərini, türk
birlikləri də sayıca üstünlüklərini və buna bağlı olaraq qüvvət və nüfuzlarını itirmişdilər...
Abbasi imperatorluğunda türk nüfuz və basqısı getdikcə ağırlığını artırırdı. Xüsusən
Babək Xürrəmdin üsyanının basdırılmasında türklərin göstərdikləri başarı,
onların qüvvət və qüdrətlərini daha da artırmışdı. Türklərin artan bu gücləri və
nüfuzları ilə xilafət qorxmağa başlamış və bir şəkildə türklərin önünü kəsmək
istəmişdi... Türklərə qarşı cəbhə açan qrup, hədəf olaraq Mötəsəmi seçdilər. Öncə
türklərə bu qədər haq və yetki verən xəlifənin ortadan qaldırılması gərəkirdi. Təsbit
edilən plan gərəyincə, Məmunun oğlu Abbasın tərəfdarları Əfşin, Aşnas və digər
komutanların cinahına yerləşdiriləcək və Abbasın verəcəyi bir işarətlə hərəkətə
keçəcəkdilər.... Amorion səfəri əsnasında Əfşinin bir qism qüvvətlə Malatiya tərəfindən
Bizans ölkəsinə girişini fürsət bilən üsyanın başçısı olan Uceyf ibni Abbasə və
digərləri, Abbasa səfər sırasında Mötəsəmi öldürməyi təklif etdilər. Ancaq gəncliyini
savaşlarda keçirmiş olan Abbas bu təklifi kəsinliklə rədd etdi. Amorionun fəthinin arxasınca əldə edilən qənimətlərin
aslan payının türklərə verilməsi, qarşı qrupun qısqanclığını daha da qamçıladı.
Bir an öncə hərəkətə keçmək üçün Abbası sıxışdırmağa başladılar. Abbas bu təklifi
də, dönüşdə Toros keçidlərində daha qolay olar düşüncəsi ilə rədd etdi. Abbasın
passiv tutumu üzərinə Uceyf ibni Abbasə, qənimətin dağıdılması sırasında qarışılıqlara
səbəb oldu. Ancaq xəlifənin öz girişimi ilə bu plan da baş tutmadı.[2]
Aşnas etirazçı qrupun başçısından şübhələnməyə başladı. Araşdırma nəticəsində
onların planları aşkar oldu. Abbas daxil olmaq üzərə bütün tərtibatçılar
tutuqlandılar. Abbasın etirafı üzərinə Mötəsəm onların cəzalandırılmalarını istədi.
Abbas Əfşinə, Uceyf Inağa və Əhməd ibni Xəlil də Aşnasa təslim edildi. Hər üçü
də qorxunc biçimdə öldürüldüllər.[3]
Mötəsəmin xilafətinin son illərində baş verən olaylar Əfşinin bərtərəf
edilməsi üçün şərait yaratdı. Uşrusana hökmdar ailəsinə mənsub olan Heydər ibni
Kavus, qaynaqlarda, bu bölgənin hökmdarlarına verilən “əl-Əfşin” ünvanı ilə
keçməkdədir. Ərəb olmadığı kəsin olan Əfşinin fars olduğuna dair tək və zəif dəlil
ata adının Kavus olmasıdır. Ancaq onun atasının, fars hökmdar ailələrində sıx
rastlanan böylə bir adı daşıması, fars kültürünün təsiri altında bulunan bir
bölgədə təbii qarşılanmalıdır. Əfşin və atası müsəlman olmadan öncə məcusi idilər.
Bu devirdə türklərin daxil olduqları cəmiyətin təsiri altında qalaraq türkçə
adlar yerinə farsca və ərəbcə adlar qullandıqları sıx görülməkdədir. Üstəlik
Əfşin, atasının farsca ad daşımasına rəğmən, kəndisi də ərəbcə Heydər adını
almışdır. Böyük olasılıqla Heydər adını müsəlman olduqdan sonra almışdır.[4]
Əfşinin türklüyünü təyid edən bir bəlgəyə də Yaqubidə rastlanmaqdayıq.[5]
Daha öncə Tahirilərin şüubi cərəyan olduqlarını söyləmişdik.
Əfşinin durumunun sarsılmasında rol oynayanların başında Xorasan valisi
Abdullah ibni Tahir gəlməkdədir. Məmunun xilafətində, atası Tahirin nüfuzundan
istifadə edərək bəzi başarılarla da durumunu qüvvətləndirən Abdullah ibni
Tahir, Əfşinin qazandığı başarılar və Xorasanı ələ keçirmək üçün gizlincə
girişmiş olduğu fəaliyətlər səbəbi ilə ona qarşı cəbhə açmışdı. Qaynaqların bəlli
etdiyinə görə, bu iki şəxsiyət arasındakı rəqabət, Əfşinin Babək üsyanını basdırmaqla
məşğul bulunduğu zaman ortaya çıxmışdı: Əfşin Babəklə savaşırkən çevrə bəylərdən
gələn hədiyələrlə ələ keçirdiyi qənimətləri xəlifəyə deyil, Uşrusanaya göndərirdi.
Əfşinin qənimətlərini Uşrusanaya aparanlar Abdullah ibni Tahirin vilayəti olan
Xorasandan keçmək zorunda idilər. Bu durumun təkrar etməsi üzərinə fürsəti
qaçırmaq istəməyən Abdullah ibni Tahir, vəziyəti xəlifə Mötəsəmə bildirdi. Xəlifə,
ibni tahirdən göndərilən paraların miqdarının kəndisinə bildirilməsini istədi. Böyləcə
xəlifənin də dəstəyini qazanan ibni Tahir, Əfşinin adamlarından aparmaqda
olduqları paraları alaraq Samirəyə göndərdi. Bu hadisə, Əfşin ilə ibni Tahirin
arasında içdən içə davam etməkdə olan rəqabət və kinin ortaya çıxmasına və bu
iki komutanın arasında amansız bir mücadilənin başlamasına səbəb oldu...[6]
Babək üsyanının basdırılmasından sonra imperatorluq daxilində şöhrət və
etibarını qüvvətləndirən Əfşinin, bu nüfuzundan istifadə edərək o zaman Abbasi
imperatorluğunun gərək mali və gərəksə siyasi qüdrət baxımından ən önəmli vilayətləri
arasında yer alan Xorasanı ələ keçirmək üçün çalışdığı, bunu anlayan ibni
Tahirin də qarşılıqlı hərəkətə keçərək xəlifə nəzdində Əfşinin etibarını
sarsmaq və böyləcə ən böyük rəqibini bərtərəf etmək üçün kiçik fürsətlərədn bilə
istifadə etdiyi bu cümlədən olaraq Maziyar ibni Karinin üsyanında Əfşinin rolu
olduğuna dair xəlifəyə verdiyi məlumatın da bu ünlü komutanın düşüşündə önəmli
rol oynadığı qaynaqlarda dilə gətirilmişdir.[7]
İbni Tahirin fəaliyətləri yanında mərkəzdə də Əfşinin əleyhinə bəzi hadisələrin
cərəyan etdiyi diqqət çəkməkdədir. Mərkəzdə Əfşin əleyhdarı qrubun başında xəlifə
Mötəsəm üzərində olduqca nüfuzu olan baş yarqıc Əhməd ibni Əbu Duad bulunmaqda
idi. Qaynaqların verdiyi bilgiyə görə, Əhməd ibni Əbu Duad mücadiləsi, iki
kişinin şəxsi mənfət və siyasi çəkişmənin nəticəsində deyil, Məmun zamanında
başlayan və Mötəsəmin xəlifə olması ilə kəndisini hiss etdirən dövlət idarəsində
türk nüfuzunu qırmaq üçün ərəb partiyasının girişdiyi müqabil hərəkətdən irəli
gəldiyi açıqca görülməkdədir.[8]
Əfşinin süqutunu hazırlayan səbəblərin birisi də, Babək üsyanının
qaldırılmasından sonra Samirəyə dönən Əfşinin Azərbaycanda vəkil olaraq buraxdığı
əqrəbası Məngü-Çurun üsyan etməsi və rəqiblərinin bunu xəlifə nəzdində istismar
cəhdinə girişmələridir.[9]
Bütün bunlara rəğmən Əfşinin bərtərəf edilməsi ordu içindəki kumanda heyətini əldə
etməklə mümkün ola bilərdi. Sanki baş komutanlıq mövqeyində bulunan Əfşinin hər
hansi bir şəkildə ortadan qaldırılması ordu içində qarışıqlığa səbəb ola bilərdi.
Bu baxımdan Aşnas, Boğa əl-Kəbir və İnaq kimi türk kökənli kumandanları Əfşinə
qarşı gətirmək gərəkirdi. Əfşinin böyük etibarını qısqandırmaq surətiylə,
onları, ibni Tahirin şikayət və iftiralarına inandırmaq olardı. Buna əmin
olduqdan sonra Əfşinə qarşı hərəkətə keçildiyi anlaşılmaqdadır.
Qaynaqlar Əfşinin tutuqlanma səbəbini bir suiqəsd təşəbbüsü olaraq göstərməkdədirlər.[10]
Təbəri və ondan nəql etdikləri anlaşılan digər mənbələr bu xüsusda bu bilgini
verməkdədirlər: Son zamanlarda Mötəsəmin kəndisinə qarşı tutumunun dəyişdiyini
və əleyhində bəzi fitnələrin döndüyünü fərq edən Əfşin, xəlifə və ordu
komutanlarının məşğul olduğu bir sırada Mosula və oradan da valisi olduğu Erməniyyəyə
və Azərbaycan yoluyla xəzərlər ölkəsinə qaçmağı planladısa da, bunu kəndi güvənliyi
baxımından təhlükəli bulduğu üçün tətbiq etməkdən çəkindi. Başqa bir planla xəlifə
və digər dövlət ərkanına sarayında bir ziyafət verməyi və gələnləri zəhərləmək
istəmişdi. Xəlifə gəlmədiyi təqdirdə komutanları zəhərləməyi düşünmüşdü. Bu
plan başarı ilə tətbiq edilsə idi, kəndisini təqib edəcək qüvvət qalmadığı üçün
rahatca məmləkəti Uşrusanaya qaça biləcəkdi. Ancaq bu planını da bir türlü tətbiq
edə bilməmişdi. Nəhayət adamlarından birisi, Əfşindən qorxduğu üçün durumdan xəlifə
Mötəsəmi xəbərdar etdi. Bunun üzərinə Əfşin xəlifə sarayına dəvət edilərək
tutuqlandı.[11]
Əfşinin məhkəməsini yürüdən heyətin başında vəzir Məhəmməd ibni Abdulməlik əl-Zəyyat
dururdu. Məhkəmədə ilk şahidliyi soğdlu iki kişi yaparaq, bir bütxanəni cami
etdikləri üçün Əfşinin onları cəzalandırdığını söylədilər. Əfşini bütpərəst
olmaqla ittiham etdilər. Əfşin onların iddialarının doğru olduğunu qəbul etdi və
soğdlu məlikləri ilə yapdığı anlaşma xilafına hərəkət etdikləri üçün bu cəzanı
verdiyini açıqca bəyan etdi. Bundan sonra Baş yarqıc Əl-Zəyyat, Əfşinə yanında
bulunan süslü və kafirlərin dinlərindən bəhs edən kitabın nə olduğunu sordu. Əfşin
bəhs edilən kitabın atalarından miras qaldığını içində fars ədəbiyatı və məcusi
dininə aid bilgilər bulunduğunu, kəndisinin, yalnız ədəbi qismini oxuduğunu
bildirdi və böylə bir kitabın yanında bulunmasıyla
dindən çıxmış olmayacağını dilə gətirdi.[12]
Soğdlu iki kişinin şahidliyindən sonra Mubəz adında biri söz alaraq Əfşinin
boğulmuş heyvan əti yediyini kəndisini də bu şəkildə təşviq etdiyini dedi. Ərəblərin
arasına girib bəzi adətləri mənimsəməsinə rəğmən hələ də əski dininə sadiq
qaldığını və sünnət olmadığını söylədi. Mubəzin bu iddialarına qarşılıq Əfşin məhkəmə
heyətinə Mubəzin güvənilir bir adam olub olmadığını sordu. Məhkəmə heyəti “yox”
cavabını verincə Əfşin “o halda güvənmədiyiniz bir adamın şahidliyini necə qəbul
edərsiniz?” qarşılığını verdi. Bundan sonra Mubəzə dönərək onu ittiham edincə o
da məhkəmədən qaçdı.[13]
Daha sonra Mərzuban ibni Türkeş məhkəmə heyətinin hüzuruna gələrək Əfşinə “məmləkətinin
xalqı sənə yazdıqları məktublarda necə xitab edilər?” deyə sordu. Əfşin “atama
və dədəmə yazdıqları kimi” cavabını verdi. Bunun üzərinə ibni Türküş “qulu
filan oğlu filandan ilahların ilahına şəklində yazmazlarmı?” deyə sordu. Əfşin
“doğru” cavabını verincə Əl-Zəyyat müdaxilə edərək “müsəlmanlar kəndilərinə bu
şəkildə bir xitabda bulunmazlar” dedi. Buna müqabil Əfşin “onlar atama, dədəmə
və müsəlman olmadan öncə mənə bu şəkildə xitab edərdilər. Eyni ənənəni davam
etdirdiyim təqdirdə mənə itaət etməyəcəklərindən qorxduğum üçün bu şəkildə
yazmalarına etiraz etmədim” cavabını verdi.[14]
Mərzuban ibni Türkeşdən sonra Maziyar ibni Karin sorquya çəkildi. Əfşinə
Maziyar ilə məktublaşıb məktublaşmadığı sorulunca, Əfşin böylə bir şeyin
olmadığını bəyan etdi. Eyni soru Maziyara sorulduğu zaman, Əfşinin qardaşının onun
qardaşına məktub yazdığını və məktublarında “dinimizi məndən, səndən və Babəkdən
başqa kimsə qurtaramaz. Babək ağılsızlığının cəzasını çəkdi. Onu qurtarmaq üçün
uğraşdımsa da, başarısızlığından dolayı kötü aqibətə sürükləndi. Sən xəlifəyə
qarşı üsyan edərsənsə, məndən başqa kimsə yardımına gəlməz. Xəlifənin göndərdiyi
qüvvətləri qolaylıqla bərtərəf edə bilərik. Böyləliklə dinimiz qurtulmuş olur” deyə
yazırdı. Bunun üzərinə Əfşin, “bu adam qardaşı ilə qardaşım arasındakı bir məktubdan
bəhs edir. Bu xüsus məni ilgiləndirməz. Bu məktubu mən yazmış olsaydım, öncə
onu öz tərəfimə çəkərdim” cavabını verdi. Ibni Əbu Duad Əfşinə başqa sorular
sordu və Əfşin hamısını cavabladı.[15]
Əfşinin uzun müddət həbsdə qaldığı anlaşılmaqdadır. “Uyun”da, onun bir ilə
yaxın zindanda qaldığı yazılmaqdadır.[16]
Təbərinin müddət bildirməməklə bərabər, verdiyi bilgidən bənzər nəticəni
çıxarmaq mümkündür.[17]
Təbəri Əfşinin məhkəməsini 840-cı ilin sonları olaraq göstərməkdədir. Nəhayət
841-ci ilin May ayında Əfşin zindanda ölmüşdür. Ölümündən sonra evi arandığında
bütlər və məcusi dininə aid kitabların bulunduğu, bundan dolayı müsəlman
olmadığına qərar verilərək cəsədi çarmıxa çəkilmişdi. Daha sonra yaxılaraq külləri
Dicləyə atılmışdır.[18]
Əfşinin evinin aranması və bütlərin ortaya çıxmasının düzməcə olduğu açıqca
bəlli olur. Əfşin sağ ikən evi aranmamış, öldükdən sonra evi aranmış! Ancaq
ölümündən sonra ortaya çıxan bu bütlər, əslində onu suçlu göstərmək üçün
dirilində lazım idi. Məlum olur ki, Samirədə türk əsgərlərinin etirazını və ya
hər olasıılığa görə, qiyamını durdurmaq üçün evindən büt çıxma öyküsü
uydurulmuşdur.
Əfşinin bu şəkildə ortadan qaldırılması ərəb-fars ünsürünün ortaq bir
başarısı və təkrar iqtidarı ələ keçirmək üçün qazandıqları bir uğur olaraq
görünməsinə rəğmən, ordu kumanda heyətini əllərində bulunduran türklərin xəlifəni
tamamən təsirləri altına aldıqları da gözdən qaçmamalıdır. Əfşinin ölümündən
sonra yenə türk kumandanlarından Aşnas onun yerinə keçmişdi.[19]
Kökdən dəyişən bir şey olmamışdı. Artıq Abbasi iqtidarında siyasi nüfuz türklərin
əlinə keçmişdi. Əfşinin ölümü bu mənada bir şeyi dəyişdirməmişdi.
[2] Təbəri, III, 1258, İbni əl-Əsir,
490, Dursun Yıılmaz, İslamiyət və türklər, s. 133, 134, 135.
[3] Təbəri, III, 1264, Dursun Yıldız, İslamiyət və
türkllər, s. 135.
[4] Hakkı Dursun Yılmaz,
İslamiyet ve Türkler, İlgi Kültür Sanat yayınları, İstanbul- 2011, 4-cü baskı,
s. 139.
[5] Yaqubi, Tarix, II, 583, Hakkı
Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 140.
[6] Hakkı Dursun Yılmaz,
İslamiyet ve Türkler, s. 141-142.
[7] Təbəri, III, 1269, Hakkı
Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 142.
[8] Hakkı Dursun Yılmaz,
İslamiyet ve Türkler, s. 142.
[9] Yaqubi, Tarix, III, 583,
Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 143.
[10] Təbəri, III, 1305, Hakkı
Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 143.
[12] Təbəri, III, 1309, Hakkı
Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 145.
[13] Təbəri, III, 1309, Hakkı
Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 145.
[14] Təbəri, III, 1310, Hakkı
Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 145-146.
[15] Təbəri, III, 1311, Dursun
Yıldız, İslamiyet ve Türkler, s. 146.
[16] Uyun, 406, Dursun Yıldız,
İslamiyet ve Türkler, s. 147.
[17] Təbəri, III, 1314, Dursun
Yıldız, İslamiyet ve Türkler, s. 147.
[18] Təbəri, III, 1318, Dursun
Yıldız, İslamiyet ve Türkler, s. 147-148.
[19] Təbəri, III, 1318, Dursun
Yıldız, İslamiyet ve Türkler, s. 149.
Hiç yorum yok:
Yorum Gönder