Qaraxanlılar
Dövləti
Qaraxanlı ailəsi, türk kralı
Əfrasiyab soyundan gəlir. Bilindiyi kimi türklər Türküstanda bəlli bir yerləri
olmayan bir çox qəbilədən meydana gəlmişlərdir. Bu üzdən Qaraxanlı ailəsinin mənsubu
olduğu qəbiləni sınırlandırmaq çətindir. Bəziləri Qaraxanlıların, Tiyan Şan
dağının güneyini özlərinə yurd edən, daha sonra da buradan Batıya yönələn uyqur
türkləri qəbiləsinə mənsub olduqları görüşündədirlər. Bertold, Qaraxanlıların
Türküstanda bilinən üç türk qəbiləsindən birinə mənsub olduğunu söylər: 1- Yoğma-Kaşqarda
yerləşən, uyqur ya da oğuz qəbiləsinə mənsub Yaqma qəbiləsi. 2- Ceyhun çayından
Çinə qədər uzanan bölgədə məskun olan Çigil. 3- Tıraz (Talas) şəhərindən Doğuya
doğru uzanan İslam şəhərləri sınırında yaşayan Qarluq boyu. Bu qəbilələrə, iki
qəbilə daha əlavə edən bir başqa görüş bulunmaqdadır. Bu qəbilələr də türkmən və
tavcu qəbilələridir. Bu görüşün sahibi, bütün ehtimalların göz önündə
bulundurula biləcəyini qəbul etməkdədir. Bu görüşlərin hamısı doğrudur. Bu üzdən
Qaraxanlıların sülaləsi Şaman olan Tavcu ailəsinin bir bölümü sayılan Qarluq
xanidanına bağlanmaqdadır. Qarluq boy birliyini vücuda gətirən üç qövmün iki ən
önəmli ünsürünü Çingil və Yaqma qövmləri təşkil edirdi. Qarluq 744-840 illərində
uyqur birliyinə daxil olmuşdur. Eyni zamanda Qaraxanlılar siyasi ism olaraq bir
də türkmən adını daşımışlar. Zəki Vəlidi[1] də buna işarət etməkdədir.[2] Qaraxanlı dövləti Orta Asiyada, Doğu və Batı
Türküstan bölgələrində qurulmuşdur. Bu dövlət bəzi tarix kitablarında ”Dövləti-Ali-Əfrasiyab”
(Əfrasiyab soyunun dövləti) və ”Dövləti-Xani Türküstan” adı ilə tanınır.
”İlkxaniyə” dövləti olaraq ismləndirirlər. Qurilər özlərini Zəhhak soyundan
bildikləri kimi İlkxanlılar da özlərini Əfrasiyab soyundan bilirdilər. Bu
silsilənin qurucularının bir neçəsinin adı ilkxan olduğundan İlkxanilər adı ilə
də tanınmışlar.[3] Qaraxanlı dönəminə
çağdaş olan Kaşqarlı Mahmud isə, ona ”Xaqaniyə” dövləti adını verməkdədir.[4] Qaraxanlı türkləri uyqurların varisi olaraq Kaşqarın
güney batısında və batısında məskundular. Isıq gölünün çevrəsi onların vətəni
idi. Qaraxanlıların islamiyyəti qəbul etmələri ilə o bölgənin durumu çox dəyişdi.
İslamlaşma ilə türkləşmə Qaraxanlılarda eyni anlam daşımaqda idi. Qaraxanlılar
X əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər Kaşqarda iqtidarda olmuşlar.
Bartolda görə Qaraxanlılar oğuzların bir boyu olmuşdur. İslam ədəbiyatında
adıkeçən ilk Qaraxanlı sultanı Buğra Xandır. Kaşqarın şahı olan Buğra, ölkəsində
yaşayan xalqını İslam qurallarına görə yaşamağa çağırmışdı. Daha sonrakı illərdə
”Tarım”* vahələri, ”Çu” və ”Talas” çölləri onun
soyu arasında paylaşılmışdır. Qaraxanlılar müsəlman olsalar da, farslara qarşı əski
savaş xatirələrini unutmamışdılar. Bu üzdən də Samanilərlə savaşmaqdan vaz
keçmirdilər. Başkəndi Balasaqun olan Buğra Xan 992-ci ildə Buxaraya
saldırdı. Başkəndi Özkənd olan bir başqa Qaraxanlı padşahı Ərsalan İlk idi.
1013-cü ildə ölən Ərsalan İlk də bu kimi saldırılarda bulunmuşdu. O, 999-cu ildə
bir fateh kimi Buxaraya girdi. Samanilərin son padşahı Abdulməlik Sanini əsir
yaxalayaraq, Samani ərazilərini öz ölkəsinə qatdı. Ərsalan İlk öz qızını Sultan
Mahmud Qəznəliyə ərə versə də, aralarındakı anlaşma uzun sürmədi. Möhkəm dövlət
qurmuş olan Qaraxanlılar Kaşqar ölkəsindən əlavə əski ”Tukyu”, ”İli” və ”Çu” ölkələrini
də öz yönətimləri altına aldılar. Qaraxanlılar Qəznəlilərə üstdən aşağı baxır və
onları özlərinin əski kölələri kimi görürdülər. Mahmud Qəznəli də öz yönətiminə
Əfqanistanı, Xorasanı və Pəncabı əkləmişdi. Hindistanı da yağmaladığı üçün dövlət
budcəsi dolu idi. 1006-cı ildə Mahmud Hindistanda ikən Ərsalan İlk, Qəznəli ölkəsinə
saldırıb Xorasanı işğal edərək Bəlx və Nişaburu aldı. Sultan Mahmud geri dönüb
1008-ci ildə Ərsalan İlklə savaşa başladı. Onu yenərək ölkəsindən uzaqlaşdırdı.
Tamqaç adı ilə ünlü olan Qaraxanlı Börütəkin 1041-1068 illəri arasında Buxarada
səltənət etdi. Ancaq 1040-cı ildə başqa böyük hadisə baş verdi. Qəznəlilər
”Dandanaqan” adlı bir yerdə Səlcuqlar tərəfindən yenildilər. Xorasanı fəth edən
Səlcuqlar Qəznəliləri Əfqanistana və Hindistana çəkilməyə zorladılar. Səlcuq
sultanı Toğrul Bəy bütün İraqi-Əcəmi işğal edərək 1055-ci ildə Bağdada girdi və
Bağdad xilafəti tərəfindən Şərqin və Qərbin sultanı olaraq duyuruldu. Səlcuqların
Qəznəliləri yenmələri Qaraxanlıların əlini gücləndirmişdi.[5]
Qaraxanlı dövləti ilk
türk-İslam dövlətidir. Türklərin İslamı necə qəbul etdikləri haqda günümüzdə təməl
olaraq iki fərqli görüş vardır: 1- Xalqın iradəsi tamamən bir kənara
buraxılaraq, özəlliklə Oğuzlar və Səlcuqlular dövründə yönətici sinfin tamamən
siyasi səbəblərlə verdiyi bir qərar olmuşdur. 2- Türklərlə islamiyyətin
bir-birlərindən ayrılmaz ünsürlər olduğunu iddia edən görüş var. Bu görüşə görə,
sanki türklər doğuşdan müsəlman olmaq üçün yaradılmışlar. Bu görüşü savunanlar əllərindən
gəlsə, müsəlmanlıq daha yer üzünə gəlmədən öncə türkləri müsəlman olaraq göstərmək
istərlər.[6] Obyektiv bir baxış açısı ilə o dövrlərdə yaşanan
tarixi, sosiolojik və teolojik sürəcin içində nələr olduğu bir bütün olaraq dəyərləndirilmədiyi
sürəcə bu məsələ aydınlatılamaz. Türklərin necə müsəlman olduğu sorusuna aranan
cavabın əslində iki ayrı yönü bulunmaqdadır. Birincisi yönəticilər açısından,
digəri isə, yönətilən xalqın tərcihləri baxımından.[7]
”Qaraxanlı” sözü, ”qara xan”
və ”qara xaqan” kəlmələrindən gəlməkdədir. ”Qara” sözü türkcədə ”ulu”, ”uca”
anlamına gəlirkən ”xan” kəlməsi isə, ”hökmdar, məlik” anlamına gəlməkdədir.
Qaraxanlı ləfzi ”böyük hökmdar” anlamına gəlməkdədir.
Qaraxanlı dövləti Türk mədəniyyəti
və türkcənin yazqısı baxımından çox önəmli tarixi dövrdür. İslamdan sonra
qurulan ilk dövlət olma özəlliyi göz önündə bulundurulursa, türkcəyə bu qədər
önəm vermələrinin səbəbi nə ola bilərdi əcəba? Peyğəmbərin vəfatından sonra islamiyyiyəti
saldırqan ərəb ideologiyası şəklində qullanmaq yayqınlaşmış və Əməvilərlə də
İslam, ərəb milliyyətçiliyinin ideologiyasına dönüşdürülmüşdü. Saxta hədislər
uydurularaq ərəb qövmü və ərəbçə qutsanmışdır. Ərəbçiliyə və ərəbçəçiliyə qarşı
türklərdə və farslarda milli oyanış eyni dövrdə başlamışdır. IX və X yüzillər
türk-fars xalqlarının ərəblərə və ərəbçə basqısına qarşı böyük oyanış dövrləridir.
Qaraxanlı dövründə türklərdə Kaşqarlı və Yusif Xas Hacib və tarixdə adları və əsərləri
qalmayan şəxsiyyətlərin, Quran tərcüməçilərinin yaradıcılığı meydana çıxarkən,
farslarda da Samani dövləti dövründə Şahnamə yazma görüşü ortaya çıxar. Lakin
çox ilginc ki, Qaraxanlı siyasi həyatı zamanında başlayan türkcə böyük milli
oyanış sonrakı dövrlərdə sönərkən, farslarda durmadan yüzillər boyunca və hətta
günümüzə qədər davam etmişdir. Qutatqu bilik kimi bir əsərin yazılması asan iş
deyildi. Qutatqu bilik incələndiyində böyləsinə böyük bir oyanışın bu bir neçə
kitabla məhdud qalmayacağı açıqca görünür. O zaman digər kitablar haradadır? Quranın
türkcəyə tərcüməsi, Qutatqu bilik, Kaşqarlı əsərlərinin də tarixdə təsadüfən qaldığı
düşünülürsə, digərlərinin harada olduğu anlaşılacaqdır.
Qaraxanlılar dövründə nədən
böyük türkcəçilik hərəkəti meydana çıxmışdır? Bunun tarixi səbəbləri nə idi? İslamdan
öncəki türkcənin kəndisinə özgü gəlişmə biçimi olmuşdur. Bir çox məkanlarda bulunan
daş yazıtlarının dəyişik dövrlərdə oxunamadığı bilinməkdədir. “Uyqur türkləri
hökmdarlarına
“İdi Qut”
deyirlər. Anlamı
da dövlət Tanrısı deməkdir. Uyqurların qəbul
etdikləri inanca görə onlar Orqun ırmağının çevrəsində törəyib artmışlar. Orqun çayının qaynağı Qaraqurum dağıdır. Qaan
zamanında təsis edilən şəhər də Qaraqurum
adlanmaqdadır.
Otuz çay Qaraqurumdan qaynaqlanmaqdadır. Hər
çay kənarında
bir qövm barınmaqdadır. Orqunda uyqurlar iki öbəkdilər. Nüfusları
artdığı üçün aralarında kəndilərinə bir hökmdar
seçərək ona itaət etdilər. Beş yüz il boyunca orada yaşadılar. Sonra Buqu Xan
çağı gəldi. Söyləntilərə görə Buqu Xan, əslində Əfrasiyabdır. Qaraqurum
dağında böyük bir quyu və quyuda bir qaya
vardır.
Söyləntilərə görə bu, Bijənin həbs
edildiyi quyudur. Bu ırmağın
kənarında bir şəhərin və bir sarayın rəsmi vardır.
Bu şəhərin adı
Ordubalıq olmuş. İndi isə Mavubalıq adlanır. Saray rəsminin qarşısında üzərləri qazılaraq yazı yazılan
qayalar var. Bu qayaları öz gözlərimizlə
gördük. Qaan çağında
daşların altını oydular bir quyu bulundu. Quyuda böyük və geniş bir qaya bulundu. Üzəri geniş olan qayanın üzərində
yazıtlar
vardı. Yazını oxumaq üçün fərman çıxarıldı. Kimsə bu yazını oxuya bilmədi.”[8] Tarixi-Cuveyninin verdiyi
bu bilgiyə görə, türk millətinin yazı bilinci islamiyyətdən ən az min il öncəyə
qədər dayanmaqdadır. “Hunların qonuşduqları dil qonusu tarixşünaslıqda önəmli yer
tutmasına rağmən, bu gün hardasa önəmini itirmişdir. Şiratoriy, bizim hunca deyə
bildiyimiz kəlmələrin türkcə və günümüzə qədər ulaşan hunca bir cümlənin də yenə
eynı dildə olduğunu isbat etdi. Fin araşdırmaçılar, hun dili qonusuna fərqli açıdan
yanaşdılar. Castrén və Ramstədt hun dilinin türklərin və moğolların atalarının
ortaq dili olduğunu irəli sürdülər. Hunların türkcə qonuşan bir xalq olduğu qonusunda
şübhələr yersizdir.”[9]
Qaraxanlılardan çox da uzaq
olmayan Göytürk yazıtları isə oxunmuş və o dövr türk millətinin ağlında dolaşan
niyyətlər haqqında böyük ölçüdə bilgi sahibiyik. 38 hərfli Göytürk yazıtları
türkcənin yazı qılavuzuna uyqun əlifba gəlişdirmə açısından önəmli bir dövr
olaraq görülməkdədir. Bütün bu olaylar türk millətinin tarixsəl bilincaltında barınaraq
sonrakı çağlara daşınmışdır. Ərəbçilik və ərəbçəçilik qarşısında oyanış və dirəniş
göstərən tarixsəl türk bilincaltında Qaraxanlılar zamanında açıqca meydana
çıxmışdır. Türk millətinin siyasi şəxsiyyətləri və aydınları tərəfindən intellektual
və milli oyanış çalışmaları kitablaşdırılmışdır.
Qutatqu bilik kimi bir əsərin
əruz vəznində yazılması heyrət doğurucu bir fenomendir. Özəlliklə əruzun mütəqarib
bəhri olan “fəulən fəulən fəulən fəul” vəznində yazılması daha da şaşırdıcı bir
olqudur. Çünkü əruzun bu vəzni həmasət içərməkdədir. Epik şeir vəznidir. Böyük
xalq oyanışları genəldə həmasət biçimində ortaya çıxar. Əruz ədəbiyyata haradan
gəlmişdir? “Əruz şeir vəzni farscaya və ərəbçəyə Hindistan şeir sənətindən
keçmişdir. Xəlil ibni-Əhməd Əruzi və digər əruzçular Hind şeir elmindən təsirlənərək
əruz elmini şəkilləndirmişlər.”[10]
Miladdan öncə IV əsrdə yaşayan Hind bilgəsi Panini böyük qramerçi və dilçi
olmuş. Hind şeir vəznləri elminin oluşmasında önəmli işlər görmüşdür. Əruz
elminin qurucusu olaraq bilinən Xəlil ibni-Əhməd Əruzi Panininin elmindən etkiləndiyi
bildirilməkdədir.*
Həm türklərdə, həm də
farslarda eyni zamanda ərəbçiliyə və ərəbcəçiliyə qarşı əruzun epik “fəulən fəulən
fəulən fəul” vəznində intelekttual oyanış, bilgilənmə və bilgiləndirmə meydana
çıxmışdı. Ərəbçəçiliyə qarşı dirəniş və həmasət ədəbiyyatı həm türklərdə, həm də
farslarda bu vəzndə başlamışdı. Həmasət nədir? Həmasət güclü olmaq və eyni
zamanda dəngəni qoruya bilmə kimi bir ruh halını bəyan edər. Hüznün, fəlakətin
qarşısında da güclü olaraq epik və mərdcə davranış və bəyan sərgilmə həmasətin özəlliyidir.
Ölərkən bilə, güclü olmaq və zəifliyi yaxın buraxmamaqdır. Həmasətdə söyləyici
söylədiyinin təhlükəli olub olmadığına baxmaz. Doğrudur, yoxsa doğru deyildir
deyə baxar. Doğruysa, heç bir təhlükəyə aldırış etmədən cəsurca və güclülük
pozisionundan doğruları dilə gətirər. Nitəkim fəlsəfənin ilk şəhidi Sokrat ölümə
məhkum edilərkən bilə, savunmasını qəhrəmanca etmişdir. Mifik qəhrəmanların
ölümləri də həmasətlə gerçəkləşər. Ölüm qarşısında zəiflik göstərmədən güclülük
mövqeyindən çıxış edərlər. Bu üzdən mifik əsərlərdəki qəhrəmanların epik
monoloqları çox təsirli olar. Eyni çağda həm Qutatqu bilik, həm də Şahnamə “fəulən
fəulən fəulən fəul” vəznində yazılmışdır. Bu vəzn yığcam və coşqulu olaraq toplumu
düşdüyü ruhsal çökmüşlükdən və sosial çürümüşlükdən qurtararaq yüksəltmə enerjisinə
sahibdir. İstər savaş meydanında bu vəzndəki şeirlərin savaşçıya güc və zəfər
müjdələməsi, istər xalqın arxadakı çalışanlarına əməkdaşlıq, dayanışma və
yardımlaşma aşılaması baxımından bu əruz vəzni böyük bir görəv üstlənə bilməkdədir.
Yönətən və yönətilən olaraq topluma bir bütün şəklində canlı, həyəcanlı, güclü,
umutlu və ədalətli olma duyqusunu təqlin edər. Nitəkim Qutatqu bilik əsərində də
bu vizion, yalnızca şeirlərin anlamında deyil, həm də formasında ifadə edilməkdədir.
“Yanıt birdi Ögdülmüş aydı iliq”[11]
örnək misrasında dövlət başçısı və Ögdülmüş arasında eşit pozisionlarda epik
bir dialoq getməkdədir. Şeirin biçimi dialoqun qarşılıqlı epik pozisionda
yürüdüyünü göstərməkdədir. Ədalətin sağlanmasında və sorunların çözümündə həmasət
biçimində dialoq edilməkdədir. Türk ədəbiyyatşünaslığı açısından Qutatqu bilik
ontologiyası olan tək ədəbi əsərdir. Çünkü əsərdə günəş (kral)- Kündoğdu, ay (vəzir)-Aytoldu,
öyüdülərək bilgiləndirilən Ögüdülmüş, imtina sahibi olan Odqurmuş, ... kimi bir
xalqın içində mövcud olması gərəkən bütün xarakterlər yer almışdır. Xalq bütün
kimliyi və ümid üfüqüylə bir yerdə bir bütün olaraq əsərdə görünməkdədir. Ayrıca,
əsərdə acun, fələklərdəki ulduzlar və yaşam yaradılmışılığı üzərinə də sorular
və düşüncələr mövcuddur.
Ancaq sorulması gərəkən ən
böyük sorun budur: Əruz vəzni Qaraxanlı dövləti zamanında necə öyrənilib özümsənərək
böylə bir əsərin yaradılış altyapısını təşkil edə bilmişdir? Bağdad xilafətində,
fars dövlətlərində əruz elmi üzərinə araşdırmalar aparılmış, bu elmin
ayrıntıları öyrənilərək kitablaşdırılmışdır. Ya Qaraxanlı dönəmində? Bu elmi
araşdırıb öyrənmədən necə əruz vəznində əsər yazmaq olardı? O zaman Qaraxanlı
dövlətinin mədəni qurumlarında əruz elmini öyrənmək üçün özəl mərkəzlər fəaliyyət
göstərmişlər. Çünkü əruz vəzni heç bir axsaqlığa yol verilmədən və ərəb-fars
sözlərində olduğu kimi qısa saidləri uzatmadan Qutatqu bilik ustaca
yazılmışdır. Sorulması gərkən soru budur: Ərəb-fars dillərinin əruz elmi üzərinə
hər dövrdə kitablar yazılmışdır. Qaraxanlı dönəmində əruz vəzninin elmi və özəllikləri haqqında türkcə kitablar yazılmasaydı, böylə möhtəşəm
bir əruz əsəri yazıla bilərdimi? O zaman türk əruz sistemini bəyan edən o
kitablar hanı, haradadır? Şübhəsiz ki, cavab bəllidir. Daha sonrakı dövrlərdə
türk müsəlman dövlətlərinin öz kimliyinə yabançılaşaraq ərəbçilik və farsçılıq etmələri
nədəniylə bir çox itən kitablar kimi Qaraxanlı mədəniyyətinin kitabları da yoxa
çıxmışdır.
Türk əruzu ilə fars əruzunu
fərqləndirən nədir? Fars dilində səsli hərflə başlayan söz yoxdur. Ünlü ilə
başlayan hər hərfin əvvəlinə ünsüz sayılan gözə görünməyən
və yazılmayan bir həmzə vardır. Lakin bu həmzə yazılmaz və görünməz. Fars
dilində üç uzun ünlü olan “a, i, u” hərflərinin riyazi ölçüsü 2 ədədidir.
Bunların dışında üç “ə, e, o” qisa ünlü olmaqla bir yerdə bütün ünsüzlərin
riyazi ölçüsü 1 ədədidir. Yalnız başlanqıcı ünlüylə olan sözlərin dəyəri 1 ədədi
deyildir. “Ə, e, o” olaraq qısa ünlülərlə başlayan sözlərin ilk hərflərinin dəyəri
2 ədədir və “a, i, u” olaraq uzun ünlülərlə başlayan sözlərin ilk hərflərinin dəyəri
3 ədədidir. Yəni sözün əvvəlindəki qısa ünlülər
“əə, ee, oo” şəklində tələffüz edilərkən, uzun saidlərlə başlayan sözlərin ilk
ünlüləri “aaa, uuu, iii” şəklində tələffüz edilər. Çünkü ünlü ilə başlayan sözlərin
ilk hərfinin arxasındakı həmzənin riyazi dəyəri digər ünsüzlər kimi 1 ədədidir.
Ərəb-fars əruz ölçüləri bu matematik ölçülərə görə müəyyən edilməkdədir. Lakin
türk dilində ünlü və ünsüz olaraq bütün hərflərin matematiksəl ölçüsü 1 ədədidir.
Bu baxımdan türk əruz sistemi ərəb-fars əruz sistemindən fərqlənməkdədir. Bu fərqli
sistem Qutatqu bilik əsərində tamamən uyqulanmışdır. Sonrakı dövrlərdə türk əruz
sisteminə komik bir şəkildə girdirilən matematik ölçüsü 1 ədədi olmayan uzatma ərəb-fars
ünlüləri Qaraxanlı dörü ədəbiyyatda görünməməkdədir. Orta Doğuda yayılan türklər
Qaraxanlı kültür və mədəniyyətini unudub davam etmədikləri üçün türk əruz
sistemi də farsizə və ərəbizə edilərək komik duruma düşürülmüşdür. O zaman bu qədər
ayrıntılı və dərin bilgəlik necə olmuş da Qaraxanlı dönəmində ortaya çıxmış,
ancaq sonrakı dönəmlərdə daha geniş fürsət varkən unudulmuş, unutdurulmuşdur.
Çünkü Qaraxanlı türk dövlətində
milli aristokratiya olmuşdur. Qaraxanlı sonrası Qəznəvilərdən başlamış
Osmanlının sonuna qədər türk aristokratiyasının olmaması türk dilinə altından
qalxması çətin olan zərbələr endirmişdir. Aristokratiya nədir? Bir millətin mədəniyyəti
onun köylərində aranmaz, seçkinləri arasında və seçkinlərinin düşüncəsində və
düşünüşündə aranar. Aristokratlarının vizionunda bir millətin mədəniyyəti
aranar. Xalq kütləsi arasında mədəniyyət deyil kültür aranar. Mədəniyyət
yuxardan aşağıya doğru qanunlarla, düşünüşlərlə uyuqlanan bir oluşumdur. Dövlətin
eyitim qurumlarında, məktəblərində, ən önəmlisi dövlətlərin vizionlarında
aranar. Aristokratiya ölkənin, millətin maddi imkanlarının çoxunu əlində
bulunduraraq millət və tarix üçün yeni üfüqlər açan, vizionlar müəyyən edən seçkinlər
birliyidir. Bu seçkinlər genəldə dövlət çatısı altında fəaliyyət göstərərlər. Düşüncə,
xəyal, ümid ürətən seçkinlər birliyidir. Bu birliyin sürəkliliyi kəsintiyə
uğradığında o millət tarix bilgisini itirər. Nitəkim Qaraxanlı aristokratiyası
özündün öncəki Göytürk aristokratiyasının davamıdır. Lakin Qaraxanlı sonrası
Atatürkə qədər sözdə türk dövlətlərinin seçkinləri özləri türk dili və türk
kimliyi önündə əngəl olmuşlar. Səlcuqlu, osmanlı və Səfəvi kimi böyük əngəllər
dilimiz və kimliyimiz qarşısında mövcud edilmişdir. Qaraxanlı mədəniyyətinin
unudulması üzündən yüzillər boyunca türk dilində yazılan əruz ədəbiyyatı da
komik və anlaşılmaz söz yığınından ibarət olmuşdur. Çünkü Qaraxanlı
aristokratiyasının təsis etdiyi türkcə əruz sistemi tamamən unudulmuş və hətta
Qaraxanlı kitabları şiə-sünni məscidlərindən uzaqlaşdırılmışdır. Qaraxanlı
zamanında Quranın türkcəyə ilk tərcüməsi də inglis yazarların kitabxanalarından
tapılmışdır. Kitabi-Dədə Qorqud da Avropa mədəniyyətinin hesabına tarixdə
qalmışdır. Çünkü sünni İslamı ərəb, şiə İslamı fars irqçiliyini türk dövlətlərinin
yönətim anlayışına girdirmişdir. Tarixdə qalan bir neçə kitabımız varsa, avropalıların
himməti və diqqəti ilə saxlanılmışdır. Avropaya ulaşamayan Qaraxanlı—Bayındırlı
mədəniyyətlərinin əsərləri isə yox edilmişdir. Çünkü Qorqud da Bayındırlı dövləti
mədəniyyətinin məhsuludur və bu haqda “Bayındırlı mədəniyyəti” bölümündə bilgi
verməyə çalışacağam.
Türklərlə farsların eş zamanda eyni əruz vəznində dildə
oyanış sürəcini başlatdıqlarını söylədik. Bu sürəc farslarda kəsintiyə
uğramadan davam etdi, türklərdə kəsintiyə uğradı. Bu üzdən də türk dilinin yazı
bütünlüyünün qoruyucusu olan tarixsəl sistem yox edildiyindən aralarında dərin
uçurum olan anlaşılmaz ləhcələrə bölündü. Ancaq fars yazı dili sürəkliliyini sürdürdüyündən
tarixsəlliyini qoruya bildi. Çünkü dilin bütünlüyünü qoruyan əsasən yazı və
yazının sürəkliliyidir. Çünkü yüzillər, minillər arası beyinsəl ilişkiləri
sağlayan ancaq yazı dilidir və başqa şey deyildir. Çağlar arası beyin ilişkiləri
olmadığında dilin zaman aşımına uğrayaraq pozulması da xızlanar. Yazı olmazsa,
min il bundan öncəki xalqın düşüncəsində nələr dolaşdığını necə bilmək olar?
Şifahi söyləntilər 2-3 nəsil sonra unudulub yox olar. Bu üzdən 1000 il bundan
öncəki fars ədəbiyyatını günümüz farslar asanca oxuyub anlayırlar. Lakin türklər
o dövr ədəbiyyatlarını oxuyamaz və anlayamaz olmuşlar. Çünkü tarixsəl milli
vizion və milli aristokratiya tamamən unudulmuş və onun yerinə, başqaca bir
görüş, qavrayış biçimi meydana çıxmışdır. Mərkəzində böyük ölçüdə farsca və
qismən də ərəbçə duran bir qavrayış sistemi. Sadəcə türklərin daha geniş
coğrafiyada yaşamaları bu qədər türkcə ləhcələrin oluşmasına səbəb olmamışdır.
Ləhcələr olsa da, yazı dili bütünlüyünü qorumalıdır. Farsca kökənli danışan
xalqlar da kiçik coğrafiyada yaşamamışlar. Tacikistan, Özbəkistan, Pakistan,
Əfqanistan, Hindistan və İran kimi çox geniş coğrafiyada yaşamışlar,
yaşayırlar. Lakin farscanın bütünlüyünü bu geniş coğrafiyada yazı dili qoruya
bilmişdir.
Üzərində diqqətlə durulması gərkən bir mövzu daha var.
Qaraxanlılar zamanında fars dili və ədəbiyyatı çox güclü inkişafa başlamışdı.
Qaraxanlılarla eyni zamanda olan Sâmâni dövləti farscanı yeyləyirdi. Təqribən 250
il sürən Qaraxanlılar dövləti boyunca farsca yazan bir şair yoxdur. Oysa
Qaraxanlı sonrası türklərin farsca yazma çıldırmışlığı Osmanlının son nəfəsinə
qədər qədər xızla davam etmişdir! Hətta Osmanlıda yüzillər boyunca farsca “Şahnamə
yazma heyyəti” deyə bir qurum da təşkil edilmişdi. Bu haqda Osmanlı bölümündə
bilgi veriləcəkdir.
Qaraxanlılar
dönəmində ilk dəfə olaraq Quran ana dilimizə tərcümə edilmişdir. Bütün dini
qavramlara türkcə qarşılıq düzələtmişlər. Qaraxanlı sonrası ərəbizə və farsizə
edilən dini qavramlar türk millətinin beynini əsir almışdır. Günümüzdə hər kəsin
əzbər bildiyi, ancaq nə anlama gəldiyini bilmədiyi “rəhman və rəhim” ifadəsinə
qarşılıq olaraq “bağırsaq” sözünü qullanmışlar və doğru olan da budur. Çünkü “bağır”
sözü dilimizdə hələ də Qaraxanlı zamanındakı anlamını daşımaqdadır. “Bağırım
qan ağlayır” kimi ifadələrdə. Bağırsaq, yəni bağırda bulunan və köksümüzdən gələn
mərhəmət dərinliyi. Qarnımızda iç orqanımızın bir üyəsi olan bölümə də kök
türkcədə bağırsaq deyil, bavursaq deyilmişdir:
“Köngül
tüz, özüng tüz, bayatka tapın!
“Sevüq
savcı idi, bağırsaq idi,
Budunka
talusı kişidə gidi.”[13]
Qaraxanlı dövründə Quranı türk
dilinə tərcümə etmək asan iş deyildi. Buna dövlətin maddi dəstəyi və tərcümə
üçün hazırlanan şəxsiyyətlər, kadrlar və qurumlar lazımdı. Burada Qaraxanlı
zamanında Quran tərcüməsində ərəbçə dini terminlərə qarşılıq türkcə sözlərin
bir qismini veririk:
Açqan—fəttah Alqış—salam Arıq—sübhan Bağırsaq— Rəhman Bəlgü—ayət Bəlgüsüz—qeyb
Bilgisiz—cahil Bodun—ümmət Bir idi—əhəd
Bütüklü—mömin Savçı—rəsul Yalvaç—nəbi
Əsənlik—salam İdi—Allah Örtgən—qəfur Oxuqu—Quran
Bütün
söz—hikmət Oqan—qadir
Küdəzgən—hafiz Törüt—yaratmaq Ögdülmüş—hamid
Yaruq yol—şəriət Tamuq—cəhənnəm Yazuq—günah
Ərinc—nemət Törütgə—xaliq yükün—səcdə
Ev budunu—əhli-beyt.[14]
Qaraxanlı dönəmində türk
dili və ədəbiyyatının inkişafı önündə əngəl olmamışdır. Kaşqarlı Mahmudun
”Divani-Lüğati-Türk” və Yusif Xas Hacibin ”Qutatqu bilik” kimi böyük əsərləri
Qaraxanlılar dönəmində qələmə alınmışdır. Ayrıca, verilər bir çox kitabın da
tarixdə qalmadığını göstərməkdədir. Kaşqarlının əsəri sadəcə sözlərin izahı
deyil, izah doğrultusunda o dövrdə yayqın olan ata sözləri, bayatılar, şeir
parçaları da yer almışdır. Bu üzdən Divani-Lüğati-Türk dilçilik əsəri olmanın
yanı sıra, eyni zamanda toplum bilimçilik açısından da çox önəmlidir. Türk millətinin
sosial həyat şəkli, düşüncə və törələri haqqında da bilgi içərməkdədir.
Özət olaraq Qutatqu bilik üzərinə
duralım. Çünkü tarixin anlamı əslində bu kimi örüt (mətn)lərdə saxlıdır. Qaraxanlılar
və Bayındırlılar qədər digər türk dövlətləri türkcəyə önəm verəsydilər,
günümüzdə türkcənin durumu və qaynaqları daha fərqli və irəli düzeydə ola bilərdi.
Çünkü milləti güclü qılan onun dilidir və başqa şey deyildir. Tarixdən gələn
olumlu güc qaynaqlarını da yalnızca dil yoluyla əldə etmək mümkündür. İnancın və
bilginin də gerçək evi dildir.
Tanrının yüksək sifətini öyən Qutatqu bilik bu şəkildə
sözə başlar:
Bayat atı birlə sözüg
başladım,
Törütgən igidgən keçürgən
idim.*
Qutatqu bilik dörd ana xarakter
arasında keçən dialoqdan oluşmaqdadır. Əsərdəki bu dörd ana xarakterin hər
birinin bəlli sosial rolu vardır. Hər biri bəlli bir dəyəri təmsil edər.
Gündoğdu hökmdardır və hüququ təmsil edər. Aydoldu vəzirdir və səadəti təmsil
edər. Ögdülmüş də vəzirdir və ağılı təmsil edər. Odqurmuş isə zahiddir və aqibəti
təmsil edər. Əsərin xülasəsi böylədir: Aydoldu dövlət xidmətinə girməyi çox istəməkdədir.
Bir yaxını aracılığı ilə o dönəmin xas hacibi*
ilə tanış olar və hacib onu hökmdarın hüzuruna çıxarar. Hökmdar, Aydoldudan
xoşlanar və onu özünə vəzir təyin edər. Bir sürə sonra Aydoldu ölər və geriyə tək
oğlu Ögdülmüş qalar. Hökmdar Ögdülmüşün yetişməsi və eyitilməsini öz üzərinə
götürər. Ağıllı və bilgili olan Ögdülmüş, hökmdarın gözünə girərək bir sürə
sonra vəzir olar. Ögdülmüşü çox sevən və onu itirməkdən qorxan hökmdar, ona
yardım edə biləcək və gərəkirsə onun yerini alacaq ağıllı və bilgili bir kişi
daha arar. Bu zaman Ögdülmüş öz əqrəbası olan Odqurmuşu hökmdara tövsiyə edər.
Hökmdar bu kişini öz xidmətinə almaq istəsə də, başarılı olamaz. Odqurmuş
insanlardan uzaq bir yerdə ibadətə davam etmək istər. Daha sonra Ögdülmüş də
dövlət xidmətindən çəkilib kəndini tamamən ibadətə vermək istər. Ancaq Odqurmuş
buna qarşı çıxar. Hər kəsin yerində qalıb çalışmasını və topluma ən yaxşı xidmətin
bu şəkildə verilə biləcəyini söylər. Bir sürə sonra Odqurmuş ölər və geridə
onun müridi Qumaru qalar. Vəzirləri və Odqurmuşun öyütləri sayəsində hökmdar,
yaxşı qanunlar yazaraq məmləkəti düzənə soxar. Ölkə rifaha qovuşaraq xalq mutlu
bir yaşam sürər. Qutatqu bilikdə Yusif Xas Hacib bizə türk-İslam dövlətinin təməl
fəlsəfəsini anlatmaqdadır. Bu fəlsəfə demokratik, laik və sosial bir hüquq dövlətidir.
10-11-ci əsrin şərtlərinə görə Qutatqu bilik çox irəli demokratik görüşü
savunmuşdur. Demokrasi dediyimizdə dövləti yönətənlərin gücünün
sınırlandırılması anlaşılmaqdadır. Qutatqu bilikdə hökmdarın gücü törə ilə
sınırlanır. Başarılı olmayan hökmdarın törə tərəfindən istənmədiyi düşünülür.
Qutatqu bilikdə hökmdar Gündoğdunun qanunu, yəni törəni təmsil etməsi rastlantı
deyildir. Törə toplumun başıdır və hökmdar yüzillər boyunca xalqının
oluşdurduğu dəyərlərə, gələnək və görənəklərə, yasalara uymaq məcburiyətindədir.
Yönəticilər toplumsal dəyərlərin yansıması olan törəyə qarşı gəlməzlər, yetkiləri
isə, törə ilə sınırlıdır. Törənin türk toplumunda ilahi mənşəli qəbul edilməsi,
bu sınırlamanın gücünə güc qatmaqdadır. Bu inanışa görə törəyə uymayan hökmdar
sadəcə bu dünyada deyil, öldükdən sonra da rahatlıq bulmayacaqdır. Böyləcə
hökmdar törəni uyqulamalı və yaxşı qanunlar qoymalıdır. Bu da kəndiliyindən
hüquq dövləti anlayışını doğurmaqdadır. Qutatqu bilikdə hökmdarın gücünü
sınırlayan önəmli digər demokratik düşüncə isə, işin əhlinə verilməsidir.
Qutatqu bilikdə yaxşı yönəticiləri bulma və dövlət xidmətinə gətirmə çox diqqətlə
açıqlanmışdır. Hökmdarın Aydoldu və Ögdülmüşü vəzirliyə qəbul edərək yanında
tutmasının, bu şəxslərlə hökmdar arasında keçən digər dövlət görəvlilərinin
sahib olması gərəkən nitəliklər haqqındakı dialoqların və Odqurmuşu saraya
bağlama çabasının arxasında “işin əhlinə verilməsi” məntiqi durmaqdadır. “İşi
iş bilən kimsələrə ver” düşüncəsi Qutatqu biliyin cövhər ideyasıdır. Qutatqu
bilikdə yönətən-yönətilən arasındakı qarşılıqlı təməl haq və yükümlülüklər
sıralanmışdır. Ögdülmüş hökmdara deyir: “Xalq üzərində sənin üç haqqın var.
Birincisi xalq sənin əmrinə hörmət etməlidi. İkincisi xəzinə haqqını gözətməli,
bunu vaxtında ödəməlidir. Üçüncüsü sənin dostuna dost, düşməninə düşmən olmalıdır.”
Yönətilənlərin də haqqı ilə bağlı Ögdülmüş hökmdara söylər: “Xalqın sənin üzərində
üç haqqı vardır. Bunları ödə və xalqını çətin durumda buraxma. Bunlardan biri məmləkətində
gümüş təmiz qalsın, onun əyarını qoru. İkincisi xalqı ədalətli qanunlarla yönət.
Birinin digərinə üstünlüyü olmasın. Üçüncüsü bütün yolları əmin tut və yolçular
güvəndə olsunlar. Yolkəsici və quldurları ortadan qaldır.” Qutatqu bilikdə
ideal dövlətin bir nitəliyi də laiklikdir. Dövlət ilə din işlərinin bir-birindən
ayrı olması. Qutatqu biliyin ana fikri insan yaşamında ən önəmli iki qurum olan
din və dövlətin bir-birini kontrol altına almaması gərəkir. Əsərin böyük bir
qismi bu qonuya həsr edilmişdir. 6645 beytdən oluşan Qutatqu biliyin 3132-ci
beytindən başlayaraq son beytinə qədər din və dövlət ilişkisi tək qonu olaraq
qarşımıza çıxar.[15] “6500 beytdən artıq olan
Qutatqu bilikdə yüz civarında ərəbçə, farsca kökənli sözcük var.”[16]
Yusif Xas Hacibə görə, həyatda ən önəmli olan şey ağıl və bilgidir. Bu ikisi
bir yerdə ərdəmdir və insana səadət gətirər. Ağlın gücüylə nəfsin aşırı istəklərini
basdırmaq olar. Bu üzdən bilgi vericinin öyütlərinə qulaq asmaq gərəkir.
Havangnı ukuş birlə basqıl
utup,
Bu nefsing bilig birlə
yençgil tutup.*
Nəgü
tir eşitgil bilik birgüçi,
Bilik
birlə nəfsig havaq basquçi.**
Qutatqu bilik balasaqunlu
Yusif Xas Hacib tərəfindən yazılaraq 1069-cu ildə Buğra Xan Haruna sunulmuşdur.[17]
[1]
Zeki Velidi Togan, Umumi Türk Tariihine Giriş, İstanbul 1981, s. 58.
[3]
Şocaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), 2-ci
cild, s. 646.
[4]
Divani-Lüğatit-Türk, İstanbul, 1333, I, 28.
* İranda da Zəngana bağlı Tarım adında şəhər
mövcuddur. Yuxarı və Aşağı Tarım olaraq ikiyə ayrılmış.
[5]
Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng
və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 250, 251.
[6] Ergun Candan, Türkler´in
Kültür Kökenleri, Sınır ötesi yayınları, İstanbul-2002, s. 297.
[7] Eyni qaynaq, s. 297-299.
[8] Muhəmməd Cuveyni, Tarixi-cahangüşayi-Cuveyni, I cild,
VI nəşr, dünyai-kitab nəşriyyatı, 1385 (h.ş)—Tehran, s. 32, 39, 40.
[9] Lev Qumilev, Hunlar, türkcəyə çevirən: Agsen Batur, s.
63-64.
[10] Əbu Reyhan Biruni, Təhqiq malil Hind, I. Cild,
farscaya çevirən: Mənuçehr Səduqi Səha, s. 103.
* Əbureyhan Biruninin “Təhqiq malil Hind”
kitabının “Hind şeiri və nəhvinin kitabları” başlıqlı bölümü bu mövzunun
ayrıntılı incələnməsinə həsr edilmişdir.
[11] Yusif Xas Hacib, Qutatqu
bilik:
Yanır verdi Ögdülmüş aydı )dedi) iliq (xanım).
* Köngül tüz- könlü
düz. Özüng tüz- zâtı düz. Bayatka Tapın- Tanrıya tapın.
Budunka törü qıl- xalqa mərhəmət
qıl.
Bağırsaqlığın- mərhəmətlə.
[12] Yusif Xas Hacib, Qutatqu bilik.
[13] Qutatqu bilik: Sevüq savcı- sevgili peyğəmbər.
Bağırsaq idi- rəhman idi, mərhəmətli idi. Xalqın içində seçkin kişi idi.
[14] Aysu Ata, Qaraxanlı türkcəsində
ilk Quran tərcüməsi.
* Tanrı adı
ilə sözə başladım,
Yaradan, yedirən, bağışlayan Tanrım.
* Hacib-
dövlətin qoruyucusu, saraydan sorumlu.
[15]
Nejat Dogan, Kutatgu Bilig´in devlet felsefesi, Sisyal Bilimler Enstitüsü
Dergisi, sayı 12, yıl: 2002, s. 128, 129, 130, 131, 132, 136, 41.
[16]
Süer Eker, Kutatku Bilig´de Türkce İslami Terimlerin Kaynakları üzerine, Ahmet
Yesevi Universitesi, Bilig dergisi, 2006-cı il, sayı 38, s. 105.
* Həvəsinə ağıl (ukuş) ilə hakim ol,
Bu nəfsini bilgi ilə
tutub basdır.
** Nə dersə,
eşitgil bilik verici,
Bilik ilə nəfsin havası basdırılır.
[17]
Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng
və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 255.
Hiç yorum yok:
Yorum Gönder